Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

ŞOK: RAUF HƏBİBOVUN MÜLKLƏRİ ÖZÜNƏ QAYTARILDI
Tarix: 3-08-2013, 11:55 | Çap et
ŞOK: RAUF HƏBİBOVUN MÜLKLƏRİ ÖZÜNƏ QAYTARILDI
Qubada xalq üsyanına səbəb olan keçmiş icra başçısı Rauf Həbibov Qubaya qayıdır. Bu dəfə itirdiyi postuna yox, qaytarılan mal-mülkünə sahib çıxmaq üçün. Aldığımız bu məlumatı dəqiqləşdirmək üçün ötən gün yolumuzu Qubaya saldıq.

“Qubanın yeni icra başçısı Mübariz Ağayev rayonun bir neçə küçəsində abadlıq işlərinin aparılması ilə bağlı göstəriş verib. Ancaq Quba yalnız bir-iki küçədən ibarət deyil. Yarım saat Qubanın mərkəzini gəzmək kifayətdir ki, bu rayonun hansı vəziyyətdə olduğunu biləsən”. Bunu bizə Quba avtovağzalında rastlaşdığımız taksi sürücüsü Məmmədli İsmayılov dedi. Onun sözlərinə görə, yeni icra başçısı “üstü bəzək, altı təzək” prinsipi ilə guya abadlıq-quruculuq işləri görür: “Bütün bunlar keçmiş icra başçısı Rauf Həbibovun vaxtında olmalı idi. Qubalıların çörəyini yeyib, sonra onları təhqir edən Rauf Həbibov rayona ayrılan milyonları dədə malı kimi mənimsəmişdi. Açığı, biz məlum hadisədən sonra onun həbs olunmasını gözləyirdik. Tam tərsinə oldu. Haqq səsini deyən, Qubanın namuslu, vicdanlı oğullarını şərləyərək həbsə atdılar. Bu hadisəyə elə don geyindirdilər ki, guya olay bir neçə nəfər arasında yaranmış münaqişə zəminində alovlanıb. Telekanallarda Rauf Həbibovun adı belə hallanmadı”.

Bir başqa Quba sakini isə rayonda heç nəyin dəyişmədiyini, turizm və kənd təsərrüfatı cəhətdən kifayət qədər potensialı olan bir rayonun əhalisinin faktiki olaraq süründüyünü söylədi: “Bütün sahələri inhisara alıblar. Bu gün gedin Qubanın kəndlərinə, camaat bir kilo alma çıxarıb sata bilmir. Səbəbi odur ki, məmurlar özünə bir soyuducu anbar açıb, kəndlidən məcburi şəkildə ucuz qiymətə almanı alaraq monopolistdə çevrilir. Elə bu səbəbdəndir ki, bu il meyvə-tərəvəz baha oldu”.
Quba sakinləri bildirdilər ki, yeni icra başçısının da nəqliyyat naziri Ziya Məmmədovun adamı olması dəyişiklik istəyən rayon əhalisinin ümidlərini öldürüb: “Mübariz Ağayev də Rauf Həbibovun yolunu davam etdirir. Rayon faktiki olaraq Ziya Məmmədovun yaxınları arasında bölünüb. Kimi kəndlinin əkin sahəsində villa tikir, kimisi də kasıbın evini başına uçurub obyekt açır”.

Rauf Həbibov Qubaya qayıdır

Qubada olarkən olduqca maraqlı bir məlumat əldə etdik. Rayon icra hakimiyyətində çalışan mənbəmiz keçmiş icra başçısı Rauf Həbibovun Qubaya qayıtdığını söylədi. Onun sözlərinə görə, bir müddət əvvəl sabiq icra başçısının Qubada olan bütün mal-mülkü özünə qaytarılıb. Nəqliyyat naziri Ziya Məmmədovla rayona gələn Rauf Həbibovu yandırılan villasının yanında işçilərə göstəriş verərkən görüblər. Qeyd edək ki, Quba olaylarından sonra Rauf Həbibovun mülkləri yeni icra başçısına verilmişdi. Sabiq icra başçısının qaytarılan mülkləri isə bunlardır:

M.Qorki küçəsində 3 mərtəbəli bina;
R.Həbibovun 4 mərtəbəli yarımçıq binası;
Qələduz kəndində Qudyalçay üzərində 1,5 milyon manatlıq villa və qarşısında 4 hektar sahə;
Olimpiya-idman kompleksinin qarşısında villa;
2 saylı konserv zavodunun arxasında 1 hektar torpaq sahəsi;
Bestujev-Marlinskinin büstünün yerində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adına tikilmiş bina;
Quba liseyinin arxasındakı 8 sot torpaq sahəsi;
Quba texnikumunun arxasında 20 sot torpaq sahəsi;
Keçmiş kənd-kimya binaları və 2 hektar torpaq sahəsi;
Şəhərin mərkəzində yerləşən parkın sahəsi və Beynəlxalq Banka illik 250 min manata icarəyə verilən bina.

Rauf Həbibovun qonşuları evlərini satıb köçür

Quba üsyanının səbəbkarı, sabiq icra başçısının yandırılan villasına baş çəkdik. Ərazidə olarkən yandırılan villada təmir-tikinti işləri gedirdi. Tikintiyə rəhbərlik edən şəxs bir neçə gün öncə təmir işlərinə başladıqlarını söylədi. Yanan villa ilə bərabər yaxınlıqdakı yarımtikilidə də işlər aparılırdı.
Rauf Həbibovun qonşuluğunda olan evlərdən bir neçəsinin qapısında isə “satılır” elanı ilə qarşılaşdıq. Evini satışa çıxaranlardan Əli adlı Quba sakini bildirdi ki, evini satmaqda məqsədi var: “Mən özümə sığışdıra bilmərəm ki, bizi təhqir edən biri ilə qonşuluq edim. Bu biz qubalılara yaraşan hərəkət deyil. Evimi satışa çıxarmışam. Rauf Həbibovun gəlib burada yaşaması ilə qubalılar heç cürə barışa bilməz”.

“Mübariz Ağayev işçilərin pulunu vermir”
Quba bazarında olarkən bir qrup fəhlə jurnalist olduğumuzu bilib, yeni icra başçısından şikayətləndi və problemlərini qəzetdə yazmağımızı xahiş etdilər. Onların sözlərinə görə, təxminən 50-yə yaxın fəhlə icra hakimiyyəti tərəfindən həyata keçirilən təmir-tikinti işində çalışıb. Əsasən yol kənarındakı hasarların çəkilişində çalışan fəhlələr dörd aydır maaş ala bilmədiklərini söylədilər. Onların sözlərinə görə, bir neçə dəfə icra başçısının müavini ilə görüşdə olublar, pullarını tələb ediblər. M.Ağayevin müavini hər dəfə vəd verərək bir neçə günə pullarının veriləcəyi ilə başlarını aldadıb. Pullarını ala bilməyən fəhlələr bildirdilər ki, bu həftə ərzində pulları ödənməsə, Bakıya gələrək Prezident Administrasiyası qarşısında oturaq aksiya keçirəcəklər: “Dörd aydır ki, bizi get-gələ salıblar. Başçı Mübariz Ağayev bizi qəbul etmir. Müavini də bu gün, sabah deyərək aldadır. Ölkə başçısına məktub yazdıq, baxılması üzrə icra başçısına göndərildi. Seçki qabağı Qubadakı bütün sahibkarlardan pul yığan başçı nəyə görə 50 nəfər fəhlənin 300 manatlıq aylıq məvacibini verə bilmir?”
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə üz tutduq. İcra başçısı Mübariz Ağayevlə görüşmək istədiyimizi bildirsək də, başçının bizi birinci gün qəbul edə biləcəyini söylədilər. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq. \ Qaynar.info \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru