İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                 

Xınalıqdakı qəzalı evlərin bərpasına ayrılan milyonlar araşdırılsa... - Fuad Nağıyevi nələr gözləyir
Tarix: 7-03-2025, 11:42 | Çap et
Xınalıqdakı qəzalı evlərin bərpasına ayrılan milyonlar araşdırılsa...
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət verməsi ölkə gündəmini zəbt etdi. Çox keçmədi media buna səbəb Turizm Agentliyinin Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrildiyi barədə məlumatlar yaydı. Məlumatlarda Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafının davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırmaları, hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürmələri iddia olunurdu.

Ardından qurumda işləyən bir neçə nəfərin vəzifəsindən azad edilməsi və Fuad Nağıyevlə yanaşı bir sıra şəxslərin də istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar yayıldı. Bütün bunlar Fuad Nağıyevin bu töhmətdən heç də asanlıqla yaxa qurtara birmələyəcəyinə bir işarədir.

Bəs istintiqaq zamanı araşdırılıarsa Fuad Nağıyevin işində daha nə kimi nöqsanlar üzə çıxa bilər?

Aktualinfo.org hələ 2022-ci ildə Turizm Agentliyi tərəfindən Qubanın Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsaitin ayrılması barədə məqalə yaymışdı. Xatırladaq ki, həmin araşdırma məqalədə Dövlət Turizm Agentliyinin “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması üzrə “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı ilə 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağladığına toxunulmuş, bu zaman qiymətlərin süni şəkildə şişirdildiyinə şübhələr olduğunu açıqlamışdıq. Həmin vaxt “MAQRO CONSTRUCTION” MMC Xınalıq kəndindəki qəzalı evləri təxmini hesablamalarımıza görə 99 945 manata bərpa edəcəyini yazmışdıq. Portalda müqavilənin başlanma tarixi 12.10.2022-ci il, bitmə tarixi isə 20.12.2024-cü ilə müəyyən edildiyi göstərilirdi.

Sonra isə məlum oldu ki, bu vəsait çatmayıb və Turizm Agentliyi 2024-cü ildə bitməli olan “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda qəzalı evlərin bərpası (44 ev) üzrə əlavə işlər görə də “Maqro Construction” MMC ilə “Maqro Construction” MMC ilə 11.09.2024-cü ildə 2.231.893,91 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqladı. Bu isə ümumilikdə 6 629 511 manat vəsaitin ayrılması deməkdir. Bu isə Xınalıqda bir qəzalı evin təxminən 150 min manata bərpa olunması anlamına gəlir.

Qeyd edək ki, Turizm Agentliyi hələ 2021-ci ildə də Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsait ayırmışdı. Onda Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (16 ev) işləri üzrə keçirmiş olduğu tenderdə 1 183 023.88 manat məbləğində satınalma müqaviləsini 22.07.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlamışdı. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Dövlət Turizm Agentliyi Xınalıqdakı qəzalı evlərin təmiri və bərpası (16 ev) işlərinin satın alınmasına 04.05.2021-ci ildə də 876 181.18 manat məbləğində bir satınalma müqaviləsi də “PERLİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

Göründüyü kimi Turizm Agentliyi 2021-2024-cü illərdə yalnız Xınalıq kəndindəki qəzalı evlərin (44+16) bərpasına ümumi olaraq 8 688 715 manat dəyərində vəsait ayıraraq 4 satınalma müqaviləsi bağlayıb.

Elektron mediada yer alan məlumatlarda hələ 2022-ci ilin oktyabrında “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir-bərpa işlərinə baxış zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, “Xınalıq kəndi dəniz səviyyəsindən təxminən 2 200 metr hündürlükdə yerləşdiyi və burada qış sərt keçdiyi üçün ilin yalnız 4-5 ayı ərzində iş aparmaq mümkündür: “Odur ki, təmir-bərpa işlərinin mərhələli şəkildə icra olunması nəzərdə tutulub. Özünəməxsus memarlıq üslubu, coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 ev təmir-bərpa ediib, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülüb, yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır”.

Göründüyü kimi Turizm Agentliyi Xınalıqda qəzalı evlərin bərpası işləri üzrə 3 şirkətlə müqavilə bağlayıb. Burada eyni yerdə, eyni işləri görən şirkətlərin fərqli qiymətlərlə təmir bərpa işləri apardığı açıq aydın görsənir. Bu mütləq araşdırılmalıdır.

Digər tərəfdən, Agentliyin sədri Fuad Nağıyev də açıqlamasında qeyd edir ki, Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay, may-sentyabr aylarının olduğunu göstərir. Elə isə tenderlər nə üçün sentyabrda keçirilib. Axı, sentyabrdan sonra Xınalıqda tikinti işləri aparmaq olmur. Sentyabrda tender keçirib, növbəti ilin may ayında işə başlanılırsa ortada olan 8 ay müddətinə ayrılan pullar necə olur? Tenderləri ilin əvvəllindən, mart-aprel aylarından keçirib, may ayından işlərə başlamaq olmazmı? Hesab edirik ki, burada da bir çox qaranlıq məsələlər var. Bu da araşdırılmaladır.

Qeyd edək ki, şirkətin hansı ölkəyə məxsus olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.05.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİŞİR NƏVAİ, ev 17. qanuni təmsilçisi kimi isə Emrah Ucar qeyd olunub.

Apardığımız ətraflı araşdırmalar zamanı məlum oldu ki, MMC Azərbaycanda fəaliyyətə başlayandan cəmi 1 il 4 ay sonra “Azərsu” ASC-nin “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 49 476 059.86, “Azergold” QSC-nin isə Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 40 757 001 manat udub. Yəni 2022-ci ilin 4 ayı ərzində tam 90 milyon manat. Ümumi dəyəri milyonlarla ölçülən dövlət satınalmalarında iştirak edən, lakin barəsində heç bir məlumat olmayan bu şirkətin qalibi olduğu tenderlərə baxdıqda isə qəribə mənzərə yaranır, birində su təchizatı və kanalizasiya sistemi işləri, digərində qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri, başqa birində isə qəzalı evlərin təmir, bərpa işləri.

Göründüyü kimi Turizm Agentliyi Xınalıqda qəzalı evlərin bərpası işlərinə 2021-2024-cü illərdə 9 milyon manata yaxın dövlət vəsaiti ayırıb. Xınalıqda bərpa olunmuş qəzalı evlərə baxış keçirilərsə çox qaranlıq mətləblərin üstü açılar. Onda Fuad Nağıyevə verilən şiddətli töhmət başqa ciddi cəzalarala əvəzlənə bilər.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru