"Bu "Leobank" kimi fırıldaqçı bank heç vaxt görə bilməzsiniz... bunu bilin..." "DİA-AZ" xəbərt verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rüstəm Rəşidli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Fevral ayının 23-ü "Monetri" bank olmayan kredit təşkilatına (BOKT) ödənişi etdim "Leokart" ilə. "Leo"dan pul çıxdı, amma "əməliyyat uğursuz" yazıldı. "Leo"ya yazdım dedi sorğu açdıq 1 ay müddətinə pul geri oturacaq. Adıma gecikmə olmasın deyə, getdim ödənişi "e`manat" ilə ödədim.
Üstündən 15 gün keçəndən sonra yazdım "Leo"ya... Cavab olaraq dedilər ki ödəniş ayın 24-ü oturub "Monetri"yə. "Monetri" proqramında isə baxıram ki heç bir ödəniş yoxdur. "Leo" isə üzümə durub ki oturub ödəniş. Deyirəm ki, "Monetri" ilə danışdım, oturmayıb, deyirlər bizim problemimiz deyil artıq....
Ay fırıldaqçılar, vaxtında niyə sizdə problem oldu ki məsələ bura kimi gəldi çıxdı?
İndi deyirəm ki, "Monetri" ilə danışın, ödənişimi geri qaytarın özümə, yenidən ödəyim... Deyirlər ki, bizlik deyil. Bir sözlə, bu cibgir şirkət insanların cibinə girməklə məşğuldur!!! Hər kəs bilsin bunların nə qədər fırıldaqçı, cibgir şirkət olduğunu.
"Leo"da pul saxlamayın, bir də gördüz pulunuzun arxasına keçdilər..."











