17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                 

XƏBƏR PORTALI TELEKANALA QARŞI
Tarix: 10-12-2012, 09:50 | Çap et
XƏBƏR PORTALI TELEKANALA QARŞI
Qənimət Zahid: “Söhbət həmkarlarımızdan gedirsə, daha nəzakətli və daha həssas olmalıyıq”

Fərid Şahbazlı: “Saytın reketliyini müəyyən etmək haqqı ANS-in deyil Azərbaycan məhkəmələrindədir”

Məhəmməd Ərsoy: “Bu qərəzin qarşılığının da nələr ola biləcəyini təxmin etmək çətin deyil”

Məlum olduğu kimi 6 Dekabr 2012-ci il tarixində saat 22.00-da ANS-də yayımlanan “Qənirə Ataşova ilə Baş xəbər” proqramında bir neçə portalla yanaşı Tia.az -ın ünvanına xoşagəlməz ifadələr işlədilib. Bir sözlə ANS –in aparıçısının fikrincə Tia.az reketliklə məşğuldur. Halbuki həmin verliş efirə gedərkən bizim fikirlərə yer ayrılmayıb. Uzun müddət jurnalistika sahəsində olan media kapitanlarının məsələ ilə bağlı fikirlərini öyrəndik.

Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid ANS-in Tia.Az-ın ünvanına səsləndirdiyi ittihamla bağlı fikirlərini belə bildirdi: “Açığı, mən sizin saytınızı reket olaraq tanımıram və belə bir hadisə də eşitməmişəm. Biz, "Azərbaycan saatı"nın proqramlarını hazırlayarkən tez- tez sizin saytınızdakı xəbərlərdən istifadə edirik və tebii ki, mənbəni də göstəririk. Eger tia.az-ı belə bir reputasiya ilə tanısaydım, bunu etməzdik. Məncə ANS bu ifadəni işlədərkən sizin rəyinizi almalı idi. Çünki bütün hallarda söhbət həmkarlarımızdan gedirsə, daha nəzakətli və daha həssas olmalıyıq. Təbii, bu o anlama gəlməməlidir ki, başqalarına qarşı nəzakətsiz olmaq olar. Bütün hallarda ən azı bir fakt və ya fakta bənzər ehtimal göstərmək olardı. Ümumiyyətlə isə düşünürəm ki, internet qəzetlerin sayı mümkün qədər çox olmalıdır ki, ölkənin bütün cografiyası və bütün həyatı cəmiyyət üçün daha çox informasiyaya çevrilsin. Tia.az menim tez- tez müraciət etdiyim saytlardan biridir və oradan tez- tez maraqlı informasiyalar əldə edirəm”.

Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə deyir: “Mən hesab etmirəm ki, reket nəşrlər sırasında Tia.az-ın adı çəkilə bilər. Bu portalın ölkənin internet media məkanında özünəməxsus yeri var. Ola bilər ki, portalda yayınlanan tənqidçi ruhlu yazılar bu və ya digər səbəbdən kiminsə xoşuna gəlməyə bilər və ya hansısa səbəblərdən dəqiqləşdirilməmiş xəbərlər dərc oluna bilər. Amma bu ona əsas vermir ki, tia.az-ı reketçilikdə ittiham edəsən. Bunu müəyyən etmək haqqı yalnız Azərbaycan məhkəmələrindədir”.

diaaz.space saytının rəhbəri Məhəmməd Ərsoy:

“Bunu hər kəs yaxşı bilir ki, bu gün ölkədə müstəqil mətbuata qarşı bir dözümsüzlük var. Bu həm iqtidar cinahına aiddir, həm də müxalifət. Onların məntiqinə görə, hansısa tərəfdə olmalısan. Daha kimsəni maraqlandırmır ki, siyasi yön qoymadan ədalətli baxış sərgiləmək də bir xəttdir, bir tərəfdir. Ona görə də, ANS-də gedən həmin verilişi bir növ müstəqil mətbuata iqtidarın sərgilədiyi dözümsüzlük kimi qəbul edirəm.
Onları başa düşmək olar. Doğru söz acı olur. Lakin burada başa düşülməyəni ANS-dir. Hər halda bu kanalda xeyli sayda dostlarımzı var və onlar da razılaşar ki, mətbuatın mətbuata qarşı istifadə olunması heç bir zaman faydalı olmayıb, ola da bilməz. Əgər söhbət reket jurnalistikadan və ona qarşı mübarizədən gedirsə, o zamn ANS-dəki həmkarlarımzı televiziya sahəsində ad çıxaranları təftiş edə bilərlər. İllah ki, çap və internet mətbuatı hədəfə alınmalıdırsa, o zaman "Azərbaycan" Nəşriyyatının qapıları açıqdır... Nə qədər malzəmə var.
Yox, məsələ tamam başqadırsa, ANS "Tribuna" İnformasiya Agentliyi və digər bu kimi xəbər portallarını qaralayıbsa, o zaman bunun adına yalnız qərəz demək olar. Və bu qərəzin qarşılığının da nələr ola biləcəyini təxmin etmək çətin deyil”..

Tanınmış jurnalist Fikrət Fərəməzoğlu:

“ANS-in efirindən TİA.AZ-ın В«reketВ» kimi təqdim olunması çox gülməli bir işdir. Əvvəla ona görə ki, bu telekanal əlində heç bir əsas olmadan hansısa KİV-i ittiham etmək səlahiyyətinə malik deyil. İkincisi, ANS-in əlində hansı fakt var ki, bu iddia ilə çıxış edir? Və ən nəhayət, atalarda yaxşı bir deyim var: В«Meymun baxar güzgüyə, adın qoyar özgəyəВ». İndi ANS-in də işi olub bundan. Yəni, adını başqasına qoymaq məsələsindən.

Əvvəla bu gün Azərbaycanda az sayda mətbuat orqanı var ki, onların nə qədər vicdanla və peşəkarcasına fəaliyyət göstərdiyini demək mümkün olsun. Həmin sırada xəbər portalı olaraq TİA.AZ-ı da göstərmək vacibdir. Çünki bu xəbər portalı tərəf tutmadan, vicdanla və obyektiv olaraq fəaliyyəti ilə seçilib. Bəli, bu saytın ANS TV qədər auditoriyamız yoxdur. Amma onların ANS-in kiminsə pulu ilə sifarişli şəkildə başqasını tənqid və təhdid etmək niyyəti də olmayıb və bu mümkün deyil. Və TİA.AZ heç bir zaman vətəndaşların kimlərəsə görə və ya kimlərinsə verdiyi nəmərlərə görə, haqqını başqalarına qurban verməyib. Ona görə də, ANS TV-nin efirindən deyilənləri qeyri-ciddi hesab etməklə yanaşı, həm də qərəzli yanaşma olduğunu bildirirəm. Məncə, bu telekanal kimi qeyri-obyektiv, qeyri-ciddi birindən başqa bir şey gözləməyə də dəyməz”.

Birlik.az saytının rəhbəri Vusal Hətəmov:

“ANS bir daha sifarişlə işlədiyini cəmiyyətə çatdırdı. Baş redaktoru olduğum birlik.az saytı tia.az saytına tez-tez müraciət edir. Tia.az obyektivliyi, analitikliyi, araşdırma mövzuları ilə artıq media sahəsində öz sözünü deyib. Həmçinin bu saytın yazar kollektivi xüsusilə oxucular tərəfindən sevilir. Tia.az-da ölkəmizin həmişə aktual problemlərinin qabardılması görünür kimlərəsə sərf etmir. Bu cəhətdən də ANS-dən muzdur kimi istifadə edirlər. Mən, əsasən, üzülürəm ona görə ki, medianı içəridən – jurnalistlərin əli ilə vurmaq istəyirlər. Özlərini “dəqiq”, “qərəzsiz” telekanal hesab edən ANS bu qarayaxmalara son qoymasa, onsuzda cəmiyyətdə haqlı olaraq sarsılan nüfuzu bir dəfəlik torpağa gömüləcək. Əlavə olaraq, həmin kanalın qara yaxdığı portalların fikrinə yer verməməsi bir daha sübut edir ki, ölkə teleaparıcıları, müəllif-rejissorlanın əksəriyyəti naşı, yerində olmayan adamlardır”.

Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov:

“Ümumiyyətcə reketçiliyi müəyyən edən mexanizm yoxdur. ANS bu cür süjet göstərərkən nəyə görə, sözügedən saytı belə adlandırmasını açıqlamayıb. Yaxşı olardı ki, hər iki tərəfin münasibəti süjetdə öz əksini tapardı. Və sonda tamaşaçı qərar verərdi ki, bu sayt reketçiliklə məşğuldur yoxsa yox. Məncə televiziyanın xəbər siyasəti də məhz bu cür qurulur. Hər iki tərəfə balanslaşdırılmış informasiya hüququ vermək və qərarı tamaşaçıya buraxmaq”.

Avrasiya.Net saytının rəhbəri Cavid Şahverdiyev:

“ANS-in şüarı "Dəqiq, qərəzsiz və obyektiv" olsa da əməkdaşlarının əksəriyyəti bu prinsiplərdən uzaqdır. Düzdür, ANS digər tv-lərə nisbətən populyardır, novatorluqda demək olar ki meydanı ələ alıb, aparıcılarının əksıriyyıti professionaldır. Amma bu cəhətlər heç də ona əsas vermir ki, efirdə kiminsə ünvanına xoşagəlməz ifadələr işlədəsən. ANS-in heç bir aparıcısına və yaxud da rəhbərliyində dayanan şəxsinə hüquq verilməyib ki, hansısa media qurumunu bu və ya digər formada damğa vursun. Bu həmkarlarına qarçı ANS-in qərəzliliyinin göstəricisidir. Hansı media qurumunun reketriklə məşqul olub, olmadığını ANS müəyyənləşdirə bilməz. Belə bir "ölçü"yə istinad olunursa, onda ən böyük reket ANS-in özü ola bilər. Verilişlərdə aparıcıların çoxunun özünü apara bilməməsi, ora gələnlərlə kobud rəftar etmələri, "ANS-də mənəmŞ
ANS-də mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə fəaliyyət göstərməyin yeri deyil.
Əgər ANS hansısa media qurumunu tıhqir edirsə bu kanal məsuliyyətə cəlb olunmalıdır

Gozetci.az saytının rəhbəri Samir Kazımlı:

Əgər hər hansı bir KİV, hansısa şəxs və qurum haqda fikir, ittiham bildirirsə, qarşı tərəfində mövqeyini verməyə çalışmalıdır. Siz dediyiniz məsələ haqda məlumatsızam. Əgər əsələnən fikirlərlə bağlı qarşı tərəf öz fikirlərini bildirmək istəsə və digər tərəf - ittiham səsləndirən KİV buna şərait yaratmırsa bu jurnalistika prinsiplərinə və qaydalarına ziddir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru