Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                 

Texniki işçisinə 35 manat maaş verən direktordan Prezidentə şikayət - Təhsil nazirinin diqqətinə
Tarix: 6-03-2019, 09:57 | Çap et
Texniki işçisinə 35 manat maaş verən direktordan Prezidentə şikayət
XXI əsrdə yaşamamıza, seyrə balonlarla çıxmamıza, avtomobil minməmizə baxmayaraq içimizdə elələri var ki, müasir dəbli paltarlarının içərisində quldarlıq düşüncəli qafayla yaşayırlar. Ən dəhşətlisi isə belə düşüncə sahiblərinin kreslo, mənsəb sahibi olmasıdır. Onda məzlumun ahı göylərə bülənd olur, haqq nazilir, insanlıq dramı yaşanır. “Qiyamət oluruq biz, səhv düşəndə yerimiz!”

Rubrika.az saytına Tovuzun Əyyublu kənd 1 saylı tam orta məktəbində baş verənlərlə bağlı daxil olan məlumatları saf-şürük edəndə Mirzə Cəlilin Danabaş kəndi, Xudayar bəyin qamçısı gözümüzün önünə gəldi. Sadəcə zaman fərqlidir, personajların adları fərqlidir. Faciə, motiv isə eynidir.

Əyyublu kənd 1 saylı tam orta məktəbin direktoru Cəmşid Sadıqov Əliyeva Aygün Məhərrəm qızını rəhbəri olduğu məktəbdə işə qəbul edib. Özü də direktor bu “xeyirxah addımı” 2000 manata atıb. Söz verdiyi 110 manat maaşlıq iş üçün 2000 manat rüşvət alıb. Özü də hadisə 2015-ci ildə, bədnam devolivasiyadan əvvəl baş verib. Daimi iş yeri, davamlı maaş ümidiylə 2000 manatından keçən A. Əliyevanın görəcəkli günləri də bundan sonra başlanıb. Məktəb direktorunun bitməz-tükənməz iştahası onu halal qazandığı bir parça çörəyindən də edib.

Şikayətçinin bildirdiyinə görə cəmisi 1 ay 110 manat maaş alıb. Bundan sonra C. Sadıqov min-bir bəhanə ilə biçarə qadının əmək haqqına “əl gəzdirməyə” başlayıb. İkinci ay 80 manat əmək haqqı alan A. Əliyeva bunun səbəbini soruşanda direktor rayondan gələn yoxlamanı günahkar çıxarıb. Amma bu “yoxlama oyunu” düz bir il çəkib və C.Sadıqov 80 manatdan bir qəpik də artıq maaş verməyib. “Məndən 2000 manat alanda tam oklad maaş söz verməsinə baxmayaraq direktor sonradan sözünü tutmadı” deyə A. Əliyeva bildirir. Amma C. Sadıqovun “maaş əməliyyatı” bununla da bitməyib. Manatın devolivasiyası ilə gəlirinin azaldığını düşünən direktor bu dəfə A.Əliyevanın maaşını 60 manata endirir. “Burda mənəm Bağdadda kor xəlifə” təfəkkürü ilə məktəb direktoru biçarə qadının yeganə dolanacaq mənbəyinə bir daha göz dikir.

Tələsməyin, bu da son deyil. 60 manatın da yüksək məbləğ olduğunu düşünən direktor axır vaxtlar A.Əliyevaya 35 manat verməyə başlayır.

Artıq baş verənlərə dözməyən,bıçağın sümüyə dirəndiyini düşünən A.Əliyeva məcbur olub C.Sadıqovun böyüklərinə-Tovuz rayon Təhsil Şöbəsinə şikayət edir. Amma sən demə direktor öz rəhbərlərinə tam layiq bir işçi imiş-biçarə qadını Təhsil Şöbəsindən də əliboş qaytarırlar. Təhsil Şöbəsinin əlahəzrət rəhbərliyi direktorun tərəfini saxlayır-zavallı qadın 35 manata da dolana bilərmiş,təki təhsilin keyfiyyəti azalmasın , elmin günəşi sönməsin-C.Sadıqovun qazancı azalmasın!

Düşünməyin ki, direktorun “səxavəti” bununla yekunlaşır. “Hatəm səxavətli” C.Sadıqov Təhsil Şöbəsinə edilən şikayətdən qəzəblənərək A.Əliyevanın maaşını 30 manata endirir. Bir məktəb direktorunun, müəllim adını daşıyan şəxsin etdiyi əməlləri düşündükcə sözlər aciz qalır, bədii ifadə vasitələri kəsərini itirir. Bütün bu insanlıq dramının ən dəhşətli hissəsini isə sona saxladıq-direktorun bütün bu etdiklərinin hardasa izahı ola bilər. Amma bu son dediyimizə prokurorluq, Təhsil nazirliyi şərh versə daha yaxşı olar. Bütün bu aylar ərzində C.Sadıqov verdiyi 80manatın da, 60 manatın da, 35 manatın da...20 manatını rüşvət olaraq A.Əliyevadan alırmış! Siz 35 manatın 20 manatını rüşvət alan birisinin düşüncə tərzini, iş prinsipini, vətəndaşlıq mövqeyini...təsəvvür edirsinizmi?

Rubrika.az saytı vasitəsilə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanıma, Təhsil naziri Ceyhun Bayramova, Baş Prokuror müraciət edən A.Əliyeva kömək istəyir:

“Mən üzümü cənab Prezidentə, Mehriban xanıma tutaraq kömək istəyirəm. Cəmşid Sadıqov illərdir ki, məni aldadaraq halal maaşımı əlimdən alıb. İmkansızlığımdan, əlacsızlığımdan

istifadə edərək məni qul kimi işlədib, maaşımı mənimsəyib,əvəzində mənə qəpik-quruş verməklə aldadıb. Hər ay mənə verdiyi qəpik quruşdan da 20 manat aylıq alan direktorun insanlığına, ədalətinə nə ad vermək olar? Bir Azərbaycan qadınına bunca zülm etmək olarmı? Tovuz rayonunda heç bir idarədə mənim haqq səsimə səs verən olmadı. Demə bütün ədalət, qanunlar mənim maaşımı mənimsəyən direktorun tərəfində imiş Məni 35 manata işlədib haqqımı yeyən bu şəxsin zülmündən dövlət başçısına sığınıram. Cənab Prezident! Bir məktəb direktorunun, müəllim adlanan şəxsin əməllərinə nə ad vermək olar? Əlacsız qadına gücü çatıb haqqını mənimsəyən beləsinə vəzifə verən, himayə edən Tovuz rayon yetkililəri bəlkə bu suala cavab versinlər. Sizdən kömək istəyirəm, cənab Prezident! Bu haqsızlığıa, insanlığa sığmayan tamahkarlığa son qoyun! Balalarımın ruzisini əlindən alan “müəllim”in əməllərini durdurun! Qoy sizin adınızı şüar edən məmurlar bu əməllərindən utansınlar!”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru