Qazaxın bu kəndi xəritədən silindi: Sərhəddə nə baş verir? .....                     Hindistan Ərdoğana qarşı Ermənistan kartını açır... .....                     Maşından meyiti tapılan rus nazirlə Ziya Məmmədovu nə birləşdirir? .....                     "Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?" .....                     Bakının İrəvana son“ev tapşırığı” .....                     "Bu nə qədər düzgündür axı?" .....                     Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! .....                     Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? .....                     Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? .....                     İrandan Ermənistana rekord axın .....                     “ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil .....                     Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir .....                     7 il əvvəl anons verilmişdi .....                     Adil Vəliyev gecələri rahat yatırmı? .....                     Jurnalistlərin binasında İNTERNET PROBLEMİ .....                     Peşə təhsilində qanunsuz təyinatlar .....                     ABŞ Ukraynaya silah verəcək .....                     "MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" .....                     Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     Magistr diplomu olmayanlar işə götürülmür? .....                     "Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" .....                     Məşhur zavodun vergi borcu 198 min manatı ötdü .....                     Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” .....                     Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur .....                     Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? .....                     Bu gün təbii qazın real alternativi yoxdur .....                     "Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" .....                     Gənc şair Həsən Kür vəfat etdi .....                     Erməni əsgərlər hara daşınır? .....                     Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb .....                     Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: .....                     "Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb .....                     Paşinyanın GÜMRÜ GEDİŞİ... .....                     Əsl şeytan olan Paşinyan adlı bir türk... .....                     Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? .....                     BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA .....                     "Ocağım söndü" .....                     Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: .....                     Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı .....                     Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi .....                 

Təhsil sisteminin TEXNİKİ NASAZLIĞI... - Deyəsən, dövlət də əlini buralardan üzüb...
Tarix: 2-01-2023, 09:08 | Çap et
Təhsil sisteminin TEXNİKİ NASAZLIĞI...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki Universitetdə HANSI QANUNLAR İŞLƏYİR? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Bundan əlavə, Vilayət Vəliyevin üç illik “fəaliyyəti” nəticəsində neçə-neçə savadlı, bacarıqlı, işi bilən kadr ya işdən çıxarılıb, ya da yaranmış vəziyyətə dözməyərək, özü işdən çıxıb. Məsələn, uzun illər AzTU-nun tədris işləri üzrə prorektoru olmuş Xalıq Yahudov yaranmış vəziyyətə və ona qarşı olan sayğısızlığa dözməyərək, öz ərizəsi ilə vəzifəsini tərk etdi. Xalıq Yahudov son 3 ildə hətta rektor vəzifəsini müvəffəqiyyətlə müvəqqəti icra etmişdi. Onun AzTU-da çox böyük nüfuzunun olduğunu görən rektor onun tamamilə getməsindən ehtiyat etdi, onu tədris işləri üzrə məsləhətçi vəzifəsində saxladı. Ancaq son iki ildə X.Yahudov bütün işlərdən kənarlaşdırıldı, ona heç bir iş tapşırmadılar, heç bir iclasa, tədbirə cəlb etmədilər, saymadılar, iki il otağında işsiz-gücsüz, tək oturdu. O da bu vəziyyətə dözməyək, bu yay öz ərizəsi ilə universitetdən tamam getdi...
Bundan əlavə, xüsusi olaraq qeyd etmək istəyirik ki, V.Vəliyev Texniki Universitetə rektor gələn vaxtdan (bu, hələ karantindən əvvəl idi) şifahi göstəriş verdi ki, müəllimlərin vəzifəyə seçkiləri dayandırılsın. Məlumdur ki, Nazirlər Kabinetinin ali təhsil müəssisələri haqqında sənədlərində göstərilir ki, ali təhsil müəssisələrində professor-müəllim heyəti seçkili əsasında işə qəbul edilir, yəni hər müəllim vəzifəsini tutmaq üçün mətbuatda müsabiqə elan edilir, müsabiqəyə ərizələr qəbul edilir, gizli səsvermə keçirilir və müsabiqədən keçən müəllim həmin vəzifəyə 5 illik işə qəbul edilir, rektorla müəllim arasında 5 illik müqavilə bağlanılır. İndi isə 3 ildir ki, bir müəllim vəzifəsinə da seçki keçirilməyib. İndi AzTU-da seçki müddəti bitmiş müəllimlər hər tədris ilinin əvvəlində 1 illik müqavilə ilə işə qəbul edilirlər. Doğrudur, bundan xeyli sonralar, Covid-19 karantini başlayanda nazirlikdən universitetlərə məktub göndərildi ki, karantin müddətində şərait olmadığından müvəqqəti olaraq seçkilərin dayandırılması TÖVSİYƏ edilir. Lakin indi karantin də qurtarıb, ancaq AzTU-da yenə də seçkilər keçirilmir. Sual olunur, niyə? Çünki V.Vəliyev bununla müəllimlərin 1 illik müqavilə ilə müddətlərini uzatmaqla onları özündən asılı edir ki, dilləri qısa olsun. O, istəmir ki, onun xoşu gəlməyən müəllimlər seçkidən keçib, vəzifələrində 5 illik müddətə möhkəm otursunlar. İndi, son 3 ildə müəllimlərin demək olar ki, 75-80%-nin seçki müddəti başa çatıb və hər il bir illik müqavilə ilə iş müddətləri uzadılır. Elm və Təhsil Nazirliyinin diqqətini bu fakta da cəlb edirik. Məgər Nazirlər Kabinetinin sənədləri V.Vəliyevin Muxtar Vilayəti olan Texniki Universitetdə qüvvədə deyil?
V.Vəliyev təkcə müəllimlərə qarşı deyil, həm də universitetin inzibatı və tədris-köməkçi heyətinə qarşı da mənəvi terror tətbiq edir. Yeni yaratdığı saysız-hesabsız şöbələrdə ağlagəlməz adlarla təsis etdiyi vəzifələrə öz adamlarını, yerli və qohumlarını, onun məxsus olduğu regional klanın onun yanına göndərdiyi adamları işə qəbul edib, əvəzində isə köhnə işçiləri işdən uzaqlaşdırır. O, təsərrüfat işləri üzrə prorektor başda olmaqla, təsərrüfat şöbəsinin demək olar ki, bütün işçilərini uzaqlaşdırıb. İndi mühasibata “girişib”. Mühasibata çoxlu yeni işçi qəbul edib, köhnələrə isə deyir, “burada bu qədər işçi nəyə lazımdır, nə işlə məşğulsunuz, burada sizə ehtiyac yoxdur”. Rektor hərdən kafedraları gəzir, laborantlardan soruşur ki, nə qədər maaş alırsınız?. Onlar da cavab verirlər ki, 350-400 manat. Rektor deyir, “bu maaşa da adam işləyər, niyə bu maaş üçün işə gəlirsiniz, siz burada nəyə lazımsınız, siz olmasanız nə olar ki?”. O, başa düşmür ki, onların bu maaşa da ehtiyacları var, yəqin ki, o, bu məbləği pul hesab etmir (yəqin buna görə də rektor öz oğluna 1000 manat maaş təyin edib).
Beləliklə, Vilayət Vəliyev Azərbaycan Texniki Universitetini üç ildir ki, öz şəxsi şirkətinə, ailə bostanına çevirib, nə istəyirsə, onu da edir. Nə Azərbaycan qanunlarını, nə də Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin normativ sənədlərini, təlimatlarını, rəsmi göstəriş və əmrlərini tanımır. Aidiyyəti olan dövlət təşkilatlarından, vəzifəli şəxslərdən biri də bu qədər yazılanların müqabilində gəlib maraqlanmır ki, bu yazılanlar doğrudur, ya yalan. Bir adam ona demir ki, sən nə edirsən axı, bu qədər də özbaşınalıq olarmı, sənə bu haqqı kim verib ki, 70 ilin universitetini bu günə gətirib çıxarmısan? O da bunu görərək, daha da cəsarətlənir və dünən cəsarəti çatmadıqlarını bu gün edir.
İndi Texniki Universitetdə elə bil ki, həyat ölüb. Hətta V.Vəliyevin özünün AzTU-ya gətirdiyi adamların, onun öz adamlarının da bir çoxu şəxsi söhbətlərdə deyirlər ki, buranın atmosferində bir xoşagəlməz gərginlik, zəhərli abı-hava duyulur. Yalnız universitetin akt zalında həftədə 1-2 dəfə müxtəlif şoular yaratmaq üçün tədbirlər təşkil edilir, zalı doldurmaq üçün isə tələbələri dərsdən ayırıb, zala yığırlar. İndi də akt zalı yeni il tədbirləri keçirmək üçün yolkalarla bəzədilir...
Ölkəmizin 30 ildən artıq bir dövrdə separatizmdən əziyyət çəkdiyi, separatizmə qarşı mübarizə apardığı bir dövrdə rektor Vilayət Vəliyev Azərbaycan Texniki Universiteti adında SEPARAT bir MUXTAR VİLAYƏT yaradıb və orada özünün icad etdiyi qanun-qaydaları tətbiq etməklə məşğuldur. Bu separat Muxtar Vilayətdə Azərbaycan qanunları və normativ sənədləri qüvvədə deyil, Vilayət qanunları qüvvədədir. Görək, Vilayət separatizminə nə vaxt son qoyulacaq...
70-ci, 80-ci illərdə Azərbaycanda Qabil adlı bir şair var idi, yəqin ki, yaşlı nəsil onu yaxşı xatırlayır. Hərdən televiziya ilə çıxış edib, öz şeirlərini oxuyardı. Onun “Səhv düşəndə yerimiz” adlı məşhur bir şeiri var idi. Bu şeirdə belə misralar var idi:

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.


Bəli, Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə yeri səhv düşüb və bu, universitet üçün böyük bir müsibətə çevrilib. Təkcə onun özünün yox, onun ətrafına topladığı adamların da yeri səhv düşüb. Buna görə isə ona himayədarlıq edənlər, onun bu vəzifəyə namizədliyini təqdim edənlər də məsuliyyət daşıyırlar.

P.S. 1: Sonda yenidən magistr dissertasiyaları haqqında yuxarıda dediklərimizə qayıdaraq, biz 2-Cİ KURS MAGİSTRANTLARININ ADINDAN şəxsən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə müraciət edirik: Rektor Vilayət Vəliyev nə haqla bizi il yarımdır ki, dissertasiya üzərində işləmək hüququndan məhrum edib, niyə o, bu günə qədər bizə magistr dissertasiyası mövzularını verməyib? Niyə biz Azərbaycan təhsil sistemində qəbul olunmuş qayda və təlimatların ziddinə olaraq, 2 ildə yerinə yetirilməli olan dissertasiyanı bundan sonra qalmış bir-neçə ayda yerinə yetirməliyik və ümumiyyətlə, bu mümkündürmü? Əgər biz bunu edə bilməsək, nə olacaq, bunun məsuliyyətini kim daşıyacaq, rektor, yoxsa magistrantlar? Niyə aidiyyəti üzrə vəzifəli şəxslər və təhsil strukturları və ümumiyyətlə dövlət strukturları Texniki Universitetdə magistrantların hüquqlarının bunca pozulmasına göz yumurlar və nə vaxta qədər göz yumacaqlar? Məgər hansısa bir Vilayət Vəliyev sizin üçün bu qədər qiymətlidirmi? Nəyə görə qiymətlidir, deyin, biz də bilək. Bəlkə elə doğrudan da qiymətlidir, biz anlamırıq.

P.S. 2: Napoleon Bonapart kimi, Adolf Hitler kimi, İosif Stalin kimi, Vladimir Putin kimi, Babanlı Mustafa kimi, Vilayət Vəliyev kimi böyük iddialı, balaca adamların əlinə vəzifə düşəndə, bu, ətrafdakılar üçün bir faciəyə, müsibətə çevrilir, əlbəttə ki, onların hərəsinin öz miqyasında".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxın bu kəndi xəritədən silindi: Sərhəddə nə baş verir? - İLGİNC
Bu gün, 09:10
Hindistan Ərdoğana qarşı Ermənistan kartını açır... - Yeni Dehlidə “soyqırımı” tanımaq planı
Bu gün, 09:08
Maşından meyiti tapılan rus nazirlə Ziya Məmmədovu nə birləşdirir? - İLGİNC
Bu gün, 09:07
"Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
Bakının İrəvana son“ev tapşırığı” - axırıncı konstitusiya günü
Bu gün, 08:51
"Bu nə qədər düzgündür axı?" - ETİRAZ
Bu gün, 08:49
Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! - GİLEY
Bu gün, 08:43
Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? - İDDİA VAR Kİ...
Bu gün, 08:38
Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? - AKTUAL
Bu gün, 08:36
İrandan Ermənistana rekord axın
Bu gün, 08:32
“ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil - KİV
Bu gün, 08:29
Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir - ÇAĞIRIŞ
Bu gün, 07:24
7 il əvvəl anons verilmişdi – Paşinyan Bakıya görə hərəkətə keçir
Bu gün, 07:21
Adil Vəliyev gecələri rahat yatırmı? - bu qədər ittiham var, amma...
Bu gün, 05:05
Jurnalistlərin binasında İNTERNET PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 04:57
Peşə təhsilində qanunsuz təyinatlar - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
ABŞ Ukraynaya silah verəcək - Tramp BƏYAN ETDİ
Bu gün, 04:39
"MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" - Kamran Əsədov
Bu gün, 04:23
Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR - müavini ilə əlbir olaraq...
Bu gün, 04:20
Magistr diplomu olmayanlar işə götürülmür? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
"Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" - GƏLİŞMƏ
Bu gün, 04:03
Məşhur zavodun vergi borcu 198 min manatı ötdü - FOTO
Bu gün, 04:00
Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” - NƏ BAŞ VERİR?
Bu gün, 03:56
Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur - KİV
Bu gün, 03:53
Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? - FOTOLAR
Bu gün, 03:49
Bu gün təbii qazın real alternativi yoxdur - Hikmət Hacıyev
Bu gün, 03:33
"Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" - azərbaycanlı müğənni
Bu gün, 03:29
Gənc şair Həsən Kür vəfat etdi
Bu gün, 03:27
Erməni əsgərlər hara daşınır? – MN video yaymamağa çağırdı
Dünən, 23:44
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 23:40
Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: - Biri Rusiyada, digəri Afrikada çəkilib
Dünən, 18:03
"Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb
Dünən, 18:00
Paşinyanın GÜMRÜ GEDİŞİ... - ƏSLİNDƏ...
Dünən, 17:58
Əsl şeytan olan Paşinyan adlı bir türk... - Solovyov SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Dünən, 17:55
Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? – ŞOK TƏFƏRRÜATLAR
Dünən, 17:49
BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA - FOTOFAKT
Dünən, 17:39
"Ocağım söndü" – Pünhanın atası məhkəmədə fəryad etdi
Dünən, 17:36
Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: - Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar
Dünən, 17:30
Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı - TƏFƏRRÜAT
Dünən, 17:28
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili
Dünən, 17:26
Xankəndidən sonra vəziyyət DƏYİŞDİ – Rusiya Azərbaycanla barışmağa ÇALIŞIR
Dünən, 17:18
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib - Rusiya KİV
Dünən, 17:12
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib - RƏSMİ SƏBƏB odur ki...
Dünən, 17:11
Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi
Dünən, 16:53
Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Dünən, 16:48
Putin Bakıya onları göndərdi: yeni təklif var - FOTO
Dünən, 16:44
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Dünən, 16:41
Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu - GƏLİŞMƏ
Dünən, 16:30
“Onlarla eyni verilişdə olmayacağam” - Xalq artisti etiraz etdi
Dünən, 16:28
“Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən -AZAD EDİLDİ
Dünən, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru