Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                 

İCRA BAŞÇISI ÇOBAN XANIŞIN OĞLUNU SIXIŞDIRIR
Tarix: 1-04-2013, 09:09 | Çap et
İCRA BAŞÇISI ÇOBAN XANIŞIN OĞLUNU SIXIŞDIRIR
53 YAŞLI QOCAMAN EKSKAVATORÇU İCRA BAŞÇISINDAN NARAZILIQ EDİR

DİA.AZ: - Bu il mart ayının 13-də redaksiyamıza gələn Xanış kişinin oğlu Kamil Mövlanov Lerik Rayon İcra Hakimiyyəti ilə bağlı xeyli giley-güzar bildirdi. DİA.AZ olaraq “Cənub Xəbərləri” qəzetinə istinadən Kamil Mövlanovun dilindən səslənən giley-güzarı qısa ixtisarla sizə təqdim edirik.

“Atam Xanış kişi rəhmətə gedəndən sonra Lerik rayonunda ailəmiz üçün dözülməz şərait yaranıb. Ötən il Lerik rayonunun icra başçısı Novruz bayramı günü atamın tikdirdiyi, üstündə Heydər Əliyevin şəkli olan bulağı sökdürdü. Hansı ki, atam mərhum Prizident Heydər Əliyevlə həmişə bu bulağın qarşısında görüşərdi. İcra başçısının birinci müavini Cəlil Baxşıyev müxtəlif adlarla ailəmizə məxsus pay torpaqlarımızı əlimizdən aldı. Rayonda övladlarımızın işlə təmin olunmasına imkan vermirlər. Harada bir balaca iş yeri tapırıq, dərhal ora sifariş yollayırlar ki, bunlara iş verməyin. Məsələn, oğlum Lerik Qaz İstismar İdarəsində işləyərkən hərbi xidmətə gedib, lakin indi imkan vermirlər ki, o, əvvəlki işinə qayıtsın.

Bacım Tellinin yarım hektardan artıq payıbəlli torpağını alıblar ki, guya onun övladına münasib iş verəcəklər. Lakin heç nə yoxdur. Lerik Rayon İcra Hakimiyyətində nəinki insanların haqlı şikayətlərini həll etmirlər, əksinə, haqqını tələb edənləri təhqir edir, yaxud da şərləyirlər.

Mən, 53 yaşlı, rayonun qocaman ekskovatorçusunu isə demək olar ki, açıq-aşkar istismar edirlər.

Rəsmi iş yerim Xanbulaq Su-Melorasiya İdarəsidir. Həmin idarənin Lerikə təhkim olunmuş ekskovatorçusu kimi 1 ildən artıqdır ki, orada işləyirəm. Cəmi 109 manat əmək haqqı alıram. 120 min manat dəyərində olan bu texnikanın bütün təmir və yanacaq xərcləri də mənim üzərimdədir.

Mənim əsas işim Lerikdəki göllərdə, sututarlarda iş aparmaqdır. Lakin Lerik rayonunun icra başçısı Rövşən Bağırov və onun müavini Cəlil Baxşıyev məni tamam kənar işlər görməyə məcbur edir və zəhmət haqqımı da ödəmirlər. Rayonda məktəb tikilir. Bütün hamarlama və qazma işlərini mənə tapşırırlar. Məgər məktəb tikintisi üçün vəsait ayrılmır? Axı, hər yeni məktəb tikiləndə elan edirlər ki, bu binanın inşasına 1 milyon, 2 milyon manat pul ayrılır. Bəs həmin pullar hara gedir?İCRA BAŞÇISI ÇOBAN XANIŞIN OĞLUNU SIXIŞDIRIR


Yaxud, kəndlərin qazlaşdırılması üçün milyon manatlarla vəsait ayrılır. Lerikin mərkəzindən 14 kilometr məsafədə yerləşən Durğan kəndinə də qaz çəkilir. Ən çətin keçidlərdən keçən bu xətdə qazma işlərini mən apardım. Çox təhlükəli yerlərdə qazma işləri gördüm. Lakin bu əziyyətli işin müqabilində bir manat da ala bilmədim.

1-ci müavin Cəlil Baxşıyev kiməsə ev yeri üçün torpaq satır. Onun yerini isə mənə hamarlatdırır. Bəzən hər ay 5-10 ev yerini hamarlayır və beton üçün yer qazıram. Bu insan açıq-aşkar məni istismar edir. Nə istirahət bilirəm, nə bayram. Elə olur ki, bir sutkanın 15-20 saatını işləməli oluram. Lakin zəhmət haqqım ödənilmir.

İşlətdiyim texnikanın hər 2 aydan bir yağ və filtrini dəyişmək 700-750 manata başa gəlir. Bu günlərdə “diferi” dəyişməyə 3 min manat xərcləmişəm. 3 min 500 manata həmin ekskovator üçün 4 təkər almışam.

Lənkərandan texnika çağıranda eyni iş üçün 7 min manat pul ödəyirlər. Amma həmin işə görə mənə heç 100 manat da vermirlər.

Haqqımı tələb edəndə isə mən şantaj olunuram. Guya idarələrdən haqq yağıram. İdarə ekskovatorçuya niyə haqq verməlidir ki?

Neçə inəyimi, digər əmlakımı satıb maşının təmiri üçün sərf etmişəm. Neçə kənd üçün qaz xəttinin qazıntısını aparsam da, lakin özüm qaz pulunu verə bilmirəm.

Bütün bunlar azmış kimi, haqqımı tələb edəndə məni polislə hədələyirlər. Martın 12-də polis məni saxlayıb ki, guya çayın məcrasını dəyişmişəm. Harada dəyişmişəm, bunu göstərə də bilmirlər. Nə icra başçısının, nə müavini Cəlil Baxşıyevin qəbuluna düşmək mümkünsüzdür.

İcra başçısını ancaq qəbul günündə tapmaq olur. Həmin vaxtda da nə deyirsən, de, heç bir reaksiya yoxdur, elə bil quyuya yuxu danışırsan.

Polis rəisinə deyirəm ki, apar məni icra başçısının, onun müavininin görüşünə, üzbəüz deyim ki, kimin günahı nədir, savabı nə. Lakin aparmır.

Prezidentdən tutmuş bütün əlaqədar təşkilatlara müraciət etmişəm, rayon rəhbərlərinin yanına ağsaqqal göndərmişəm, lakin şikayətimizə baxan yoxdur.

Mənə və yaxınlarıma açıq-aşkar zülm edilir.

Artıq 20-dən artıq qohumumla ölkədən köçmək üçün sənədlər hazırlayırıq. Lerikdə yaşamaq mümkünsüz olub. Nə qədər ki, rayonda belə rəhbərlər var - ya burada qan düşəcək, ya gözgörəsi məhv olacağıq.

Mən bu problemimlə bağlı ölkə başçısı İlham Əliyev cənablarının saytına da məktub yollamışam. Xanış kişinin 20-dən yuxarı övladının adından xahiş etmişik ki, bizim bu ölkədən getməyimizə yardımçı olsun. Artıq yaşamaq mümkünsüzdür”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru