Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

SEÇKİ SONRASININ DAHA BİR QURBANI BƏLLİ OLDU
Tarix: 22-08-2013, 12:20 | Çap et
SEÇKİ SONRASININ DAHA BİR QURBANI BƏLLİ OLDU
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Əli Həsənova qarşı tənqid və etirazlar get-gedə intensivləşir. Bəzi müşahidəçilər seçki ərəfəsində Həsənova qarşı bu artan tənqid və narazılıqları heç də təsadüfi saymırlar.

Xatırladaq ki, "Qaçqınkom" rəhbərinə qarşı sonuncu sərt etiraz srağagün yaşanıb. Belə ki, bir qrup məcburi köçkün Mirəli Qaşqay küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsindəki yolu bağlayıblar. Məlumata görə, məcburi köçkünlərin onlara verilən mənzillərin ədalətsiz şəkildə bölüşdürülməsinə etiraz edirlər.
Yol polislərinin səylərinə baxmayaraq, aksiya iştirakçıları yolu açmayıblar. "Qaçqınkom" isə bu narazılıqları həmişəki kimi haqsız sayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. O, Dövlət Neft Akademiyasının yataqxanasında yerləşən bir qrup məcburi köçkünün etiraz aksiyası keçirərək, onlara verilən mənzillərin həddən artıq kiçik olması məsələsinə münasibət bildirərkən belə qeyd edib: "Həmin binalar ən böyük kvadrat metrlərlə hesablanmış layihələrdir. Bina müasir standartlar səviyyəsində tikilib. Daimi olaraq 24 saat isti və soyuq su ilə təchiz olunub. Narazılığın heç bir əsası yoxdur".
Əli Həsənovun sözçüsü bildirib ki, evlər qanunvericilik çərçivəsində püşkatma yolu ilə verilir. "Kimsə artıq mənzil istəyir, amma mənzillər ailə tərkibinin sayına uyğun verilir. 2 nəfərə 1 otaqlı, 3-4 nəfərə 2 otaqlı, 5-6 nəfərə 3 otaqlı, 7-dən çox üzvü olan ailəyə 4 otaqlı mənzil verilir. Bunlar hamısı qanunvericiliklə tənzimlənən işlərdir. Komissiya püşkatma yolu ilə mənzilləri, binaları, mərtəbələri müəyyənləşdirir". Hazırda orada komissiyanın işlədiyini deyən mətbuat xidməti rəhbəri bildirib ki, onlara edilən müraciətlər yerindəcə araşdırılır. "Kiminsə nədənsə narazılığı varsa komissiyaya yerində müraciət edir, baxılır və qanunvericilik çərçivəsində tədbir görülür".
Bəzi ekspertlərə görə isə, qaçqın və məcburi köçkünlər üçün binaların paylanması zamanı hər dəfə oxşar narazılıqların meydana çıxması şübhələnməkdən ötrü əsas yaradır: "Axı mümkün deyil ki, hamı haqsız olsun, amma Həsənovun komitəsi haqlı. Əgər bu qədər insan hər dəfə həm binaların tikintisi zamanı korrupsiyadan bəhs edir, həm də mənzillərin paylanması zamanı ayrı-seçkiliyə yol verildiyini deyirsə, deməli, ortada həqiqətən də hansısa problem var".
Ekspertlərə görə, ən maraqlı məqamlardan biri xüsusilə seçkiyə aylar qala belə etiraz və narazılıqların intensivləşməsidir. Ölkə rəhbərliyinin indiki həssas siyasi dönəmdə vətəndaşları narazı salmamaq və onların etirazlarının sərt forma almasına yol verməmək barədə göstərişi olmasına rəğmən, "Qaçqınkom" rəhbərliyi ilə bağlı son üç ay da ard-arası kəsilməyən şikayətlər və etiraz aksiyaları Əli Həsənov üçün sonradan ciddi baş ağrısı yarada bilər. Komitə sədrinin iqtidar içində ciddi rəqiblərinin olduğuna dair KİV-dəki məlumatları xatırladan bəzi qaynaqlar seçki ərəfəsində yaşanan bu halların sonradan Əli Həsənova qarşı kompromatlara çevriləcəyinə şübhə etmir. "Həsənovun həm baş nazir müavini, həm də Komitə sədri kimi hökumətdə xüsusi ağırlığı var. Rəqibləri seçkidən sonra formalaşacaq yeni hökumətdə "Qaçqınkom" sədrinin yer almasını önləmək üçün indi bir-birini əvəz edən etiraz aksiyalarını kompromat vasitəsinə çevirə və onun "Vurulmasına" zəmin hazırlaya bilərlər. Ən azı Əli Həsənovun baş nazir müavinliyindən kənarlaşdırılmasını istəyən qüvvələr üçün hazırda "Qaçqınkom"dan artan, şiddətlənən şikayətlər və narazılıqlar mühüm əhəmiyyət kəsb edir" deyə hakimiyyətdaxili proseslər barədə məlumatlı qaynağımız öz ehtimalını irəli sürüb.
Seçkidən sonra istər baş nazirlik, istərsə də vitse-premyerlik postları uğrunda ciddi iqtidariçi mübarizə gedəcəyinə diqqət çəkən bəzi mənbələr Əli Həsənovdan fərqli olaraq baş nazirin digər iki müavini - Abid Şərifovla Elçin Əfəndiyevin karyera perspektivinin böyük ölçüdə həll edildiyini düşünürlər. "Onların hər ikisinin yeni hökumətin tərkibində yer almayacağı qətiləşib. Əli Həsənov isə hələlik müqavimət göstərir və ən azı indiki mövqelərini seçkidən sonra qorumaqda da israrlıdır. Məhz bu səbəbdən onun tez-tez etiraz hədəfinə çevrilməsi maraq doğurur. Hesab etmək olar ki, bu cür narazılıqlarla, şikayətlərlə "Qaçqınkom" rəhbərinə qarşı kompromat dosyesi zənginləşdirilir, onun hökumət daxilindəki nüfuzu zəiflədilir ki, bununla da "vurulması" xeyli asanlaşsın" deyə mənbələrdən biri proqnozunu söyləyib.
Hər halda deyilənlərin nə qədər doğru olub-olmadığını zaman göstərəcək. Amma bəri başdan qeyd etməyi unutmayaq ki, istənilən halda son bir neçə ayda davamlı şəkildə "Qaçqınkom"dan narazı qalanların Bakıda etiraz aksiyaları keçirməsinin Əli Həsənovun gələcək karyerası baxımından təsirsiz ötüşəcəyinə inanmaq çətindir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru