Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                 

“Modenco” MMC-də təhsilə ayrılan PULLARI KİMLƏR NECƏ YEYİB? - İTTİHAM VAR!
Tarix: 23-02-2023, 08:46 | Çap et
“Modenco” MMC-də təhsilə ayrılan PULLARI KİMLƏR NECƏ YEYİB?
Bir çox qalmaqallarda, hətta korrupsiya əməllərində adı hallanan podratçı “Modenco” MMC (Əvvəlki adı “Providence Doytch Limited” MMC) ilə bağlı “Təzadlar”a şikayət məktubunun daxil olması barədə məlumat vermişdik. Məktubda söhbət Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitin “Modenco” MMC tərəfindən mənimsənilməsindən gedirdi.

Şikayətçi isə “Vüqar-1970” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 2 saylı evdə yaşayan Zeynalov Vüqar İsmayıl oğludur. V.Zeynalov redaksiyamıza növbəti müraciətində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, surəti Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova və Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova ünvanlı şikayət ərizəsini təqdim edib.

Şikayət ərizəsində deyilir:

“Hörmətli cənab Baş prokuror Kamran Əliyev!

Hörmətli cənab Baş prokuror müavini Nazim Rəcəbov!

Hörmətli cənab nazir Mikayıl Cabbarov!

Bildirirəm ki, 2016-cı ilin dekabr ayından başlayaraq pespublikamızın müxtəlif rayonlarında, o cümlədən Lənkəran, Balakən, Zaqatala, İsmayıllı, Qax, Sabirabad, Ağcabədi, Cəlilabad, Lerik və Astara olmaqla 10 rayonun dağlıq və ucqar kəndlərində 15 Modul tipli məktəbin tikinti-quraşdırma işlərini yerinə yetirərək istifadəyə vermişəm. 2020-ci ilin may, iyun və iyul aylarında podratçı “Modenco” MMC ilə direktoru olduğum “Vüqar-1970” MMC arasında müvafiq qaydada subpodrat müqavilələri bağlayaraq, Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikinti işlərini yerinə yetirmişəm. Lakin smeta sənədləri işlərin tamamlanması dövründə təqdim olunduqda müəyyən olundu ki, modul tipli məktəblərdə podratçı şirkət tərəfindən faktiki yerinə yetirilən işlər tam həcmdə öz əksini tapmayıb. Bu da işlərin icrasından sonra işçilərin əmək haqlarının, mal-materialların, maşın-mexanizmlərin xərclərinin ödənilməsində borcların yaranmasına səbəb oldu. Qeyd edim ki, məktəblərin tikintisinin smeta sənədləri podratçı şirkət tərəfindən işlərin yekunlaşması ərəfəsində təqdim edilib. Ona görə də 3 məktəbdə faktiki yerinə yetirilmiş işin həcmi (həm də qiyməti) ilə smetada göstərilən həcmlə (qiymətlə) 180 min manata yaxın fərq yaranıb.

Göstərilən fərqin yaranması səbəblərinin hərtərəfli araşdırılması və səbəblərinin obyektiv və qanunauyğun qaydada qiymət verilməsi üçün mən özüm şəxsən “Modenco” MMC-nin direktoru Bəhruz Həsənova müraciət yazdım ki, qeyd edilən məsələnin araşdırılması və həlli üçün tədbir görülsün. B.Həsənovun qəbulunda olarkən bildirdim ki, müvafiq komissiya yaradılsın və komissiya üzvləri ilə hər üç məktəbdə yoxlama aparılmasına dair işlər görülsün. Direktor Bəhruz Həsənov özü sədr olmaqla komissiya təşkil etdi və 15-16 iyul 2021-ci il tarixlərdə mənim, mal-materialları daşıyan və maşın-mexanizmlərin sürücüləri məktəblərə dəvət edildi. Onların hamısı bir nəfər kimi görülmüş işlərin, onların yerinə yetirilməsi prosesinin, yükün həcmi və görülən işlərin sahəsi haqqında komissiya üzvlərinə məlumat verdilər və nə qədər iş görülməsini, neçə reys mal-material daşınmasını və qiymələrin neçəyə başa gəlməsini təsdiq etdilər. Ancaq komissiya üzvləri məktəblərdə akt tərtib etmədilər. Bildirdilər ki, qayıdıb Bakıda akt tərtib edəcəklər və mənə də təqdim edəcəklər. Bakıya gələndən sonra mənə əvvəlcədən hazırlanmış akt verdilər ki, bura imza et. Mən aktı oxuyarkən gördüm ki, onlar “Smeta aktı”nı köçürüb görülən işlərin “qəbul aktı” adı ilə mənə imza etdirmək istəyiblər. Ona görə də aktı imzalamaqdan imtina etdim. Çünki komissiya üzvləri formal olaraq Astara və Lerik rayonlarına gediblər.

Hətta mənim yazdığım müraciətə belə baxılmayıb. Başa düşdüm ki, “dırnaqarası komissiya” heç bir nəticə əldə etmək fikrində deyil. Aşkar olunan qanunsuzluqlar barədə heç kimə məlumat verməyəcəklər. Çünki mən şikətlə müqavilə bağlayıb işləyəndən bəri “Modenco” MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər. Bu da bir məktəb üçün ayrılmış pulun xeyli hissəsi, təxminən yarısı deməkdir. Onu da qeyd edim ki, podratçı tikinti şirkətlərinin rəhbərləri arasında yaxın qohumluq münasibətləri mövcuddur.Belə ki, həmin dövrdə Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov idi, podratçı “Modenco” MMC-nin rəhbərlərindən biri olan Musayev Teymur Zaur oğlu isə Anar Axundovun bacısının həyat yoldaşıdır.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənablar!

Qeyd etdiyim kimi, subpodratçı olaraq tikinti-quraşdırma işlərini başa çatdırdığı Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndlərində 3 modul tipli məktəbin tikinti-quraşdırma işlərini apararkən mənə verilməyən pulun məbləği 180 min manat civarındadır. Mənim tikinti işlərini apardığım işlərdə mal-materialın pulundan borclu qaldığım, işçilərə verə bilmədiyim, eləcə də yük maşınlarının sürücülərinə, traktor, buldozer və asfaltsalan texnikanı idarə edən insanların əmək haqlarını verə bilməmişəm. Borclu qaldığım insanlar evimə gəlib halal əmək haqlarını tələb edirlər. Bu vəziyyəti yaradan şirkət rəhbərləri isə keflərindən qalmırlar.

(Tikinti şirkətinin hər 3 məktəbin yerinə yetirilmiş işlərin qəbulu smetaları və ayrıca “Vüqar-1970” MMC-nin 3 məktəbdə gördüyü, “Modenco” MMCtikinti şirkətinin smetasında nəzərə alınmayan işlərin smeta aktları redaksiyamıza təqdim edilib. - RED.)

Lerik rayonunun Xiçəso kəndində tikilmiş modul tipli məktəbə “Modenco” MMCtikinti şirkətinin smeta aktına görə, 74.129 manat pul məbləği ayrılıb, faktiki tikintiyə xərclənən məbləğ 94.798 manat olub. Astara rayonunun Şəvqo kəndində 40 şagirdlik modul tipli məktəbin şirkət tərəfindən tikintisinə 94.031 manat ayrılıb, faktiki xərclənən məbləğ 167.809 manat olub.

Lerik rayonunun Loda kəndində modul tipli məktəbə “Modenco” MMCtikinti şirkətinin smeta aktına görə, 93.300 manat, faktiki tikintiyə xərclənən pul vəsaiti isə 167.383 manat məbləğində olub.

Diqqətinzə mühüm bir faktı da çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 may tarixli Sərəcamına əlavədə Astara rayonunun Xiçəso kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 256.000 manat, Astara rayonunun Şəvqo kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına isə 256.000 manat vəsait ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 avqust tarixli Sərəcamına əlavədə Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına ayrılan vəsait 207.000 manat təşkil edir.

Ümumilikdə, Prezidentin Sərəncamı ilə qeyd olunan məktəblərin quraşdırılmasına 719.000 manat ayrılıb. Mənim tikdiyim 3 məktəbə görə ödənilən vəsait 256.000 manat təşkil edir. Həmin məktəblərin tikintisi üçün mənə veriləcək məbləğ 180.000 manat civarında, şirkətin rəhbərlərinin mənimsədikləri məbləğ isə 290.000 manat civarında pul vəsaiti təşkil edir.

Göründüyü kimi, ”Modenco” MMC-nin rəhbərliyi Prezidentin sərəncamı ilə tikintiyə ayrılmış pulu mənimsəyərək,məni həm mal-material aldığım şirkətlərin rəhbərləri ilə, həm də tikintilərdə iş görən insanlarla üz-üzə qoyub.

Əslində tikinti şirkəti smeta tərtib edib tikintiyə pul ayırarkən tikilmiş məktəblərə yol çəkilməsi (betonlanması) xərcləri, nəqliyyat xərclərini, maşın-mexanizmlərin istifadəsi üçün çəkilən xərcləri, qazıntı işlərini, mişar daşının və eyni zamanda qum və çınqıl yüklənməsi və daşınmasında yüksəkliyə aparılması üçün əl əməyindən istifadə edilərək bir neçə dəfə maşınlara yüklənməsi və daşınması xərcləri nəzərə alınmayıb.

Ancaq mənim gördüyüm əlavə işlərin dəyəri şirkətin xərclərdə nəzərə alınmayan işlər hesabına yaranıb. Respublikada quraşdırılmış Modul tipli məktəblərdə olan vəziyyət qeyd edilən məktəblərlə eynilik təşkil edir.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənablar!

Çıxılmaz vəziyyətdə qalmışam. “Modenco” MMCtikinti şirkəti ilə bağladığım subpodrat müqaviləsi əsasında Astara rayonunun ucqar dağ kəndləri Xiçəsoda, Şəvqoda və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikintisinin aparılmasında sərf olunmuş pul vəsaitinin məbləğini müəyyən etmək üçün səlahiyyətli dövlət komissiyasının yaradılmasını istəyirəm.

Bir faktı da diqqətinizə çatdırıram ki, mən şirkət rəhbərlərinə müraciət edərkən onlar həm ayrı-ayrılıqda, həm də bir yerdə olaraq bütün görülmüş işlərə və çəkilmiş xərclərə görə mənə heç nə verməyəcəklərini bildirirlər və bunun üzərində israrla dayanırlar. Lakin 2022-ci ilin iyun ayında mənə 35.000 manat pul verməklə onlardan bir daha şikayətçi olmayacağıma dair ərizə verməyi təklif ediblər. Bu necə ola bilər? Bu günə kimi mənə heç bir manat da borcu olmayan (?) şirkət rəhbərləri birdən-birə 35.000 manat təklif edərək məni susdurmaq istəyirlər. Lakin mən bununla heç cürə razılaşa bilmərəm. Ona görə də mən qanunamüvafiq qaydada dövlət komissiyasının yaradılaraq əsaslı yoxlama aparılmasında israrlıyam. Xahiş edirəm, mənim şikayətimi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımı bildirirəm”.

REDAKSİYADAN: Qəzetimiz çapa gedərkən redaksiyamızla əlaqə saxlayan Vüqar Zeynalov dedi ki, ona olan 180 min manat borcu ödəmək əvəzinə, mənimsənilən pulların üstünü ört-basdır etməküçün “Modenco” MMC-nin hüquqşünası Ənvər Aslanov əsassız və yalan iddialarla onu məhkəməyə verib. Məhkəməyə təqdim olunan şikayət ərizəsində Ənvər Aslanovun “Vüqar-1970” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vüqar Zeynalov tərəfindən döyüldüyü iddia edilir.Lakin V.Zeynalov Ə.Aslanovun iddiasının əsassız və yalan olduğunu bildirir: “Ənvər Aslanovşikayət ərizəsində yazır ki, guya mən onu döymüşəm. Bu, tamamilə yalandır. Əslində o, Lerik rayonunun Loda kəndindəki tikdiyim modul tipli məktəbə hücum çəkərək mənə təzyiqlər göstərib və təhsil ocağının qapısını sındırıb. Bu barədə videoçəkilişlər də var. Ancaq indi o, məni “Modenco” MMC ilə bağlı aidiyyəti qurumlara etdiyim şikayətlərdən çəkindirmək məqsədilə barəmdə yalan iddialarla məhkəməyə müraciət edib”.

Qeyd edək ki, işə Lerik Rayon Məhkəməsində baxılacaq. Məhkəmənin hazırlıq iclası fevralın 22-si, saat 10:30-a təyin olunub. Hakim Atabəy Kiçibəyovdur.

Mövzunu diqqətdə saxlayacağıq.

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
//tezadlar.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru