Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                     Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir .....                     Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Quru sərhədlər bu şəxslər üçün açıla bilər .....                     Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi .....                 

Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə ayrılan milyonlardan kimlər daha çox faydalanır - TƏFƏRRÜAT
Tarix: 31-03-2026, 12:27 | Çap et

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssələri, rayon Mərkəzi Xəstəxanaları tərəfindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender və kotirovka sorğuları ətrafında araşdırma aparmalı olduq.

Qeyd edək ki, tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə ən çox satınalmaların qalibi olan şirkətlərin biri də “BT TEXNO SERVİS” MMC-dir. Bu şirkət 14.04.2025-ci ildən 22.05.2025-ci ilə qədər “BT TEXNO SERVİS” MMC 23 satınalma müsabiqəsinin qalibi seçilib.

TƏBİB-ə tabeli rayon Mərkəzi Xəstəxanaları isə daha çox “ECO LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Şəmkir rayon Mərkəzi Xəstəxanası müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə 145.019,19 manat, eyni xidmətləri göstərmək üçün Cəbrayıl xəstəxanası 16.271,16, Ağstafa xəstəxanası 68.374,78, Kürdəmir xəstəxanası 82.807,68, Bərdə xəstəxanası 268.149,15, Ağdaş xəstəxanası 104.350,35, Şəki xəstəxanası 152.362,54, Mingəçevir xəstəxanası 197.163,9, Qazax xəstəxanası 251.292,32, İsmayıllı xəstəxanası 56.779,69, Naftalan xəstəxanası 16.661,81, Qax xəstəxanası 54.034,56, Yevlax xəstəxanası 194.857,77, Daşkəsən xəstəxanası 8.918,68, Zaqatala xəstəxanası 91.094,04 manat dəyərində satınalma müqavilələri bağlayıblar.

Göründüyü kimi TƏBİB-ə tabeli 15 rayon Mərkəzi Xəstəxanaları “ECO LOGİSTİCS” MMC ilə 16.04.2025-ci ildən 03.07.2025-ci ilə qədər ümumi dəyəri 1 708 130 mant olan satınalma müqavilələri bağlayıblar.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ECO LOGİSTİCS” (VÖEN: 1504055871) Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.05.2018-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10o manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI ev.13A qanuni təmsilçisi kimi isə Astanov Akif Adil oğlu qeyd olunub.

Reyestr məlumatlarında MMC-nin “LV SHIPPING CASPIAN” kimi dövlət qeydiyyatına alındığı göstərilir. 04.05.2023-cü ildən “ECO LOGİSTİCS” MMC kimi fəaliyyət göstərir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Rzayev Məhəmməd Həsən oğlu olub. Daha sonra Mirzəyev Teymur Məsləhətulla oğlu MMC-nin qanuni təmsilçiləri olub.

Apardığımız ətraflı araşdırmalar zamanı məlum oldu ki, daha əvvəllər müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsni TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi həyata keçirib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “AZLOGİSTİKA and MANAGEMENT SERVİCES” Açıq Səhmdar Cəmiyyəti Cəmiyyəti ilə bir mənbədən satınalma metodu tətbiq etməklə 2.622.898,1 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 28.08.2024-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 26.08.2024-cü il, bitmə tarixi 28.02.2025-ci ilə müəyyən edilib.

Göründüyü kimi “İnnovasiya və Təchizat Mərkəzi” 7 ay tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinə 2,5 milyon manatdan çox dövlət vəsaiti ayırıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “LV SHIPPING CASPIAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.920.484 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 06.04.2023-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 03.04.2023-cü il, bitmə tarixi 30.06.2024-cü ilə müəyyən edilib.

Göründüyü kimi TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi” 16 milyon manat dəyərində bağladığı müqavilənin vaxtının 30.06.2024-cü ildə bitdiyi göstərilir. Novbəti müqavilənin başlanması isə 26.08.2024-cü il göstərilir. Sual yaranır. 2024-cü ilin iyul, avqqust aylarında müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi necə həyata keçirilib?

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə eyni məqsədlə 2022-ci ildə “LV SHIPPING CASPIAN” (hazırki “ECO LOGİSTİCS”) MMC ilə 10.395.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 05.04.2022-ci ildə dərc edilib. Müqavilənin başlanma tarixi 30.03.2022-cü il, bitmə tarixi 31.12.2022-cü ilə müəyyən edilib. TƏBİB isə 2023-cü ildə tibbi tullantıların daşınması xidməti üzrə bağladığı müqaviləni 03.04.2023-cü ildən başlayıb. 2023-cü ilin yanvar aprel aylarında tibbi tullantıların daşınması xidməti necə həyata keçirilib?

Bu MMC-lərin müvafiq tələblərə cavab verən işçi qüvvəsində tullantıların daşınması və zərərsizləşdirilməsi sahəsində təcrübəli operatorlarının, təchizatçının şəxsi mülkiyyətində olan yandırma qurğusunun olub,olması da sual altındar.

Qeyd edək ki, tibbi tullantıların zərərsizləşdirilməsi prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığında, Bakı-Quba şossesinin 33-cü km-i Pirəkeşkül qəsəbəsindəki poliqonda həyata keçirilir.

Mexanizm isə çox sadə qurulub. “ECO LOGİSTİCS” MMC-nin sifariş aldığı rayonların hər birinə ayrı xüsusi avtomobil göndərmir. Belə olsa “ECO LOGİSTİCS” MMC-nin 30-dan çox xüsusi avtomobili və əmək müqaviləsi ilə çalışan əvəzedici ilə birlikdə 60-dan çox sürücüsü olmalıdır. Təbii ki bu texniki baza “ECO LOGİSTİCS” MMC-də olmadığından hər həftə rayon mərkəzi xəstəxanalırından tibbi tullantıları götürərək zərərsizləşdirilməsi üçün Pirəkeşkül qəsəbəsindəki poliqona daşıyır. Bir-birinə yaxın rayonların xəstəxanalardan eyni vaxtda, eyni avtomobildə. Amma müqavilədə isə daşınma xidməti üçün qiymətlər şişirdilir. Güya şirkətin avtomobili tibbi tullantıları hər bir xəstəxanadan ayrı götürür.

Satınalmaların portalında dərc edilmiş məlumatlardan da göründüyü kimi 05.04.2022-ci ildən 28.08.2024-cü ilə qədər TƏBİB-in tabeliyinə olan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınmasına ümumi olaraq 29 938 382 manat dəyərində müqavilələr bağlanılıb. Bu vəsitlərin həqiqətən də tibbi tullantıların daşınması və zərərsizləşdirilməsnə xərclənməsi heç də real görünmür. Çünki, xəstəxanalarda tibbi tullantıların həcmini əvvəlcədən müəyyən etmək çox çətindir. Odur ki, tbbi tullantıların həcmi formal olaraq yazılır, yaxud da şişirdilir. Nəticədə isə xəstəxana rəhbərlərinə pasientlərdən topladığı rüşvətdən əlavə qazanc yeri də açılır.

Təbii ki, onlara bu şəraiti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev yaradır. TƏBİB rəsmiləri, xüsusən də TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi”nin direktoru Nurlan Quliyev bundan bəhrələnirlər. Qeyd edək ki, Nurlan Quliyev 2023-cü ilin iyun ayından “İnnovasiya və Təchizat Mərkəzi”nin direktorudur. Medianın yaydığı məlumatlara görə Nurlan Quliyevin yüksəlişi birbaşa Zaur Əliyevin himayəsi ilə bağlıdır. Vaxtı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb. Məlumatlara görə Zaur Əliyevin kadrı olaraq TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun vurulmasında da böyük rolu olub.

Aktualinfo.net











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
"Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram..." - GİLEY
Bu gün, 11:30
“Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır - İcraçı direktor
Bu gün, 11:23
Paşinyan konsert verəcək - KİV
Bu gün, 11:22
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik...
Bu gün, 11:20
Ağdamın yol polisinə yeni rəis təyin olundu - ƏMR
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru