Vilayəti içinin çirkini belə tökdü... .....                     Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... .....                     “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” .....                     "Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi ÖLÜB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                 

ZAQATALADA GÖRÜNMƏMİŞ BİABIRÇILIQLAR
Tarix: 7-11-2012, 12:43 | Çap et
ZAQATALADA GÖRÜNMƏMİŞ BİABIRÇILIQLAR
MÜSAVATÇI OLDUĞUNA GÖRƏ, EVİNİ TİKMİRLƏR

Mayın 7-də və 18-də Azərbaycanın şimal-qərbində güclü zəlzələ baş verib. Zəlzələnin episentri cənub şəhəri Zaqatalanın 17 km.-də olub. Orada yeraltı təkanların gücü Rixter şkalası üzrə 5,5 bal gücündə olub.
Zaqatala və Qax rayonlarında minlərlə ev və 32 məktəb dağılıb və ya qəza vəziyyətinə düşüb.
Hökumət qışa kimi evlərin, yeni tədris ilinə qədərsə məktəblərin yenidən tikiləcəyini vəd etmişdi. Lakin nə bu, nə də digər vədlər yerinə yetirilmədi, baxmayaraq ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 250 mln. manat ayrılmışdı. Dəqiq məbləğ, işlərin dəyəri, kompensasiyaların həcmi gizli saxlanılır. Regionda korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi, vətəndaşlardan pul qoparılması, məmur özbaşınalığı hökm sürür. Və bütün bunları Fövqəladə Hallar Nazirliyi idarə edir.
Oktyabrın 14-də Balakən rayonunda baş vermiş 6 ballıq zəlzələ vəziyyəti daha gərginləşdirib. Bu zəlzələ nəticəsində 2,5 min ev, obyekt dağılıb və ya qəza vəziyyətinə düşüb. Zərər çəkənlərə demək olar ki, yardım göstərilmir, onlar dövlət tərəfindən unudulub.

Zaqatala – zəlzələdən yeddi ay sonra

Zaqatalada baş verən zəlzələdən yeddi ay keçib. Bu ilin may ayının 7-də Zaqatalada baş vermiş zəlzələ zamanı yüzlərlə ev, məktəb, uşaq bağçası və digər tikililərə ziyan dəyib. Minlərlə sakin evsiz qalıb. Zəlzələdən dərhal sonra hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün qərarlar qəbul edib. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə zəlzələ zamanı dağılmış tikililərin yenidən inşa edilməsi üçün külli miqdarda dövlət vəsaiti ayrılıb. İ. Əliyev və digər yüksək vəzifəli şəxslər fəlakət bölgəsində olub.
Zəlzələdən düz 7 ay sonra Zaqatala rayonunda olduq. Dövlət rəsmlərinin verdiyi açıqlamaların əksinə olaraq rayonda acınacaqlı vəziyyətin hökm sürdüyünün şahidi olduq.

FHN-nin rəsmiləri ayrı-seçkilik edir

Zaqatalada olduğumuz müddət ərzində zəlzələ zamanı dağılmış evlərin heç də hamısının qeydə alınmadığının şahidi olduq. Sakinlərin sözlərinə görə, zəlzələdən dərhal sonra yoxlamaya başlayan komissiya nisbətən ədalətli rəy yazıb. Lakin qısa müddət sonra vəziyyət kəskin şəkildə pisləşib. Sonradan yeni komissiya formalaşıb. Komissiya üzvləri isə evin vəziyyətini yox öz şəxsi marağı əsasında rəy yazır. Zaqatala rayonu Aşağı Tala kəndinin sakini Yusif Həsənovun evi zəlzələ zamanı tamamilə dağılıb. Evin divarlarında dərin çatlar əmələ gəlib. Evin damı isə tamamilə uçub. Yusif Həsənovun sözlərinə görə, oğlu və gəlini qəzalı evdə yaşamaqdan qorxduqları üçün kirayəyə ev tutmalı olublar: “Mən isə xanımımla birlikdə həyətdə olan otaqda yaşayırıq. Evdə yaşamaq təhlükəlidir. Ev hər an uca bilər”. Y. Həsənovun sözlərinə görə dəfələrlə yerli icra nümayəndəliyinə və “Zəlzələ” Qərargahına müraciət edib: “Müraciətlərimə məhəl qoyulmur. 112 xidmətinə də müraciət etmişik. Mənə bildirirlər ki, evin təmir ediləcək. Lakin bu evin təmir edilməsi mümkün deyil. Mənim evimdən dəfələrlə az qəzalı olan evlər sökülüb yenidən inşa edilir. Lakin nədənsə mənim evim inşa edilmir. Səbəbini də demirlər”.

“İki mərtəbəli evimin əvəzinə 2 otaqlı ev tikmək istəyirlər ”

Aşağı Tala kənd sakini Şahnaz İsrafilova zəlzələ zamanı 2 mərtəbəli evlərinin dağıldığını bildirdi: “Bizim 2 mərtəbəli evimiz vardı. Üç otaq aşağıda üç otaq isə ikinci mərtəbədə yerləşirdi. Beş ay əvvəl Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evimi sökdülər. Ev sökülərkən bizə bildirdilər ki, iki mərtəbəli ev inşa ediləcək. Ev söküldü. İki ay gözlədik gələn olmadı. Ondan sonra gedib maraqlandıq. Bizə dedilər ki, indi məktəbləri tikirik sonra sizin evinizi tikəcəyik. Daha sonra bizə bildirdilər ki, sizə 3 otaqlı ev tikəcəyik. Çarəsizlikdən razılaşdıq. Daha sonra dedilər ki, sizin evin layihəsi dəyişdirilib, indi 2 otaqlı ev tikirik. Etiraz etdik. İki otağı olanlara iki mərtəbəli ev tikirlər. Amma bizim iki mərtəbəli evimizin əvəzinə iki otaqlı ev tikmək istəyirlər”. Ş. İsrafilova üzləşdiyi haqsızlıqla bağlı Mehriban Əliyevaya müraciət etdiyini bildirdi. Lakin ona gələn cavab məktubunu İcra Hakimiyyəti götürüb. İcra Hakimiyyətindən Şahnaz xamıma bildiriblər ki, M. Əliyeva məktuba müsbət cavab verib: “Lakin məktubu gizlətdilər”. Ş. İsrafilovanın sözlərinə görə komissiya üzvləri ailəsini şantaj edir: “Bizə deyirlər ki, şikayət etsəniz evinizi tikməyəcəyik”. Ş. İsrafilova bildirdi ki, soyuqların düşməsi vəziyyətlərini daha da çətinə salıb: “Havalar soyuqdur. Çadırda yaşamaq olmur. Məcburiyyət qarşısında qalıb maşınımızı satdıq. Həmin pulla bir otaqlı ev tikmişik. Ölkəmizin zəngin sərvətləri var. Prezidentdə sağ olsun. Dağılan evlərin tikilməsinə göstəriş verib. Amma bəzi adamlar vəziyyətdən istifadə edib qanunsuzluqlar edirlər”.

“Məni müsavatçı adlandırıb evimi tikmirlər ”

Rayonun Ələsgər kəndində də qəzalı evlər qeydə alınmayıb. Gözdən uzaq bu dağ kəndində vəziyyət daha acınacaqlıdır. Kənd sakini İsmayılova Baratın sözlərinə görə, zəlzələdən sonra gələn komissiya evin qəzalı vəziyyətdə olduğunu söyləyib: “İlk dəfə gələn komissiya mənə bildirdi ki, evdə yaşamaq təhlükəlidir. Bizə çadır verdilər və evdə yaşamağımızı qadağan etdilər. Soyuqlar düşənəcən həmin çadırda yaşadıq. Lakin sonradan gələn komissiya bildirdi ki, ev qəzalı deyil, təmirə ehtiyacı var. Bizim evlərimizin tikilməsinin qarşısını bələdiyyə sədri Məhərrəm Həsənov alır. Sədr evlərin yenidən tikilməsi üçün 400 manat pul istəyir. Şikayət edirəm. Bələdiyyə sədri deyir ki, müsavatçıdır. Mən haqqımı tələb edəndə müsavatçı oluram? Məni müsavatçı adlandırıb evimi tikmirlər”. Ələsgər kəndinin digər sakini Ələkbər Əliyevdə evinin yarasız vəziyyətə düşdüyünü bildirdi: “Zəlzələdən əvvəl evimi böyütmək istəyirdim. Tikintiyə də başlamışdım. Zəlzələdən sonra mütəxəssislər evə baxış keçirdilər. Bildirdilər ki, evin divarı 21 santimetr sürüşüb. Mənə xəbərdarlıq etdilər ki, evdə yaşamaq olmaz. Evdə yaşasaq və fəlakət baş versə cavabdeh mən olacam. Bizə çadır verdilər. 7 aydır çadırda yaşayırıq. Dağlıq ərazidir, çadırda soyuq olur. Bu 7 ay müddətində qızım xəstələndi. Bakıya xəstəxanaya aparmalı oldum. İndi qış gəlib. Artıq çadırda yaşamaq mümkün deyil. Məcburiyyət qarşısında qəzalı evə köçməli olmuşam. Lakin sonradan gələn komissiya evimi qəzalı yazmadı. Hər yerə şikayət etmişəm. Baxan yoxdur”. Ələsgər kənd sakini Babaxanov Bəhram komissiya tərəfindən evinin qəzalı olması barədə rəy yazıldığını söylədi: “Komissiya yoxlama apararkən evimin qəzalı olması barədə rəy yazıb. Lakin düz 7 aydır gözləyirik ki, evi söküb yenidən tiksinlər. Ondan sonra bizimlə heç kim maraqlanmayıb. Bir çadır vermişdilər. Yayı birtəhər çadırda keçirdik. Amma indi qış gəlib. Mən uşaqlarımı qəzalı evdə saxlayıb ölümün ayağına verə bilmərəm. Uşaqlar gecələr qohumlarımgildə qalır. Həyat yoldaşım xəstədir. Ayda cəmi 40 manat pul qazana bilirəm. Həyat yoldaşımın müalicəsi üçün qohumlarımdan aldığım min manatı qaytara bilmirəm. İmkanımda yoxdur ki, bir otaq tikim”. Sulxayeva Xaccey zəlzələ zamanı evinin dağıldığını bildirdi: “Yoxlama gəlib evə baxdı. Əvvəl dedilər ki, ev yenidən tikilməlidir. Sonra dedilər gücləndirilmiş bərpa təmir işləri aparılmalıdır. Bir dəfədə gəlib evin şəkillərini çəkib apardılar. Mən xəstə yalqız adamam. Heç yerə gedə bilmirəm. Şikayət də etməyə imkanım yoxdur. Yayda çadırda birtəhər qalırdım. İndi soyuqdur, çadırda qalmaq olmur. Bu dağılan evdə yaşamağa isə qorxuram”.
Ələsgər kənd sakini Əfəndi Abdullanın bildirdiyinə görə, kəndin evlərinin böyük əksəriyyəti qəzalı vəziyyətdədir. Buna baxmayaraq komissiya evlər barədə düzgün rəy yazmır. Rəsmi şəkildə qəzalı vəziyyətdə olması barədə akt tərtib edilən 20 qəzalı evdən yalnız biri, noyabr ayının 5-dən etibarən inşa edilməyə başlayıb. Bir ev isə Gözbarax kəndi ərazisində inşa edilir. Yerdə qalan 18 evin taleyindən xəbər yoxdur. Ə. Abdullanın sözlərinə görə evi qəzalı vəziyyətdə olan sakinlərin bir çoxu kəndi tərk edib. Kəndi tərk edənlərdən ikisi də Ə. Abdullanın yaxın qohumlarıdır: “Qohumlarımdan biri Hüseynov Eldardı. Eldarın evini birinci komissiya qismən qəzalı olması barədə rəy yazmışdı. Sonradan ikinci komissiya gələndə evin qəzalı olması barədə rəy yazdı. Lakin sənədləri bu günə qədər gəlib çıxmayıb. Ev tam yararsız vəziyyətdə olduğu üçün qaynım kəndən çıxmalı oldu. İndi Bakıda olur. Dəfələrlə yerli icra hakimiyyətinə şikayət etmişik. Deyirlər ki, özünüzə sığınacaq tikin”. Ə.Abdulla digər qohumu Mübariz İsmayılova məxsus evin 6 ay əvvəl söküldüyünü bildirdi: “Altı aydır evi tikmirdilər. Bu gün kəndimizdən 10 kilometr aralıda yerləşən Gözbarax kəndində dağ çayının kənarında Mübarizə ev tikməyə başlayıblar. Bələdiyyə sədri 400 manat pul alıb həmin ərazidə İsmayıla torpaq sahəsi verib. Bu torpaq sahəsi satın alıdıqdan sonra ev tikməyə başladılar. İnsanları məcbur edirlər ki, kənddən çıxsınlar. Kəndin boşaldılması üçün heç bir sərəncam yoxdur. Əgər kəndi köçürürlərsə nəyə görə yeni məktəb inşa edirlər?”.

Yeddi ay əvvəl sökülən evlər hələdə inşa edilməyib

Rayon ərazisində 7 ay əvvəl sökülən evlərin əksəriyyətində tikinti işlərinə başlanılmayıb. Tikintisi başlayan evlərin böyük əksəriyyətində isə iş dayandırılıb. Ələsgər kənd sakini Zahid Hüseynovun bildirdiyinə görə, evi 7 ay əvvəl FHN-nin nümayəndələri tərəfindən sökülüb: “Evi sökdülər və çıxıb getdilər. Ondan sonra gəlib maraqlanmayıblar da. Azı yüz dəfə şikayət etmişəm. Şikayətə baxan yoxdur. Uşaqlarla “palatkada” yaşayıram. İcra hakimiyyətindən bizə deyirlər ki, gedin özünüzə qalmağa yer tikin. İndi məcburam bir otaq tikim”. Z. Hüseynov inşa etdiyi otaq üçün dövlət tərəfindən heç bir yardım ayrılmadığını bildirdi: “Bu otağı məcburiyyət üzündən tikirəm. Özüm bir tikə çörək üçün Rusiyada işləyirəm. Burada iş yoxdur. Bu otağı da uşaqlar üçün tikirəm ki, qışda donmasınlar”.

Fəhlələrlə əmək müqaviləsi bağlanmır, pulları verilmir

Rayonda inşa edilən evlərin tikintisinin böyük əksəriyyəti yarımçıq qalıb. Buna səbəb isə usta və fəhlələrin pullarının verilməməsidir. Tikinti işləri qeyri - şəffaf aparıldığından fəhlə və ustalar hansı şirkətdə işlədiklərini belə bilmirlər. Fəhlələrlə əmək müqaviləsi bağlanmır. Əmək müqaviləsi tələb edənlər isə dərhal işdən uzaqlaşdırılır. Yerli ustalar əmək müqaviləsi və görüləcək işlərin qiymətləndirilməsi cədvəlini tələb etdikləri üçün işə götürülmür. Zaqatalada evləri əsasən Şamaxı, Ağsu, Saatlı, Sabirabad və Şəki rayonundan olan usta və fəhlələr inşa edir. Son bir ay ərzində isə evlərin tikintisinə Gürcüstan vətəndaşı olan milliyətcə gürcü olan şəxslər cəlb edilib. Azərbaycanlılardan fərqli olaraq gürcülərlə əmək müqaviləsi bağlanılır. Onların maaşları vaxtı-vaxtında ödənilir. Mamrux kəndində usta işləyən Müşviq Məmmədov hansı şirkətdə çalışdığını bilmədiyini söylədi. O eyni zamanda şirkətlə əmək müqaviləsi bağlamadığını bildirdi: “ Şirkətin adını bilmirik. Bir “proravı” tanıyırıq, adı Samirdi. Bizimlə müqavilə bağlamayıblar. İndi bizə altı yüz manat pul verməlidir. Qurban bayramı qabağı adama yüz manat verdilər. Dedilər ki, bayramdan sonra pul olacaq. Hələlik heç bir xəbər yoxdur. Amma əvvəl tikdiyimiz evlərdə pul problemi olmamışdı”. M. Məmmədov 2 qat daş divarın kvadratını evin 1-ci mərtəbəsində 4, ikinci mərtəbəsində isə 4 manat 50 qəpik pul ödəndiyini söylədi: “Suvağı kvadratına evin çölündə 2 manat evin icərisində 1 manat 70 qəpik pul verirlər”. M. Məmmədov qiymətlərin aşağı olduğunu söylədi: “Bu qiymətlər sərf eləmir. Hesablayanda günə 8 manat qazanırıq”. M. Məmmədov yeməklərini ev sahibi tərəfindən verildiyini söylədi: “Camaat yaxşıdır. Allah razı olsun. Ustaların, fəhlələrin yeməyini ev sahibi verir. Elə ev sahibini otaqlarında yaşayırıq. Yeməyimizi qalacaq yerimizi ev sahibləri verməsə heç kəs gəlib burda işləməz”.

Təmir bərpa işləri başlanılmayıb

Zaqatalada zəlzələ zamanı xəsarət görən evlərin bir qisminə təmir, gücləndirilmiş təmir bərpa işləri görülməsi barədə rəy verilib. Lakin may ayından sonra baş verən zəlzələlər zamanı həmin evlərin əksəriyyəti qəzalı vəziyyətə düşüb. Bununla belə bu tip evlərin bərpasına start verilməyib. Eyni zamanda rayonda qəzalə vəziyyətə düşən məktəblərin inşası başa çatmayıb. Bir sıra məktəblər isə əvvəlkindən balaca inşa edilir. Misal üçün Aşağı Tala 3 saylı orta məktəbin 1176 yerlik binası olduğu halda indi 600 yerlik yeni bina inşa edilir. Uşaq bağçaları baglanıb. Lakin bağçaların yenidən inşasına başlanılmayıb.

Tikintiyə texniki nəzarət yoxdur

Zaqatalada inşa edilən evlər bir neçə şirkət tərəfindən həyata keçirilir. Lakin bu şirkətlərin evlərin tikintisi üçün tenderdə iştirak etmələri barədə rəsmi məlumat verilməyib. Eyni zamanda evlərin inşası zamanı texniki nəzarət həyata keçirilmir. Ev sahiblərinə yeni inşa edilən evin layihəsi, smeta sənədləri təqdim edilmir. Bu sənədlər gizli saxlanılır. Tikinti zamanı ciddi texniki xətalara yol verilir. Misal üçün evlərin bir qismi M-300 markalı “Qaradağ” sementi ilə inşa edilir. M-300 markalı sement ev tikmək üçün yox suvaq vurmaq üçün nəzərdə tutulub. Evlərin əsas arxa divarlarında və künclərində dəmir-beton konstruksiyalı bloklar (kolon ) quraşdırılmır. Təmələ tökülmüş dəmir-beton konstruksiya yuxarı mərtəbələrlə ələqələndirilmir. Bu da gələcəkdə evlərin daha qısa müddət ərzində dağılmasına səbəb olacaq. Evlərin elektrik naqilləri də texniki qaydalara uyğun quraşdırılmır. Belə ki, naqillər birbaşa divara pərçimlənir, üzərindən isə suvaq çəkilir. İstənilən qısa qapanma zamanı naqillər yanarsa, suvaq sökülməlidir. Əslində isə elektrik naqilləri xüsusi şlanqların içərisindən keçirilməlidir. Belə olduqda naqillərin dəyişdirilməsi zamanı evin divarlarını sökmək lazım gəlmir. Onu da qeyd edək ki, iş icraçılarının böyük əksəriyyəti inşaatçı deyil.

İlham Əliyevdə tikintinin keyfiyyətindən narazı qalıb

Zəlzələnin episentri hesab olunan Gözbarax və Mamrux kəndlərində digər ərazilərə nisbətən qızğın iş gedir. Bunun səbəbi isə hər iki kəndin dövlət başçısının nəzarətində olmasıdır. İ. Əliyev zəlzələdən sonra 2 dəfə Gözbarax kəndində olub. Yerli sakinlərin sözlərinə görə, onlara dövlət başçısı ilə görüş imkanı yaradılmayıb. İ. Əliyevlə xüsusi hazırlanmış şəxslər görüşüb. Dövlət başçısı kəndə birinci səfərində dağılmış evlərin birinə baş çəkib və ev sahiblərinə qısa müddət ərzində evlərin bərpa ediləcəyi barədə vəd verib. Eyni zamanda bildirib ki, ev inşa olunduqdan sonra qonaq gələcək. Bu hadisə dövlət televiziyalarında nümayiş etdirilib. İ. Əliyevin Zaqatalaya ikinci səfəri ərəfəsində dövlət başçısının vədi yada düşür. 2 həftə ərzində tələm-tələsik 2 mərtəbəli yaşayış evi inşa edilir. Ev mebel və xallarla bəzədilir. İ. Əliyev kəndə gəldikdə ilk getdiyi yer yeni inşa edilmiş bina olur. Prezident birinçi mərtəbənin dəhlizindəcə xoşagəlməz hadisə ilə üzləşir. Prezidentin ayağı altında, yerə vurulmuş parket qopur. İ. Əliyev evə baxmadan geri qayıdır. Hadisənin şahidlərinin bildirdiyinə görə, hadisə İ. Əliyevi bərk qəzəbləndirib. Qeyd edək ki, Gözbarax və Mamrux kəndlərində tikinti işlərini “Azinko” və “Gilan” şirkətləri həyata keçirir. Zəlzələdən 7 ay keçməsinə baxmayaraq diqqət mərkəzində olan bu kəndlərdə də evlərin böyük əksəriyyəti inşa edilməyib. Yerli sakinlər bizə yaxın 1-2 ay ərzində evlərin inşasının başa çatmayacağını bildirdilər.


Əfqan Muxtarlı,
Turan İnformasiya Agentliyi,
Zaqatala










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
“Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi ÖLÜB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
23-08-2025, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
23-08-2025, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
23-08-2025, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
23-08-2025, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
23-08-2025, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru