Kreml miqrant ovunu davam etdirir... .....                     Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR .....                     Putin Zelenskini tanımır: .....                     Ruslar bizi nə dost bilir... nə də düşmən... .....                     Tramp Rusiyanı "oğru" adlandırdı .....                     Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? .....                     Hakan Fidan Rusiyaya gedir .....                     Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                     Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… .....                     "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm" .....                     "İranın çox ağır bir durumdadır..." .....                     İrəvanın 'İNDEYSKİ' mahiyyəti... .....                     İstedadlı gənclər ölkəni niyə tərk edir? .....                     Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... .....                     "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz" .....                     "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                     Röya Ayaz Salayevə cavab verdi: .....                     Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” .....                 

PKK İLƏ “QOHUM OLAN” AZƏRBAYCAN ŞİRKƏTİ HANSIDIR?
Tarix: 1-08-2013, 12:32 | Çap et
PKK İLƏ “QOHUM OLAN” AZƏRBAYCAN ŞİRKƏTİ HANSIDIR?
GÖRƏSƏN, ƏFQAN QASIMOVUN QAYNATASI NEŞƏ TÜRKÜ QƏTLƏ YETİRİB?

DİA.AZ: - Artıq bir ilə yaxındır ki, “Qaradağ-AND” Məhdud Məsuliyyətli Cəmiyyətin ətrafında dolaşan qalmaqal səngimək bilmir. Məlum olduğu kimi 1996-ci ilin noyabr ayından fəaliyyətə başlamış “Qaradağ-AND” şirkəti ən müasir texnologiyaların tətbiqini həyata keçirərək beynəlxalq standartlara cavab verən təmir-tikinti məhsullarının istehsalçısı kimi tanınır. Uzun müddət Azərbaycan bazarında aparıcı sement istehsalçısı kimi tanınan şirkət, digər təmir-tikinti məhsullarına artan tələbləri nəzərə alaraq, yeni istehsal sahələri də yaratmışdır. Azərbaycan və Türk iş birliyi əsasında, 2009-cu ilin dekabr ayından Qaradağ qəsəbəsində kafel-metlax yapışdırıcısı istehsalına, 2010-cu ilin avqust ayından isə Gəncə şəhərində türk və alman texnologiyası ilə yeni bir zavod quraşdırılaraq astar, üzlük və kafel-metlax yapışdırıcısı istehsalına start verilib. Hal-hazirda firmanın nəzdində ən son texnologiya ilə işləyən, gücü saatda 10 ton olan 3, gücü saatda 30 ton olan 1 sperator təşkilatlı dəyirman fəaliyyət göstərir və zavod 45-90 mikron arasında sement istehsal edir. Faktiki olaraq “Qaradağ-AND” bu gün ölkənin sement bazarına nəzarətin böyük bir hissəsini əlində cəmləşdirib. Buna baxmayaraq hətta şirkətin gətirdiyi kifayət qədər böyük gəlirlər belə MMC-nin rəhbərliyini qane edə bilmir. Görünür elə bu səbəbdən də “Qaradağ-AND” sement zavodunun rəhbəri Əfqan Qasımovun adı son bir il ərzində səs-küylü qalmaqallarda, saxtakarlıq, mənimsəmə və digər bu kimi əməllərlə bağlı araşdırmalarda tez-tez hallanır.

Hələ ötən ilin axırlarında ölkə mətbuatı İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verirdi ki, nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərindəki bir sıra mağazalarda yoxlamalar aparılmış və yoxlama zamanı “Qaradağ-AND” adlı sementin mənşəyinin məlum olmadığı, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu və bir sıra digər ciddi normativ pozuntuları aşkar olunmuşdur. Lakin artıq ertəsi gün mətbuata “Aşkarlanan saxta sement məhsullarının “Qaradağ-AND”a hər hansı aidiyyatı yoxdur” kimi başlıqlarla təkzib xarakterlı məlumatlar ötürülməyə başladı. Amma bu vəziyyət də uzun sürmədi. Daha iki-üç aydan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Qaradağ-AND” MMC-ni yenidən ifşa etməyə başladı: “MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı bir sıra qanunsuzluqlar aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Qaradağ-AND” əmtəə nişanlı M-400 və M-500 markalı sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərildiyi, həmçinin bu sementlərin ümumi təyinatlı olduqları halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə istehsal olunan sementlərin etiketində netto və brutto çəkilərinin qeyd olunmadığı müəyyənləşdirilib. Bundan başqa, “Qaradağ-AND” əmtəə nişanlı M-300, M-400 və M-500 markalı sementlərin etiketlərində məhsulların “Qaradağ-AND” MMC-nin laboratoriyasında yoxlanıldığına dair məlumat verilsə də, laboratoriyanın müvafiq akkreditasiyadan keçirilmədiyi aşkar olunub.” Qeyd edək ki, bu bəyanatlar bəzi mətbu orqanlarını müstəqil araşdırmalar aparmağa sövq etdi və əldə olunan nəticələr yuxarıda təqdim olunan saxtakarlıq nümunələrindən heç də az maraq doğurmadı. Məsələn, müəyyən olundu ki, sementin isrehsalı üçün nəzərdə tutulan xammal-qlinker qonşu İran dövlətindən gəmilər vasitəsilə Bakı limanına gətirilir. Buradan isə ağırtonnajlı nəqliyyat vasitələri ilə “Qaradağ-AND” sement zavoduna daşınır. Həmçinin məlum oldu ki, “Qaradağ-AND” rəhbəri Əfqan Qasımovla qlinkeri daşıyan nəqliyyat vasitələrinin sahibi Anar Qasımov arasında bir müddət əvvəl yaranmış ciddi münaqişə hələ də davam edir. KİV-ə verdiyi açıqlamalarında Anar Qasımov bunları qeyd edib: “Biz “Qaradağ-AND” şirkətinə İrandan gətirilən qlinkerin daşınması ilə məşğul olurduq. Bir gün Əfqan Qasımov məni çağırıb bildirdi ki, 800 min manatlıq qlinker çatışmır və sən bu məbləği ödəməlisən. Mən Əfqan Qasımova bildirdim ki, mənim bundan xəbərim yoxdur. Belə olan halda Əfqan Qasımov Qaradağ Rayon Polis İdarəsinə zəng edərək mənim həbsimi sifariş etdi. Və elə həmin gün Qaradağ RPİ-nin əməkdaşları məni həbs etdilər. Heç bir əsas olmadan məni 3 gün həbsdə saxladılar. Əfqan Qasımov məni polisdə o qədər döydürtdü ki, kəllə-beyin travması aldım, xeyli müddət xəstəxanada müalicə olundum. Başıma gələnlərin tək səbəbi isə budur ki, “Qaradağ-AND” götürdüyü böyük miqdarda krediti qaytara bilmir. Ona görə də Əfqan Qasımov müxtəlif şəxsləri şərləməklə pul qazanmaq istəyir.”

Maraqlıdır ki, “Qaradağ-AND” MMC-nin kreditor borclarına dair mülahizələr digər kriminal əsaslı məlumatlarda da xatırlanır. Xəbər verildiyi kimi, bir müddət əvvəl Azərbaycan Dövlət Dəmiryolları QSC-nin Maliyyə Xidmətinin arxivi naməlum səbəblərdən yanmışdı. Bu yaxınlarda isə həmin hadisə ilə bağlı mətbuata çox maraqlı informasiyalar ötürülüb. Əldə edilən sənədlərdən və məlumatlardan belə aydın olur ki, ortada yetərli qədər böyük rəqəmlərlə ifadə olunan yeyinti halları mövcuddur. Qeyd edək ki, Dəmiryolu İdarəsinin 2003-cü ildə həyata keçirdiyi əməliyyatlarla bağlı üzə çıxan sənədlərdə göstərilir ki, idarənin Maliyyə Xidməti ölkəyə qlinker gətirən “Qaradağ-AND” şirkəti ilə birlikdə saxta yollarla bir sıra əməliyyatlar keçirib. Mənbənin dediyinə görə, həmin sənədlərdə vurğulanır ki, “Qaradağ-AND” MMC-nin kreditor borcu olması səbəbindən, bu şirkətin adına gələn yüklərin daşınma haqqının ödənilməsi üçün verilmiş 6 milyon manat (1200 manat) 2 saylı 26,03,2003-cü il tarixli hesaba əsasən kreditor borcdan silinmişdir. Belə əməliyyatlar isə xeyli sayda həyata keçirilib. Məsələn, 02.05.03-cü il tarixdə eyni məzmunlu əməliyyatlarda 60 milyon manat (12 min manat), 27.05.03-cü il tarixdə 40 milyon manat (8 min manat), 02.06.03-cü il tarixdə 30 milyon manat (6 min manat), 17.06.03-cü il tarixdə 60 milyon manat (12 min manat), 09.07.03-cü il tarixdə 30 milyon manat (6000 min manat) 16.07.03-cü il tarixdə 60 milyon manat (12 min manat), 04.08.03-cü ildə isə daha 60 milyon manat (12 min manat) məbləğində olan əməliyyatlar həyata keçirilib.

Sonda belə bir maraqlı məqama da diqqəti cəlb etmək istərdik ki, bu günlərdə redaksiyamıza Əfqan Qasımovun özü ilə bağlı ilginc məlumatlar daxil olub. DİA.AZ-ın əldə etdiyi həmin məlumatlara görə, Əfqan Qasımov bir müddət əvvəl Türkiyə vətəndaşı olan bir xanımla ikinci dəfə ailə həyatı qurub. Onların tanışlığı isə həmin xanımın əvvəllər işlədiyi və Əfqan Qasımovun da tez-tez gedib-gəldiyi “Azersun Holdinq”də baş tutub.

Evləndikdən sonra isə Əfqan Qasımov yeni həyat yoldaşını “Qaradağ-AND” MMC-yə işə götürüb. Deyilənə görə şirkətin bütün “qara mühasibatlığına” indi bu xanım nəzarət edir. Həmçinin mənbələr xəbər verir ki, Əfqan Qasımov öz qayınatası üçün də “Elit” ticarət mərkəzinə yaxın ərazidə mərmər emalı sexi almışdır. Ən maraqlısı isə budur ki, mənbələr Əfqan Qasımovun qayınatası Fəhmi kişinin bir vaxtlar PKK-nın səhra komandirlərindən olduğunu iddia edirlər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml miqrant ovunu davam etdirir...
Bu gün, 09:42
Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Bu gün, 09:40
Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Bu gün, 09:16
Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Bu gün, 09:14
Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Bu gün, 08:40
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Bu gün, 08:30
Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Bu gün, 08:26
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Bu gün, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Bu gün, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Bu gün, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Bu gün, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Bu gün, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Bu gün, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Bu gün, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Bu gün, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Bu gün, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Bu gün, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Dünən, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Dünən, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Dünən, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Dünən, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Dünən, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Dünən, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Dünən, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Dünən, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Dünən, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Dünən, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Dünən, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Dünən, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Dünən, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Dünən, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Dünən, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Dünən, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Dünən, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Dünən, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Dünən, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Dünən, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Dünən, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Dünən, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Dünən, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Dünən, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Dünən, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Dünən, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 15:07
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Dünən, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru