Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

ƏHMƏD VƏLİYEVİN KÜRƏKƏNİ MEYDAN SULAYIR
Tarix: 14-08-2013, 10:41 | Çap et
ƏHMƏD VƏLİYEVİN KÜRƏKƏNİ MEYDAN SULAYIR
Hamıya məlumdur ki, müasir dövlətlərdə idarəçilik hakimiyyətin üç qolu üzərində qurulub. Yəni icraedici, qanunverici hakimiyyətlə yanaşı məhkəmə hakimiyyəti mövcudur. Və ən əsası müstəqil məhkəmə hakimiyyəti. Hakimiyyətin digər qollarından asılı olmayan məhkəmə sistemi. Heç bir hakimiyyət qolunun dövlətin adından qərar vermək səlahiyyəti yoxdur. Belə bir müstəsna səlahiyyət yalnız və yalnız məhkəmələrə aiddir. Ona görə də kimliyindən, vəzifəsindən, statusundan asılı olmayaraq hər bir vətəndaş, hər bir qurum məhkəmə qərarlarını yerinə yetirməyə, icra etməyə borcludur. Bu aksiomadır. Bunun əksini düşünmək dövlətçiliyə, dövlətə qarşı çıxmaqdır. Çünki bu qayda müasir dövlətin ana prinsipidir. Ancaq bütün bu sadaladıqlarımıza baxmayaraq bəziləri özünü dövlətdən yuxarı, məhkəmə qərarlarından üstün hesab edir. Və məhkəmə qərarlarının icrasına barmaqarası baxır. Belələri "Burada mənəm Bağdadda kor Xəlifə” prinsipi ilə öz fəlaiyyətlərini qurur və ölkə qanunlarına saymazyana yanaşırlar. Ancaq bunun da sonda bir çarəsi tapılır və belələri gec-tez qanunlarımız qarşısında cavab verməli olurlar və nə vaxtsa cavab verməli olacaqlar.

Sıravi, heç bir hüquq təhsili olmayan vətəndaşların qanunlara etinasız yanaşmasını, hətta pozmasını haradasa başa düşmək və bəlkə də bağışlamaq olar. Ancaq ən təhlükəlisi təhsilli, hətta qanunların qəbul olunmasında iştirak edən tanınmış şəxslərin yaxınlarının, ailə üzvlərinin ölkə qanunlarını vecinə almaması, saymamasıdır. Bax, bu ciddi problemdir. Çünki bu şəxslər başa düşürlər ki, məhkəmə qərarları müzakirə predmeti ola bilməz və qeyd-şərtsiz yerinə yetirilməlidir.

Digər tərəfdən bu tanınmış şəxslərin qanunları saymaması, sıravi vətəndaşların hüquqlarını pozması, sonda ölkə başçısının apardığı siyasətə kölgə salır. Sıravi vətəndaşlar düşünür ki, bu ölkədə qanunlar niyə işləmir..? Axı, ölkə başçısı həm də hər bir vətəndaşın malının, mülkünün, canının təminatçısıdır. Digər tərəfdən bizim tipli ölkələrdə yaxşı və pis nə varsa ölkə başçısının adına yazılır. Adi vətəndaş düşünmür ki, bu boyda qanun pizuntularının arxasında hansısa məmur, ya da deputat dayanır. Hamı ölkə başçısından kömək gözləyir. Ancaq ölkə başçısının hər bir məmura nəzarət eləməsi, hətta fiziki cəhətdən mümkün deyil. Bəs qanunların icrasına nəzarət etməli orqanlar hara baxır..?

İndi isə konkret problemin misalında məhkəmə qərarlarına tabe olmayanların hərəkətlərinə nəzər salaq.

Belə ki, söhbət "Jalə-Biznes” ( indiki "JMR” ) Məhdud Məsuliyyətli Cəmiyyətin, daha doğrusu, qurumun rəhbərliyinin qanunazidd əməllərindən gedir. Məlumat üçün bildirək ki, İsmayıl Nüsrət oğlu İsmayılova və onun anası Quliyeva Güldənə Məhərrəm qızına məxsus mənzillərin (Bülbül prospekti 42, mənzil 17 və 42) plana düşməsi nəticəsində "Jalə-Biznes” MMC "Muğanbank” ASC ilə əlbir olaraq qeyd olunan əmlakı qəsb ediblər. Daha dəqiq desək, İsmayıl İsmayılov və ailəsinin digər üzvləri 19 sentyabr 2005-ci il tarixdə "Jalə-Biznes” Məhdud Məsuliyyətli Cəmiyyət arasında müqavilə bağlayıblar. Həmin müqavilənin şərtlərinə uyğun olaraq, təqdim olunan mənzillərin dəyəri müqabilində "Jalə-Biznes” MMC mənzilin yerləşdiyi Bülbül prospekti 42 ünvanda tikdirəcəyi çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 100 kvadratmetr qeyri-yaşayış sahəsini 1 il 6 ay müddətində İsmayıl İsmayılovun mülkiyyətinə verməyi öhdəsinə götürüb. Eyni zamanda, sözügedən müqavilədə öhdəliklərin yerinə yetirilməsi müddəti, yaşayış mənzillərinin qiyməti və hesablaşma, həmçinin tərəflərin hüquq və vəzifələri, tərəflərin məsuliyyəti və mübahisələrin həll edilməsi yolları açıq şəkildə göstərilib. Hər iki tərəfin razılığı ilə imzalanan müqavilə Nəsimi rayonunda yerləşən 13 saylı notariat kontorunda təsdiqlənib. Və bununla da 2005-ci il oktyabrın 5-də həmin mənzillər alqı-satqı yolu ilə "Jalə-Biznes” MMC-yə satılıb. Mənzillərə ödəniləcək məbləğ, yəni 140 min dollar pul depozit formasında MMC rəhbərliyinin "Muğanbank” ASC-də açdırdığı bank hesabına yatırılıb. 2005-ci ildə başlayan tikinti işləri 2010-cu ildə yekunlaşsa da, qarşı tərəf üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Bu isə İsmayıl İsmayılovun və ailəsinin haqlı narazılığına səbəb olub. Məhz elə buna görə də İsmayıl İsmayılov və Güldənə Quliyeva öz hüquqlarını bərpa etmək məqsədilə Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olublar.

Beləliklə, hakim Qafari Səyyad Ağaəli oğlunun sədrliyilə 14 dekabr 2012-ci ildə keçirilmiş məhkəmə iclası zamanı məhkəmə heyəti ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılov İsmayıl Nüsrət oğlu və Quliyeva Güldənə Məhərrəm qızının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Jalə-Biznes” (indiki "JMR”) MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi üzrə ilkin iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh "JMR” MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər ilkin iddia üzrə iddiaçılar İsmayıl İsmayılov və Güldənə Quliyevaya qarşı tərəflər arasında bağlanmış müqavilənin 4.3. bəndini tətbiq edərək öhdəliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə baxaraq, eləcə də Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq ilkin iddianın qismən təmin edilməsi barədə qərar çıxarmışdır.

Məhkəmə qərarına görə İsmayıl İsmayılov və Güldənə Quliyeva ilə "Jalə-Biznes” (indiki "JMR”) MMC arasında bağlanmış 21 sentyabr 2005-ci il tarixli müqavilənin ləğv edilməsi, İsmayıl İsmayılov və Güldənə Quliyevanın xeyrinə "JMR” MMC-dən cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə hesablanmış 560 min dollar cərimə, 14 min dollar dəbbə pulu, cəmi 574 min dollar məbləğində pulun 5 il 7 ay 9 gün ərzində banka illik 10,4 faiz depozit qoyacağı təqdirdə əldə edəcəyi 426 min dollar məbləğində pulun tutulduğu anda Mərkəzi Bank tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulmalı və iddiaçıya verlməlidir.

Məhkəmə həmçinin ilkin tələbin qalan hissəsi əsassız olduğundan rədd edilməsi, həmçinin , İsmayıl İsmayılov və Güldənə Quliyeva arasında bağlanmış 21 sentyabr 2005-ci il tarixli müqavilədə göstərilən 100 kvadratmetr qeyri-yaşayış sahəsini cavabdehə təhvil verə bilmədiyinə görə həmin müqavilənin 4.3-cü bəndini tətbiq edərək aralarında olan öhdəliyə xitam verilməsinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməsinə dair qərar qəbul edib.

Nəsimi Rayon Məhkəməsinin qərarından razı olmayan "Jalə-Biznes” MMC-nin direktoru B.Bayramov apellyasiya şikayətilə Bakı Apellyasiya Məhkəməsinə və Nəsimi Rayon Məhkəməsinin hakimi Səyyad Qafariyə müraciət edib. Bundan sonra yenidən məhkəmə prosesi keçirilib. Beləlliklə də, məhkəmə heyəti 3 aprel 2013-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin 8(006)-632/2013 saylı, 1 mart 2013-cü il tarixli qərardadından şikayətə baxaraq, Mülki Prosessual Məcəllənin 231.1, 231.2, 231.4, 263-264-cü maddələrini rəhbər tutaraq, şikayətin qismən təmin edilməsinə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, 14 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən cavabdeh "Jalə-Biznes” MMC tərəfindən ödənilməli olan 400 min dollar məbləğində pulu 30 mart 2013-cü il tarixdən başlayaraq 4 ay ərzində, yəni 30 mart 2013-cü il tarixdə 100 min dollar, 30 aprel 2013-cü il tarixdə 100 min, 30 may 2013-cü il tarixdə 100 min, 30 iyun 2013-cü il tarixdə 100 min dollar məbləğində pulun tutulduğu anda Mərkəzi Bank tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İsmayıl İsmayılov və Güldənə Quliyevaya ödənilməsi, şikayətin qalan hissəsinin rədd olunmasına dair qərar qəbul edib. Lakin bütün bunlara baxmayaraq, "Jalə-Biznes” MMC-nin rəhbərliyi yenə də məhkəmə qərarlarını icra etməyib, daha doğrusu, axıradək, yəni qərarda nəzərdə tutulan qaydada icra etməyib və bununla da əslində ölkə qanunlarına açıq-aşkar hörmətsizlik nümayiş etdirib.

Buradək qeyd elədiklərimiz məsələnin hüquqi tərəfidir. Problemin yazının əvvəlində qeyd etdiyimiz kimi daha mühüm tərəfləri də var. Belə ki, məhkəmə qərarlarında adı keçən "Jalə-Biznes” Məhdud Məsuliyyətli Cəmiyyət də, "Muğanbank” da Milli Məclisin üzvü, "Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin kürəkəni B. Bayramova məxsusdur. Biz kiminsə biznes fəaliyyəti ilə məşğul olmasının, yaxud bank sektorunda çalışmasının əleyhinə deyilik. Hər bir vətəndaşın istədiyi sahədə fəaliyyət göstərməsi onun şəxsi işidir. Ancaq ölkə qanunlarını pozmaq, məhkəmə qərarlarını icra etməmək heç kimə bağışlanılmır. Və məhkəmə qərarlarının icra olunmasına əngəl törətmək özü cinayətdir.

Digər tərəfdən Milli Məclis üzvünün kürəkəni olmaq o demək deyil ki, sən qanunları poza bilərsən, məhkəmənin qərarlarını saymaya bilərsən...

Azərbaycan konstitusiya ilə idarə olunan hüquqi, sivil dövlətdir, ölkədə qanunların aliliyi gözlənilir. Milli Məclisin üzvü Əhməd Vəliyevin kürəkəni B.Bayramov isə bunu hamıdan yaxşı başa düşməlidir və buna borcludur. Ən azı axı ailənin başçısı deputatdır, qanunların qəbul olunmasında birbaşa iştirak edir.

Biz hələ məsələnin digər tərəflərinə işıq salmaq istəmirik ki, "Jalə-Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətin, eləcə də "Muğanbank”ın qurulmasında deputat Əhməd Vəliyevin nə dərəcədə xidməti var. Biz cənab millət vəkilinin bu müəssisələrə şərikliyini və digər halları hələ qabartmaq istəmirik. Biz hələ bu bank yaradılanda qoyulan ilkin kapitalın da mənbəyini araşdırmaq fikrindən uzağıq. Haradandır, bu boyda kapital..?

Heç kimə sirr deyil ki, bəzi özəl universitetlərdə vəziyyət necədir..? ABU-nun rektoru Elşad Abdullayevin timsalında hər şey aydın oldu. Ancaq biz yenə də dərinliklərə getmək istəmirik.

Axı, ölkə konstitusiyasına görə millət vəkilinin biznes fəaliyyəti ilə məşğul olması qəti qadağandır. Kim qarantiya verə bilər ki, B.Bayramov Əhməd Vəliyevin biznesini idarə etmir. Belə məqamda adətən çoxları fakt istəyir. Biz bir qəzet olaraq təhqiqat aparmırıq. Qoy dövlət komissiyası yaransın və bankın ilkin kapitalının kimlər tərəfindən qoyulduğu ortaya çıxsın. Onda məlum olacaq ki, kimlərin əli kimlərin cibindən çıxır. Bəlkə B.Bayramov xəzinə-zad tapıb xəbərimiz yoxdur.

Unutmaq olmaz ki, ölkə qanunlarla idarə olunur. Əhməd Vəliyevin, yaxud onun kürəkəni B.Bayramovun müəyyən elədiyi qaydalarla yox. Həm də ən vacibi deputatın səs verib qəbul etdiyi qanunlara hamıdan çox özü, ailə üzvləri, yaxınları hörmətlə yanaşmalıdır. Əks təqdirdə ölkə qanunlarına kim hörmət edər..?

Bəli, ölkə başçısı da dəfələrlə bəzi harınlamış məmurların övladlarının, yaxın qohumlarının heç bir ölçüyə sığmayan hərəkətlərindən bəhs edib. Bütün bunlar məlumdur. Həm də o da məlumdur ki, Əhməd Vəliyevin kürəkəninin hüquqlarını pozduğu İsmayıl İsmayılov, Güldənə Quliyeva məcburi köçkündürlər. Hər ikisi erməni işğalı altında olan Zəngilan rayonunun İçəri-Müşlan kəndindəndir. Bütün ölkə rəhbərliyinin, başda prezident İlham Əliyev cənabları olmaqla məcburi köçkünlərə göstərdiyi qayğının heç olmasa, cüzi bir hissəsini də deputat Əhməd Vəliyev etsəydi pis olmazdı. Həm də məcburi köçkün Əhməd Vəliyevdən kömək istəmir, öz qanuni əmlakını, pulunu tələb edir.

İnanırıq ki, yaxın vaxtlarda haqq öz yerini tapacaq və Əhməd Vəliyevin kürəkəni məhkəmə qərarlarına hörmət etməyə məcbur olacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru