Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

ZİYA MƏMMƏDOVUN OĞLUNUN DAHA BİR "UĞURU"...
Tarix: 19-07-2013, 11:40 | Çap et
ZİYA MƏMMƏDOVUN OĞLUNUN DAHA BİR "UĞURU"...
“2011-ci ilin dekabrın 30-da bizi evimizdən çıxardılar. Səhəri gün bayram idi. Yalvardım-yaxardım ki, siz də insansınız, gedib bayramımızı edək, ayın 1-i çıxarıq. Dedi, bu dəqiqə çıxmalısınız. Qar da yağırdı... O qış bərk gəldi, mənim bir dənə əşyam əlimdə qalmadı. Mebellərimi apardım ”JEK"də işləyən fəhlənin həyətinə yığdım. Onu da qar basdı, bərbad hala düşdü. Bu dəqiqə mən pis vəziyyətdə kirayədə yaşayıram. Kompensasiya kimi verilən pul 2 il ərzində kirayə haqlarına getdi".
Bu sözləri Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən Minayə Əzizova “Azadlıq”a danışır. Onunla birlikdə iki il əvvələ qədər yaşadığı evə yollanırıq. Qadın yol boyu evini dövlətə satmaq istəmədiyini dönə-dönə təkrar edir. M.Əzizovanın 2005-ci ildən yaşadığı həyət evi 42 kvadrat metr olub. 2011-ci ildə Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri onun və ətrafdakı bütün küçələrin park salınması üçün söküləcəyini bildiriblər. Əlavə ediblər ki, verilən kompensasiya ilə razı olmasalar, evlərindən məcburi çıxarılacaqlar. Minayə Əzizovanın qonşuları bu məbləğlə razılaşmasalar da məcbur qalaraq evlərini tərk ediblər. Amma o təkid edib. Nəsimi rayon Icra Hakimiyətindən onlara 3 dəfə xəbərdarlıq məktubu gəlib ki, “sizə məxsus ümumi tikili sahəsi 25,7 kvadrat metr olan, yardımçı sahə 8,2 kv. metr olan əmlakınızın müstəqil ”Ekspert-Audit" MMC tərəfindən yaşayış sahəsi 21,875,0 manat, yardımçı sahə üçün 5,125,0 manat olmaqla, 20 faiz nəzərə alınmaqla, ümumilikdə 32.400,0 manat dəyərində qiymətləndirilmişdi. Mənzilinizi 15 gün ərzində boşaldın". Əzizovlar ailəsi yenə evlərini tərk etməyiblər. “”Bu mənim şəxsi mülkiyyətimdir. Mən bu evi satmıram" dedim. Icra Hakimiyyətinin nümayəndəsi dedi ki, sən kimsən? Prezident gəlib baxıb, bu yeri götürüb".
Ailə evindən məcburi çıxarılandan sonra onlara 42 kvadrat metrlik evin 17 kvadrat metrinin pulu ödənilib. Icra Hakimiyyətinin nümayəndələri deyib ki, qalan sahələr “kupça”ya düşməyib.
M.Əzizovanın iki il əvvələ qədər yaşadığı əraziyə çatırıq. Qatar xətti və hündürmərtəbəli bina arasında olan böyük ərazini ot basıb. Burada 21 ailə yaşayıb. Qadın yaşadığı evin ot basan sahəsinə keçib deyir ki, “bax, mənim evim buradaydı. Özüm üçün şərait yaratmışdım. Məni iki saatın içərisində evimdən çıxardılar. Buldozer gətirdilər... polislər bir özbaşınalıq elədilər... Demişdilər ki, dövlət ehtiyacı üçün evimizdən çıxmalıyıq. Burada hansı dövlət əhəmiyyətli tikinti aparılır? Prezidentin yoludur... prezident soruşmur ki, burada nə tikmək istəyirdiniz, niyə tikmirsiniz? Boğazımızdan kəsib prezidentə teleqramlar vururdum, amma bizə cavab vermədi. Bizi döyə-döyə evimizdən çıxardılar. Kiminsə cibini doldurmaq üçün evimizi sökdülər”.
Qadın deyir ki, evləri söküləndən sonra bir neçə dəfə Azərbaycandan birdəfəlik çıxıb getmək istəyiblər. Amma hər dəfə nəsə qoymayıb...
Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən digər sakin Fuad Zəkiyev deyir ki, əlacsız qalıb təklif edilən evi götürüb. Sakinlərə əvvəlcə cüzi kompensasiya təklif olunub, sonra isə “AZINKO” şirkətinin Keşlə qəsəbəsində tikdiyi binalardan ev verilib. BŞIH-in işçiləri deyiblər ki, sakinləri köçürmək üçün mənzillərin hər kvadrat metrinə 1200 manat ayrılıb, amma köçürülən evlərin kvadrat metri 620 manatdır. “Verilən evin kvadrat metrindən razıyam, amma onu təmir etməyə pulum yoxdur. Döşəmələri yararsız vəziyyətdədir. Kimin pulu varsa, cibindən ödəyib təmir elətdirdi. Amma mən təqaüdçüyəm, yoldaşım I qrup əlildir... Bizim imkanımız yoxdur ki, bu evi yaşanılası yerə çevirək”- F.Zəkiyev deyir.
Minayə Əzizovanın və digər 21 ailənin yaşadığı ot basmış yerlər hotel ərazisidir. Hoteli tikən fəhlələr bunu “Azadlıq”a deyirlər. Onlar əlavə edirlər ki, oteli “ZQAN Holding” (Indiki “Garant Holding”... Bu ilin 5 mayında “ZQAN Holding”in adı dəyişdirilərək “Garant Holding” olub - S.V.) tikir. 35 mərtəbəli hotel Nəqliyyat naziri Ziya Məmədovun oğlu, “ZQAN Holding”in Direktorlar Şurasının sədri Anar Məmmədova məxsusdur. 21 ailə bu ərazidən “dövlət ehtiyacı” səbəbi ilə köçürülmüşdü. Dövlət ehtiyacının mahiyyəti və sərhədləri Mülki Məcəllənin 157.9-cu maddəsində göstərilib. Burada yazılıb ki, yolların və digər kommunikasiya xətlərinin çəkilməsi; sərhəd zolağının müəyyən edilməsi; müdafiə əhəmiyyətli obyektlərin tikilməsi “dövlət ehtiyacı” sayılır. Nazir oğlunun tikdiyi isə “dövlət ehtiyacı”nın sərhədlərinə aid deyil.
Şikayətçi Minayə Əzizovanın vəkili Ziya Quliyev “Azadlıq”a deyib ki, Bakı Şəhər Icra Hakimiyyətinin ərazinin söküntüsü ilə bağlı verdiyi sərəncamın etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Inzibati-Iqtisad Məhkəməsində iddia qaldırıb. BŞIH sərəncamı məhkəməyə təqdim etmədiyinə görə proses təxirə salınıb. “Orada park-bağ salınması üçün ərazinin söküldüyü deyilirdi, amma indi həmin yer hotel kimi istifadə olunacaqsa, bu yenə ”dövlət ehtiyacı" deyil. Biz iddiamızın ölkə daxilindəki məhkəmələrdə təmin olunacağına inanmırıq. Məhkəmələr müstəqil deyil deyə bunu təmin etməyəcəklər. Sərəncamın etibarsız sayılması söküntünün qanunsuz aparıldığını isbatlayacaq. Belə olan halda zərərçəkənə ya kompensasiya ödənilməlidir, ya da ev verilməlidir. Ilin sonuna qədər bütün instansiyaları keçib bu işi Avropa Məhkəməsinə aparacağıq".
Minayə Əzizov ona dəymiş mənəvi zərəri 30.000 manat dəyərləndirib. Evi sökülən zaman məhv edilmiş, məişət, mebel, geyim əşyalarına görə 20 min manat məbləğində maddi zərərin ödənilməsini istəyib.
Digər şikayətçi Fuad Zəkiyevin hüquqlarını müdafiə edən Şəfa Camalzadə “Azadlıq”a deyib ki, onlar Əmlak Məsələləri Dövlət Komitəsini, Bakı Şəhər Icra Hakimiyyətini, Nərimanov rayon Icra Hakimiyyətini məhkəməyə verərək sökülmüş evin bərpa edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb ediblər. Sakin 24 min manat əldən çıxmış faydanın, qanunsuz olaraq mənzilinin dağıdılması nəticəsində 50.000 manat mənəvi zərərin ödənilməsini istəyib. 2 saylı Bakı Inzibati Iqtisad Məhkəməsi iddianı təmin etməyib. Iş Apelyasiya Məhkəməsinə göndərilib. Vəkil deyib ki, gələn ay ərzində şikayətə baxılacaq. Ölkə içində məhkəmələr iddianı təmin etməsələr, iş Avropa Məhkəməsinə göndəriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru