Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

ELŞAD ABDULLAYEVLƏ BAĞLI MƏKTUB PREZİDENTƏ VERİLDİ
Tarix: 20-07-2013, 11:12 | Çap et
ELŞAD ABDULLAYEVLƏ BAĞLI MƏKTUB PREZİDENTƏ VERİLDİ
ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsi sədrinin məktubları dünən Fransa Konstitusiya Şurasının, Fransa Respublikası Prezidentinin, Fransanın Baş Naziri və hökumət nümayəndələrinin, Fransa Senatının, həmçinin Fransanın Milli Assambleyasının ofisinə elektron məktub vasitəsilə çatdırıldı...

Dünən “Təzadlar”a Fransa Prezidentinin İşlər İdarəsinin elektron Mərkəzindən elektron cavab gəldi...


“Təzadlar”ın ötən sayında tanınmış vəkil, ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Ramiz Zeynalovun Fransa Respublikasının Prezidentinə müraciətini dərc etmişdik. Komitə sədri Fransa Prezidenti cənab Fransua Ollanda müraciətində keçmiş ABU rektoru, bir müddətdir Fransada məskunlaşmış Elşad Abdullayevin çoxsaylı cinayət əməllərini, xüsusən də onun minlərlə tələbələri aldadaraq onların təhsil alacağı vədi ilə külli miqdarda pullarını mənimsədiyinə, minlərlə gənc oğlan və qıza saxta diplom satdığına, E.Abdullayevin Beynəlxalq aləmdə ən ağır cinayət sayılan insan orqanlarının qansuz transplantasiyasına özünə məxsus “ABU Klinika”da şərait yaratdığına və s. görə Fransadan deportasiya olunmasını xahiş etmişdi.

Həmçinin Komitə sədri müraciətə E.Abdullayevin bu və ya digər cinayət əməllərini sübut edən və mötəbər sübutları özündə ehtiva edən sənədləri də əlavə etmişdi...

Fransa Prezidentinin İşlər İdarəsinin Elektron Mərkəzindən “Təzadlar”a cavab gəldi...

Dünən “Təzadlar” daha bir ilkə imza atdı. Belə ki, ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Ramiz Zeynalovun Fransa Respublikasının Prezidentinə müraciətini aidiyyəti ünvana, daha dəqiq desək, bir neçə ünvana, o cümlədən Fransa Prezidenti cənab Fransua Ollandın birbaşa elektron poçtuna xüsusi qeydiyyat parolu ilə göndərdik.

Cavab özünü çox gözlətmədi və “Təzadlar”ın elektron ünvanına gələn cavabda Komitə sədri R.Zeynalovun müraciətinin qəbul edildiyi göstərilirdi. Həmçinin həmin qeyd xarakteristikasında hər hansı bir əlavə dəyişiklik edilməsi üçün şərait yaradılması da qeyd olunurdu.

**

Xatırladırıq ki, ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Ramiz Zeynalovun Fransa Respublikasının Prezidentinə müraciəti, həmçinin dünən fransız dilinə tərcümə olunaraq Fransanın digər müvafiq dövlət qurumlarına göndərilib. Bu sırada Fransa Konstitusiya Şurası, Fransa Respublikasının Prezidenti, Fransanın Baş Naziri və hökumət nümayəndələri, Fransa Senatı, həmçinin Fransanın Milli Assambleyası vardır.

Xatırladırıq ki, Komitə sədri R.Zeynalovun Müraciətində deyilirdi:

-Çox hörmətli cənab Prezident Fransua Olland!

Bildirirəm ki, Azərbaycanda və Rusiyada uzun illər peşəkar vəkil kimi fəaliyyət göstərmişəm və hazırda Azərbaycan Vəkillər kollegiyasının üzvüyəm, dünyanın bir çox ölkələrinin Vəkillik İnstitutları ilə əmkdaşlıq şəraitində fəaliyyət göstərirəm.

Onu da nəzərinizə çatdırıram ki, bu ilin fevral ayından “Azərbaycan Beynəlxalq Universiteti” adlı özəl təhsil müəssisəsinin Tələbələrinin Hüquqlarının Müdafiəsi Komitəsinin sədriyəm. Bu Komitənin yaradılmasına səbəb isə həmin universitetin sabiq rektoru, bir müddətdir Fransada mühacir kimi yaşayan Elşad İslam oğlu Abdullayevin qanunsuz hərəkətlərinin, korrupsiya əməllərinin qurbanı olan on minlərlə tələbə və onların valideynlərinin pozulmuş hüquqlarının bərpasıdır.

Məlumat üçün bildirirəm ki, Azərbaycan Beynəlxalq Universiteti (ABU) 1997-ci ildə təsis olunmuşdur və hər dəfə 5 illik müddətinə fəaliyyəti üçün Azərbaycan Təhsil Nazirliyindən lisenziya almışdır. Lakin fəaliyyəti dövründə adı çəkilən təhsil müəssisəsindəki qanunsuz fəaliyyət barədə yuxarı dövlət orqanlarına dəfələrlə şikayətlər edilmiş, Təhsil Nazirliyi tərəfindən bir neçə dəfə ABU-nun rəhbəri Elşad İslam oğlu Abdullayevə xəbərdarlıq edilmişdir. Bu xəbərdarlıqlara səbəb isə ABU-ya qanunsuz tələbə qəbulu, kütləvi surətdə saxta diplom satışı, tələbələrdən semestrlərdə (imtahanlarda) kütləvi pul yığılıb rüşvət alınması, nəhayət, saxta yolla hazır diplomların satışı olmuşdur. Vəziyyət o dərəcədə acınacaqlı olmuşdur ki, qanunsuz əməllərindən çəkinmək əvəzinə, Elşad İslam oğlu Abdullayev ABU-da qohum-əqrabadan ibarət mütəşəkkil cinayətkar dəstə yaratmış, özünün qardaşlarını, bacı uşaqlarını, qayınatasını, qayınlarını, digər qohumlarını bu prosesə cəlb etmişdir.

Bununla kifayətlənməyən ABU rektoru hətta, paralel olaraq Rusiyada qanunsuz olaraq ABU-nun Moskva, Dağıstan, Dubay filiallarını yaratmış, Azərbaycandakı cinayətkar fəaliyyətini orada da davam etdirmişdir. Nəhayət, vəziyyətin kritik olduğunu, minlərlə valideyn və tələbələrdən kütləvi şikayətlərin olmasını əsas tutan Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Hökuməti 2010-cu ildə ABU-nun fəaliyyətini dayandırmış, lisenziyasını ləğv etmişdir.

Bundan əlavə, 2011-ci ildə Ukrayna DİN-dən Azərbaycan Baş Prokurorluğuna daxil olmuş istintaq sənədlərindən bəlli olmuşdur ki, Elşad İslam oğlu Abdullayev uzun illər ərzində özünə məxsus “ABU Klinika”da qanunsuz olaraq insan orqanlarının transplantasiyası ilə də məşğul olmuş, burada mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərmişdir. Bu fakt üzrə Azərbaycan Baş Prokurorluğunda E.Abdullayevə qarşı cinayət işi başlanmışdır. Lakin bundan duyuq düşən Elşad İslam oğlu Abdullayev dərhal Fransaya qaçmış, orada özünü dövlət tərəfindən təqib olunmuş kimi təqdim edərək mühacir kimi yaşamağa başlamışdır. Halbuki E.Abdullayev özü uzun müddət Dövləti vəzifələrdə çalışmış, hakim Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən biri, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq sektorunun müdiri, Heydər Əliyev İrsini Öyrənmə Mərkəzinin direktoru olmuşdur və s. Yəni, hakimiyyətin himayəsində və təminatında olmuş, hakim partiyanın fəallarından olub Siyasi Şurasında təmsil olunmuş bir şəxsə qarşı hakimiyyətin siyasi təzyiq və ya təqibi mümkünsüzdür. O, sadəcə, bu yolla Fransa hökumətini aldatmağa çalışmış və təəssüflər olsun ki, buna qismən də nail ola bilmişdir.

Bundan əlavə, E.Abdullayevin barəsində hazırda rüşvət verməyə cəhd cinayəti üzrə də cinayət işi istintaq olunur. E.Abdullayevin Fransanın tanınmış alimi Gi Brebanın “Fransanın inzibati hüququ”, Rusiyann tanınmış professoru A.N.Kozırinin “Beynəlxalq inzibati hüquq” adlı elmi əsərlərini oğurlayıb öz adına çıxması barədə də Azərbaycanda və Rusiyada böyük qalmaqal yaranmış, hətta Rusiyalı alim Kozırin özünün son illərdə nəşr etdirdiyi dərs kitabında bu barədə qəzəblə açıqlama yazmış, Rusiya TN-nə şikayət vermişdir. E.Abdullayevin bu plagiat hərəkətləri onun doktorluq elmi işində də baş vermişdir. Bununla bağlı Azərbaycanda bir tanınmış müstəqil jurnalistin araşdırması nəticəsində toplanmış materiallar Rusiya TN-ə göndərilmişdir və bununla bağlı nazirlikdə yaradılmış Xüsusi İşçi Qrup 2011-ci ilin dekabrın 21-də həmin doktorluq işini ləğv etmişdir. Bu barədə bütün rəsmi sənədləri Sizə təqdim edirəm.

Çox hörmətli cənab Prezident!

Azərbaycanda hər kəsə məlumdur ki, Fransa Avropada demokratik dəyərlərə xüsusi önəm verən, insan azadlıqları və hüquqlarının pozulmasına qarşı çıxan, ədalətin və haqqın bərqərar olunması üçün səy göstərən bir dövlətdir. Lakin Elşad İslam oğlu Abdullayev kimi bir korrupsionerin və cinayətkarın Fransa kimi bir demokratik dəyərlər beşiyi olan ölkədə cəzasız yaşaması Azərbaycan ictimaiyyətində təəssüf hissi ilə qarşılanır və Fransa hökumətinə, Fransa dövlətinin demokratik dəyərlərinə, qanunlara hörmət imicinə olan inamını heçə endirir.


Odur ki, bir vəkil və hüquqşünas, Komitə sədri olaraq, xahiş eldirəm:


-Müraciətimə həssas yanaşılaraq, Elşad İslam oğlu Abdullayevin Fransada cəzasız yaşayıb-fəaliyyət göstərməsinə imkan verilməsinin qarşısı alınsın və o, deportasiya olunaraq Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilsin.

Dərin hörmət və inamla:

Ramiz Zeynalov,

Azərbaycan, Bakı şəhəri

Elekt. Ünvan: [email protected]

***

Bir daha xatırladırıq ki, adı çəkilən müraciət Fransa Konstitusiya Şurasına (www.conseil-constitutionnel.fr), Fransa Respublikasının Prezidentinə (www.elysee.fr), Fransanın Baş Nazir və hökumətinə (www.premier-ministre.gouv.fr), Fransa Senatına (www.senat.fr), Fransa Milli Assambleyasına (www.assemblee-nationale.fr), 3 səviyyəli hüquqpozuntularına baxan Cinayət məhkəmələri (www.justice.gouv.fr, www.conseil-etat.fr) göndərilib.

Bizi izləyin!

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru