Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

ŞƏMKİR RAYONUNDA 500 MİN MANATLIQ ŞOK KORRUPSİYA
Tarix: 31-05-2013, 09:48 | Çap et
ŞƏMKİR RAYONUNDA 500 MİN MANATLIQ ŞOK KORRUPSİYA
NAZİM VEYSOVLA BAĞLI İLGİNC MƏLUMATLAR YAYILDI: TAM BİABIRÇILIQ

DİA.AZ: - Redaksiyamıza Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysovla bağlı ilginc faktlar daxil olub.

Qeyd edək ki, DİA.AZ-a daxil olan məlumatlarda Nazim Veysova qarşı ciddi ittihamlar yer alıb. Xatırlayırsınızsa, keçən günlərdə biz Şəmkir rayonunda “9-lar” kimi tanınan Salman Zeynalov və onun səkkiz qardaşının bəzi qeyri-qanuni əməllərindən bəhs etmişdik. Yeni aldığımız məlumatlarda bildirilir ki, Zeynalov qardaşlarının Əsəd adlı bir qohumları Şəmkirin Yeni Həyat və Çinarlı kəndləri arasındakı ərazidə Şəmkir çayının qarşısını kəsərək, burada süni göl salıb və onun da sahilində restoran açıb. Təbii ki, ekosistemə olunan bu müdaxilə tam qanunsuz və ətraf mühit üçün olduqca ziyanlıdır. Lakin Şəmkir RİH-nin rəhbərliyinin bu layihəni hayata keçirmək üçün sərəncam imzalamağa daha tutarlı arqumenti olub.

Bu barədə DİA.AZ-a danışan rayondakı mənbə bildirir ki, bu sərəncam Əsədə düz 500 min manata başa gəlib. Həmin pulun Nazim Veysova çatdırılmasında isə Çinarlı kənd bələdiyyəsinin sədri, Salmanın böyük qardaşı Zeynalabdin Zeynalov vasitəçilik edib.

Ümumiyyətlə, N.Veysovun Şəmkirin kənd bələdiyyə sədrləri və icra nümayəndələri ilə xüsusi münasibətləri hər zaman diqqəti cəlb edir. Məsələn, Yuxarı Seyfəli kəndinin icra nümayəndəsi Elçin müəllim də RİH başçısının qohumudur. Mənbələr bildirir ki, vəzifəyə təyin olunmaq üçün ali təhsil barədə saxta diplom alan Elçin müəllimin fəaliyyəti də davamlı olaraq müxtəlif saxtakarlıqlarla müayiət olunmaqdadır. Bu saxtakarlıq isə ilk növədə icra nümayəndəsinin Şəmkirdə qeydiyyatda olmayan və yaşamayan insanlara, hətta xarici ölkə (məsələn, Ukrayna) vətəndaşlarına müxtəlif məqsədlər üçün yaşayış yerindən saxta arayışlar verməsində özünü büruzə verir. N.Veysovun himayəsi isə Elçin müəllimi arzuolunmaz sorğulardan sığortalayır. Hətta bir müddət əvvəl Fəridə adlı kənd sakininin rəsmi qaydada icra nümayəndəsindən hüquq-mühafizə orqanlarına şikayət etməsi də, məhz bu himayə sayəsində nəticəsiz qaldı.

Başçının xüsusi havadarlıq etdiyi Yeni Həyat kənd icra nümayəndəsi Mikayıl müəllim də bu himayədən özünəməxsus tərzdə yararlanır. Belə ki, elə həmin kənddəcə iki arvad saxlayan icra nümayəndəsi ara-sıra müxtəlif xuliqanlıq əməlləri törətməklə asayişi pozmaqdan da çəkinmir. Mənbə bildirir ki, hal-hazırda da Mikayıl müəllimin növbəti belə bir xuliqanlıq əməli yerli polis orqanları tərəfindən araşdırılır.

Amma bu himayədarlıq xırda məmurlara havayı başa gəlmir. Mənbələr bildirirlər ki, Şəmkir rayonunda kənd icra nümayəndəsi vəzifəsinə təyinatın qiyməti 5 min manatdır. Elə Könüllü kənd icra nümayəndəsi Aktiv müəllimin də bu vəzifəyə gəlmək üçün başçıya həmin məbləği ödədiyi bildirilir. Əvəzində isə, artıq Nazim Veysovun himayəsinə tam güvənən Aktiv müəllim Könüllü kəndindəki villasının hüdudlarından kənarda da qumar oyunlarına hədsiz həvəsini tam arxayınlıqla təmin edə bilir. Yeri gəlmişkən, mənbələr Aktiv müəllimin Şəmkirdə “AST” şirkətlər qrupunun prezidenti Telman Ismayılovun köməkçisi kimi tanınan “Moskva Məhərrəmin” qohumu olduğunu bildirirlər.

Digər tərəfdən isə artıq vəzifədən alınmış kiçik məmurlar Nazim Veysovun sərt təpgiləri ilə də üzləşməkdən sığortalanmayıblar. Məsələn, keçmiş icra nümayəndəsi Fazil müəllimin də başçıdan şikayətçi düşməyə müəyyən əsasları olub. Lakin, onun Seyfəli kəndindəki yeməkxanasının sökülmək təhdidi ortaya çıxan kimi Fazil müəllim də şikayətlərdən imtina etmək məcburiyyətində qalıb. Amma digər bir yeməkxana sahibi, Oruc doktorun bəxti bu baxımdan daha az gətirib. Bir vaxtlar Şəmkirin mərkəzi xəstəxanasında anestezioloq işləmiş Oruc doktor, rayonun bayraq meydanına aparan yolun kənarında yerləşən yeməkxananın sahibi idi. Bir müddət əvvəl isə guya ki, aparılan abadlıq işləri ilə əlaqədar həmin kafe və eləcə də yol kənarında yerləşən daha bir neçə iaşə obyekti Nazim Veysovun göstərişi ilə sökülürlər. Müqabilində isə obyekt sahiblərinə heç bir kompensasiya ödənilmir. Sahibkarların yuxarı instansiyalara etdikləri şikayətlərin isə bu günə qədər heç bir nəticəsi olmayıb.

Qeyd edək ki, N.Veysovun vəzifəyə qoyduğu qohumlarından daxil olan şikayətlərdə adı daha ciddi qanun pozuntularında hallandırılan şəxslərdən biri də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin rəisi Rüstəm Rüstəmovdur. Qeyd edək ki, sözü gedən şöbənin rəisi Rüstəm Rüstəmovun yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar dəfələrlə ölkənin ən müxtəlif kütləvi informasiya vasitələrində də dərc olunub. Bu faktların əsasında isə ilk növbədə R.Rüstəmovun kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur. Bu xüsusda redaksiyamıza təqdim etdikləri məlumatlarda mənbələr bildirirlər ki, rayonun əksər kəndlərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Həm də məhz 2007-2008-ci illərdə torpaq sahələrinin satışı daha çox intensivliyi ilə fərqlənib. Maraqlıdır ki, bu intensivlik 2007-ci il dekabrın 12-də Ölkə Prezidentinin sərəncamı ilə torpaq satışının dayandırılmasından sonrakı dövrə təsadüf edib. Sonradan məlum olub ki, Rüstəm Rüstəmovun xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdiriliblər. Məsələn, 2008-ci ilin mayında alınan torpaq sahələri 2006-cı ilin oktyabr ayına sənədləşdirilib. Belə faktlar saysız-hesabsızdır. Qeyd edək ki, bu gün Şəmkirin müxtəlif ərazilərində yerləşən torpaq sahələri 400 kv.m-i (4 sotu) 12-20 min manat arasında qiymətləndirilir. Lakin redaksiyamıza daxil olan məlumatlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsində yer almış qanun pozuntularının təkcə korrupsiya xarakteri daşımadığı da bildirilir. Belə ki, bizə müraciət etmiş Şəmkir şəhər sakini Rəfail Cəfərov şöbənin əməkdaşları tərəfindən yol verilən məsuliyyətsizlik və məmur süründürməçiliyindən əziyyət çəkir. Öz ərizəsində R.Cəfərov bildirir ki, bir müddət bundan əvvəl o, Şəmkir rayon torpaq şöbəsinə müraciət edərək, Aşıq Alı küçəsi ev 22 ünvanında yerləşən 0.6 ha torpaq sahəsinə Şəhadətnamə almışdır. Sənəd hazır olandan sonra məlum olub ki, torpaq payçılarının adları yazılan qrafada bir texniki səhvə yol verilmişdir. Daha dəqiq desək, Rəfail müəllimin həyat yoldaşının soyadı, adı və atasının adı yazılarkən “qızı” sözü əvəzinə səhvən “oğlu” yazılmışdır. Bundan sonra yenidən şöbəyə müraciət edən R.Cəfərov düzəliş edilərək sənədin yenilənməsini xahiş etmişdir. Lakin məlum olmuşdur ki, sənədlər yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməlidir. Vətəndaş məktubla Komitəyə müraciət etmişdir. Bir müddət sonra aldığı cavab məktubunda isə göstərilmişdir ki, yeni sənədin verilməsi üçün Komitəyə yenidən Şəhadətnamənin iki nüsxədən ibarət əsli, sənədin qeydiyyat kitabından çıxarılması barədə Şəmkir rayon şöbəsinin arayışı və rəy təqdim olunmalıdır...

Digər tərəfdən isə kütləvi informasiya vasitələrində müxtəlif vaxtlarda Şəmkir RİH-nin rəhbərliyi tərəfindən dövlət vəsaitlərinin mənimsənilməsinə yol verildiyinə dair məlumatlara da kifayət qədər rast gəlmək olur. Məsələn, ötən ilin sonlarında rayondakı mənbələrin təqdim etdiyi məlumatlarda göstərilirdi ki, Şəmkir-Kür qəsəbəsi yolunun bərpasına 3 milyon manat ayrılsa da, rayona həmin vəsaitin ancaq tən yarısı çatıb: “Əslində bu pulla da yolda təmir işlərini başa çatdırmaq olar. Amma icra başçısı Nazim Veysov ələ düşən fürsəti fövtə vermək niyyətində deyil. Odur ki, Şəmkirdə də bu ilin fevral ayından etibarən yolun inşası ilə əlaqədar pultoplama kampaniyasına başlanılıb”.

Bundan başqa DİA.AZ-a daxil olan məlumatlarda da Şəmkir rayonu ərazisində fəaliyyət göstərən müxtəlif müəssisə rəhbərlərinin yol verdikləri qanun pozuntularına məhz N.Veysov tərəfindən rəvac verildiyi qeyd olunur. Nümunə kimi 107 saylı liseyin direktorunun RİH başçısı ilə əlbir olaraq məktəbyanı ərazilərin müxtəlif vətəndaşlara satması faktını göstərmək olar. Nazim Veysov isə bütün bu ittihamlara tam etinasızlıq nümayiş etdirərək, yuxarıda adları qeyd olunmuş Zeynalov qardaşlarının vasitəçiliyi ilə Peterburq şəhərində özünə geniş biznes şəbəkəsi yaratmaqla məşğuldur.

Qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru