7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                 

“Gözümüzü sosial yardıma dikmişdik” - O DA BELƏ...
Tarix: 1-09-2023, 08:30 | Çap et
“Gözümüzü sosial yardıma dikmişdik”
Elnarə Binyətova Şamaxıda ağır şərtlərlə dörd uşaq böyüdür. Onun həyat yoldaşı bir neçə xəstəlikdən əziyyət çəkir. Bir neçə ay əvvəl ailənin sosial yardımı kəsilib. Binyətovlar qayğıların öhdəsindən gələ bilmir.

“Gözümüzü sosial yardıma dikmişdik”

Elnarə Binyətova danışır ki, həyat yoldaşı ağır xəstədir. Amma bazarda işləməyə məcburdur. Zahid Binyətovun vərəm xəstəsi olduğunu bildirir. Amma ağciyəri də sıradan çıxmağa başlayıb.

“Həyat yoldaşım bazarda 2 manata araba sürür. Hansısa yükü daşıyır ki, pul versinlər. Belə ağır xəstə o işi görməməlidir. İndi təcili müalicə olunmalıdır. Üç kurs müalicə etdirmişdik onu. Pulsuzluqdan dayandı. Heç təqaüd də vermək istəmirlər. Həyat yoldaşım yarımcan yaşayır. Ağciyərinə su gəlmişdi. O vəziyyətdə heç bir halda, araba dartmamalıdır. Vərəm çox əziyyət verir ona. Pis nəfəs alır. İcra hakimiyyətinə gedəndə də demişdim. Həyat yoldaşım bu şərtlərlə işləməməlidir. Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Həyat yoldaşımın pensiyaya ehtiyacı olduğunu demişəm”.

“Bu sentyabrdan uşaqların dördü də məktəbə gedəcək, çox çətin vəziyyətə qalmışıq”

Ailənin daimi gəlir yeri yoxdur. Sosial yardım kəsiləndən vəziyyət lap ağırlaşıb. Elnarə Binyətova deyir ki, sözün birbaşa mənasında yeməyə çörək tapmırlar:

“Bütün qayğıları sosial yardımla həll edirdik. Üç qızım, bir oğlum var. Böyük uşaq 16, kiçiyi 6 yaşındadır. Bu sentyabrdan dördü də məktəbə gedəcək. Çantanı hansı pulla alacam? Hər il nə əziyyətlə sosial yardım üçün tələb olunan sənədləri toplayırdım. İlin əvvəlindən kəsiblər. Çox çətin vəziyyətə qalmışıq. Gözümüzü o pula dikmişdik. Sosial yardımın sayəsində həyat yoldaşımı müalicə elətdirirdik. Uşaqların məktəb xərclərinin öhdəsindən gəlməyə çalışırdım”.

Bir müddət əvvəl sosial yardım müraciətinə imtina cavabı gəlib. Amma Elnarə Binyətova yenə ümidini kəsmir. O, yenidən sənədlər toplamağa başlayıb.

Ailənin böyük uşağı Nahid bu yerdə imtina sənədində “illik gəliriniz sıfra bərabərdir” yazısını xatırladır:

“Bizim gəlirimiz yoxdursa, deməli, yardım edilməlidir də”.

“Hökumət var, mən də ondan kömək istəyirəm”

Binyətovların ev şəraiti çox pisdir. Əvvəllər çörək bişirilməsi üçün nəzərdə tutulmuş yeri otağa çeviriblər. Elnarə Binyətova buranın atasının həyətindən onlara kəsilib verilmiş kiçik hissə olduğunu bildirir:

“Bizi evdən çıxarmışdılar, bura sığındıq. Fövqəladə Hallar Nazirliyinə də yazmışam. Qaldığımız yer qəzalıdır. Hökumət var, mən də ondan kömək istəyirəm. Çox yerə müraciət etmişəm. Eləcə quru sözdən ibarət məktub gəlir”.

Şamaxıda Binyətovların yaşadığı ərazidə onları çox kasıb ailə kimi tanıyırlar. 47 yaşlı qadın qonşuların, tanışların köməyi olmadan yaşaya bilmədiklərini deyir.

“Bizə əl tutanlar olmasa, acından ölərik. Qonşular nəsə gətirir. Həcc ziyarətindən gələnlər… Bazarda həyat yoldaşımı görənlər… Yoxsa heç nə tapmırıq yeməyə. Araba sürməklə ev dolanmaz…”.

Ailənin təbii qaza görə borcu 300 manata çatır. Buna görə daha qaz yandıra bilmirlər:

“Odun parçaları tapıb həyətdə qalayırıq. O cür yemək bişirməyə çalışıram. Kommunal xərcləri heç cür ödəyə bilmirik. Həyat yoldaşımın vəziyyətini görürsünüz… Özüm də xəstəyəm. Gözümdə mirvari suyu var. Bir gün gözlərim tutulacaq. Belə olsa, bizim ailənin taleyi necə olacaq?”

İşləyib ailəsinə kömək etməyə çalışan məktəbli…

Ana deyir ki, oğlu bir neçə ilə əsgər gedəcək, amma indi düz-əməlli qidalanmır. Nahidin oxumaq istəyi olub. Amma ən adi qayğıların öhdəsindən gələ bilməmək imkan verməyib. Evin böyük uşağı işləmək məcburiyyətində qalıb.

“Hər yay restoranda günü 7 manata işləyirəm. Başqa vaxtlar da iş tapmağa çalışıram. Həmişə olmur. Ailəmə mütləq kömək etməliyəm”, – Nahid deyir.

Elnarə Binyətova təkrar-təkrar çox əziyyət çəkdiklərini danışır. Uşaqlar yenə nimdaş geyimdə məktəbə gedəcəklər:

“Bircə onları böyüdə bilsəydim…”.

İcra başçısının müavini: “Əgər vətəndaş bizə müraciət edirsə…”

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova Meydan TV-yə bildirib ki, icra hakimiyyəti Şamaxıda maddi-sosial durumu ağır olan vətəndaşlara mümkün qədər dəstək olmağa çalışır:

“Konkret bu vətəndaş (Elnarə Binyətova-red.) bizə müraciət edibmi, yoxsa yox – bunu araşdırarıq. Ümumiyyətlə isə əgər vətəndaşlar bizə müraciət edirsə, biz araşdırırıq, bacardığımız qədər, səlahiyyətlərimiz çərçivəsində kömək edə bilirik”.
//meydanTV//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru