Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                 

Sahil Babayevin nəyin bahasına olursa-olsun QƏNAƏT REJİMİ... - Hədəfdə XALQDIR!
Tarix: 23-02-2022, 10:44 | Çap et
Sahil Babayevin nəyin bahasına olursa-olsun QƏNAƏT REJİMİ...
Ölkədə bütün sahələrdə müşahidə olunan bahalaşma fonunda ötən ilin sonunda Prezident İlham Əliyev büdcədən maliyyələşən müəssisə və təşkilatlar başda olmaqla, əhalinin dövlət təminatındakı bütün təbəqələrindən olan hissəsinin pensiya və maaşlarında 20 faizə qədər artımla bağlı sənədlər imzaladı. Həmin sənədlərin biri də bu il yanvarın 1-dən hərbçilərin aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 20 faiz artırılması barədə idi. Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı dövlət başçısının imzaladığı sənəd Azərbaycan Ordusunda xidmət edənlərlə bərabər, ehtiyatda və təqaüddə olan hərbçiləri də sevindirmişdi. Çünki bir qayda olaraq, hərbçilərin maaşları və aylıq pul təminatındakı artım, adətən, vaxtilə pensiyaya çıxan və ehtiyata buraxılan hərbçilərin təqaüdlərində də özünü göstərirdi.

Lakin cari ilin yanvar ayının sonunda məlum olub ki,

BU DƏFƏ ARTIM EHTİYATDA VƏ TƏQAÜDDƏ OLAN HƏRBÇİLƏRİN PENSİYALARINA ŞAMİL EDİLMƏYƏCƏK.

Bu məsələ ilə bağlı son vaxtlar mediada ehtiyatda olan hərbçilərin çoxsaylı çıxış və müraciətləri yer alıb. Əslində qanunvericiliyə görə, maaş artımı ehtiyatda və təqaüddə olan hərbçilərin də pensiyasına təsir etməlidir. Çünki bu halda pensiyaçı alan hərbçilərin aylıq təqaüdlərinin artırılması ölkənin müvafiq qanunvericiliyində öz əksini tapıb. Ona görə də hərbçilərin maaş artımı, əlavələr baş verdikdə, bu, ehtiyatda və pensiyada olan hərbiçilərə də şamil olunmaldır.
Buna baxmayaraq, heç bir səbəb göstərilmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ehtiyatda olan hərbçilərin pensiyalarını artırmaqdan imtina edir. Buna görə də bir müddətdir ehtiyatda olan hərbi qulluqçularla ƏƏSMN arasında “açıqlama savaşı” gedir.

Ehtiyatda olan və təqaüddə olan keçmiş hərbçilər qanunla nəzərdə tutulan hüquqlarının pozulduğunu əsas gətirərək pensiyalarının artırılmasını tələb edirlər. Lakin Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSMN bu tələbləri özünəməxsus şəkildə yozumlayır.

Beləliklə, son vaxtlar dövlət vəsaitinə qənaət etmək adı altında xəstə, əlil, əmək qabiliyyəti olmayan minlərlə insanı sosial təminatdan məhrum edən və sondərəcə arzuolunmaz məmur imicinə malik olan Sahil Babayevin növbəti “hoqqası” ehtiyatda və təqaüddə olan hərbçilərin başında çatlayıb.

Vətəndaşları narazı salaraq, o cümlədən vaxtilə Vətənin keşiyində dayanan şəxsləri dövlətə qarşı ayağa qaldırmağa çalışan

S.BABAYEV NƏYİN BAHASINA OLUR OLSUN DÖVLƏTİN PULUNA QƏNAƏT ETMƏK İSTƏYİR.

Bütün bunların qanun pozuntusu olduğu, dövlət başçısının addımlarının əhalinin sosial rifahına hesablandığını dərk etməkdə çətinlik çəkən S.Babayev təqaüddə və ehtiyatda olan hərbçilərin narazılığına baxmayaraq, geri addım atmaq istəmir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələ ilə bağlı açıqlamalarında da olduqca anlaşılmaz cümlələr yer alıb. Yəni həmin bəyanatlardan başa düşmək olmur ki, dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanında ehtiyatda və təqaüddə olan hərbçilərin artımdan kənarda qalması barədə bir söz belə olmadığı halda, həmin şəxslər niyə artım ala bilmirlər?

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun da media orqanlarına açıqlamasını başa düşmək üçün ali təhsilli olmaq yetərli deyil. Gərək hüquq və sosial elmlər üzrə ən azı elmlər doktoru olasan. Görün, özünü çoxbilmiş kimi göstərən bu adam nə deyir: “Pensiya sahəsində aparılan islahatlar zamanı da ilk növbədə hərbi qulluqçuların fəaliyyətinin, göstərmiş olduqları xidmətlərinin xüsusi önəmi diqqətdə saxlanaraq, onların maraq və mənafeləri xüsusi nəzərə alınır”. Bu nə deməkdir? Nazirlik rəsmisinin problemin həllinə dair cavabı?.. O zaman Vətənə xidmət göstərən hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydası dəyişməyibsə, pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik olunmayıbsa, artım niyə verilmir?

Məsələ ondadır ki, bu günə qədər ənənəvi olaraq maaşlar artanda pensiyaların artması baş verdiyi halda, bu dəfə bunun qarşısını alan səbəbi söyləmək əvəzinə Sahil Babayevin rəhbərlik etdiyi

NAZİRLİK BOŞ-BOŞ SÖZLƏRLƏ VƏTƏNDAŞLARIN BAŞINI ALDATMAQLA MƏŞĞUL OLUR.

Ona görə də anlaşılmaz cümlələrlə dolu bəyanatlar məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil.

Qeyd edək ki, bu məsələ ilə bağlı Milli Məclisdə komitə iclası da keçirilib. Lakin komitədə aparılan müzakirə hərbçiləri qane etməyib. Milli Məclisin komitə iclasında məsələ haqqında danışmaqdansa, gələcəkdə hərbi qulluqçuların maaşı artırılarsa, yalnız hərbi rütbəyə görə artımı nəzərdə tutan absurd və yerində olmayan təkliflər irəli sürülüb. Qalib Azərbaycan Ordusunda xidmət edən hərbçilərə diqqət və qayğının artırılmasından tez-tez ağızdolusu danışdıqları halda, Sahil Babayevi dəstəkləyən deputatlar da yanlış mövqe tutublar.

Nazirlikdən dəqiq açıqlama almayan ehtiyatda və təqaüddə olan hərbçilər əlacsızlıqdan pensiya qalmaqalını məhkəmədə həll etmək yolunu seçiblər. Məhkəməyə təqdim etmək üçün iddia ərizələri də hazırlayırlar. Çünki hüquqi müstəvidə məsələnin həlli çox sadədir.

Yəni, kimin nə deməyindən asılı olmayaraq qanun hərbi qulluqçuların pensiyalarının artırılmalı olduğunu tələb edir. Sahil Babayevin cəhdləri isə hərbçilərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə maneə yaratmaqdan başqa bir şey deyil.
Aztoday.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru