GİZLİ ŞƏBƏKƏ BAKIDA YENİ QUMARXANA AÇIR
Tarix: 7-01-2013, 08:15 | Çap et
 MƏMURLAR ÖZ VAXTLARINI KEÇİRMƏYƏ, PULLARINI UDUZMAĞA YER TAPIR
DİA.AZ: - Yaxın günlərdə Azərbaycanda qeyri-leqal fəaliyyət göstərəcək böyük bir kazino şəbəkəsinin açılışına ciddi hazırlıq aparılır və artıq müvafiq məkanlarda dizayn işləri tamamlanmaqdadır. Bu haqda Azpolitika.info-ya daxil olmuş məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının ötən il bu fəaliyyətin qarşısını almağa nail olmasına baxmayaraq, bəzi işbazlar külli miqdarda qazanc gətirən bu sahənin Azərbaycanda, xüsusən də paytaxt Bakıda yenidən dirçəldilməsinə can atırlar.
DİA.AZ bildirir ki, bir müddət əvvəl, azpolitika.info-da qanunsuz futbol qumarının təşkili ilə bağlı gedən yazılardan sonra hüquq-mühafizə orqanları müəyyən reydlər təşkil edərək, məşhur futbol qumarxana şəbəkəsi kimi tanınan “Zenit-Bet”in fəaliyyətinə, demək olar ki, son qoymuşdular.
Eləcə də, bizə çatan məlumata görə, 7-8 ay əvvəl, qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olan Rüfət adlı azərbaycanlı gürcü əsilli Ukrayna vətəndaşı Xvitça adlı şəxslə birgə Azərbaycanda kazino şəbəkəsi yaradıbmış və hətta bu məqsədlə Ukraynadan kazino işində xüsusi hazırlığı olan 20 nəfərə yaxın qızı da Azərbaycana gətiriblərmiş. Bu şəbəkə gizli məkanlarda “elit” müştəriləri üçün “Amerikan pokeri”, “Texas pokeri”, “Rus ruletkası” oyunları təşkil edirmiş. Ancaq hüquq-mühafizə orqanları bu faktı aşkarladıqdan sonra şəbəkənin fəaliyyətinə son qoyulub. Şəbəkə özü isə tam qapalı fəaliyyətə keçərək, fəaliyyətlərini əsasən yeni tikilən binalarda kirayələdikləri gizli mənzillərdə (məsələn, “Tri korona” kimi tanınan, 8-ci mikrorayondakı “Lukoyl” yanacaqdoldurma məntəqəsinin arxasındakı və Nərimanov prospektindəki binalarda) davam etdiriblər. Bizdə bu mənzillərdə qumar oynayan vəzifəli şəxslərin və iş adamlarının kimlikləri ilə bağlı da məlumatlar var.
İndi belə görünür ki, Azərbaycanda götürülən qazancın fantastik miqdarını və burada xüsusən vəzifəli şəxslərin qumar oyunlarına hədsiz meylini nəzərə alan işbazlar yenidən ölkəmizdə fəaliyyətlərini iri miqyasda canlandırmaq qərarına gəliblər. Azpolitika.info-ya daxil olmuş məlumatda bildirilir ki, Yeni İl ərəfəsində gürcü Xvitça yenidən Bakıda peyda olub və keçmiş ortağı Rüfət vasitəsi ilə kazino işinin yenidən canlandırılması üçün külli miqdarda ödəniş şərti ilə müəyyən vəzifəli şəxslərlə danışıqlara başlayıb. Deyilənə görə, Azərbaycanda məmurlara asan çıxış imkanı olan Rüfət uzun illərdir ki, “qara bazar”da futbol-mərc oyunlarının təşkili işinə baxır. Onun Bakı şəhərinin müxtəlif yerlərində bu sahə üzrə ixtisaslaşan kontorlarının indi də qeyri-leqal, xüsusən də gün ərzində qapısı bağlı saxlanan obyektlərdə fəaliyyət göstərdiyi söylənir.
Bizə verilən məlumata görə, Rüfətin vasitəçiliyi ilə gürcü Xvitça artıq Bakıda və bölgələrdə bəzi obyektlərdə olub. Yaxın vaxtlarda həmin məkanlarda avadanlıqların quraşdırılmasına və dizayn işlərinin aparılmasına başlanılacaq. Deyilənə görə, qumarxana avadanlıqlarının gətirilməsi və xüsusi dizayn işlərinin qurulması ilə məşğul olan Mamuko adlı məşhur gürcü də artıq bu məqsədlə Bakıya dəvət olunub. Hazırda hər iki şəxsin “Həyat-Recensi” otelində yerləşdirildiyi iddia olunur. O da bildirilir ki, Rüfət və Xvitçanın da daxil olduğu bu şəbəkə MDB-də və bir çox ölkələrdə kazino fəaliyyətinin qurulması işini ən yaxşı həyata keçirən şəbəkə sayılır, başında isə Ukraynada yaşayan Eduard adlı yəhudi iş adamı durur.
Məlumat üçün bildirək ki, keçmiş prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycanda qumar oyunlarının təşkili qanunla qadağan olunub.
Mövzu diqqətimizdədir.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12 |
|
|
|
• Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09 |
|
|
|
• “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” - KİV
Bu gün, 00:06 |
|
|
|
• “Heç bir şey göründüyü kimi deyil“
Bu gün, 00:02 |
|
|
|
• “Atlant” istirahət mərkəzi satılacaq? – Qalmaqallı dələduzluq işi
Bu gün, 00:00 |
|
|
|
• Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 19:20 |
|
|
|
• Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu
Dünən, 19:15 |
|
|
|
• İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• YENİ PROSES: Bakıdan İrəvana təyinat... - GƏLİŞMƏ
Dünən, 18:07 |
|
|
|
• 4 ayda oğurlanan 6 milyon manat - Necə qorunmaq olar?
Dünən, 18:03 |
|
|
|
• Flora Kərimova uzun fasilədən sonra...
Dünən, 17:56 |
|
|
|
• “Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” – Deputat İmişlidəki hadisədən DANIŞDI
Dünən, 17:50 |
|
|
|
• Ermənistanda hərbi maşın qəzaya düşdü: - 1 ölü, 3 yaralı
Dünən, 17:48 |
|
|
|
• 172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:45 |
|
|
|
• Banklarda qızıl əmanəti varmı? - AKTUAL
Dünən, 17:42 |
|
|
|
• Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət - BƏLLİ OLDU
Dünən, 17:39 |
|
|
|
• Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 17:36 |
|
|
|
• Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ - FOTO
Dünən, 17:31 |
|
|
|
• Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - AÇIQLAMA
Dünən, 17:25 |
|
|
|
• 8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:22 |
|
|
|
• "Bu şoular ailə dəyərlərini məhv edir"
Dünən, 17:19 |
|
|
|
• "Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:16 |
|
|
|
• “Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Dünən, 16:20 |
|
|
|
• Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
• Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Dünən, 16:13 |
|
|
|
• “PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 16:12 |
|
|
|
• Erməni lobbisi dinc dayanmır: - Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur
Dünən, 16:10 |
|
|
|
• “Çakır” Milli Məclis deputatı ola bilər? – Yalnız bir halda...
Dünən, 16:07 |
|
|
|
• Sülh istəyirsənsə, müharibəyə hazırlaş - Azərbaycan nümunəsi
Dünən, 16:04 |
|
|
|
• Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Dünən, 15:58 |
|
|
|
• "İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." - GİLEY
Dünən, 15:54 |
|
|
|
• “Mənə 6000 maaş veriləcəyini dedi” - STP əməkdaşı iş yoldaşını aldadıb
Dünən, 15:50 |
|
|
|
• Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri - MƏQALƏ
Dünən, 15:46 |
|
|
|
• Tahir Qədəşovun vəziyyəti qəlizləşdi – iş adamları “Atlant”a mal-material verdiklərini dedilər
Dünən, 15:40 |
|
|
|
• TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu - TƏFƏRRÜAT
Dünən, 15:37 |
|
|
|
• Köçəryanla bağlı ŞOK İDDİA – “Hraparak”
Dünən, 15:12 |
|
|
|
• Qadın müəllim başçı müavini oldu - ƏMR
Dünən, 14:20 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Dünən, 14:16 |
|
|
|
• “Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Dünən, 13:45 |
|
|
|
• Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Dünən, 13:36 |
|
|
|
• Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Dünən, 13:07 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Dünən, 13:02 |
|
|
|
• ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:00 |
|
|
|
• ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Dünən, 12:49 |
|
|
|
• Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Dünən, 12:47 |
|
|
|
• Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Dünən, 12:44 |
|
|
|
• "2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Dünən, 12:41 |
|
|
|
• "Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Dünən, 12:39 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:34 |
|
|
|
• Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Dünən, 12:32 |
|
|
|
|