"Yalnız kəndə yaşanan bəzi problemlər..." - GİLEY
Tarix: 4-03-2019, 10:07 | Çap et
 Azərbaycanın turizm baxımından ən öndə gedən rayonlarından biri olan Qubanın bir-birindən gəzməli-görməli kəndləri var. Bunlardan ən məşhuru isə Təngəaltı kəndidir. Yay mövsümündə bura istirahətə gələn xarici və yerli turistlərin sayı-hesabı olmur. Ancaq kənddə maye qazın olmaması turistlər üçün çox çətinliklər yaradır.
Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Qubanın Təngəaltı və Afruca kəndlərinin sakinləri məlumat veriblər.
Kənd sakini - ehtiyatda olan hərbçi, mayor İxtiyar Məmmədov bunları deyib: "Kənd Quba Rayon İcra Hakimiyyətinin Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə tabedir. Turist axını baxımından ən öndə gedən kəndlərdən biridir. Yalnız kəndə yaşanan bəzi problemlər turistlərin kəndimizə səfər etməsinə mane olur. Kənddə qazın olmaması həm yerli camaatın, həm də turistlərin işini çətinləşdirir".
"Gələn turistlər kirayə verilən günlük şəxsi evlərdə qalmaq istəsələr də, maye qazın olmamasına görə imtina edərək rayonun özündə qalmağa üstünlük verirlər. Kəndimizin əhalisinin gəlir mənbəyi, əsasən, turizm sahəsindən çıxır. Turistlərin də kənddə qalmaması əhalinin maddi baxımdan geriləməsinə səbəb olur. Gələn turistlərin soruşduqları ilk sual "qazınız varmı" olur. Biz də bu sual qarşısında aciz qalırıq" – deyə o bildirib.
Digər kənd sakini isə Səməd Qədirov isə qış aylarının sərt keçməsindən və yanacağa pul çatdıra bilməmələrindən şikayətlənib: "Qazın olmaması artıq bizi yorub. Qış burda çox sərt keçir. Evlərimizi isitmək çox çətindir. Qışda bizə 2 və ya 3 yük maşını odun lazım gəlir. Bizim o qədər gəlir yerimiz yoxdur ki, bu qədər odun ala bilək. Uşaqlarımız da məktəbdə yanacaq sarıdan çox əziyyət çəkirlər".
"Qış aylarında məktəbdə, demək olar ki, uşaq olmur. Ya xəstəlikdən, ya da soyuqdan uşaqlar məktəbə getmək istəmirlər. Ən pisi də odur ki, biz təbiətə, meşələrə ziyan vurmuş oluruq. Bununla da həm maddi, həmdə mənəvi əziyyət çəkirik" – deyə o vurğulayıb.
Kənd sakinlərinin iddiasına görə, dəfələrlə icra nümayəndəliyinə bu problemlə əlaqədar müraciət etmələrinə baxmayaraq, problem həllini tapmayıb.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı "Azəriqaz" İctimai Birliyin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxlayıb. O, gələn il üçün Qubanın 11 kəndinin qazlaşdırılması üzrə siyahı hazırlandığını bildirib.
"Həmin siyahıda Təngəaltı və Afruca kəndləri siyahının başında durur. Ona görə də kənd əhalisi narahat qalmasın. Tezliklə onların qaz problemi öz həllini tapacaq" - deyə "Azəriqaz" sözçüsü əlavə edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Bu gün, 20:12 |
|
|
|
• DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Bu gün, 20:09 |
|
|
|
• Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Bu gün, 19:52 |
|
|
|
• Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 19:49 |
|
|
|
• Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Bu gün, 19:45 |
|
|
|
• Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Bu gün, 19:43 |
|
|
|
• Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Bu gün, 18:03 |
|
|
|
• Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Bu gün, 18:02 |
|
|
|
• Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Bu gün, 18:00 |
|
|
|
• Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Bu gün, 17:56 |
|
|
|
• Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Bu gün, 17:49 |
|
|
|
• Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Bu gün, 17:47 |
|
|
|
• Dilarənin bikinili fotoları... YAYILDI...
Bu gün, 17:39 |
|
|
|
• Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Bu gün, 17:32 |
|
|
|
• Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Bu gün, 17:16 |
|
|
|
• Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12 |
|
|
|
• Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11 |
|
|
|
• Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04 |
|
|
|
• Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55 |
|
|
|
• Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50 |
|
|
|
• Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45 |
|
|
|
• Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43 |
|
|
|
• Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41 |
|
|
|
• İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38 |
|
|
|
• Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32 |
|
|
|
• İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16 |
|
|
|
• Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13 |
|
|
|
• "Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11 |
|
|
|
• Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08 |
|
|
|
• Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03 |
|
|
|
• Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59 |
|
|
|
• Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56 |
|
|
|
• “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09 |
|
|
|
• Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07 |
|
|
|
• Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05 |
|
|
|
• “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00 |
|
|
|
• Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58 |
|
|
|
• Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53 |
|
|
|
• Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21 |
|
|
|
• Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19 |
|
|
|
• Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16 |
|
|
|
• “Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15 |
|
|
|
• Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13 |
|
|
|
• Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12 |
|
|
|
• Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11 |
|
|
|
• Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
|