ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                 

“ÖZ SERİALLARIMIZ ÇƏKİLSƏ YAXŞIDI”
Tarix: 6-12-2011, 12:21 | Çap et
“ÖZ SERİALLARIMIZ ÇƏKİLSƏ YAXŞIDI”

HƏMKARLARI ROLU YAXŞI İFA EDƏNDƏ ÜRƏKDƏN SEVİNDİYİNİ GİZLƏTMİR

Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmovun Milli.Az xəbər portalına müsahibəsi.

Dosye: Elşən Rüstəmov 1971-ci il yanvarın 22-də Masallıda dünyaya gəlib. 1990-95-ci illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bu vaxta qədər bu teatrın səhnəsində qoyulan tamaşalarda 60-dan çox müxtəlif xarakterli rollarda çıxış edib. Bundan savayı ardıcıl olaraq digər truppalara da dəvət olunur. Azərbaycan Televiziyasının dublyaj redaksiyasında çalışır. Kinoaktyor kimi isə filmoqrafiyasını böyük kinoda və televiziyada istehsal olunan “İtkin gəlin”, “Nə gözəldir bu dünya”, “Özgə vaxt”, “Günaydın, mələyim”, “Məhkumların cənnəti”, “İstanbul reysi” və s. kimi filmlərdə canlandırdığı fərqli obrazlarla zənginləşdirib.


“...yəqin ki, uğurlu izdivac olacaq”


- Bir neçə il əvvəl sizdən müsahibə alanda demişdiniz ki, həm ürəyimin sözünə qulaq asıram, həm ağlımın, amma daha çox ağlım deyən olur. Dəyişməmisiniz ki bu illər ərzində? “Urək heç vaxt aldatmır” fikrini birmənalı şəkildə qəbul etməyi nəzərdə tuturam.

- Demək olmaz ki, tamamilə ağıllıyam. Bəzən ürək üstün gəlir, bəzən ağıl. Çalışıram ki, hər ikisinin tarazlığı olsun. Son vaxtlar bu paralellik daha tez-tez alınır.

- Bu günlərdə premyerası baş tutmuş “Xanuma” tamaşasında (baş rolda xalq artisti Bəsti Cəfərova - red.) ifa etdiyiniz Niko obrazının xarakterində də bu tarazlıq görünür.

- Bəli, müəyyən mənada Niko bu cür insandır. Amma o, inanırdı ki, ağlının gücü ilə hərəkət edir. Sonra isə sevgisini tapdı. Qəlbi ağlını üstələdi, o, sevdi. Bu dəfə qəlbi onu idarə elədi. Deməli, qəlbin də səsinə qulaq asmaq lazımdı. Niko qəlbinin səsini dinləməsəydi, həyatında dönüş yaranmazdı. Düzdür, bilmək olmaz ki, onun Xanuma ilə evlənməsi nə ilə nəticələnəcək...

- Belə görünür ki, yaxşı olacaq.

- Elədi, yəqin ki, uğurlu izdivac olacaq.


“Aktyor onda çox sayda rol almağın marağnda olar ki...”


- Bu, sizin Akademik Milli Dram Teatrının səhnəsində canlandırdığınız, səhv eləmirəmsə, artıq dördüncü obrazdır.

- Bəli. “Hamlet”də Laert, “On ikinci gecə”də Hersoq, “Kabuslar”da məşuq Alfredodan sonra Niko hələlik bu teatrda aldığım dördüncü roldur.

- “Azdrama”nın truppasına birdəfəlik daxil olmaq perspektivi yoxdur ki?

- Məni elə bu cür işləmək də qane edir. Düzdür, iki teatrın repertuarını uzlaşdırmaq bəzən çətin olur. Amma Gənc Tamaşaçılar Teatrı ilə vidalaşmaq istəməzdim, ora mənimçün doğmadı, fəaliyyətə o səhnədə başlamışam.

- Müqavilə sisteminin tətbiqinə başlananda belə iş prinsipinin azsaylı tərəfdarlarından biri siz oldunuz.

- Düzdür. Onun tərəfdarıyam ki, aktyor iki ay bir teatrda çalışsın, iki ay başqa bir teatrda. Amma bunun maddi tərəfi də olmalıdı. Yəni əgər bir aktyoru ardıcıl şəkildə müxtəlif teatrlara dəvət edirlərsə, deməli, nəsə var. Aktyor onda çox sayda rol almağın marağında olar ki, ödəniş də buna uyğun olsun, sabit məvaciblə isə belə işləmək düz gəlmir. Hər halda, belə olmamalıdır.


“...bu həvəsi içimdə dəfn etmişəm”


- Əcnəbi rejissorlardan da tez-tez təklif alırsınız?

- Bəli, 5-6 il əvvəl Rusiyanın iki telekanalında istehsal olunan filmlərdə çəkildim - REN TV-nin “Студенты интернеС?РЅР»” serialında, bir də NTV-nin “Jurnalist” çoxseriyalı filmində. Onu da deyim ki, “Jurnalist” filmində baş rolllardan birini Fuad Poladov canlandırıb. REN TV-də məni Ramiz Fətəliyev təqdim eləmişdi. Ruslar bizim aktyorlarla işləməkdən böyük zövq aldıqlarını deyirdilər. Bu yaxınlarda isə Jerar Depardyenin iştirakilə Azərbaycan mətbəxinə aid çəkilən reklam çarxının da iştirakçısı oldum.

- Yeri gəlmişkən, Fuad Poladov kütləvi-informasiya vasitələrinə açıqlamasında sizin haqqınızda çox yüksək fikirdə olduğunu bildirmişdi.

- O cür böyük aktyorun mənim kimi kiçik aktyor haqqında belə yüksək fikirdə olması, özü də bunu etiraf etməsi böyük işdi. Bu, artıq nəsə deməkdir. Belə sözdən sonra pis oynamaq olmur, istər-istəməz çalışırsan ki, istedadını, bacarığını səfərbər edəsən. Fuad Poladovla kinodan başqa iki tamaşada da tərəf-müqabili olmuşuq - onun baş rolları ifa etdiyi “Hamlet”də, bir də “Afinalı Timon”da. Əvəzsiz tərəf-müqabilidi. Yeri düşdükcə məsləhətlər verir, həmkarları rolu yaxşı ifa edəndə ürəkdən sevindiyini gizlətmir.

- Vaxtilə Ramiz Rövşənin sözlərinə 15-ə yaxın mahnı qoşmuşdunuz. Davam eləyirsiniz bu işi?

- (ah çəkərək) Evlənəndən sonra bu işlə məşğul olmağa macal tapmıram, pis çıxmasın, bu həvəsi içimdə dəfn etmişəm. Ailə həyatının qaçhaqaçı belə işlərə mane olur. Təəssüf ki, bizdə belədir - istirahətimiz yoxdur. Bircə gün qaçmasan, dərhal dolanışığa təsir edir.

- Bəs həmin mahnıları hələ də dost-tanışlarınızdan savayı eşidən olmayıb?

- Demək olar ki, yox. Təkcə bir dəfə Gənc Tamaşaçılar Teatrında qoyulan “Qaraca qız” tamaşasında istifadə elədim. O tamaşada iştirak eləməkdən əlavə musiqi tərtibatını da mən vermişdim. Mahnılarımdan birini də elə orda oxudum. (birdən-birə qətiyyətlə) Amma bu işi davam etdirmək fikrim var. Ola bilər mahnılarımı yazdırdım da.

“İnsanlara inanmamağı öyrənməmişəm”


- Deməli, öz istədiyiniz kimi yaşamaq alınmır?

- 15-20 il əvvəl alınırdı. Məntiqlə ağıllı adamlar yaşları artdıqca az qaçıb, çox qazanmalıdır. Xaricdə belədir. (özünəməxsus istehza ilə) Görünür, ya mən o qədər də ağıllı deyiləm, ya da cəmiyyətimiz belə qurulub... öz istədiyim kimi yaşamaq mənim arzumdur. Yollarını axtarıram. Amma hələ ki mümkün olmur, qaçhaqaç imkan vermir.

- Üstəlik seriallara da çəkilirsiniz. Məsələn, hazırda nümayişlənən “Qaranlıqlar çiçəyi” serialında. Görünür, münasibətiniz yaxşıdır bu janra?

- Bəli, seriallara münasibətim yaxşıdır. Bilirsiz, 20 il əvvəl Braziliya serialları bizim tamaşaçılar üçün maraqlı idi, amma indi artıq bu maraq o dərəcədə deyil. Ona görə öz seriallarımız çəkilsə yaxşıdı. Yaxşı serial qoy çəkilsin. Qoy özümüzünkü olsun. Onda inkişaf da olacaq.

- İnsanlara etibar eləmək xasiyyətiniz sizi hələ aldatmayıb ki?

- Mən həmişə insanlara etibar eləmişəm. Başqa cür bacarmıram. İnsanlara inanmamağı öyrənməmişəm (yarızarafat, yarıciddi). Hətta bunu təbliğ edirəm. Yox, hələ ki aldanmamışam. Xırda aldanışlar olub. Məsələn, birinci maşınımı alanda satan dedi ki, əla vəziyyətdədir, heç bir problemi yoxdur. Mənim də maşından başım çıxmır, inandım ona. Sən demə, o maşının ciddi problemləri var imiş. Amma mən belə hadisələri xırda, məişət aldanışları hesab edirəm. Böyük mənada isə insanlarda yanıldığım olmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru