"Fevral ayının 28-i tarixində"Kred-aqro"dan 400 manat məbləğində kredit götürdüm..." "DİA-AZ " xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Akif Mehdizadə adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Aylıq ödəniş 170 manat idi. 172.43 manat martın 13-ü tarixində ödəniş elədim.
Dünən 305 manat 46 qəpik idi borcum... İndi girirəm tətbiqə baxıram ki, 484 manat göstərir borcun məbləğini... Bu necə ola bilər?"











