Eldar Mahmudovun əmisi oğluyla Əhməd Vəliyevin kürəkəninin ortaq “Muğanbank əməliyyatı” - ŞOK iddialar
Tarix: 17-11-2015, 09:14 | Çap et
 Gündəmin bir nömrəli mövzusu olan “MTN işi”ndə yeni-yeni təfərrüatlar, qandonduran ilginc cinayətlər açıqlanır. Məlum olduğu kimi, artıq baş verənlərlə bağlı böyük həbs dalğasına başlanılıb, prosesin bundan sonra da davam edəcəyi gözlənilir.
Məlum olayların bank sektoruna qədər uzanmasını təsdiq edən informasiyaların intensivləşməsi isə prosesdə bəzi bankların da “başının ağrıyacağı”nı ehtimal etmək olar. “Unikal.org”a daxil olan məlumatda isə vurğulanır ki, yaxın günlərdə adı ətrafında böyük qalmaqalın yaşanacağı gözlənən belə banklardan biri “Muğanbank”dır. Məlumat üçün bildirək ki, adıçəkilən bank “Odlar yurdu” universitetinin sahibi Əhməd Vəliyevdir. Daxil olan informasiyada isə israrla iddia olunur ki, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Bu haqda daha ətraflı bir qədər sonra. İndi isə “Muğanbank”ın doğrudan da Əhməd Vəliyevə məxsusluğunu isbat edən təkzibolunmaz faktlara göz ataq. Qeyd edək ki, bunu sübut etmək üçün heç də “dağa-daşa düşməyə” ehtiyac yoxdur, bankın rəsmi saytı hər şeyi özü yazıb. Beləliklə, “Muğanbank”ın sahibi kimdir?
Saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir - Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri - red.), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı - red.), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi - red.) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası - red.) Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur.
Unikal.org-a daxil olan məlumatda isə bildirilir ki, Əhməd Vəliyev güclü arxası olmadan respublikada bank sahibinə çevrilə bilməzdi, bu işdə onun əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı, İrəvan, Tiflis: - Kirayə haqqı harada daha yüksəkdir?
Dünən, 18:00 |
|
|
|
• 10 manat kapitalı olan şirkət 213 milyon manatlıq tenderin qalibi olub - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Bakıda kütləvi söküntüdən sonra “qara günlər” başlayır? – Ekspert aydınlıq gətirdi
Dünən, 17:53 |
|
|
|
• Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi - FOTO
Dünən, 17:49 |
|
|
|
• Azərbaycanlı döyüşçü Rusiyada həbs edildi - FOTO
Dünən, 17:45 |
|
|
|
• Azərbaycan Minsk Qrupunu birdəfəlik dəfn etdi: - Ancaq Rusiya yeni “Qafqaz yürüşü” planı qurur
Dünən, 17:43 |
|
|
|
• Eldar Namazova da pul veriləcək - SİYAHI
Dünən, 17:40 |
|
|
|
• Cərrah Zahid Zahidovun əməliyyat görüntülərini paylaşması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 17:38 |
|
|
|
• Hindistanın ŞƏT-ə üzvlüyümüzə blok qoymasının PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Dünən, 16:01 |
|
|
|
• Tanınmış jurnalist “Xəzər TV”dən getdi - FOTO
Dünən, 15:57 |
|
|
|
• ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb - "Bu onu göstərir ki..."
Dünən, 15:48 |
|
|
|
• Tehran yenə dinc DAYANMIR – Əzizinin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 15:46 |
|
|
|
• “Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır - NARAZILIQ VAR...
Dünən, 15:40 |
|
|
|
• Bu il partiyalara nə qədər pul ayrılıb? - Sədrlər AÇIQLADI
Dünən, 15:38 |
|
|
|
• Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: - Region bu görüntüdən danışır
Dünən, 15:33 |
|
|
|
• Krediti geri ödəyə bilmirik: NİYƏ? - AKTUAL
Dünən, 15:31 |
|
|
|
• “Formula”ya görə dərslərin başlama tarixi dəyişir? - Rəsmi
Dünən, 15:30 |
|
|
|
• Aİ Ermənistanda monitorinq missiyasını davam etdirəcək - Səfir AÇIQLADI
Dünən, 15:25 |
|
|
|
• SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR! - Neftçilər adından ÇAĞIRIŞ!
Dünən, 15:20 |
|
|
|
• “Akkord”un daha bir törəmə şirkəti borca düşdü
Dünən, 15:13 |
|
|
|
• Azərbaycanda 9,5 milyon manatlıq şərab şirkəti ləğv edilir - 150 MİLYONLUQ ŞİRKƏTLƏ BİRLƏŞİR
Dünən, 15:10 |
|
|
|
• Ukrayna üçün “Marşal planı” - 500 milyard dollar lazımdır
Dünən, 15:07 |
|
|
|
• Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı - “AnewZ”
Dünən, 15:04 |
|
|
|
• Tanınmış aktrisa qəzaya düşdü - FOTOLENT
Dünən, 15:01 |
|
|
|
• İran Ermənistanı hədəf aldı -bu dəfə Zəngəzur dəhlizi üzərindən…
Dünən, 14:57 |
|
|
|
• Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Dünən, 14:55 |
|
|
|
• Ermənistan Aİİ və Aİ arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir - Overçuk
Dünən, 14:54 |
|
|
|
• Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... - ÖZBAŞINA QALIB!!!
Dünən, 14:33 |
|
|
|
• “Kriti Vüsal” həbs edildi - VİDEO
Dünən, 14:18 |
|
|
|
• Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
Dünən, 13:42 |
|
|
|
• Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... - əvvəllər olduğu kimi...
Dünən, 13:30 |
|
|
|
• ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir - İNCƏLƏMƏ
Dünən, 13:23 |
|
|
|
• Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... - TƏFƏRRÜAT
Dünən, 13:16 |
|
|
|
• Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək
Dünən, 13:13 |
|
|
|
• Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? - "Middle East Institute"
Dünən, 13:11 |
|
|
|
• Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası – REPLİKA
Dünən, 13:04 |
|
|
|
• Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir
Dünən, 12:57 |
|
|
|
• Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu - BUNA GÖRƏ...
Dünən, 12:56 |
|
|
|
• Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub - FOTO
Dünən, 12:51 |
|
|
|
• Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... - ÇÜNKİ...
Dünən, 12:42 |
|
|
|
• Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır - GÖZLƏNİLƏN İDİ...
Dünən, 12:37 |
|
|
|
• Ermənistanda qalmaqal: - Bakı ilə Sülh Müqaviləsində xəritələrə istinad çıxarılıb?
Dünən, 12:35 |
|
|
|
• Putinin etdikləri ilə, dedikləri TAMAM FƏRQLİDİR... - ONA QALSA...
Dünən, 12:33 |
|
|
|
• Prezidentin töhmətinə icra başçısının şok reaksiyası: Ləğv qərarı verilir? - GƏLİŞMƏ
Dünən, 12:29 |
|
|
|
• Rusiyadan Azərbaycan açıqlaması: - Bu, bizim üçün çox vacibdir
Dünən, 12:26 |
|
|
|
• “İmtahansız qəbul tələbələrə həm təhsil almaq, həm də öz bacarıqlarını sınamaq imkanı verir” -DOSENT
Dünən, 12:25 |
|
|
|
• Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev
Dünən, 12:22 |
|
|
|
• Azərbaycanda bu kinoşünaslara 4000 manat pul veriləcək - SİYAHI
Dünən, 12:19 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:16 |
|
|
|
• “Azərbaycana qarşı İranla birgə “SVO” keçirə bilərik” - Solovyov yenə sərsəmlədi...
Dünən, 12:13 |
|
|
|
|