Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... .....                     Yükü “ağır” olan Azərbaycan .....                     “Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası .....                     Dövlətlər də insanlar kimidir... .....                     Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... .....                     "Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı .....                     Nəhayətdə Köçəryan da cavab verəcək .....                     Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi .....                     "Bu çox mənfi bir presedent yaradacaq" .....                     Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur .....                     “Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? .....                     Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında .....                     Kimlər əfvə düşə bilməz? .....                     Budapeştdə mühüm masa qurulur .....                     Həsənovun SON SƏFƏRİ... .....                     Sərhədlərin açılması oyunu dəyişdirəcək .....                     Deputatdan həmkarına ETİRAZ .....                     Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? .....                     Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` .....                     Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi .....                     Prorektor rüşvətə görə işdən çıxarılıb? .....                     Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR .....                     Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                     16 yaşlı qızı öldürüb Kürə atdılar .....                     “Bakcell” süni intellekt təlimi təşkil edib .....                 

1 HƏFTƏDƏN SONRA QİYAMƏT QOPACAQMI?
Tarix: 14-12-2012, 09:38 | Çap et
1 HƏFTƏDƏN SONRA QİYAMƏT QOPACAQMI?
İNSAN OĞLUNUN 21 DEKABR MARAĞI

Bu mövzu barədə çox fikirlər səslənib, ümumiyyətlə 2012-ci il haqqında çox yazılıb, müxtəlif dillərdə 30-a yaxın kitab dərc olunub, hətta film də çəkilib. Bütün bunlar insanların tələbatından, daha doğrusu, onların daxili suallarına cavab tapmaq istəyindən irəli gəlib. Son günlər bu dalğa daha sürətlə insanların beynini nəinki məşğul etməyə, deyərdim ki, hədsiz qorxutmağa başlayıb. Peşəmdən asılı olaraq təbii ki, ən müxtəlif təbəqələrdən mənə hər gün onlarla narahat müraciətlər olunur. Və mən də insanlarımızı narahat edən bu kimi suallara cavab vermək üçün bu məqaləni yazmaq qərarına gəldim...

On ildən çoxdur ki, milli mətbuatımızda ən müxtəlif prizmalardan dünyada baş verəcək dəyişikliklərə münasibət bildirməkdəyəm. Amma onlarla məqaləni əhatə edən həmin araşdırmalarda bir dəfə də olsun dünyanın sonu və ya dağılması barədə fikir bildirməmişəm. Olsa-olsa, dünyanın “təmir” olunduğunu dilə gətirmişəm. Amma insanlar yaranışdan xof və qorxu içində İlahi Əmr olan Qiyamət Günü barədə tələskənlik etməyə sanki alışıblar.

Tanrı kəramətindən qidalananlar insanları saflığa çağırmaqla Son Günün əzablarından qurtulma və buna hazır olma yollarını göstərmiş, Şeytan hizbindən olanlarsa, insanları zaman-zaman təlaşda saxlamaqdan zövq almışlar. Tarixin müxtəlif dönəmlərində belə hallar tez-tez bir-birini əvəz edib, sonuncu belə “fürsət” də deyəsən, 2012-ci ildir. Şərə xidmət edən belə qüvvələr 1999-cu il üçün dedikləri səhv çıxdığından dərhal keçdilər 2012-yə. Özü də bunu ən müxtəlif formalarda diqqətə çatdırırlar: gah “göydən Yerə nəhəg asteroid gəlir”, gah “3-cü dünya müharibəsi başlayır”, gah da “təbii fəlakətlər dünyanı dağıdacaq” formasında. Özü də bu fikirləri təsdiqləmək üçün Nostradamus və Vanqadan, bəzən də digər öncəgörənlərdən sitat gətirirlər. Halbuki, adıçəkilən şəxslərin heç biri bu barədə yarım cümlə belə deməyiblər. Görünür, dünyanın siyasət dəllalları bu cür bəhanələrlə planetimizi təlaşda saxlamaq istəyirlər.

Bu kimi yanaşmaları bir kənara qoyub sırf astroloji qənaətlərimi sizlərlə bölüşmək istəyirəm. Əvvəlcə diqqəti 2003-cü ildə başlayan Sutökən Erasına ayırmaq yaxşı olardı. İstənilən astronomik era başlayanda planetimizdə əsaslı dəyişikliklərin baş verməsi qaçılmaz olur. Çünki bir mənzili təmir etmək üçün mütləq otaqda nələrinsə yerini dəyişirik və belə məqamlarda köhnə əşyalar ya tullanır, ya da sındırılır. Üstündə yaşadığımız Yer də bir mənzil timsalında olduğu üçün qalaktik dəyişikliklər baş verəndə mütləq təbiət В«rəndəВ» rolunu oynayır. Bu səbəbdən də müxtəlif qitələrdə baş verən təbii fəlakət və digər hadisələri məhz yuxarıda deyilənlərlə əlaqələndirməliyik. Məlumatsız olanlar üçün eraların yerdəyişmə mahiyyətini qısaca izah edirəm.

İsa Məsihin (ə) dünyaya gəlişi ilə bərqərar olan Balıqlar Erası 1991-ci ildə sona çatdı və yeni eraya yetişmək üçün 12 illik keçid dövrü yaşadıq. Bu keçid dövründə nələrin olduğunu çoxlarımız gördük. Elə ilk ildə (1991) dünya üçün böyük qorxu yaradan, nəhəng imperiya olan SSRİ dağıldı, Balıqlar bürcünün daşıyıcısı olan Mixail Qorbaçovu Sutökən bürcünün daşıyıcısı olan Boris Yeltsinin əvəzləməsi bu dəyişikliyi rəmzləşdirdi. Dünyamızda demokratik dalğa güclənməyə başladı. Sovet ordusu Əfqanıstandan çıxarıldı, Almaniya birləşdirildi, soyuq müharibə təhlükəsi sovuşdu, Şərqi Avropa ölkələri yeni reformaya keçdi və s. Dünyanın enerji mərkəzi — bütün bəşəriyyətə çox sahələrdə örnək olan Azərbaycanda ilk məxməri inqilab baş verdi (1992), xalqlar öz müqəddəratını özləri həll etməyə başladılar, kommunizmin əleyhinə yaradılmış NATO gücləndi və Şərqə doğru irəliləməyə başladı. Bu sırada planetimizi bürüyən məhəlli münaqişələr artsa da, qlobal müharibələrə son qoyuldu. 12 illik keçid dövründə dünyanın siması tamamilə dəyişdi, yeni dühalar, yeni zəkalar meydana gəldi. Fəlsəfi düşüncə tərəqqiyə çatdı, Allahla İblis arasındakı seçim konkretləşdi.

Bir sözlə, hər kəs öz yolunu tapdı. Köhnəfikirli insanlar, şər mücəssəmələri bu real inkişafın qarşısını almağa çalışsalar da, olsa-olsa, onun sürətini cüzi şəkildə ləngidə bildilər.

Nəhayət, 2003-cü ilin 16 fevralında yeni dövrü – Sutökən Erasını qarşıladıq. Nəzərinizə çatdıraq ki, yeni dövr təxminən iki min il davam edəcək və onun himayəsində dünyamıza İlahi Nur işıq saçacaq, Tanrıya yaxın olanlar daha da artacaq. Köklü dəyişikliklər də məhz ilk on ildə cərəyan etməlidir. Fikir versəniz, 2003-cü ildən bu yana nələrin baş verdiyini asanlıqla görə bilərsiniz. Ölkələri feodal əsarətində saxlayan, xalqlara zülm verən diktatorlar sıradan çıxırlar: Əfqanıstan, İraq, Fələstin, Acarıstan, Ukrayna, Gürcüstan, Qırğızıstan, Boliviya, Ekvador, 2011-ci ildən start götürən “ərəb baharı” və neçə-neçə digər ölkələr demokratik cəmiyyətə doğru ilk addımlarını atdılar. Göründüyü kimi bu proses sürətlə davam etməkdədir.

Yeri gəlmişkən, müqəddəs В«AvestaВ»ya görə, Balıqlar Erasında şər xeyir pərdəsi altında gizlənir, pislə yaxşını, dostla düşməni ayırd etmək çətinləşir. Sutökən Erasında isə bu iki əkslik arasında ciddi sədd yaranır. İnsanlar Tanrıya daha da yaxınlaşır, xeyir işlər, ədalətli əməllər daha böyük yer tutur.

Yeni Sutökən Erasının tam oturuşması 2013-cü ilin sonunda baş tutacaq. O vaxta qədər dünyanın mənzərəsi elə dəyişəcək ki, bu gün böyük əksəriyyət o mənzərəni təsəvvürünə belə gətirə bilməz. Həmin dövrdə Latın Amerikasından tutmuş, Afrikaya qədər, İrandan tutmuş Çinə qədər demokratiya küləyi öz təsirini göstərməlidir.

Oxucularımız sual verə bilər, əvvəlki eralarda nə kimi olaylar baş verib? Bu suala cavab aramaq üçün müəyyən araşdırmalara da varmışam. Məsələn...

Şir erasında insanlar daş alətlər düzəltməyə, o cümlədən məhsul yetişdirməyə başlayıblar.
Xərçəng erasında onlar mağaraları tərk edərək yerin səthində yaşayış yerləri tikiblər: əyirmək, tikmək, dulusçuluq yaranıb, Aya sitayiş edilib.

Əkizlər erasında insanlıq üçün ən böyük ixtiralardan olan, vacib ünsiyyət vasitəsi – yazı yaranıb, həmçinin çarx icad edilib.

Buğa erası zəngin arxitekturanın formalaşmasına təkan verib ki, onun da ən bariz nümunəsi Misir sivilizasiyası olub.

Qoç erası nahaq yerə dəmir erası adlandırılmır, bu erada dəmir icad olunub. İnsanların arasına Allah tərəfindən Xilaskarlar göndərilib (Zərdüşt (ə), İbrahim (ə), Musa (ə) və b.), böyük imperiyalar yaranıb.

Yola saldığımız Balıqlar erasında iki nəhəng peyğəmbər — İsa Məsih (ə) və Muhəmməd (s.a.s) pərvəriş tapıb. Amma bu erada iblisanə hakimiyyətlər də özünü göstərib: xaç yürüşləri, islamafobiya, yəhudi ikitirəliyi, inkvizasiya məhkəmələri, dünya müharibələri, terror, satanizm, qara magiya və s.

Yuxarıda sadaladığım 6 erada meydana gələn ictimai hadisələrlə yanaşı, təbiət hadisələri də mövcud olub. Belə ki, bəzi eralar zəlzələlərlə, bəziləri meteorid yağışlarla, digərləri isə vulkan və digər təbii fəlakətlərlə yadda qalıb. Məsələn, bildirilir ki,

Qoç erasından Balıqlar erasına keçid dövründə Yerusəlim məbədi dağıdılıb, Roma kimi nəhəng şəhər tamamilə yanıb, seysmik aktivlik artıb, ağır xəstəliklər çoxlu insan həyatını məhv edib.

Buğadan Qoça keçiddə İnd dərəsinin qədim sivilizasiyası məhv olub, bütün gil ehtiyatları əldən çıxıb.

Xərçəng erası yetişəndə isə bütün dünyada daşqınlar baş verib, əvvəlki dövrlərin bütün qalıqlarını yuyub aparıb. Bəzi alimlər hətta Nuh tufanının məhz Xərçəng erasında baş verdiyi qənaətindədirlər.

Ən dəhşətli fəlakətlər isə Əqrəb erasının gəlişi ilə bağlıdır. Belə ki, nəhəng Atlantida sivilizasiyası məhz bu zaman məhv olub...

Hazırkı dövrün – Sutökən erasının da özünəməxsus əlamətləri var. Bu erada dövlətlər arasındakı sərhədlər götürüləcək, insan birliyinin əsasında ideologiya duracaq və cəmiyyət materiyanın təzyiqindən, diqtəsindən azad olacaq. Sutökən erası insan yaradıcılığını informasiya üzərində quracaq. Cəmiyyətdəki insanlar arasında bölgü yalnız onların intellektual səviyyələrinə görə aparılacaq. Bir sözlə, bu era insanlar arasında bərabərhüquqluluq yaradacaq, neçə-neçə əsrlər boyu sabit qalan astronomik durumu dəyişəcək, bütün Kəhkəşanda (Qalaktikada) qlobal dönüş yaradacaq. Bu era insanların təfəkküründə, dünyagörüşündə, dünyaya və insanlara baxışında böyük rol oynayacaq. Xeyirin Şər üzərində qələbəsi nəhayət ki, təmin olunacaq.

Bundan başqa 2003-cü ildə bir neçə başqa zaman ritmləri də start götürüb. Onlardan ən əhəmiyyətlisi Günəş (Avesta) təqviminin yeni dövrünün başlanmasıdır və bu, 256 il davam edəcək (2003-2259). Bu təqvimin əhəmiyyəti ondadır ki, tarixi irsi, milli-mənəvi xəzinəsi zəngin olan güclü və qədim xalqlar göstərilən iki əsr yarımda itirilmiş potensialını nəinki bərpa edəcək, hətta böyüklüyünü və əzəmətini göstərə biləcək. Tanrı yolunu tutanlar Böyük Qələbəyə qovuşacaqlar.

2003-cü ildə Qalaktika ili də başlayıb və 8,4 milyon il davam edəcək. Bu dövrdə Yerin qalaktikadakı vəziyyəti dəyişəcək. Bundan başqa, qədim hindlilər bildirirdi ki, bu dövrdə Yerdəki şüurun təkamül prosesinin növbəti mərhələsi bitəcək və bəşəriyyət Qalaktikanın informasiya şəbəkəsinə qoşulacaq. Bununla da insanların qarşısında yeni imkanlar açılacaq.
Qədim Mayya təqvimində göstərilirdi ki, qalaktik sinxronlaşdırma şüalarının Yer üzərindən növbəti keçidi 2003-cü ilin sonunda bitəcək (onun diametri 5125 ildir). Qalaktik sinxronlaşdırma şüalarının məqsədi Yer kürəsini təfəkkür səviyyəsinə çatdırmaq idi. İndi hər birimizin təfəkkürü dəyişib, qalır ondan səmərəli şəkildə istifadə etmək.

Təbii ki, deyilənlərlə yanaşı, Sutökən erasında mənfi fəsadlar da qaçılmazdır. Bu dövrdə sunamilər, zəlzələ və daşqınlar geniş vüsət alacaq. Amma daha çox torpaq sürüşmələri və istehsalat qəzaları artacaq. Bundan başqa xalq üsyanları, dövlət çevrilişləri də artacaq.

Bu gün dünya mediasını tutan amillərdən vacib olan ikisi haqqında danışmaq istəyirəm. Onlardan birincisi, Mayya təqvimidir. Bu yazılar haqqında məlumatı olmayanlar, ümumiyyətlə, hər hansı araşdırma aparmayanlar kütləvi informasiya vasitələrinə cəfəng məlumatlar ötürməkdədir. Oxucularımıza çatdırım ki, Mayya kitabələrinin sayı 4-dür. Hazırda söhbət açılan kitab isə 2-cidir. Bu təqvimlərin hər birinin başlanğıcı və sonu var. 2-ci kitabın son heroqlif açması təxminən belədir: “21 dekabr 2012-ci ildə planetlərin paradı olacaq”. Bu isə qeyri-adi bir anlama gəlmir. Çünki planetlərin paradı deyilən astronomik olay hər onillikdə azı bir dəfə baş verir və bunun heç bir fəsadı olmur. Hətta tam güntutulmaları belə ondan daha təsirli olur. Bunu qloballaşdırmaq, miqyasını böyüdüb dəhşətli dərəcəyə gətirmək anlaşılan deyil.

Qandrek monastırının lamasının açıqlamalarına gəlincə, bu daha çox cəfəng və cahili bir addımdır. Astronomiyanı hətta azacıq qavrayan hər kəs bilir ki, onun dəhşətlə bəyan etdiyi astronomik proqnozlar tam boşboğazlıqdır. Və heç bir ciddi, elmi təşkilat və qurumlar buna reaksiya verməyiblər. Həmin o lamanın vaxtilə verdiyi üç məşhur “proqnozu” gəlin, yada salaq: 1. Barak Obama andiçmə mərasiminə qədər öldürüləcək; 2. 2011-ci ilin yayında İran vurulacaq; 3. Müəmmar Qəddafi Mərkəzi Afrikaya qaçacaq. Onun bu proqnozu da “dəqiq” çıxacaq.

Sözardı: Məni bir vətəndaş kimi təəccübləndirən Şamaxı Astrofizika Rəsədxanasında çalışan alimlərimizin belə həssas məqamda susmalarıdır. Əslində bu kimi sualları onlar cavablandırmalıdır. Təəssüf ki, onlar yalnız Novruzun başlanması dəqiqəsini bir neçə gün öncə göstərməklə öz işlərini bitmiş hesab edirlər. Halbuki bunu biz də onlardan çox-çox əvvəl təyin edə bilirik. Məsələn, 2013-cü ildə Yeni il (Günəşin Qoç bürcünə daxil olması) martın 21-də Bakı vaxtilə saat 15:01-də başlayacaq. Qoy martın ortalarında bir də əziyyət çəkib hesablamasınlar.

Müəllif: astroloq Səbuhi Rəhimli










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Bu gün, 00:22
Yükü “ağır” olan Azərbaycan - ARAŞDIRMA
Bu gün, 00:17
“Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası - NƏ BAŞ VERİR?
Bu gün, 00:12
Dövlətlər də insanlar kimidir... - Bahəddin Həzi yazır...
Dünən, 23:59
Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... - Putinin şəkli və “qatil” sözləri olan pankart asıldı...
Dünən, 23:54
"Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı AB sahiblənir...
Dünən, 23:48
Nəhayətdə Köçəryan da cavab verəcək - ŞƏRH
Dünən, 20:36
Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi - KİV
Dünən, 20:32
"Bu çox mənfi bir presedent yaradacaq" - Etibar Məmmədov
Dünən, 19:46
Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur - DİQQƏT
Dünən, 19:42
“Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? – RƏSMİ
Dünən, 19:40
Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ
Dünən, 19:37
Kimlər əfvə düşə bilməz? - AKTUAL
Dünən, 18:06
Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Dünən, 18:03
Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Dünən, 18:00
Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Dünən, 17:59
Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Dünən, 17:57
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 17:50
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Dünən, 17:47
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Dünən, 17:45
Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Dünən, 17:41
Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Dünən, 17:38
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Dünən, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Dünən, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Dünən, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Dünən, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Dünən, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Dünən, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Dünən, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Dünən, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Dünən, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Dünən, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Dünən, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Dünən, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Dünən, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Dünən, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Dünən, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Dünən, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Dünən, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Dünən, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Dünən, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Dünən, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Dünən, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Dünən, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Dünən, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Dünən, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Dünən, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Dünən, 13:02
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru