Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                 

HAKİMİYYƏTİN ŞOK “ZƏHƏRLƏNMƏ PLANI”
Tarix: 12-11-2012, 10:43 | Çap et
HAKİMİYYƏTİN ŞOK “ZƏHƏRLƏNMƏ PLANI”
“ELÇİBƏYİN ZƏHƏRLƏNMƏSİ” İSTİNTAQININ TƏFƏRRÜATI

Siyasətdə gözlənilməz hadisə yoxdur. Eks-prezident Əbülfəz Elçibəyin ölümüylə bağlı istintaq işinin başlanması bu deyimi bir daha təsdiq etdi. Xüsusilə də bu işin keçmiş prezidentin ailə üzvlərindən və ya silahdaşlarından birinin deyil, onun dövründə vəzifədə olmuş, sonradan isə onunla isti münasibətləri ilə diqqəti çəkməyən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin iddiası ilə açılması qəribə göründü. Ən maraqlısı isə odur ki, Hafiz Hacıyevin Baş Prokurorluğa müraciətindən cəmi bir ay keçməmiş bu barədə cinayət işi açılaraq, istintaq başlayıb. Düzdür, cinayət işinin açılması barədə xəbər mediaya bir qədər gec sızmışdı, amma əlimizdə olan məlumata görə, bu cinayət işi iyulun sonlarında, yəni müraciətdən bir neçə həftə sonra başlayıb.
Modern.az Azərbaycan ictimaiyyəti üçün maraqlı hadisələrdən olan bu işin istintaqı ilə bağlı özəl məlumatlar əldə edib.

İstintaqa Bakı şəhər Prokurorluğunun müstəntiqi Vaqif Süleymanov rəhbərlik edir. V.Süleymanov indiyədək bu cür siyasi çalarlı işlərlə məşğul olmamış bir müstəntiqdir. Digər tərəfdən o uzun müddət Rusiyada yaşayıb işlədiyi üçün Azərbaycanın siyasi mühitindən o qədər də xəbərdar deyil. Belə olan halda əldə kiçicik belə ipucu olmayan və iştimaiyyətin, o cümlədən siyasi dairələrin də diqqətdə caxlayacağı səsli-küylü bir cinayət işinin ona tapşırılması qəribə görünür. Bununla belə, əldə etdiyimiz məlumata görə, Vaqif Süleymanov istintaqa çox ciddi yanaşır. Məsələ ilə bağlı ən xırda detalları belə, öyrənməyə çalışır.

İnsaf naminə qeyd etmək lazımdır ki, Elçibəyin zəhərlənməsi kimi heç bir sübut və dəlili olmayan bir cinayət işinin araşdırılması qaranlıq otaqda pişik axtarmaq kimi bir şeydir. O otaqda pişiyin olub-olmadığı isə, necə deyərlər, böyük sual altındadır.
Belə olan halda müstəntiq çox haqlı olaraq bu məsələdə mətbuatın köməyindən yararlanıb. Bunun üçün hələ 10 il əvvəl, Əbülfəz Elçibəyin ölümündən cəmi bir il sonra Vüsalə Mahirqızının rəhbərlik etdiyi “Xalq Cəbhəsi” qəzetində dərc edilmiş araşdırma yazı istintaq üçün cığır rolunu oynayıb. Qeyd edək ki, həmin araşdırmada bir neçə adam Əbülfəz Elçibəyin zəhərlənmə ehtimalından danışmışdı.

Beləliklə, istintaqa şahid qismində ilk ifadə verənlərdən biri də məhz yazının müəllifi Qızılgül Abdinova olub. Q.Abdinova bir neçə saatlıq dindirilmə prosesində istintaqa ifadə verərək, araşdırma zamanı əldə etdiyi məlumatların hamısını yazıda qeyd etdiyini, bundan başqa bir şey bilmədiyini deyib.

Bundan sonra istintaqa Əbülfəz Elçibəyin yaxın dostu Adil Minbaşı ifadə verib. A.Minbaşı Əbülfəz Elçibəyin zəhərlənməsindən şübhələrinin olduğu barədə fikirlərini istintaqa da bildirib. Daha sonra Əbülfəz bəyin köməkçisi Əli Mürsəloğludan ifadə alınıb. Ə. Mürsəloğlu birmənalı şəkildə zəhərlənmə versiyasını rədd edib.

İstintaqa daha bir jurnalist – “Gündəlik Bakı” qəzetinin redaktoru Əli Həziquliyev də çağrılıb. Ə.Həziquliyev isə özündən əvvəl istintaqa ifadə verənlərdən çox-çox ötkəm danışaraq, Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyinə inandığını deyib. O bildirib ki, buna cox ciddi əsaslar olub. Və 1999-cu ildə AXCP-də hər bir kəsin Əli Kərimlinin Elçibəyə nifrət etdiyini açıq bildiyini, Ə.Kərimlinin partiyaya sədr olması ehtirası ilə alışıb-yandığını və nəhayət, həmin günlərdə - Elçibəy xəstələnib işdən qaldığı ilk günlərdə - “Bəy zəhərlənib” deyə bir xəbərin yayıldığını xatırladıb.

Bu versiyaları istintaqa daha qəti şəkildə açıqlayanlardan biri də bayraqdar Elman Türkoğlu olub. E.Türkoğlu Əli Həziquliyevin də qeyd etdiyi zəhərlənmə olayının tarixini bir qədər də dəqiqləşdirib. Onun dediyinə görə, bu tarix Əli Kərimlinin öz evində keçirdiyi ad günündən bir gün sonraya, daha dəqiq desək, həmin günə təsadüf edir. Ə.Kərimlinin ad günü aprelin 28-i olub. Həmin ad gününə qatılacaq qədər ayaqda olan Əbülfəz bəy səhhətində yaranan problemlər səbəbindən aprelin 29-da keçirilən mitinqə gələ bilməyib. Türkoğlu bildirib ki, bu, zəhərlənmə məsələsini təsdiq edən ciddi fakt sayıla bilər.

Bundan sonra istintaqa ifadə verənlərdən Almurad Əliyev zəhərlənmə versiyanı qətiyyətlə rədd etsə də, onun da Əbülfəz bəyin də yaxın qohumu olan Mərdan Əliyev əks mövqe tutaraq, Adil Minbaşı kimi, zəhərlənmə ehtimalına inandığını deyib.

Yeri gəlmişkən, bu arada Hafiz Hacıyev də istintaqa kömək məqsədilə Türkiyəyə səfər edərək, orada əvvəlcə qeyri-rəsmi surətdə Elçibəyin zəhərlənmə ehtimalını araşdırıb. Onu da deyək ki, Türkiyədə bu təşəbbüsə isti yanaşılmayıb və Hafiz Haçıyev demək olar ki, oradan əliboş qayıdıb.

Yeri gəlmişkən, istintaqın başlamasının ikinci ayında daha bir mətbuat nümayəndəsi də istintaqa dəvət olunub. Əldə etdiyimiz məlumata görə, həmin adam APA-nın baş direktoru Vüsalə Mahirqızıdır. Amma V.Mahirqızı bu cinayət işi ilə bağlı deyəcəyi bir şey olmadığını bildirərək, prokurorluğa getməyib.

Son günlərdə isə istintaqa Mirmahmud Mirəlioğlu dəvət olunub. M.Mirəlioğlu da bəzi qəzetlərin yazdığının əksinə olaraq, hec bir zəhərlənmədən söhbət gedə bilməyəcəyini deyib.
Maraqlı olan daha bir məqam isə odur ki, ifadə verənlərin dediyinə görə, müstəntiq hər bir detala qədər maraqlanır, suallar verir. Məsələn, dindirilənlərdən ilk öncə Hafiz Hacıyevin Əbülfəz bəylə nə dərəcədə yaxın olması, belə bir vəsiyyətin ona edilməsinin nə dərəcədə inandırıcı olması kimi məsələlər soruşulur. Eyni zamanda, istintaqa dair suallardan əlavə müstəntiq Əli Kərimlinin Elçibəylə münasibətlərinin belə bir dəhşətli cinayətə səbəb ola biləcək qədər kəskin olması barədə də onların fikirlərini öyrənir.
Nəhayət, bütün bu məlumatları bizimlə bölüşən mənbə fikirlərinə belə sonluq verir: “Beləliklə, hazırda Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləyə bilməsi ehtimalının ssenarisi nəzəri çəhətdən istintaqın əlindədir. Bu ssenaridəki hadisələr bir-biri ilə uzlaşdırılıb, tutuşdurulub, kimin hansı addımı nə vaxt, niyə atdığı qeyd olunmaqla ardıçıllıq əldə olunub. Onu da deyim ki, bu “ehtimal ssenarisi”ndə aktyorların sayı teleseriallardakılardan belə, çoxdur. Əlbəttə ki, istintaq ancaq Əbülfəz bəylə təmasda olan beş-on nəfəri dindirməklə yekunlaşmayıb. Bununçün Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edilib və o dövrdə baş verən bəzi olaylara aydınlıq gətirilib. O cümlədən də ölkələr arası münasibətlərlə bağlı bəzi faktlar barədə istintaq məlumatlandırılıb. Əgər Əbülfəz bəyin zəhərlənməsi təsdiq olunsa, çox maskalar yırtılacaq. Kimlərin Bəyə həqiqi yandığı, kimlərin yalandan canfəşanlıq etdiyi, əslində isə əqidəsini pula satdığı qəflətən şok effektilə cəmiyyətə bəlli olacaq”.
Lakin biz bu ssenarinin yalnız nəzəri çəhətdən təsdiq olunduğunun fərqindəyik. Bu nəzəriyyəni isbat üçün isə hazırda istintaqın bircə yolu var: Əbülfəz Elçibəyin qəbrinin eksqumasiya olunması. Çünki, hadisələrin üstündə illər keçməsi başqa vasitələrlə cinayətin təsdiq olunmasını imkansız edir. Eksqumasiya olacaqmı, olmayacaqmı...?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru