ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                 

“BİZİM TOYLARDA UTANIB OXUMADIĞIMIZI İNDİKİLƏR EFİRDƏ OXUYURLAR"
Tarix: 3-12-2011, 15:45 | Çap et
“BİZİM TOYLARDA UTANIB OXUMADIĞIMIZI İNDİKİLƏR EFİRDƏ OXUYURLAR"

“ONDA HƏR ŞEY BAŞQA CÜR İDİ”

Əvvəllər sənətə, istedada qiymət verilirdi. İndi sənətə gələnlərin əksəriyyəti istedadlı yox, yalnız maddi cəhətdən imkanlıdırlar. Bu gün şou-biznes aləminə gəlib ucuz populyarlıq qazanmaq çox asandır. Elə istedadlar var ki, maddi imkansızlıq ucbatından ortaya çıxa bilmirlər.

Müğənni Arzu Rzayev "Ekspress"ə verdiyi müsahibəsində belə hesab edir və gənc müğənnilərin ifası onu qane etməsə də, hamısına gələcəkdə "yaxşı sənətçi" olmağı arzulayır.

- Gənc müğənnilər sizi qane edirmi, onların gələcəyini necə görürsünüz?

- İndiki zamanda hər şey maddi imkanlara bağlıdır. İndi sənətə, şou-biznes aləminə gəlmək çox rahatdır. Pul olan yerdə hər şey etmək mümkündür. Amma necə deyərlər, hər oxuyan Molla Pənah olmaz. İndi sənətə gələnlərin bəziləri sənətə qazanc mənbəyi kimi baxırlar.

Düzdür, biz peşəkar sənətçilər də sənətə qazanc mənbəyi kimi baxırıq. Ancaq bizim üçün ilk növbədə sənətdir, sonra qazanc. Çünki biz artıq sənət məktəbini keçmişik. Bizim də sənətdə çətinliklərimiz olub. Mən ötən əsrin 80-ci illərində sənətə gəlmişəm. Onda hər şey başqa cür idi. Bir telekanal, bir də radio var idi. Hər şey də pulsuz idi.

İndi eşidirəm, görürəm ki, bəzi verilişlər, yığıncaqlar var ki, sənətçi oradan bir şey almaq əvəzinə, sənətçidən pul istəyirlər. Yəni "bu qədər ver, sonra gəl, mahnı oxu". Altdan-altdan xəlvəti işlər görürlər. Amma mənim üçün bir şey maraqlıdır, öz sənətçilərindən pul alıb mahnılarını verirlər, bəs görəsən, xarici müğənnilərin mahnılarını da pul alıb verirlər?

Sualın cavabına gəldikdə isə, hər oxuyan Molla Pənah olmaz. Bu, kompüter proqramı deyil, hər kəsin öz dünyagörüşü var. Bir mahnını əlli adam oxuya bilər, həmin mahnı əlli cür alınar. Bilirsiniz, hər kəs nəyi necə qavrayırsa, elə də üzə çıxarır. Mən istəyirəm ki, bizim gənclərimiz kəmiyyətlə deyil, keyfiyyətlə fərqlənsinlər. Məsələn, bizim görkəmli sənətkarımız Rəşid Behbudov öz sənətində əvəzolunmaz idi. Lakin bilmirdi ki, ulduzluq nə olan şeydir. Ondan yaxşı insan da ola bilər, pis insan da, ancaq onu əvəz edə bilən insan heç vaxt ola bilməz.

Hər musiqinin isə öz dinləyicisi var. Güman edirəm ki, bir neçə il keçəndən sonra indiki gənclərimizdən, özləri dedikləri kimi, "ulduz" olacaq. İndi özlərini "ulduz adlandırırlar, qoy adlandırsınlar. Təki gələcəkdə sənətlərini qavrayıb yaxşı, tanınmış, kamil sənətçilər olsunlar. Nizami demişkən, kamil palançılıq yarımçıq papaqçılıqdan yaxşıdır. Bu misralar bizim gənclərimizə aiddir. Gərək yaxşı-yaxşı öyrənib sonra üzə çıxsınlar. Bir də, insan nə qədər yaşayırsa, bir o qədər öyrənməlidir. Yəni 100 il yaşa, 100 il öyrən.

- Qeyd etdiniz ki, sənətə 80-ci illərdə gəlmisiniz. O zaman imkanlar necəydi?

- Onda hər şey istedada bağlı idi, pula bağlı deyildi. Bir telekanal var idi, hər adamı da ora buraxmırdılar. Orada pul təklif edən adamı elə qovardılar ki, efir üzünə həsrət qalardı. Həmin vaxtlar bədii şura var idi. Özbaşınalıq hökm sürmürdü. Kim ki, sənətə gəlmək istəyirdi, bədii şurada ona qulaq asırdılar. Əgər bəyənilsəydi, mahnı qəbul olunurdu. Bəyənilməsəydi, daha o adamdan müğənni olmazdı.

Mənim dövrümdə Flora xanım, Mübariz Tağıyev, Tofiq Quliyev bədii şuranın üzvləri idilər. Onlar həqiqətən istedadlı sənətkardırlar. İndi də elə bir şura olsaydı, pis olmazdı. Müğənninin elə bir mahnısı qəbul olunmalıdır ki, o, "Qızıl fond"da saxlanılsın.

Mənim "Qızıl fond"da 50-yə yaxın mahnım var. Siz jurnalistlərin borcudur ki, bizə suallar verəsiniz, biz də lazım olan məsələlərə aydınlıq gətirək. Yoxsa indiki gənclər bilmirlər ki, "Qızıl fond" nədir. Elə bilirlər ki, qızıldan nə isə bir şeydir. Radionun, televiziyanın "Qızıl fond"u olur. Respublikanın yaxşı sənətçilərinin mahnıları həmin fondda saxlanılır. Aradan 50-100 il keçəndən sonra həmin mahnılar səsləndirilir və ömür boyu insanların yaddaşında qalırsan. Çox adam bunları bilmir.

Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, hər bir zonanın öz ləhcəsi var. Sənətə gəlmək istəyən adam çalışmalıdır ki, mahnı oxuyanda ləhcəsini az müddətə də olsa, yaddan çıxartsın. Gənclərimiz çalışmalıdırlar ki, mahnını ədəbi dildə oxusunlar. Meyxananı ədəbi dildə oxusan, gülməli alınar. Amma mahnılar ədəbi dildə oxunmalıdır. Ola bilər ki, kimsə mənim fikrimlə razılaşmasın.

- Neçə illərdir sənətdəsiniz. Nə qazandırıb bu sənət sizə?

- Bu sual həmişə məni maraqlandırır - sənət mənə nə qazandırıb? İstədiyimiz yerə gedə bilirik. Yəni bütün qapılar üzümüzə açıqdır. Məni tanıyırlar. Mənim pərəstişkarlarım hər yerdə var. Mən bütün pərəstişkarlarıma minnətdarlıq edirəm. Çünki onlar məni sevirlər. Bir də, mənim elə bir xasiyyətim var ki, gedib qapı döyməyi xoşlamıram. Əgər qapı açıqdırsa, girirəm içəri, bağlıdırsa, aralıdan ötüb keçirəm. Amma elə sənətçilərimiz var ki, qapıdan qovursan, pəncərədən girirlər.

- Bu gün sənətdən, musiqidən həzz ala bilirsinizmi?

- Muğamlardan həzz ala bilirəm, ələlxüsus da Ağaxan müəllimin ifasında.

Estradaya gəldikdə isə, mənə elə gəlir ki, bu gün Azərbaycanda estrada yoxdur. Bugünkü gənclərimizin oxuduqlarını estrada adlandırmazdım. Çünki hər şeyin sərhədi var. 80-ci illərdə biz toyu konsert kimi oxuyurduq. Artıq hərəkətlər etmək olmazdı. Əvvəllər toylarda utandığımızdan oxumadıqlarımızı indikilər bir az ora-burasını düzəldib efirdə oxuyurlar. Hərdən fikirləşirəm ki, adam gedə mahnının orijinalını ala, qoymaya kimsə oxuya.

- Toylara gedirsiniz?

- Əlbəttə. Professional sənətçinin əsas qazanc mənbəyi toylardır.

- Bir dinləyici kimi özünüzü kənardan müşahidə edəndə sənətinizdən razı qalırsınızmı?

- İstər sənətçi, istərsə də kim olursa-olsun, özündən razı qaldısa, elə həmin gün sənəti atsın. Çünki daha artım olmayacaq. Mən özümdən də, sənətimdən də razı deyiləm. Hələ nə etmişəm ki?!

- Həyatda addımbaşı rast gəldiyiniz dəyişikliklərə münasibətiniz necədir?

- Sözsüz, həyatda hər şey dəyişir. Həyat su kimi axıb gedir. Məsələn, insan var ki, bu gün sənə qardaş deyir, sabah salam vermir. Deyirlər, hər şey zamanla bağlıdır. Yox, bu belə deyil. Mən bu fikirlərlə razılaşmıram. Hər şey insanın əhatəsindən asılıdır. İnsan necə mühitə düşürsə, o cür davranış qaydasına malik olur. Ətrafında baş verən hadisələr, uğursuzluqlar insanı sarsıtmamalıdır. İnsan həmişə hamıya qarşı diqqətli, mehriban olmalıdır. Baş verən hadisələrə mənfi reaksiya verən insanlar aciz insanlardır.

- Taleyin sizə verdiyi ömür payından razısınız?

- Deyirlər, ümid sonda ölür. İnsan ümidlə yaşayır. İnsan desə ki, "mən artıq bütün problemlərimi həll etmişəm, hər şeyə çatmışam", artıq həmin adamın yaşamağının mənası yoxdur. Əlbəttə ki, mən elə fikirləşmirəm. Mənim hələ çox işlərim qalıb.

Bizim sənətlə bağlı olan insanlar hərdəmxəyal olurlar. Bu, həqiqətən də belədir. Hava günlü olmayanda, yəni Günəş görünməyəndə ürəyim darıxır. Bir də görürsən, sabah yaxşı bir planla yuxudan ayılırsan, amma iş elə gətirir ki, bütün planların boşa çıxır. Heç nə edə bilmirsən. "Şanslı insan" deyilən bir söz var. Bu həqiqətən də doğrudur. Elə adam var, özünü dağa-daşa çırpır ki, nə isə edə bilsin. Mən də həmişə çalışıram ki, nə isə qazanım. Taleyin verdiyi ömür payından razıyam da, razı deyiləm də...

- Geriyə boylananda ömrünüzün ötən illəri üçün təəssüflənirsinizmi?

- Keçən illər üçün təəssüflənirəm. Bilirsiniz, hansı illər üçün? Haradasa 20 il bundan əvvəl üçün. Nələr vardı o günlərdə! İndi isə hər şey adiləşib, mənasızlaşıb. Axı insan indi hər şeyi əldə edə bilir.

Nə bilim, vallah, oturub fikirləşəndə insanın ürəyi darıxır. O günlərə qayıtmaq istəyirsən. 20 il bundan əvvəl fikirləşirdim ki, görəsən, mən yaşa dolandan sonra necə olacağam? Bu gün-sabah 50 yaşım olacaq, ömrüm həmişə işləməklə, musiqi ilə, mahnıların içində keçib. Gərək insan ömrünü mənalı keçirsin...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Dünən, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Dünən, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru