"Şikayətim Xəzər rayonu üzrə təcili tibbi yardım xidmətindəndir. Daha dəqiqi, Mərdəkan ərazisində yerləşən 26 saylı xəstəxanadan". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında etiraz edən narazı vətəndaş əlaqədar qurum və təşkilatlardan tədbir görülməsini tələb edir.
Narazı vətəndaşın müraciətində daha sonra deyilir: "Deməli, həkim "resept"lə mənə əzələ daxili iynə yazıb. Söz yox, adını çəkdiyim xəstəxanada bir dəfə iynəni vurdular. İkinciyə gələndə dedilər ki, təzə baş həkim gəlib, çox sərt adamdır... icazə vermir?
Axı nəyə əsasən icazə vermir, maraqlıdır? Halbuki həmin ərazidə həmin xəstəxanada olan həkim o iynəni yazıb mənə... özü də yönləndirib ki, təcili yardımda iynəniz vurulsun..
Adamı rəsmən bezdirirlər... yorurlar.. Belə sistem olar? Birinci dəfə iynə vurulur, ikinciyə gələndə həkim icazə vermir? Məntiq nədir, axı? Oğurluq edirlər?"