Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

GİZLƏDİLƏN KORRUPSİYA
Tarix: 21-09-2011, 12:06 | Çap et
GİZLƏDİLƏN KORRUPSİYA

MALİYYƏ NAZİRLİYİNİN GÖRMƏZDƏN GƏLDİYİ FAKTLAR

DİA.AZ: - Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Xətai rayonundakı 14 saylı Şəhər Poliklinikasının baş həkimi Mahmudov Əlisahib Balaş oğlunun qanunazidd əməlləri barədə mətbuatda dəfələrlə yazılar dərc olunub. İndi isə adıçəkilən poliklinikanın sabiq həkim-cərrahı, hazırda isə Xəzər rayonundakı 14 saylı Birləşmiş Şəhər Xəstənxanasının həkim-cərrahı, Qarabağ Muharibəsi iştirakçısı Əliyev Ələsgər İbrahim oğlu tərəfindən redaksiyamıza yeni məktub daxil olub.

Həm dövlət orqanları, həm də ictimaiyyət qarşısında dəfələrlə bu məsələni qaldırdığını bildirən Ə.Əliyev aidiyyəti orqanların 14 saylı şəhər Poliknikasının baş həkimi Mahmudov Əlisahib Balaş oğlunun qanunazidd əməllərinə hüquqi qiymət vermədiyini, əksinə Əlisahib Mahmudov korrupsioner əməllərini daha geniş formada davam etdidiyini yazır: "05 aprel 2011-ci il tarixdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Cavanşir Yusifov tərəfindən mənə göndərilən məktubda bildirilir: "Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Xətai rayonu 14 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama zamanı aşkar olunan nöqsanların ciddiliyi nəzərə alınaraq, yoxlama materialları hüquqi qiymət verilməsi üçün Maliyyə Nazirliyinin 01 aprel 2011-ci il tarixli DX-03\04-03-258-1890 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir". Əlbəttə, uzun sürən süründürməçilikdən sonra Maliyyə Nazirliyinin mənim yuxarıda göstərdiyim faktları ciddi qəbul etməsi təqdirəlayiq sayıla bilər. Amma nazirlik 3 il öncə yəni, 20 iyun 2008-ci il tarixində Baş Prokurorluğa anoloji məktub göndərmişdi. Yoxlamanı apartdıran Baş prokurorun köməkçisi Azər Əsgərovun 04 iyul 2008-ci il tarixli cavab məktubunda isə yazılır: "01\165ç saylı material öyrənilərkən cinayət işinin başlanması üçün əsaslar müəyyən edilməmişdir". Halbuki, Azərbaycan Respublikasının CPM-nin 207.1 maddəsinə görə ya cinayət işinin başlanması, ya da rədd edilməsi haqda qərar şikayətçiyə verilməli idi. Maliyyə Nazirliyi yoxlama aktını verməli olduğu halda bunu prokurorluğun üzərinə atdı, prokurorluq isə maaş cədvəllərinə atılan imzaların saxta olub-olmadığını xətt ekspertizasından keçirmədən və dövət büdcəsindən mənisənilən pulların cavabdeh olmalı şəxslərdən alınıb büdcəyə qaytarılmasını təmin etmədən başdansovdu bir cavab hazırlamışdı. Çox güman ki, indi də eyni üsuldan istifadə edərək, hər iki qurum bir-birinə "pas" atmaqla baş vermiş korrupsiyanı bu dəfə də gizlədəcək. Bu dəfə də xırda bir poliklinikadakı böyük korrupsiya əməli qanun çərçivəsində öz hüquqi qiymətini almamış olacaq.

Halbuki, baş həkim və ətrafının müxtəlif maliyyə maxinasiyalarından qazandıqları göz önündədir. Baş həkim Əlisahib Mahmudovun AZ 10 UE 353 dövlət nömrə nişanlı qara rəngli cip Leksus GX-4ç0 markalı avtomobil, poliklinikanın hazırki təsərrüfat müdüri, əvvəllər isə xəzinədar vəzifəsini icra etmiş Kamil Manafovun AZ 90 HE 896 dövlət nömrə nişanlı göy rəngli cip Toyoto Land-Grauzer markalı avtomobilə sahib olması onların bir poliklinikadan nə qədər qazandıqlarını tam şəkildə ortaya qoyur. Çünki rəsmi əməkhaqları 100-150 manat olan bu şəxslərdən birincinin 75 min, ikincinin isə 25 min manat dəyərində avtomobilə sahib olması poliklinika daxilindəki yüksək rəqəmlərlə ölçülən yeyintilərdən xəbər verir.

Ən maraqlısı isə budur ki, 01 aprel 2011-ci il tarixdə ölkə rəhbəri Xətai rayonunun Əhmədli kəndində olarkən adıçəkilən poliklinikanın sökülərək yerində yenisinin inşa edilməsinə göstəriş verib və bu işin icrası üçün büdcədən 1,5 milyon manat vəsait ayırıb. Poliklinikada baş verən qanunsuzluqlarla bağlı aiddiyyatı dövlət orqanlarına çoxsaylı müraciətlər edildikdən sonra bu haqda müvafiq tədbir görülməsi əvəzinə belə bir sərəncamın verilməsi təəccüb doğurur. Yeni bir səhiyyə müəsisəsinin tikilməsi təqdirəlayiq hal sayıla bilər. Amma səhiyyə müəssisəsinin Əlisahib Mahmudovdan, onunla əlbir olan korrupsionerlərdən və bu korrupsiya əməllərinə göz yumanlardan təmizlənib savadlı və təmiz kadrlarla dəyişdirtdirilməsi, vətəndaşlara normal tibbi xidmət göstərilməsi üçün daha vacib idi. Lakin bu hələ də baş verməyib. Mən bu günə qədər poliklinika rəhbərliyinin, onunla əlbir olan və ona havadarlıq edənlərin qanun çərçivəsində cəzalanması üçün mübarizə aparmaq məcburiyyətindəyəm.

Maliyyə Nazirliyinin ikinci yoxlaması zamanı USM kabinetinin işləmədiyi halda baş həkim Əlisahib Mahmudovun oraya işçi qəbul etdiyi və onların adına 4460 manat əməkhaqqı yazaraq büdcə vəsaitinin mənimsənilməsinə şərait yaratması aşkarlanıb. Maliyyə Nazirliyi bu faktdan başqa digər faktları ört-bastır edib ki, baş həkim cinayət məsuliyyətindən kənarda qalsın. Poliklinkanın təsərrüfat müdiri Kamil Manafov isə 2011-ci il mart ayının əvvəlində Prezident Administrasiyasına Maliyyə Nazirliyinin sektor müdiri Namaz Ağamirzəyevdən şikayət xarakterli teleqramlar vuraraq guya onun poliklinikanın işinə müdaxilə etdiyini, oradakı təftişçilərə təzyiq etdiyini bildirib. Əslində baş həkim və Kamil Manafov törətdikləri cinayət xarakterli əməldən yaxa qurtarmağa, ən pis halda isə yalnız Kamil Manafovu qurban verməyə çalışırlar.

Qeyd edim ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 14 saylı şəhər Poliklinikasında 09 fevral 2011-ci il tarixdən 17 mart 2011-ci il tarixədək apardığı yoxlamanın nəticələri barədə tərtib olunmuş yoxlama aktını və digər yoxlama materiallarını özünün 01 aprel 2011-ci il tarixli, DX-03/04-03-258-1890 nömrəli məktubu ilə Azərbaycan respublikasının Baş Prokurorluğuna göndərib. Azərbaycan respublikasının Baş Prokurorluğu isə yoxlama materiallarında korrupsiya elementlərinin olduğunu nəzərə alaraq onu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərib. Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılır."

23 aprel 2011-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Hüseynov Ramin Rafiq oğluna 19 səhifəlik izahat yazan həkim heç olmazsa bu dəfə məsələyə hüquqi qiymət veriləcəyinə ümüd edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru