Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

BAŞ REDAKTORU KİMLƏR “İFŞA EDİR”?
Tarix: 8-11-2011, 13:34 | Çap et
BAŞ REDAKTORU KİMLƏR “İFŞA EDİR”?

“ƏVƏZ ZEYNALLI İŞİ”NİN ŞOK TƏFƏRRÜATLARI

Respublika Prokurorluğu В«XuralВ» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallıya qarşı irəli sürülən növbəti ittihamlarla bağlı açıqlama yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, cinayət işi üzrə aparılan istintaqla Əvəz Zeynallı tərəfindən digər cinayətlərin törədilməsi halları da müəyyən edilib. Belə ki, istintaq dövründə vətəndaş Məmmədov Akif Şamil oğlu və Muxtarov Xanoğlan İsa oğlu əriz ilə prokurorluğa müraciət edərək, Əvəz Zeynallının onlardan hədə-qorxu ilə rüşvət alması barədə məlumat veriblər. Prokurorluq iddia edir ki, baş redaktor Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi В«KurortВ» ASC-nin prezidenti Akif Məmmədovun barəsində 2006-cı ilin sonundan başlayaraq şəxsi və işgüzar nüfuza xələl gətirən silsilə məqalələr dərc edib. Bu materialların dərcinin dayandırılması xahişi ilə müraciət edən A.Məmmədov və onun dostu X.Muxtarovdan qəzetin bir neçə ay müddətg çap xərcinin ödənilməsini və kompüter dəsti almalarını tələb edən baş redaktor Əvəz Zeynallı bildirib ki, əks halda məqalələrin dərci davam edəcək və materialları hüquq-mühafizə orqanlarına göndərəcək. Bununla da hədə-qorxu tətbiq edib, materialların qəzet səhifələrində çapının dayandırılması müddətində 2008-ci ilin əvvllərində X.Muxtarovdan 4 min ABŞ dollarını rüşvət kimi alıb. Prokurorluğun məlumatına görə, həmin faktla bağlı aparılmış istintaqla müəyyən olunub ki, Əvəz Zeynallı Yevlax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində В«XuralВ» qəzetində məqalələrin dərcinin dayandırılmasını xahiş edə iş adamı Sabir Tarverdiyevdən materialların çapının dayandırılması müqabilində 2010-cu ilin əvvəlində Sumqayıt şəhəri ərazisində yerləşən ofisində 200 manat, daha sonra ardıcıl olaraq hər həftə 100 manat olmaqla, cəmi 500 manat pulu rüşvət kimi aldıqdan sonra, əlavə olaraq 2 min manat pul və ya iki kompüter dəstinin alınmasını tələb etməklə, səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan həmin məbləğdə pulu təkrarən rüşvət kimi istəyib.

Toplanmış sübütlar əsasında Əvəz Zeynalova Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə yeni ittiham elan edilib.
Əvəz Zeynallının В«üzəduranВ»ları kimlərdir?

Gülər Əhmədovadan sonra Əvəz Zeynallının “üzünəduran”lardan biri, Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi В«KurortВ» ASC-nin prezidenti Akif Məmmədovdur. Akif Məmmədov Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qudası Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, Ramiz Mehdiyevin В«deputatВ»ı Səttar Mehbalıyevin uzun illər icraatında işləyib və onunla çox yaxın münasibətləri olub. Akif Məmmədovun В«üzəduranlarВ» axtarışında olan Əli Həsənovun birbaşa göstərişi ilə şikayət etdiyi haqda səhih məlumatlar var.

Digər tərəfdən, Akif Məmmədovu daha yaxından tanımaq üçün Google.az -da axtarış vermək kifayətdir. Şəxsi və işgüzar nüfuzuna xələl gətirilməsindən çəkinən Akif Məmmədov hələ bir neçə il əvvəl doğma oğlunun müəmmalı ölümündə təqsirli bilinmişdi və bu haqda məlumatlar birinci mənbə vasitəsilə mətbuata ötürülmüşdü. Akif Məmmədov haqqında 2008-ci ildə mətbuatda yayılan bu informasiya tək В«XuralВ»da deyil, digər müstəqil qəzetlərdə də dərc olunmuşdu. Hətta bir çox hallarda Akif Məmmədovun prezidenti olduğu В«KurortВ» ASC-də jurnalist araşdırmaları aparılmış və hüquq -mühafizə orqanları üçün maraqlı ola biləcək dəlillər də mətbuatda yer almışdı. Zamanında hüquq-mühafizə orqanlarının В«görməməzlikdənВ» gəlməsi Akif Məmmədovun daha В«möhkəmВ» kanallara sığındığından xəbər verirdi. Bu kanal isə məhz Səttar Mehbalıyevin, dolayısı ilə Əli Həsənovun tutduğu kanal idi.

Xanoğlan Muxtarova gəlincə isə o, Daxili İşlər naziri Ramil Usudovun restoranlar zəncirinin aparıcı adamlarındandır. Onun R.Usubovun restoran biznesinin В«inkişafВ»ında xüsusi xidmətləri var. R.Usubovun R.Mehdiyev haqqında В«XuralВ»da yazılar dərc edilməməsilə bağlı Əvəz Zeynallıdan etdiyi xahiş onu göstərir ki, onun R.Mehdiyevlə çox yaxın dostluq münasibətləri və ümumi maraqları var. O baxımdan da, Ə.Zeynallının uşaqlıq dostu, В«XəmsəВ» restoranının müdiri Mürvət Həsənovla bir yerdə işləyən Xanoğlan Muxtarovun da bu В«üzədurmaВ» əməliyyatına hansı kanallarla qatıldığı tam anlaşılandır.

Dördüncü В«üzəduranВ» Sumqayıt maşın bazarının müdiri, Milli Dövlətçilik partiyasının sədri Sabir Tarverdiyevdir. O, iş adamı olmaqla yanaşı həm də partiya sədri olduğundan bir vaxtlar mətbuatın maraq obyektində olub. Sabir Tarverdiyevin itihamları da əsassızdır. Prokurorluğun məlumatından elə başa düşülür ki, Sabir Tarverdiyevin Sumqayıt şəhəri ərazisindəki ofisi ardıcıl olaraq kimlərəsə gündəlik, həftəlik, aylıq, illik В«dolyaВ» vermək üçün xidmət göstərib. Başqa bir məqam. Əgər Əvəz Zeynallı həqiqətən də ondan hər həftə 100 manat (?!) rüşvət alırdısa, nədən В«XuralВ» qəzetinin 03 oktyabr 2011-ci il tarixində В«Sumqayıt Maşın bazarı vergidən yayınırВ» adlı məqalə dərc olunub? Məqalənin internet variantı В«XuralВ»ın http://www.xural.com/?p=7864 səhifəsindədir. Belə bir tənqidi araşdırma yazısının dərc olunması o zaman Ə.Zeynallının nəyinə lazım idi? Yəni iddia olunduğu kimi hər həftə В«XuralВ»a maddi yardım göstərən bir adamın əleyhinə yazmaq nə dərəcədə doğru olardı?

Maraqlıdır ki, Sabir Tarverdiyev Əvəz Zeynallıdan Yevlax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində В«XuralВ» qəzetində məqalələrin dərcinin dayandırılması ilə bağlı xahişlər etdiyini də söyləyib. Baş prokurorluğun adını çəkmək istəmədiyi həmin vəzifəli şəxs hazırda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Yevlax rayonu ilə bağlı В«XuralВ» qəzetində dərc olunan araşdırma yazılar zamanında icra başçısını narahat etmiş və o В«XuralВ» qəzetinə qarşı məhkəmə iddiası qaldırmışdı. В«XuralВ» qəzeti məhkəmə qərarını icra etmiş və bu iş də tamamlanmışdı. Buradan məntiqli bir sual yaranır – Əgər həqiqətən də Sabir Taprverdiyev Elmar Vəliyevlə Əvəz Zeynallının arasındakı münasibətləri В«düzəldirВ»disə, o zaman В«XuralВ»ın çəkdiyi В«cəzaВ» nə idi? Bir də bu məsələyə Elmar Vəliyevin özü aydınlıq gətirməlidir ki, В«XuralВ» onunla bağlı hansı məqalələri dərc etmişdi və Sabir Tarverdiyev həqiqətənmi onunla Əvəz Zeynallı arasında vasitəçi olub?

Digər bir məqam. Bütün Azərbaycan mətbuatı Sabir Tarverdiyevin hansı təfəkkürə sahib olduğunu yaxşı bilir. Belə bir təfəkkürdə olan adamla Əvəz Zeynallının nə kimi ortaq münasibətləri ola bilərdi?

Ən əsas sual. Əgər Əvəz Zeynallı həqiqətən də bu adamları təhdid edərək rüşvət tələb etmişdisə nədən 3-4 il sonra, Gülər Əhmədova ortaya salınandan sonra В«meydanaВ» çıxıblar, təhdid olunduqları indiyədək yada düşməyib? Bütün hadisənin görünən tərəfi birmənalı olaraq odur ki, Əvəz Zeynallı məhz Ramiz Mehdiyevin sifarişi əsasında həbs olunub. Məhz onun əli ilə baş prokurorluq plan cızıb və bu gün də cızır. Korrupsiyaya qarış Mübarizə İdarəsi də həmin planı В«baş-ayaqВ» yerinə yetirir. Növbəti addım da bəllidir. Gülər Əhmədovanı ortaya atmaqla Ramiz Mehdiyev öz adının hallandırılmasının qarşısını necə almağa çalışmışdısa, oyuna əlavə В«üzəduranlarВ» qatmaqla Gülər Əhmədovanın da adını həmin yolla çıxarmaq niyyətindədir.

Məsələ tam çılpaqlığı ilə faş olur.

В«XuralВ» qəzeti yarandığı gündən tərəf bilmədən müstəqil fəaliyyət göstərib. İstər müxalifət, istərsə də hakim düşərgədə olan neqativlikləri qələmə alıb və öz tənqidi fikirlərini çəkinmədən qəzet səhifələrinə çıxarıb. Bütün demokratik dövlətlərdə mətbuatın bu cür yanaşması hakimiyyət tərəfdən dəstəklə qarşılanır, 4-cü hakimiyyətin istiqamət verdiyi bütün məqamlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və cəmiyyət üçün təhlükə yaradan amillərin qarşısı vaxtında alınır. Lakin Azərbaycanda bu mexanizm nəinki işləmir, əksinə daha ağır fəsadlar törətmək üçün işə salınır. Hakim strukturların neqativ fəaliyyətini işıqlandıran В«XuralВ» qəzeti təbii ki, məmurların rəğbət bəslədiyi mətbu orqan ola bilməzdi. O zaman В«XuralВ» qəzeti 9 illik fəaliyyəti dövründə səhifələrinə çıxardığı vəzifə səlahiyyətlərini aşan bütün məmurlar В«üzədurmaВ» əməliyyatında yaxından və çox həvəslə iştirak etməyə başlayacaqlar.

Amma bu məmurlara sual verən tapılmayacaq ki, Əvəz Zeynallı onları niyə bu qədər narahat edir? Bu adamlar hansı qanunsuz hərəkətlərilə Əvəz Zeynallının obyektinə düşüblər? Onların iddia etdikləri kimi В«şəxsi və işgüzarВ» nüfuzlarına xələl gətirən və qəzet səhifələrinə çıxarmaq istəmədikləri əməlləri nədir ki, bunun müqabilində hətta rüşvət verməyə də hazır olublar?

Qeyd: Hüquqi, demokratik dövlətlərdə bir qəzetin baş redaktorunun üzərinə əsası olmayan ittihamlarla gəlməzdən əvvəl, ilk növbədə onun haqqında yazdığı məmurların fəaliyyəti dövlətin hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Əgər həqiqətən də həmin məmurların əməllərində cinayət yoxdursa, o zaman baş redaktor В«cəzalandırılırВ». Azərbaycanda isə göründüyü kimi tam əksinədir. Əvvəlcə qəzetin baş redaktoru həbs edilir, sonra isə əslində öz əməllərində cinayət olan məmurlar baş redaktorun üzünə В«dururlarВ».

XURAL-TAC










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru