Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər .....                     Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? .....                     “Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var .....                     “Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq .....                     “Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” .....                     İnsanların sağlamlığı ilə oynayırlar... .....                     Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək .....                     Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... .....                     İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? .....                     Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... .....                     Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır .....                     Rəqqasə bədənindəki tatuları .....                     İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb .....                     Azərbaycandakı iri tekstil şirkətinin rəhbərliyində dəyişiklik olub .....                     "Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? .....                     "Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" .....                     Bakıda daha bir İran aşiqi həbs edildi .....                     Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır .....                     "Xaricdən maşın sifariş versəm, bundan tez gələr" .....                     "Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" .....                     İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... .....                     Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, .....                     Məcnun Məmmədovun unikal kadrları .....                     Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... .....                     Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib .....                     Qərbin hökmranlığının sonu yaxınlaşır .....                     Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... .....                     Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... .....                     Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? .....                     Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ .....                     Vilayəti içinin çirkini belə tökdü... .....                     Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... .....                     “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” .....                     "Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                 

İş adamı kimi ortalıqdadır, amma... - Həbsə niyə düşmüşdü bəs?..
Tarix: 23-09-2023, 08:58 | Çap et
İş adamı kimi ortalıqdadır, amma...
"Hamam suyu ilə özünə dost tutmaq" özü "fırıldaqçı" adamların xüsusi "istedad"ıdır. Çox təəssüflər olsun ki, bu cür "xüsusi istedadlı adamlar"a iş həyatında tez-tez rast gəlirik. .

Bəzən ya bizim saflığımız, ya qarşı tərəfin güclü inandırma bacarığı, ya da mərhəmət hissimiz üzündən biz də aldanırıq.

Əslində bizim aldanmamızda biraz da qurumların mətbuat xidmətlərinin payı var. Çünki, zamanında ya telefona cavab vermirlər, ya sorğularımıza cavab vermirlər. Beləcə biz də bizə verilən məlumatları məlumat verənin dilindən yazmaq məcburiyyətində qalırıq. Məlumat yayımlandıqdan sonra barəsində bəhs edilən qurum başlayır qarşımıza dəlillər yığmağa ki, məsələ heç də şikayətçinin danışdığı kimi deyil.

Biz deyərkən, biz demək olar ki, bütün medianı nəzərdə tuturuq. Çünki, əminik ki, bu kimi hallarla həmkarlarımızın böyük əksəriyyəti qarşılaşıblar.

Təəssüflər olsun ki, belə bir hal ilə elə bu yaxınlarda biz özümüz də rastlaşdıq. Özünü yazıq, çarəsiz, haqlı ola-ola məmur tərəfindən güya süründürməçiliyə məruz qalandığını deyən "iş adamı"nın yalanlarına inanmış olduq.

Belə ki, təqribən bir ay əvvəl "DogruXeber.az" informasiya portalında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun barəsində başqa sayta istinadla bir tənqidi yazı yayımlanmışdı.

Məlumat portalımızda yayımlandıqdan bir neçə saat sonra özünü iş adamı kimi təqdim edən Müqayis Verdiyev adlı şəxs redaksiyamıza zəng edərək, məlumatı dərc etdiyimizə görə təşəkkür etdi.
Sual verdik, - "Sizin bu məsələlərlə nə kimi əlaqəniz var?".

Cavab verdi ki, - "O, yazıların hamısını mən yazdırıram".

Əlqərəz, bu adam bizimlə xeyli söhbətləşib, bizi inandırdı ki, Sumqayıt Bulvarını o, tikdirib. Zakir Fərəcov isə Bulvarı tikdirmək üçün xərclənən pulları geri ödəyəcəyini vəd etsə də 6 ildir ki, ödəmir.

Hətta, söhbət əsnasında dəfələrlə bildirdi ki, güya Zakir Fərəcov təkcə ona deyil, bulvarın tikintisi üçün xərc qoyan 640 nəfər iş adamına borclu qalıb və onların da içində güya "salamat qalanı təkcə budur, digərləri infarkt olub, iflic olub, şəkər xəstəliyinə belə tutulublar".

"DogruXeber.az"ın və "Kanal14"ün daimi izləyicisi olan bu adam, daim şəhid ailələrinin, qazilərin, ümumiyyətlə hüququ pozulmuş, çarəsiz vətəndaşların yanında olduğumuzu bildiyi üçün və mərhəmət hissimizdən, vicdanımızdan əmi olduğu üçün bizimlə danışarkən Bulvar tikintisində çalışan fəhlələrin də zəhmət haqqlarının Zakir Fərəcov tərəfindən mənimsənildiyini önə çəkərək, türkiyəlilər demiş, bizə "duyğu sümrüsü yapdı".

Fəhlələrə canı yanırmış kimi deyir, "yüzlərlə fəhlənin çörəyini kəsdi icra başçısı, heçolmasa onların zəhmətinin haqqını versin".

Söz yox ki, özünü "iş adamı" kimi təqdim edən bu adamın danışdıqlarını təktərəfli yayımlamadıq. Biz bütün deyilənlər barəsində qarşı tərəf olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxladıq. Lakin, qurumun mətbuat katibi gah dedi, "məzuniyyətdəyəm", gah da göndərdiyimiz sorğuya qısaca, iddiaların doğru olmadığını yazıb göndərməsi, ətraflı açıqlama verməməsi məlumatların təktərəfli yayımlanmasına səbəb oldu.

Sonradan isə İcra Hakimiyyətinin açıqlaması və apardığımız əlavə araşdırmalardan bizə məlum oldu ki, sən demə bu özünü "iş adamı" kimi təqdim edən Müqayis Verdiyevin ömrünün yarısı həbsxanada keçib. Özü də hər dəfəsində məsələ pulla bağlı olub - hədə-qorxu ilə pul tələb etmə və sair maddələr ilə ...

Halbuki , bizimlə danışığı zamanı cəmi bir dəfə - onu da Zakir Fərəcovun sifarişi ilə həbs edildiyini, onun sifarişi ilə cəmi bir neçə gün həbsdə olduğunu deməklə, DİN əməkdaşlarına böhtan atmaqdan belə çəkinmədi. Hələ üstəlik onu da vurğuladı ki, "sifarişlə həbsdə olduğu" müddətdə "həbsxanada Heydər Əliyev adına muzey tikdirib. Onun ardından da dərhal həbsdən azad edilib".

Deyir, - "mən həbsdə olsam da çöldəki kimi idim, ayrıca otağım, telefonum əlimdə, oteldə dincəlirdim elə bil"...

Maraqlıdır, Müqayis Verdiyevin sözlərindən belə çıxır ki, Ədliyyə Nazirliyinin tabeliyində olan həbsxanalarda özbaşınalıq hökm sürür.

Həmçinin, bizimlə bir neçə dəqiqəlik söhbətində belə bir neçə dəfə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin adını çəkərək, dəfələrlə onu yanına çağırdığını, tez-tez "səmimi" görüşdüklərin,i yaxşı münasibətlərinin olduğunu, güya bunun məsələsinə Görə Kamran Əliyevin də Zakir Fərəcova qarşı acıqlı olduğunu, ona kömək edəcəyinə söz verdiyini də vurğuladı.

Yeri gəlmişkən, bu adam məqsədlərinə çatmaq üçün hətta, ölkə başçısının və birinci vitse-prezidentin adlarını belə yalanlarına alət edir. Bizə bildirdi ki, güya Prezident adminstrasiyasında çalışan və onun xətrini istəyən biri ona deyib ki, "məsələdən ölkə başçısı da, birinci xanım da xəbərdardır və Zakir Fərəcovu işindən azad edəcəklər".

Yeni əldə etdiyimiz məlumata görə isə bizə aydın oldu ki, bu adamın sən demə Zakir Fərəcovdan tələbi vəzifə imiş. "Gündəlik Bakı" saytında qeyd olunur ki, "heç beşinci sinifə qədər düz-əməlli təhsili olmayan bu adamın könlündən, sən demə "mer" olmaq keçirmiş".

Özünün pul borclu olduğu adamları da Zakir Fərəcovu şantaj etmək, məqsədlərinə çatmaq üçün əlində alət edib.

Qeyd edək ki, Zakir Fərəcovun barəsində gedən tənqidi yazıları özünün yazdırdığını iddia edən Müqayis Verdiyevin adı o yazıların heç birində hallanmır. Sürəkli şəxsi Facebook hesabında Zakir Fərəcovla birlikdə çəkdirdiyi fotoşəkillərini paylaşaraq, görünür ikili rol oynamağa çalışır. Bir tərəfdən İcra başçısının yadına bir vaxtlar yaxın olduqlarını salır ki, ondan şübhə etməsin, digər tərəfdən də media nümayəndələrinə göstərməyə çalışır ki, "baxın, bulvarın açılışında mən də varam, deməli mən tikmişəm".

Bir sözlə özünü tərifləmək üçün bütün dövlət qurumlarının - hüquq-mühafizə orqanlarının, Ədliyyə Nazirliyinin, hətta prezident administrasiyasının belə fəaliyyətinə qarşı sıravi vətəndaşlarda nifrət yaradan bu adam, bu danışıqları ilə "bu ölkədə pulun qanunlardan üstün olduğunu" iddia edir. Bu isə insanların dövlətə və dövlət qurumlarına inamını, etibarını şübhə altına alır.

Demək ki, artıq vaxtdır. Bundan sonra söz hüquq-mühafizə orqanlarınındır.

Mövzunu davam etdirəcəyik...

Hələ danışılası nələr var, nələr...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Bu gün, 11:44
Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Bu gün, 11:33
“Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Bu gün, 11:28
“Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Bu gün, 11:20
“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Bu gün, 11:14
İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Bu gün, 11:12
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Bu gün, 11:00
Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... - BU NƏDİ BELƏ?
Bu gün, 10:50
İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? – Ermənistanda sensasion iddia
Bu gün, 10:45
Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... - "Armenian Tayms"
Bu gün, 10:39
Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır
Bu gün, 10:34
Rəqqasə bədənindəki tatuları BELƏ GÖSTƏRDİ
Bu gün, 10:31
İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb - “Armenian report”
Bu gün, 10:14
Azərbaycandakı iri tekstil şirkətinin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:09
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - AKTUAL
Bu gün, 10:06
"Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Bakıda daha bir İran aşiqi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır - İLGİNC
Bu gün, 09:51
"Xaricdən maşın sifariş versəm, bundan tez gələr" - ETİRAZ VAR...
Bu gün, 09:43
"Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" - sakinlər TƏLƏB ETDİ!!!
Bu gün, 09:34
İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... - BU REKLAM DEYİL... ÖZBAŞINALIQ FAKTIDIR!
Bu gün, 09:11
Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, Azərbaycanda isə 40 manat cərimədir
Bu gün, 09:03
Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”
Bu gün, 08:57
Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:53
Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib - KİV
Bu gün, 07:54
Qərbin hökmranlığının sonu yaxınlaşır - GƏLİŞMƏ
Bu gün, 07:03
Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... - QƏRAR VERİLDİ
Bu gün, 07:01
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53
Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
“Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru