Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

ELDAR ƏZİZOVUN “YAŞIL SOYQIRIM”I
Tarix: 8-11-2011, 14:10 | Çap et
ELDAR ƏZİZOVUN “YAŞIL SOYQIRIM”I

İCRA BAŞÇISININ İSLAHATÇI PLANLARININ PƏRDƏARXASI

Bir müddət əvvəl Sumqayıt şəhərinin icra başçısı dəyişdiriləndə Sumqayıt sakinləri bir-iki gün sevindi. Səbəb uzun müddət Gəncə şəhərinin meri olan Eldar Əzizovun Sumqayıta icra başçısı təyin olunması idi. Əvvəllər dedilər ki, bəs Eldar Əzizov Sumqayıtı yaşadacaq, ay belə işləyəcək, rüşvəti yığışdıracaq, camaatın vəziyyətilə maraqlanacaq və sair. Bu panika sanki Sumqayıt sakinlərində bir ruh yüksəkliyi yaratdı ki, gəl görəsən. İlk günlər Eldar Əzizov özünü həqiqətən də elə göstərdi, şəhəri qarış-qarış gəzdi, vətəndaşlarla maraqlandı, xəstəxanalarda, mənzil istismar sahələrində qəfil yoxlamalar apardı, 5-10 nəfəri rüşvətxor damğasıyla işdən çıxardı. Hamı təzə merin başına and içməyə başladı. Hətta, iş o yerə çatmışdı ki, Sumqayıtda azyaşlılar Eldar Əzizova “Eldar baba” deyirdilər. Amma bu çox uzun sürmədi. Eldar Əzizov təmir- bərpa adı ilə sumqayıtlılara elə dağ çəkdi ki, sakinlər əvvəlki icra başçısı Vaqif Əliyevə şükür elədilər.

Eldar Əzizov ilk olaraq Sumqayıtda yaşıllığı məhv etməyə başladı. Bu proses isə Sumqayıtın girişindəki meşə zolağından başlandı. Sumqayıtın girişində təxminən bir neçə hektarlıq meşə zolağı var idi ki, bu zolaq Sumqayıtın simvollarından birinə çevrilmişdi. Şəhərə xüsusi zövq verən bu yaşıllıq sanki insana bir ruh verirdi. Həm də Sumqayıt o vaxtdan zavodların, kimyəvi maddələr istehsal edən müəssisələrin çoxluq təşkil etdiyi şəhər olduğu üçün burada yaşıllıqlar zolağının olması vacibdir. Bir neçə il əvvəl şəhərdə hektarlarla yaşıllıq zolaqları var idi. Bu zolaqların bir qismini sabiq icra başçısı Vaqif Əliyev məhv etsə də, şəhərin girişinə xüsusi zövq verən bu yaşıllıq zolağına dəyməmişdi. Vaqif Əliyev digər yaşıllıqların bir qismini məhv etsə də, nəsə insafa gəlib həmin yaşıllığı saxlamışdı və elə sumqayıtlılar da məhz bununla səbrlənmişdi. Amma “adalıq meri” kimi tanınan Eldar Əziziov cənablarında bu insaf da olmadı. Köhnə mer qədər də insafı olmayan Eldar Əzizov şəhərə mer təyin olunan kimi birinci bu yaşıllığın axırına çıxdı. Əvvəlcə mer sumqayıtlıları sakitləşdirmək üçün guya budama əməliyyatı apardığını və ağacları cavanlaşdırdığını iddia edərək həmin yaşıllığı məhv etdi. Amma sonra məlum oldu ki, kəsilən ağaclar kökündən qurumağa başladı. Səbəb isə həmin ağacların vaxtından əvvəl kəsilməsi idi. Beləliklə, təzə merin ilk planı Sumqayıta zərbə oldu.

Yeni merin islahatçı planlarının pərdəarxası

Eldar Əzizovun “islahatçı planı”ndan biri də başçılıq etdiyi şəhər icra hakimiyyətindəki “təmizləmə əməliyyatı” oldu. Cənab mer icra başçısı təyin olunan kimi başladı MİS rəhbərlərini sıxışdırmağa. Adını da qoydu ki, guya onlar rüşvətxorluq yayır, camaatı süründürür və sair. Bu adla Eldar Əzizov hər həftə bir neçə mənzil istismar sahəsinə gedib onları yoxladı, hər həftə iki sahə rəisini işdən azad elədi. Sumqayıtlılara da dedilər ki, guya təzə rəislər heç kimdən pul almayacaq, Sumqayıt aydınlığa çıxacaq, rüşvətsiz Sumqayıt şəhəri yaranacaq. MİS rəhbərlərini “təmizləyən” icra başçısı bundan sonra icra hakimiyyətinin aparatındakı vəzifəlilərə keçdi. Bu münvalla mer icra hakimiyyətində də beş- altı vəzifəlini danlayıb işdən çıxardı, o birilərinin də gözünün odunu aldı. Sonradan məlum oldu ki, icra başçısı bu əməliyyatla heç də xalqı rüşvətxor məmurlardan qurtarmaq istəmir. Məqsəd ətrafını yad insanlardan təmizləmək və vəzifəli şəxsləri özündən asılı vəziyyətə salmaqdır. Heç bu əməliyyatdan 10 gün keçməmiş yenə də eyni vəziyyət yarandı. Təzə vəzifəyə gətirilən insanlar yenə də köhnə prinsiplərlə işləməyə, vətəndaşları süründürməyə başladılar. Eldar Əziziov vəzifəyə təzə təyin olunanda təxminən bir ay həftədə 2-3 dəfə müşavirə keçirir, vətəndaşları növbəsiz qəbul edirdi, onların problemlərinin dinləyirdi. Bu da sən demə görüntü yaratmaq, məmurlar barədə məlumat toplamaq xarakteri daşıyırmış. Bir aydan sonra Eldar Əzizovun da qəbuluna düşmək müşkül məsələyə çevrildi. İndi vətəndaşlar aylarla icra hakimiyyətinin qəbul şöbəsində gözləsələr də, Eldar Əzizovun qəbuluna düşə bilmirlər. Hər gün yüzlərlə sumqayıtlı icra hakimiyyətinin qarşısında süründürülür, qəbula düşmək bu insanlara qismət olmur ki, olmur.

Sumqayıtı bürüyən küçə ticarəti və ya Eldar Əziziov Nizami Gəncəvidən qisas alır
Yeni icra başçısının gəlişilə Sumqayıtda artan qanunsuzluqlardan biri də küçə ticarətidir. Şəhərə mer təyin olunduğu ilk günlərdə Sumqayıtın əsas küçələrindəki hətta qanuni ticarət köşklərini də “küçə ticarəti” adı ilə ləğv edən, dağıdan mer bir müddətdən sonra özü küçə ticarətinə şərait yaratdı. İndi şəhərin əksər küçələrində küçə ticarəti baş alıb gedir. Əgər əvvəllər bu alverlər konkret yerlərdə olurdusa, indi artıq şəhərin hər küçəsində küçə ticarətçilərinə ifrat dərəcədə rast gəlmək olur. Artıq şəhərin mərkəzi küçələrində də küçə ticarəti pərakəndə halda tüğyan edir. Satıcılar icra hakimiyyətinin departament işçilərinin şifahi razılığı ilə küçələrdə nə gəldi satır, sakinlərin hərəkətinə mane olurlar. Maraqlı fakt odur ki, Eldar Əzizovun başçılıq etdiyi Sumqayıtın mərkəzindəki ən görkəmli parklardan olan Nizami parkı da bazara çevrilmək üzrədir. Küçə ticarətçiləri icra hakimiyyətinin şifahi razılığı ilə burada nə istəsən satırlar. Bir tərəfdə siqaret, spirtli və spirtsiz içkilər, digər tərəfdə pal-paltar, göy-göyərti və sair. Kim nə istəyir burda satır, park bərbad vəziyyətə salınıb. Həmin park Sumqayıtın tanınmış biznesmeni, “Univermaq Zaman” kimi tanınan Zaman İsgəndərovun oğlu, sabiq deputat Nizami İsgəndərov tərəfindən yaradılmış səliqəli bir park idi. Məlumata görə, həmin parkda Nizami İsgəndəriovun vəsaiti hesabına dahi şair Nizami Gəncəvinin heykəli də ucaldılıb və park lazımi səviyyədə qorunurdu. Eldar Əzizov icra başçısı təyin olunandan sonra isə Nizami parkı pis vəziyyətə salınıb və park xırdavat bazarına çevrilib. Deyəsən cənab Əzizov Gəncədən çıxdığı üçün gəncəlilərin heyfini dahi şair Nizami Gəncəvidən çıxmaq istəyir. Elə ona görə də, xırdavat bazarını bu parka salıb.

Eldar Əziziov qanunsuz tikililəri necə qanuniləşdirir

Merin təyinatından sonra Sumqayıtda qanunsuz tikililərin də sayı durmadan artır. Bir vaxtlar Sumqayıt sakinləri deyirdilər ki, bu şəhərdə qanunsuz tikililərin sayını Vaqif Əliyevdən çox artıran olmayıb. Çünki, hamı şəhərdə Vaqif Əliyevi “metrə Vaqif” kimi tanıyırdı. Amma indi sumqayıtlılar Vaqif Əliyevin vaxtında qanunsuz tikili olmadığını iddia edir. Eldar Əzizov bura başçı təyin olunandan sonra Sumqayıtda sanki hər gecə 10 qanunsuz tikili artır. Şəhərin baş arxitektoru və onun adamları şəhərin hətta zibillik yerklərini, yaşayışa yararsız olan ərazilərdə də ev tikintisinə icazə verirlər. Artıq Sumqayıtda bir boş yer qalır ki, o da şəhərin mərkəzi küçələridir. Belə getsə deyəsən təzə merin adamları mərkəzi yolları da halaylayıb mənzil üçün satacaq. Çünki, artıq zavod əraziləri, məktəb sahələri, poliklinika və xəstəxanaların ətrafı tikinti üçün zəbt olunub. Artıq hər yer əsassız tikintilərdən ibarətdir. Sakinlər deyirlər ki, adı qanunsuz tikili olan bu evlər əslində icra hakimiyyətinin icazəsilə inşa edilir. Yəni, icra başçılsının adamları əvvəlcə həmin satılan torpaqları zəbt olunmuş ərazilər kimi qeydiyyata alır və orada mənzil və digər obyektlərin tikilməsinə icazə vermir. Yerin sahibi tikintiyə başlamazdan əvvəl icra hakimiyyətində məhz bu işlə məşğul olmaq üçün ayrılan şəxslərlə görüşür və onlardan razılıq alandan sonra tikintiyə başlayır. Bu razılıq isə elə-belə verilimir. Əks halda vətəndaş həmin ərazidə daşı daş üstə qoya bilməz. O saat Eldar Əziziovun rəhbərlik etdiyi icra hakimiyyətinin adamları tökülüşüb tikilini dağıdır və tikinti sahibinə təzyiqlər edir.

Bir sözlə, bu gün Sumqayıt sakinləri yenidən qara günmlərini yaşamağa başlayıb. Yenə sakinlər süründürməçilikdə, yenə məmurlar köhnə prinsiplərlə işləyir və heç nə dəyişməyib. Dəyişən yalnız şəhərin yeni meri və yeni özbaşınalıqlardır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru