Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                 

"YAP-IN BAŞQA NAMİZƏDİNİN OLMASI BARƏDƏ SÖHBƏT BELƏ GETMƏYİB"
Tarix: 4-06-2013, 11:42 | Çap et
"YAP-IN BAŞQA NAMİZƏDİNİN OLMASI BARƏDƏ SÖHBƏT BELƏ GETMƏYİB"
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb.

- YAP iyunun 7-də qurultay keçirməyə qərar verib. Gündəlikdə hansı məsələlər var?

- Əsas məsələ YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi, bununla bağlı qərarın verilməsidir. Qurultaya hazırlıq üzrə konfranslarda iştirak edən bütün nümayəndələr, orada çıxış edənlər, bütövlükdə həmin ərazinin seçiciləri birmənalı şəkildə prezident İlham Əliyevin namizədliyini irəli sürüblər. Konfrans iştirakçıları, seçicilər qurultay nümayəndələrinə səlahiyyət veriblər ki, onların adından bu təklif səsləndirilsin, cənab İlham Əliyevin namizədliyi irəli sürülsün.

- Gündəlikdə təşkilati məsələlər də varmı?

- Bu, qurultayın qərarından asılıdır. Toplananda müəyyən məsələlərə baxılması orada verilən qərardan asılı olacaq. Partiya üzvləri bir araya gəlirsə, orada müəyyən məsələlərə də baxmaq olar.

- YAP rəhbərliyi bəyan etmişdi ki, prezident seçkisinə start veriləndən sonra qurultay keçiriləcək və partiyanın namizədi irəli sürüləcək. Qurultay üçün elan olunan ilkin tarix avqust ayı idi. Vaxtı niyə dəyişdiniz?

- Burada iki məsələ vardı. Bizim seçki planımız birillik nəzərdə tutulur. Qurultayın keçirilməsinin və namizədin irəli sürülməsinin avqusta nəzərdə tutulması Seçki Məcəlləsində olan müddəa ilə bağlı idi. Məcəllədə olan müddəaya əsasən, namizəd seçki elan olunduqdan sonra irəli sürülür. Amma digər maddədə deyilir ki, namizəd istənilən vaxt irəli sürülə bilər. Bununla bağlı məsləhətləşmələr getdi, müəyyən məsələlər dəqiqləşdirilirdi. Hüquqi cəhətdən problem olmadığı müəyyənləşdi, namizədimizi iyun ayında irəli sürməyimizin daha münasib olduğu qənaətinə gəldik. Bütün bunları nəzərə alaraq qurultayı iyunda keçiririk.

Bizim ilkin planımızda qurultayın keçirilməsi həm iyun, həm də avqusta nəzərdə tutulmuşdu. Seçki Məcəlləsi ilə əlaqədar müəyyən məsələlərə baxdıqdan və dəqiqləşdirmə apardıqdan sonra qurultay iyuna təyin edildi. Burada qeyri-adi heç nə yoxdur.

- Bunu həm də “YAP-ın namizədi kim olacaq” sualına son qoymaq üçün atılmış bir addım kimi qiymətləndirmək olarmı?

- Əvvəl gündən hər bir insan YAP-ın prezidentliyə namizədi kimi birmənalı şəkildə partiya sədri, prezident İlham Əliyevi dəstəkləyib. Bir il əvvəl də belə olub, indi də belədir. YAP-ın yekdil qərarı cənab İlham Əliyevin namizəd olmasından ibarətdir. Bu söz-söhbəti ortaya atan bəzi müxalifət partiyaları və mətbuat orqanlarıdır. Heç vaxt YAP-ın başqa namizədinin olması ilə bağlı söhbət getməyib. Bu ancaq araqarışdıranların əməlləridir.

- Qurultayda YAP-ın namizədinin başqa şəxs olması haqda qərar verilmə ehtimalı varmı?

- Yeni Azərbaycan Partiyasının altı yüz mindən artıq üzvü, o cümlədən Azərbaycan cəmiyyəti, əhali ümummilli lider Heydər Əliyev siyasətinin davam etməsini istəyir. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyada özünə yer tutması, son on ildə iqtisadi inkişaf, sosial problemlərin həll olunması, dövlət büdcəsinin gəlirlərinin artması və bütün bu kimi irəliləyişləri nəzərə alaraq xalqın bizdən bir tələbi var: növbəti prezident seçkisində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyi irəli sürülsün.

- YAP qurultayın vaxtı və prezidentliyə namizəd olması ilə bağlı partiya sədri İlham Əliyevin razılığını alıbmı?

- Bu, partiyanın qərarıdır. Hər bir partiya üzvü də partiyanın çıxardığı qərara tabe olur.

- O cümlədən partiya sədri...

- Xeyr, bizdə partiya sədri istisna təşkil edir. Bizim nizamnamədə göstərilib ki, sədrin qurultayı çağırmaq barədə xüsusi səlahiyyəti var.

- İyunun 7-də keçiriləcək qurultayı sədr çağırıb, yoxsa İdarə Heyəti?

- Hamı birlikdə. Bizdə qərar kollektiv şəkildə qəbul olunur.

- İdarə Heyətinin sonuncu iclası nə vaxt olub? İlham Əliyev iclasda iştirak edirdimi?

- Prezidentin iclasda iştirak edib-etməməsinin məsələyə aidiyyəti yoxdur. Amma gündəlik və qəbul olunacaq bütün qərarlar partiya sədri ilə razılaşdırılır.

- O cümlədən namizəd olmaq məsələsi...

- YAP iqtidar partiyasıdır. İqtidar partiyasında sədrsiz hər hansı bir qərar qəbul olunmur. Gündəliyə əsas məsələ olan namizədin irəli sürülməsi daxil edilibsə, deməli, sədrin razılığı alınıb. Biz dərnək, ictimai təşkilat deyilik ki, sədrsiz qərar verək.

- Qurultayda YAP-ın namizədin müəyyənləşdirilməsinin, yaxud elan olunmasının İdarə Heyəti və ya Siyasi Şuraya tapşırılması ehtimalı varmı?

- Namizəd qurultayda irəli sürülür. Digər məsələlər, yəni səlahiyyətli nümayəndələrin təyin olunması, namizədin irəli sürülməsi sahəsində hüquqi addımların atılması Siyasi Şuraya həvalə olunacaq.

- Partiyada üç sədr müavinindən ikisi hazırda fəaliyyətdə deyil. Sirus Təbrizli partiyadan çıxarılıb, Murtuz Ələsgərov dünyasını dəyişib. Müavinlər məsələsinə də baxılması gözlənirmi?

- Qurultayın qərarından asılıdır.

- Ehtiyac varmı?

- Qurultayın gündəliyində hələ ki, əsas bir məsələ var. Bu da namizədin irəli sürülməsidir.

- Müxalifət partiyalarını dəvət etmisinizmi?

- Bu, işgüzar qurultaydır, sırf qurultay nümayəndələri cəlb olunub. Dəvətli şəxs yoxdur.

- YAP üzvü, keçmiş deputat Maksim Musayev qurultaya dəvət olunmamasından narazıdır. Keçmiş deputatlar Musa Musayevi, Alqış Həsənoğlunu qurultaya dəvət etmisinizmi?

- Musa Musayev qurultay nümayəndəsidir, Nəsimi rayon təşkilatı onu qurultaya nümayəndə seçib. Bilirsiniz, burada nümayəndəlik norması müəyyənləşib. Təxminən 600 min nəfər partiya üzvü var, hər biri qurultayda iştirak etməyə layiqdir. Amma hamısını bir yerə yığmaq qeyri-mümkündür. Ona görə də təxminən min nəfərə bir nəfər nümayəndəlik norması müəyyənləşib. Ən fəal insanlar qurultaya cəlb edilir. Həm də yaş senzinə və cinsə görə balans gözlənir. O adam qurultaya seçilir ki, partiya ilə mütəmadi əlaqə saxlayır, təşkilatın həyatında aktiv iştirak edir. Bu baxımdan heç bir incikliyə ehtiyac yoxdur. Qurultaya 83 şəhər və rayon təşkilatından 780-ə yaxın nümayəndə seçilib. Konfransda iştirak etmiş nümayəndələr elə qurultayda iştirak etmiş kimidir. Çünki onlar da öz nümayəndələrini seçir.

- Son zamanlar partiya üzvlərinin narazılığı artır...

- Mən elə bir narazılıq görmürəm. Bir-iki nəfər ortaya düşmüşdü. O da şəxsi narazılıq olub.

- Nəyi nəzərdə tutursunuz?

- Bunu özlərindən soruşun. Həmin şəxslərin böyük əksəriyyəti 15 ildir partiyaya üzvlük haqqı vermir.

- Qurultayda YAP-ın rəhbərliyinə yeni şəxsin gətirilməsi mümkündürmü?

- Bu, qurultayın və sədrin qərarından asılıdır.

- Qurultay harada keçiriləcək?

- Bakının “Buta” sarayında.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45
Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru