Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                 

MİSİR MƏRDANOV HANSI NAİLIYYƏTLƏRDƏN DANIŞIB?!
Tarix: 12-04-2013, 09:29 | Çap et
MİSİR MƏRDANOV HANSI NAİLIYYƏTLƏRDƏN DANIŞIB?!
Xəbər verildiyi kimi, İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. 58 ölkədən 450-yə yaxın rəsmi şəxsin qatıldığı və həftənin sonunadək davam edəcək bu möhtəşəm tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. AzərTAc-ın məlumatına görə, toplantının bölmə iclaslarının birində çıxış edən nazir Misir Mərdanov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərdən danışıb...
Bəh-bəh! Axır ki, bunu da gördük! Vallah, utanmasan oynamağa nə var?! Amma neyləyək, oynayırlar, özü də lap şıdırğısından! Budur, adam indi də gedib İstanbulda keçirilən beynəlxalq toplantıda heç bir mənəvi diskomfort keçirmədən Azərbaycan təhsilindən danışır, təhsilindən də yox, onun nailiyyətlərindən! Yəni bağ belə, bostan elə, badımcan şələ-şələ... İndi yazıq toplantı iştirakçıları bu adama nə desinlər?! Desinlər ki, bəsdir, 15 il Azərbaycan xalqına söylədiyin bu içiboş moizələri indi də gəlib burada bizə sırıyırsan?! Yaxud dünya təhsilinin öncüllərindən olan Sinqapurun, Yaponiyanın, Finlandiyanın təhsil nazirlərindən biri durub desin ki, cənab Mərdanov, siz hər dəfə beynəlxalq təhsil qiymətləndirmələrinə görə siyahının sonunda yer almısınızsa və bu, nailiyyətdirsə, onda siyahının əvvəlindəki bizim yerimizin adı nədir? – Müvəffəqiyyətsizlik?! Bəlkə sizin nazirlikdə təhsil qiymətləndirmələri zamanı siyahıya tərsinə – aşağıdan yuxarı baxırlar?!
Doğrudan da, görəsən, Misir Mərdanov “nailiyyət” deyəndə nə başa düşür, yaxud nəyi nəzərdə tutur? Məsələn, elə bu günlərdə Milli Məclisin deputatı Asim Mollazadə “Azadlıq” radiosunun efirindən bütün dünyaya elan elədi ki, “Azərbaycanın təhsil sistemində islahatlar həyata keçirilmir, bu sistem rüşvətlə idarə olunan və diplom satan universitetlərə çevrilib”. Özü də bu sözləri hansısa “qərəzli” bir təhsil eksperti yox, millət vəkili dedi! Cənab Mərdanov, bəyəm rüşvət yığmaq, diplom, attestat satmaq təhsilimizin nailiyyətidir?
Ötən il ümumtəhsil məktəblərini bitirən məzunların böyük bir hissəsi qəbul imtahanlarında görünməmiş savadsızlıq nümayiş etdirdiklərinə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məcbur olub bəzi qruplarda müsabiqə ballarını 250-dən 150-yə endirdi ki, universitetlərin auditoriyaları boş, müəllimllərsə iş-gücsüz qalmasın. Bəlkə nailiyyətiniz bu savadsız abituriyentlər ordusudur?
Üç gün öncə ölkə başçısı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Çox mühüm, yerində və zamanında verilmiş sərəncamdır. Çünki Təhsil Nazirliyinin bəh-bəhlə müsabiqə qalibi elan edib külli miqdarda dövlət vəsaiti hesabına nəşr etdirdiyi bir neçə “Azərbaycan dili” dərsliyi TQDK tərəfindən çıxdaş edilib. Şübhə etmirəm ki, bu sərəncamın vəziyyətdən çıxmağa böyük köməyi dəyəcək. Belə çıxır, nazirlik neçə illərdir Azərbaycan dilinin anasını ağlatmaqla məşğul imiş? Bəlkə Mərdanov “nailiyyət” deyəndə, xarici dillər bir yana qalsın, öz ana dilində yazıb-oxumağı bacarmayan bisavad Novruzəlilər dəstəsini gözünün önünə gətirir?!
Dünyanın aparıcı universitetlərinin diplomları başqa ölkələrdə, xüsusən də, inkişaf etmiş ölkələrdə tanınır və həmin diplomların sahibləri tərəddüdsüz işə götürülür. Çünki bu diplomların arxasında əsl təhsil, əsl bilik və bacarıq dayanır. Amma bizim diplomların 99 faizi nəinki inkişaf etmiş ölkələrdə, heç Şərqdə də tanınmır. Niyə də tanınsın?! Bizim özümüzün dövlət orqanlarında, yumşaq desək, bu diplomların sahiblərinə çox vaxt qapını o biri tərəfdən bağlamağı “tövsiyə” edirlərsə, digər ölkələr niyə bunu etməsin?
Yəqin Mərdanov bir-iki günə geri dönəcək. Çox ehtimal ki, o, yan-yörəsində çalışanları toplayıb beynəlxalq tədbirdəki görüşləri barədə ağızdolusu danışacaq, yenə də həmin sözlər və həmin frazalar: bağ belə, bostan elə, badımcan şələ-şələ... Amma sayın Mərdanovdan bircə ricam var: Zirvə Toplantısında “Azərbaycan təhsilinin nailiyyəti” deyəndə nəyi nəzərdə tutduğunu açıqlasın ki, biz də eşidib feyziyab olaq...

Nadir İSRAFİLOV, təhsil eksperti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru