Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

YAS MƏRASİMLƏRİ MİLLƏTİ NECƏ MÜFLİS EDİR?
Tarix: 18-10-2012, 10:31 | Çap et
YAS MƏRASİMLƏRİ MİLLƏTİ NECƏ MÜFLİS EDİR?
MƏRASİM ƏNƏNƏLƏRİMİZİN SIRADAN ÇIXMASININ FƏSADLARI

“Anam rəhmətə gedəndə bilmirdim yas mərasimini yola vermək üçün çadır kirayə verənlərlə danışıb razılaşım, molla gətizdirim, qonaqları yola verim, yoxsa anamın yoxluğuna ağlayım. İnanın ki, yas məclisini yola verməyi düşünməkdən anamın yoxluğunu unutmuşdum. Çox çətin idi. Yasın düşəndə əlində heç olmasa ilkin olaraq 2-3 min manatın olmalıdır ki, yasın ilk günlərini yola verəsən”.

Bu sözləri bizimlə söhbətində anası yeni rəhmətə gedən Rauf söylədi. O, adət-ənənələrimizin yası düşənləri pis vəziyyətdə qoyduğunu dedi: “Başımı itirmişdim, inanın ki, anamı itirdiyimi belə unutmuşdum. Ancaq qonaqları necə yola salacağımı düşünürdüm”.

Ölüm haqq olsa da, ölünün yas mərasimini yola vermək üçün çəkilən haqq yetəri qədərdir. Elə buna görə də “indiki zəmanədə ölməyin də çətinləşdiyini” tez-tez eşidirik. Yas mərasimini yola vermək üçün ölü sahibi dəridən-qabıqdan çıxır, hətta çox vaxt əlində-ovcundakını xərcləyəndən sonra borca düşür. Yas mərasimlərini təşkil etmək üçün son illər xüsusi məntəqələr fəaliyyət göstərir. Həmin məntəqələrlə əlaqə saxlayıb yas mərasimlərinin qiymətləri ilə maraqlandıq.

“Yas sahibi arxayın evdə oturub öz işini, biz də öz işimizi görürük”

Məlum oldu ki, 100 nəfəri eyni vaxtda yola vermək üçün bir çadır bir gün üçün şəraitindən asılı olaraq 200-300 manata kirayəyə verilir. Qadınların ayrı, kişilərin ayrı vaxtda gəldiyini nəzərə alsaq, təxminən 200 nəfərlik məclisdə bu çadırlardan istifadə etmək mümkündür. Məclis böyüdükcə, böyük çadıra ehtiyac olur ki, bu zaman qiymətlər də böyüyüb 400-500 manata çatır. Buraya kondisionerləri də əlavə etsək, 100 manat çadırın qiymətinin üstünə gəlmək lazımdır. Yas mərasimlərini təşkil edən Asif deyir ki, 4 saat əvvəl onlara xəbər etmək kifayətdir: “Özümüz gəlib çadırı quraşdırırıq”.

Əksər hallarda ölü sahibləri çadırla yanaşı, ofisiant, çayçı və aşpaz da sifariş edir ki, onların da ayrıca qiyməti var. Məsələn, 100 nəfərlik məclisi yola vermək üçün 3 ofisiant, 1 çayçı, 1 aşpaz, 1 qabyuyan lazımdır. Bir ofisiantın haqqı 20 manat, qabyuyan – 30, aşpaz 50, çay paylayan 20 manatdır. Molla isə 50 manata başa gəlir. Ofisiantların hamısı da səliqəli görünmək üçün eyni cür geyinirlər.

Asif məsləhət gördü ki, ən yaxşısı hər şey onlardan olmaq şərtilə məclisin yola verilməsidir. 200 nəfərlik məclis molla xaric 2400 manata başa gəlir: “Bura hər şey daxildir, çadırdan, kondisioner, soba, stol, stullardan tutmuş xidmətçilərə, yeməklərə və səsgücləndiriciyə qədər. Yas sahibi arxayın evdə oturub öz işini, biz də öz işimizi görürük. Yəni tam rahat qonaqlarıyla maraqlanır, nəsə çatmadı deyə narahat olmur. Çünki biz işi elə görürük ki, bir dənə əskiyimiz də olmur”.

“Müştərilərimiz əsasən madonna servisə üstünlük verirlər”

Asif menyuya lazım olan hər şeyin daxil olduğunu dedi: “Qaralı aşdan tutmuş, dovğaya, bozbaşa, mer-meyvəyə, kətəyə, qoğala kimi hər şey var. Hətta araxisi də əskik etmirik. Adamın biri 12 manata başa gəlir. 3, 7, 40-ı da bizə həvalə edəndə qiymətdə endirim edirik. Bu zaman stulun biri 10 manata başa gəlir”.

Asif salatlar və yas mərasimi sahibinin ürəyindən keçən başqa şeyləri də menyuya daxil edə biləcəklərini dedi: “Ancaq bu zaman stolun qiyməti artır”.

Bizi müştəri bilən Asif əlindən gələn hər şeyi edirdi ki, təki “işi” onlarla görək. Asif qab-qacağın çox keyfiyyətli olduğundan da danışdı: “Məclis yiyəsinin istəyindən asılı olaraq madonna, yaxud ağ servisdən istifadə edirik. Qablarımızın hamısı avro qablardır”.

Qabın qiymətə təsirinə gəlincə isə müsahibimiz, heç bir təsir etmədiyini bildirdi: “Amma müştərilərimiz əsasən madonna servisə üstünlük verirlər”.

Asif hava soyuq olduqda qızdırıcının da xidmətə daxil olduğunu dedi: “Yağış yağsa çadıra döşəmə də vururuq ki, içəri nəmişlik keçməsin”.

Karamelli şokolad, badambura, qoğal, süd çörəyi...

Bildiyimiz kimi, Təzə Pir Məscidində də yas mərasimlərinin keçirilməsi üçün mərasim zalları mövcuddur. Sözügedən məscidlə də əlaqə saxlayıb qiymətləri öyrəndik. 100 nəfərdən artıq adamın iştirak etdiyi yas mərasimini “Təzə Pir”də yola vermək istəyənlər hər adam üçün 12 manat ödəməlidirlər. Menyuya qaralı aş, dovğa, meyvə-tərəvəz, 2 cür spirtsiz içki, karamelli şokolad, badambura, süd çörəyi, qoğal , halva. və s. təamlar var. Qadın və kişi məclisinə ayrı-ayrılıqda molla sifariş verdikdə, hər mollaya 30 manat ödəmək lazımdır.

Beləliklə 200 nəfərlik mərasim kirayə çadır verilən məntəqələr və Təzə Pir Məscidində 2400 manata başa gəlir. Nəzərə alaq ki, rəhmətə gedəndən sonra 3, 7, 40 mərasimləri verilir bu zaman ölü sahibinə 10 min manat lazımdır. Hələ buraya ölünün yuyulması, qəbir yerinin alınması, baş daşının qoyulması daxil deyil. Bir sözlə, yas mərasimini yola vermək üçün çəkilən xərclə Bakıda mənzil almaq mümkündür.

Fatmayıda yas məclislərində yeni qayda

Dinşunas alim Altay Göyüşov bizimlə söhbətində yas mərasimlərindəki dəbdəbənin sovet dövründən sonra başladığını bildirdi:
“Bizdə yas mərasimləri yarışa çevrilib. Öz varını-dövlətini göstərmək üçün hamı yarışa girib ki, görən, kimin verdiyi ehsan menyusunda daha çox yemək var. Amma ehsan hələ qədimdən imkansız adamlara verilmək üçün nəzərdə tutulub. Ölü sahibi ola bilər ki, heç süfrə açmasın, amma ölüsünə dua qazandırmaq üçün imkansızların evinə yemək yollaya bilər. Bizdə isə əksinə, ehsan verəndə imkanlılar stolun baş tərəfinə keçirilir, yoldan keçən imkansız, ac-yalavac qapıdan içəri buraxılmır”.

Altay Göyüşov müsəlman ölkələrinin heç birində Azərbaycandakı təmtərağın olmadığını bildirdi: “Heç uzağa getməyək, İran və Türkiyədə stolun ütündə sudan, çaydan, xurmadan başqa bir şey görməzsən”.
Müsahibimiz belə halların aradan qaldırılmasının heç də çətin olmadığını düşünür: “Təzəlikcə Fatmayıda yas mərasimində idim. Stolun üstünə ən vacib şeylər qoyulmuşdu. Orada öyrəndim ki, kəndin mollası ağsaqqallarla birlikdə yığışıb belə bir qayda qoyublar ki, mərasimlərdə konkret nə verilə bilər və imkanından asılı olmayaraq hamı bu qayda-qanuna əməl edir”.

“İslamda yas mərasimi anlayışı yoxdur”

İlahiyyatçı alim Elşad Miri deyir ki, hamını narahat etməyə başlayan təmtəraqlı yas mərasimlərinin islam dini ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, ümumiyyətlə, islamda yas mərasimi anlayışı yoxdur: “Əgər bir müsəlman vəfat edərsə əsas vəzifə onun yuyulub kəfənlənməsi və dəfn olunmasından ibarətdirВ».

Ekspertin sözlərinə görə, insanlar bəzən bir-birilərinin qınağından qorxaraq adətlərdən kənara çıxa bilmirlər. Amma Quran buyurur ki, insanların qınağından deyil, Allahın qınamasından qorxun.
E.Mirinin fikrincə, son vaxtlar yas mərasimlərinin təşkili ilə məşğul olan böyük bir biznes şəbəkəsi formalaşdırılıb. Həmin şəbəkə insanların yaxınlarını itirən zaman düşdükləri emosional durumdan peşəkarlıqla istifadə edib varlanırlar: В«Mən buna sui-istifadə deyərdim. Bu qüvvələr məscidləri yalnız ölüm hadisəsi olan zaman müraciət edilən yerlərə çeviriblər”. \ kaspi.az \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru