Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

MURADVERDİYEVİ KİMLƏR VƏ NECƏ HƏDƏFƏ ÇEVİRDİ?
Tarix: 28-06-2013, 13:46 | Çap et
MURADVERDİYEVİ KİMLƏR VƏ NECƏ HƏDƏFƏ ÇEVİRDİ?
BÜTÜN PROSESLƏRİN ARXASINDA DAYANAN TƏK İSİM RAMİZ MEHDİYEVDİR

DİA.AZ: - Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyevin yenidən həbsi seçki öncəsi regional elektoratın В«stavkasıВ» ilə bağlı məsələləri gündəmə gətirdi. Üslub bu dəfə də köhnə qaydada idi. Onlar dəyişməyə, rəqibi susdurmaq planlarında yenilik etməyə deyəsən başqa bir yol tapa bilmirlər. Tarixin mənzərəsi göstərir ki, ciddi təmirə ehtiyacı olan maşını təkrar hərəkətə gətirməyə başlayıblar. Eynən 2005-ci il parlament seçkilərində olduğu kimi. Xatırlayırsınızsa, seçki ərəfəsində keçmiş səhiyyə naziri Əli İnsanovla eyni vaxtda hakimiyyəti zorla ələ keçirməyə cəhd, kütləvi ixtişaşa hazırlıq ittihamları ilə həbs olunan Akif Muradverdiyev sonradan dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma, vəzifə səhlənkarlığı maddələri ilə müttəhimlər kürsüsündə oturdular. 3 il yatdıqdan sonra Ali Məhkəmə Akif Muradverdiyevin həbs cəzasını 5 illik şərti cəza ilə əvəzlədi və o azadlığa buraxıldı. Bu ilin 19 iyun tarixində keçmiş səhiyyə naziri Əli İnsanovun Milli Şuraya dəstək verdiyinin səhəri günü Muradverdiyev qaçaqmalçılıqda günahlandırılaraq hava limanında dübarə həbs edildi. Doğrudan, 11 illik həbs həyatı ilə mükafatlandırılan Əli İnsanovun Milli Şuraya dəstək bəyanatının bu məsələdə nə dərəcədə rolu olduğunu yaxın tarixdə seyr edə biləcəyik. Ancaq həbsin siyasi xarakter daşıdığı hamıya gün kimi aydındır və buna kimsənin şübhəsi varsa, öz əks arqumentini meydana qoya bilər.

DİA.AZ bildirir ki, qalmaqallı həbsin motivində Əli İnsanovun Milli Şura ilə işbirliyində olduğu ehtimalı var idisə, yaxud işlər idarəsinin müdiri Akif Muradverdiyevin Moskva ilə bağlılığı barədə məlumatlar əldə edilmişdisə, hakimiyyət vəziyyətin bu səviyyəyə gəlib çatmasını niyə gözləyirdi? Yubanmanın gizlin səbəbləri nədən ibarətdir? Axı bu, bir və yaxud iki günün içində hazırlanan hadisəyə oxşamır. Sözsüz ki, Akif Muradverdiyevin barəsində əməliyyat məlumatları olub. Deməli, keçmiş məhbusun fikrində gəzdirdiyi hansısa siyasi niyyəti olmuşdusa, hüquq mühafizə orqanları bunu isti-isti nəzarətə götürüb məsələni hava limanına saxlamaya da bilərdilər.

Görünür, В«qızıl sikkələrləВ» birlikdə onun sahibini məhz uçuş xəttində yaxalamaq daha münasib sayılmışdı. Yenə də ənənəvi metod! Adam sərhəd və gömrük buraxılış məntəqələrindən keçir və trapa minmək istəyərkən qoluna girilir, oradanca maşın oturdub aparırlar. Nümayişkarənə şəkildə ikinci dəfə həbs edilən Akif Muradverdiyevin bu aqibəti ilə qəsdən kimlərəsə açıq mesaj verilirdi. Ünvan bəllidir. Bu dəfə də hədəfdə məlum elektoratdır. Ancaq düyməni basanın birbaşa hakimiyyət rəhbəri olduğu şübhə doğurur. Xəyala çox şey gələ bilər. Bəlkə də Onu inandırıblar. Tələsməyin, belə qurğuların qurulmasında böyük təcrübəsi olan və məlum elektorata kini, qəzəbi ilə xüsusi seçilən birisi haqda elə indicə danışacağıq. İlməni salan onun özüdür.

Adətən, seçkiyə gedən heç bir namizəd böyük bir elektorata göz dağı verib dəstək qazanmağı istəməz. Seçki texnologiyasında yazılmamış bir qanun hakimdir ki, nə edirsən et, elektoratın əvvəl könlünü sonra isə səsini al. DİA.AZ-a daxil olan məlumatlara görə, Akif Muradverdiyevin yenidən həbs edilərək bunun siyasi şouya çevrilməsi, məsələylə bağlı mətbuata qarışıq və təzadlı informasiyaların ötürülməsi, nəhayət özlərinə yaxın KİV-lərdə yönləndirici yazıların verilməsinin arxasında birbaşa Prezident Admistirasiyasının rəhbəri Ramiz Mehdiyev dayanır.

“Boz kardinal” həmişə olduğu kimi bu seçki ərəfəsində də yenə öz rolunu oynadı. Bununla birinciyə çatdırmaq istədi ki, idarə etdiyi hakimiyyət maşınının yanacaqla təminatı məhz onun əlindədir. Bu cür incə gedişlərlə boz kordinal dəfələrlə öz mesajını ünvanına çatdırıb. Belə hiyləgər yollarla qazandığı siyasi mövqeyini dəfələrlə möhkəmləndirməyi bacarıb. İpin ucunu əlindən buraxmaq istəməyən Mehdiyev prosesi məntiqi ardıcıllıqla başa çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi qarşısına əvəzolunmaz məqsəd kimi qoymuşdur. O, doğrudan məşhur rejisordur. Hələ 2005-ci ilin parlament seçkiləri ərəfəsində В«qələmə aldığıВ» ssenarini tamaşaya qoyarkən hakimiyyətin zirvəsini qurduğu hiyləyə inandıra bilmişdi. Məlum elektoratı rəhbərin gözündən salmaq üçün demək olar ki, artıq məqsədinə çatıb.

Buradaca bir haşiyəyə çıxmaq yerinə düşər. Ölkənin və millətin istiqlaliyyəti üçün iki damla tər tökməyən partnamenklatur təfəkkürlü bu sovet kadrının döşünə İstiqlal ordenini taxarkən televiziya önündə “boz kardinalın” nə qədər rahat və qalib görkəmdə olduğunu duymaq üçün heç böyük fərasət lazım deyildi. Birincinin xoş sözləri təxminən belə idi: В«Hörmətli Ramiz müəllim, həyat kimin-kim olduğunu göstərdi və biz hələ çox illər bir yerdə işləyəcəyikВ». İnam öz yerini almışdı və birincinin işarəsi o qədər aydın idi ki, onu ümumiyyətlə, təhlil etməyə ehtiyac qalmırdı. Ramiz Mehdiyevə inamı görmək aydın səmada ulduzları görmək kimi asan idi. Əzəli rəqibini içəri saldırmaqla özünün В«əbədiВ» toxunulmazlığını qazanmışdı. В«EtibarıВ» ikinci dəfə möhkəmləndirmək tələb olunurdu. Çünki В«Gülərqeyd əfsanəsiВ» onun dayaqlarını elə sarsıtmışdı ki, özünü düzəltmək üçün nəyisə ortalığa atıb diqqəti özündən yayındırmalı idi. Doğrudanmı, В«İstiqlalçıВ» Ramiz Mehdiyevə inamın, etimadın ömrü uzun çəkəcək?

Bu yerdə qəribə bir fikir adımın beynini deşir. Çevriliş maddəsi ilə həbsə atılan 4 nəfərdən ikisinə məhkəmə hökm kəsir, ancaq Eldar Salayevlə Fikrət Sadıxov azadlığa buraxılır. Axı onlar В«çevrilişiВ» dördlükdə həyata keçirmək üçün bir yerdə idilər. Bəs nə oldu? O oldu ki, Ramiz Mehdiyevin qurduğu ssenari ilə özününkü saydığı həmyerliləri Eldar Salayevlə Fikrət Sadıxov bu gün öz ev-eşiyində, bir nömrəli düşməni Əli İnsanovla Akif Muradverdiyev isə zindanda. Muradverdiyev isə yenidən barmaqlıqlar arasına salındı. Soyuq müharibə bütün sərhədləri keçib.

Ortaya o zaman düşünmək üçün bir sual çıxır? Əgər başda Ramiz Mehdiyev olmaqla naxçıvanlı klanı ilə məlum elektorat arasında soyuq müharibə davam edirsə, nədən son anda həmişə qalib gələn məhz Ramiz Mehdiyev olur? Səbəb sadədir. Anklav demək olar ki, böyük əksəriyyətlə Ramiz Mehdiyevin və regional prinsipin ətrafında birləşə bilir. Əslində pərakəndə ölkənin həyatında baş verən bu siyasi dalğanın Ramiz Mehdiyev kimilərə gətirdiyi xeyri, qazancı sübut etməyə ehtiyac yoxdur. Bəli, bir mənada onlara həsəd aparmaq da olar. Burdaca mötərizəsiz danışaq. Məlum elektorat da daxil olmaqla digər regionlar həqiqətən öz vəhdətini qoruya bilmir. Anklav bunu gözəl bilir və fürsətdən məharətlə istifadə edir.

Məlum elektoratın üzərinə gələk. İndi elə dağılmış vəziyyətdədir ki, onu ayaq üstə qaldırmaq üçün illər lazım olacaq. Günahı kimsədə axtarmaq gərək deyil. Məlum elektoratın özünün içindədir. Niyə? Baxın onlardan kimsə vuralan kimi bu hadisəyə В«məndən ötdü qardaşıma dəydiВ» düşüncəsi ilə yanaşırlar. Ramiz Mehdiyev isə bu boşluğu çox gözəl bilir və ona görə də düşmənləri ümumi deyil, tək-tək neytrallaşdırır. Nəticədə isə fərdlər üzərində əldə etdiyi qələbəni sonra ümumiləşdirməyi bacarır, yekun olaraq məqsədini düşmən saydığı məlum elektorata qarşı çevirməyə nail olur. Boz kordinal bununla həm pataloji nifrət etdiyi elektoratdan qisasını alır, həm də hakimiyyətdə yerini isti salıb bərkitməklə yanaşı özünün əvəzolunmaz kadr olması fonunu yaradır.

Amma inandırıcı deyil ki, son taktiki gedişlər onun stratejiyasının tərkib hissəsi kimi özünü tam doğruldacaq. Əvvəllər hakimiyyət tortunun ətrafında əsasən iki regional klan toplaşmışdısa, indi mənzərə tamamilə dəyişib. Artıq neçə ildir ki, tortun ətrafında üçüncü güclü və yeni qüvvə toplaşıb. Yanan şamların söndürülməsi səlahiyyə\ti də məhz yeni qüvvənin ixtiyarındadır. Qoca Mehdiyev deyəsən artıq əvvəlki gücdə deyil və dişi Paşayevlərə batmır. Əgər bu mərhələdə məlum elektoratla Paşayevlər çəkici bir yerə vura bilsə, həqiqətən sovet idieloqunun payızı gələcək. Yox əgər birləşə bilməsələr boz kordinalın hakimiyyəti bir qədər də uzanacaq. Amma bütün şərtlər, imkanlar və siyasi görüntülər onu deməyə əsas verir ki, Mehdiyev bu seçkidən sonra təpəni üzü yuxarı deyil, üzü aşağı getməyə məcbur olacaq. Artıq anklav özü də onun region üçün yaratdığı problemləri aydın göürür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru