"Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi ÖLÜB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                 

“BİRİNCİ HƏYAT YOLDAŞIM QIZ ÇIXMADI...”
Tarix: 30-10-2012, 10:32 | Çap et
“BİRİNCİ HƏYAT YOLDAŞIM QIZ ÇIXMADI...”
“BU QADIN MƏNİM TANIDIĞIM SAMİRƏ DEYİL”

Saleh Məmmədov 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik illəri doğma şəhərdə keçib. 1980-ci ildə orta məktəbi bitirən Saleh Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. 1981-83-cü illərdə Rusiyanın Surqut vilayətində hərbi xidmət keçib. 1983-cü ildə “gənclər şəhəri”nə dönən Saleh texnikumda oxuya-oxuya ayaqqabı tikməyi də öyrənib. Hazırda Sumqayıt şəhərində yaşayan Saleh Məmmədov köhnə ayaqqabıları təmir etməklə dolanır.

Toy gecəsi uğursuz olub

Saleh deyir ki, tale heç vaxt onun üzünə gülməyib. Çoxuşaqlı ailədə doğulduğu üçün bir qarnı ac, bir qarnı tox böyüyüb. Yaxşı işi, imkanlı valideynləri olmadığı üçün bir qədər gec ailə həyatı qurub: “İlk dəfə evlənəndə 30 yaşım vardı. Anamdan olsaydı, məni 20 yaşında evləndirərdi. Amma mən razı olmurdum. Deyirdim ki, qızları ərə ver, sonra mənə toy edərsən. Yazıq arvad dörd qızı köçürənə kimi mən 30 yaşıma gəlib çatdım”.

Anası Salehə qız tapmaq üçün çox əziyyət çəkməyib. Simuzər arvad qonşu binada yaşayan Elnarəni evinə gəlin gətirib: “Mən o qızı yaxşı tanımırdım. Məndən 10 yaş kiçik idi. Anam dedi ki, başıaşağı uşaqdır, gözümün qabağında böyüyüb. Etiraz eləmədim. El adəti ilə toy edib, Elnarəni evimizə gəlin gətirdik. Elə həmin vaxtdan da mənim “qara günlərim” başladı”.

Elnarə Salehin münasibətdə olduğu ilk qadın olub. Saleh deyir ki, 30 yaşı olmasına baxmayaraq, o vaxta kimi əli heç bir qızın əlinə dəyməyib: “Toy gününün səhəri anam məni çağırıb dedi ki, a bala, gül kimi uşaqdır, niyə o qıza toxunmamısan? Əvvəlcə heç nə başa düşmədim. Üzüm ayağınızın altına, gecə Elnarə ilə yaxınlıq etmişdim. Amma anam məni inandırmaq istəyirdi ki, mən ona toxunmamışam. Anam məni zorla yenidən yataq otağına salıb, qapını da arxadan bağladı. Bir az sonra o, məni bayıra çıxarıb, Elnarənin yanına girdi. Otaqdan çıxanda anamın rəngi qaralmışdı. O, qorxa-qorxa üzümə baxıb, belə dedi: “İndi başa düşdüm ki, sən niyə evlənmək istəmirdin...” Açığını deyim ki, anamın nə demək istədiyini başa düşmədim. O, tez geyinib evdən çıxdı. Mən ondan hara getdiyini soruşanda dedi ki, Coratda yaxşı bir molla var, sənə dua yazdırmağa gedirəm. Mənə gülməyin, amm yenə onun nə etmək istədiyini başa düşmədim. Anam iki saat sonra geri qayıdıb, əlindəki duanı balışıma tikdi. Sonra isə məni yenidən yataq otağına itələdi. Bu minvalla Elnarə ilə növbəti dəfə münasibətdə olduq. Mənim qapıdan çıxmağımla anamın yenidən yataq otağına girməyi bir oldu. Təxminən yarım saat ondan səs-soraq çıxmadı. Mən onun arxasınca yataq otağına girəndə gördüm ki, anam başını əllərinin arasına alaraq, dərin fikrə gedib. O, daha mənə heç nə demədi. Beləliklə, aradan 3 gün keçdi. Bu üç gündə anam balışıma daha 3 dua tikdi. Hiss edirdim ki, qüssə anamı için-için yeyir. Axırda dözməyib, onunla açıq danışdım. Dədəmin goruna and içdim ki, heç bir xəstəliyim yoxdur. Bu sözləri eşidəndə anamın sifətində qəribə ifadə yarandı. O, sanki yuxudan ayıldı. Dedi ki, gəlinə xəbər elə hazırlaşsın, sizi həkimə aparacam. Anamın bizi həkimə aparmaq istədiyini eşidəndə Elnarə özünü itirdi. O, anamın ayağına düşüb dedi ki, qurbanın olum ay xala, məni biabır eləmə. Yalnız bundan sonra anam məsələnin nə yerdə olduğunu anladı. Arvad dərhal zəng vurub, Elnarənin ata-anasını çağırdı. Sən demə, valideynləri Elnarənin qız olmadığını bilirmişlər. Anası ağlaya-ağlaya dedi ki, ay Simuzər, bizi qonşuların içində rüsvay eləmə. Onlar anamdan xahiş etdilər ki, 3 ay Elnarəni qovmayaq, sonra özləri gəlib qızlarını aparacaqlar. Anam xeyli götür-qoy edəndən sonra Elnarənin 3 ay bizdə qalmağına razı oldu. Elə həmin gün mən evi tərk edib, kirayədə qalan bir dostumun yanına köçdüm. Elnarənin valideynləri sözlərinin üstündə dayanaraq, 3 ay sonra gəlib qızlarını apardılar”.

İkinci həyat yoldaşı doğuş zamanı ölüb

Bu hadisədən 6 ay sonra Saleh ikinci dəfə ailə həyatı qurub. O, indi haqq dünyasında olan Arzunu böyük ehtiramla xatırlayır: “Arzu əslən Quba rayonundan idi. Onu bizim ailə ilə anamın rəfiqəsi tanış etmişdi. Çox sakit, mədəni qadın idi. Biz 9 ay bir yerdə yaşadıq. Bu 9 ayda onun bir dəfə də yüksək səslə danışdığının şahidi olmadım. Bəzən bacılarım gəlib bir həftə bizdə qalırdılar. Arzu uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Arzu ilə yaşadığım 9 ayı həyatımın ən xoşbəxt dövrü sayıram. Təəssüf ki, bu xoşbəxtliyin ömrü uzun olmadı. Doğuş zamanı Arzu vəfat etdi. Valideynləri Arzunu Qubada dəfn etsələr də, ildə ən azı iki dəfə onun məzarını ziyarət edirəm”.

Saleh həyat yoldaşını itirsə də, həkimlər uşağı xilas edə bilirlər. O, dünyaya gələn qızının adını Arzu qoyur. İndi Arzu Məmmədovanın 17 yaşı bar. Dörd uşaq atası olan Saleh övladları içərisində ən çox Arzunun xətrini istədiyini etiraf etməkdən çəkinmir.

Ögey ananın qəzəbi

Həyat yoldaşını itirəndən sonra Saleh Məmmədov beş il subay qalır. Amma anası yaşlandığı, qohum-əqrəba isə çox israr etdiyi üçün Saleh üçüncü dəfə evlənməyə razı olur: “Üçüncü həyat yoldaşım kənd qızı olsa da, Bakıda yaşayırdı. Mən onun üzünü ilk dəfə toy günü görmüşəm. Bu işi bacımın baldızı düşüb-qoşmuşdu. Toy günü Samirəyə dedim ki, əgər sən Arzuya yaxşı baxsan, mən də sənə yaxşı baxacam. Bz üç il bir yerdə yaşadıq. Mən evdən səhər çıxıb axşam gəldiyim üçün onun anamla, Arzuyla necə rəftar etdiyini bilmirdim. Anam sakit arvaddır. Bilirəm ki, gəlin onu döysə də, səsini çıxarmaz. Elə bilirdim ki, evdə işlər qaydasında gedir. Bir gün işdən qayıdanda gördüm ki, Arzunun kefi yoxdur. Amma nə qədər elədimsə, mənə heç nə demədi. Hiss etdim ki, uşaq bərk ağlayıb. Birdən gözüm Arzunun əynindəki paltarlara sataşdı. Avqust ayı olsa da, o, uzunqol köynək geyinmişdi. Uşağın əynindəki köynəyi çıxaranda gördüm ki, qolları gömgöydür. Elə bildim ki, dünya başıma fırlandı. Samirənin qızımı döydüyünə zərrə qədər də şübhəm qalmadı. Həmin gün mən də Samirəni döydüm. O vaxta kimi birinci dəfəydi qadına əl qaldırırdım. Amma bununla da ürəyim soyumadı. Uşağı da qoltuğuna verib, onu Bakıya atasının evinə göndərdim”.

Salehlə Samirə bir ay küsülü qalırlar. Amma anası və bacıları çox israr etdiyi üçün bir gün Saleh həyat yoldaşının arxasınca gedir: “Dostumun maşını ilə Samirənin arxasınca getmişdim. Evdə ancaq qayınanam idi. Baxdım ki, uşaq ağlayır, arvad isə onu sakitləşdirə bilmir. Qayınanamdan Samirənin harda olduğunu soruşdum. Əvvəlcə dedi ki, dayısıgilə gedib. Sonra isə sözünü dəyişdi. Belə məlum oldu li, Samirəni 8-ci kilometr bazarına göndərib. Samirənin telefonunu yığsam da, ona zəng çatmadı. Bu işdən əməlli-başlı şübhələnməyə başladım. Dostuma gecə qayınanamın evində qalacağımı deyib, onu Sumqayıta göndərdim. Özüm isə oturub Samirəni gözləməyə başladım. O, gecə saat 12-də evə gəldi. Sərxoş olduğu üçün ayaq üstdə güclə dayanırdı. Bu bir ayda onun geyimi, hərəkətləri xeyli dəyişmişdi. Başa düşdüm ki, bu qadın mənim tanıdığım Samirə deyil. Elə həmin gecə ordan çıxıb, bir də geri qayıtmadım. Samirəni atdığım üçün əvvəllər vicdan əzabı çəkirdim. Bir gün eşitdim ki, Samirə bir İran vətəndaşı ilə ailə həyatı quraraq, Tehrana köçüb. Uşağı anasına vermişdi. Məhkəmə yolu ilə uşağı qayınanamdan aldım. Samirin indi 11 yaşı var”.

...və xoşbəxt sonluq

2003-cü ildə Samirədən ayrılan Saleh Məmmədov 2004-cü ildə yenidən ailə həyatı qurub. Bu izdivacdan bir oğlan, bir qız doğulub. Müsahibimiz deyir ki, həyatının axarını dəyişdiyi üçün Çimnaz xanıma borcludur: “Çimnazla 8 ildir evliyik. O, ilk gündən Arzuya da, Samirə də öz doğma övladı kimi baxır. Arzu ali məktəbə hazırlaşdığı üçün onu çox yormuruq. Amma Samir özündən kiçik qardaş və bacısının dərslərinə kömək edir. Elvin 2-ci, Gülçin isə 1-ci sinif şagirdidir. Həmişə Allaha yalvarıram ki, bu mehribançılığı bizim əlimizdən almasın. Axı, mən xoşbəxt bir yuva qurmaq üçün düz 11 il mübarizə aparmışam...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi ÖLÜB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
23-08-2025, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
23-08-2025, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
23-08-2025, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
23-08-2025, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
23-08-2025, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
23-08-2025, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
23-08-2025, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
23-08-2025, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru