KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                 

İCRA BAŞÇISINA SÖYKƏNƏN “BESPREDEL”...
Tarix: 26-08-2013, 12:15 | Çap et
İCRA BAŞÇISINA SÖYKƏNƏN “BESPREDEL”...
GÖRƏSƏN, RÖVŞƏN BAĞIROV BU RAYONU HANSI QANUNLARLA İDARƏ EDİR?

DİA.AZ: - Redaksiyamıza bu dəfə Lerik rayonu, Züvüc kənd sakini Almazova Gülbəsdə Fərman qızı tərəfindən ünvanlanmış məktubda, yenə də rayonun icra başçısının fəaliyyətinə, daha dəqiq decək fəaliyyətsizliyinə dair ciddi ittihamlar irəli sürülür. Etiraf etmək lazımdır ki, ölkəmizin bu ucqar cənub bölgəsində gedən proseslər artıq uzun müddətdir ki, bu və ya digər formada ictimaiyyətin diqqətini cəlb edir. Lakin bu maraq heç də rayonun dinamik iqtisadi inkişafı və yaxud da bölgənin sürətlə aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi ilə təmin olunmayıb.

Lerik rayonu bu deyilənlərin reallaşması üçün lazımi potensiala malik olsa da, yerli icra strukturlarının səriştəsizliyi və yarıtmaz fəaliyyəti hətta buranın yerli sakinlərini belə həll olunmamış sosial-məişət problemləri əhatəsində yaşamağa məhkum edib. Yəqin elə bu səbəbdən də respublikanın əksər digər bölgələrində yüksək dinamika ilə həyata keçirilən abadlıq və quruculuq işlərinin fonunda Lerikdə müşahidə olunan tənəzzül və geriləmələr heç kəsi təəccübləndirmir. Ara-sıra hesabatlarda qeyd olunmaq xatirinə görülən bəzi təmir-abadlıq işləri isə, son nəticədə mənimsənilmiş dövlət vəsaitlərini bölə bilməyən məmurların qarşıdurmaları ilə yadda qalır.

Xatırlayırsınızsa bir müddət əvvəl DİA.AZ tərəfindən belə insidentlərdən birinin araşdırılmasına həsr olunmuş material da dərc olunmuşdu. Yazıda Lerik rayonunda bəzi binaların əsaslı təmiri zəminində yaranmış müəyyən problemlər müzakirəyə çıxarılmışdı. Materialda bildirilirdi ki, bir müddət əvvəl Lerikdə aparılan yenidənqurma və abadlıq işlərində Sabir Bəxşəlyeiv adlı şəxs yaxından iştirak edib. Görülən işlərin icraçısı kimi isə Rövşən Bağırovun qardaşı Fərhad Bağırov təqdim olunub.

Həmin layihənin smeta dəyəri ilə qiymətini ödəyən şəxs qismində ARDNŞ çıxış etmişdi. Layihə çərçivəsində Lerik rayon Mədəniyyət evi tam təmir olunmuş; 1 saylı orta məktəbin, musiqi məktəbinin, xəstəxananın isitmə sistemləri tam təmir olunmuş və ya yenidən qurulmuşdu. Redaksiyamıza daxil olan məlumatlarda ümumilikdə görülən işlərin smeta dəyəri təqdim olunmasa da, bildirilir ki, rayon mədəniyyət evində görülən işlərin smeta dəyəri 485000 (dörd yüz səksən beş min) manat qiymətləndirilmişdi. Fərhad Bağırovun icraçı kimi fəaliyyəti nəticəsində əldə etdiyi gəlir isə 160000 (yüz altmış min) manat məbləğində qiymətləndirilirdi. İrəli sürülən və şikayətin əsas mahiyyətini əks etdirən əsas iddia isə bundan ibarət idi ki, birgə fəaliyyətə başlanmazdan əvvəl Fərhad Bağırovun və Sabir Bəxşəlyeivin arasında əldə olunacaq gəlirin 50%-in 50%-ə nisbətində bölünəcəyi barədə razılığa gəlinib. Nəzərdə tutulmuş işlərin görülüb başa çatmasından və ödənişlərin həyata keçirilməsindən sonra isə Fərhad Bağırov ilkin söylədiklərini təkzib edərək işdən gəlirin yalnız 52000 (əlli iki min) manat təşkil etdiyini bildirmişdi. Sonda isə F.Bağırov hətta özünün birtərəfli şəkildə müəyyən etdiyi bölgü ilə də razılaşmayaraq ümumiyyətlə hər hansısa bir məbləği ödəməkdən imtina etmişdi...

Göründüyü kimi Lerikin ucqar rayon olmasını şərtləndirən coğrafi mövqeyi, burada əliəyri məmurların at oynatmaları üçün kifayət qədər əlverişli şərait yaradır. Bu arada bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, deyilənlər heç də rayonda ümumiyyətlə iş görülmədiyi anlamına gəlməməlidir. Əksinə, ölkə mətbuatında yayımlanan məlumatlarda da dəfələrlə vurğulanıb ki, Lerikdə mütəmadi olaraq müxtəlif xarakterli əyləncə mərkəzlərinin açılması işini rayonun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəxsən xüsusi diqqət mərkəzində saxlayır. Lakin problem bundadır ki, bu mərkəzlər bölgədə turizmin inkişafı, əhalinin rifahının yüksəldilməsi məqsədlərinə deyil, bəzi imkanlı şəxslərin şübhəli əyləncələrinin təmin olunmasına və əlbəttə ki, rayon rəhbərliyinin varlanmasına xidmət edir. Həmçinin bu problemlərin yaranmasında Lerik rayonundan Milli Məclisin deputatı İqbal Məmmədovun da xüsusi rolu olduğu qeyd olunur. Bu xüsusda kütləvi informasiya vasitələrinə narazı vətəndaşlar tərəfindən təqdim olunan müraciətlərdə bildirir ki, icra başçısı rayon sakinlərinə aid pay torpaqlarını, dədə-baba torpaqlarını ayrı-ayrı şəxslərə necə gəldi satmaqla məşğuldur: “Rövşən Bağırov Lerik camaatının ata-baba yurdunu belə satmaqdan çəkinmir. Bu gün yüzlərlə lerikli məhkəmə qapılarında qalıb. Səbəb isə birdir. Torpaqları əllərindən alınıb və kimlərsə həmin yerlərdə istirahət mərkəzi və yaxud da priton inşa etdirib. Biz sizin mətbuat orqanı vasitəsilə icra başçısına sözümüzü çatdırmaq istəyirik. Başqa bir yolumuz yoxdur. Çünki bu gün Rövşən Bağırovu Lerikdə tapmaq böyük müşküldür. Qoy, o, eşitsin ki, Lerikdəki özbaşınalıqlarına son qoymazsa, qədim ənənələri olan rayonda əxlaqsızlığı təbliğ edən əyləncə yerlərini inşa etməklə vətəndaşların əsəblərini korlamağa davam edərsə, ona qarşı biz rayon sakinləri ayağa qalxıb, Qubada, İsmayıllıda olduğu kimi, onun istefasına nail olacağıq.”

Elə Gülbəsdə Almazovanın DİA.AZ-a ünvaladığı şikayət məktubunda da rayon rəhbərliyinin fəaliyyətindən ciddi narazılıq ifadə olunur: “Son bir neçə ildə Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin qeyri-rəsmi olaraq Lerik rayonuna kuratorluq etməsi rayonda Müstəqil Azərbaycan Respublikasının qanunlarının işləməməsinə səbəb olmuşdur. Bir tərəfdən də Rövnəq Abdullayevin tələbə yoldaşı İqbal Məmmədov Lerik rayonundan deputat “seçildi”. Bir qədər də dəqiq desək, Rövnəq Abdullayevin təşəbbüsü ilə bu məsəslə həyata keçirildi. İqbal Məmmədov özü də fürsəti əldən vermədi. Lerikdə hamı onu, yəni İqbal Məmmədovu, Lerikin qubernatoru kimi tanıyır. Ona görə də İqbal Məmmədov öz nüfuzundan tam açıqlığı ilə istifadə edir. Rayonda kadr məsələləri İqbal Məmmədovun şəxsi diktəsi ilə həyata keçirilir. Qanun, həqiqət tamamilə yaddan çıxıb.”

Bundan başqa isə vətəndaş həm də ailə üzvlərinin vəaifəli şəxslər tərəfindən təqib və təzyiqlərə qaldığını iddia edir: “Hər bir ailədə problemlər yaşanır. Bizim ailəyə də birbaşa İcra başçısının təzyiqi ilə qara yaxılmış, oğluma böhtan atılmışdır. Oğlum Azad Əliyevin heç bir günahı olmadan şərə düşmüşdür. Bir qədər dürüst desək, icra başçısının yaxın qan qohumlarının hesabına ailəmizin büdcəsinə min manatlarla ziyan dəyib. Hələ onun mənəvi tərəfini demirəm. Azərbaycan Respublikasının bütün orqanlarına yazdığım müraciətlərə də baxılmır. Prezident Aparatına, Milli Məclisə, Nazirlər Kabinetinə və Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyim ərizələrə mənim adımdan başqaları izahat yazır. Daha doğrusu, Lerik rayon İcra Hakimiyyəti vətəndaşlara qarşı bu nankor addımı atır. Artıq cana doymuşuq. Qonşu rayonlardan da məktub və teleqramlarımızı göndərə bilmirik. Minbir bəhanə tapırlar. Dolayı yollarla müraciətlərimizin paytaxta getməsinə maneçilik törədirlər. Dərdimizi deməyə yer tapa bilmirik...”

Qeyd edək ki, Lerikdə yerli sakinlərin müraciətlərinə etinasızlıq problemi müxtəlif mətbu orqanlarında dərc olunan materiallarda da öz əksini tapır: “Rayon sakinləri dərdlərini demək üçün başçının qapısına getsələr də, onunla görüşə bilmirlər. Deyilənlərə görə, R.Bağırovu iş yerində tapmaq çətin məsələdir. Ya Bakıda olur, ya da Lerikdəki В«RelaxВ» istirahət mərkəzində. Rayonda tapılmayan Rövşən Bağırovu isə onun birinci müavini Cəlil Baxşıyev əvəz edir. Bu yaşlı-başlı kişini də icra başçısı kimi, rayonun problemləri yox, özünkülər maraqlandırır. Elə bu səbəbdəndir ki, hal hazırda Lerikdə əksər vəzifələrin birinci müavininin qohumlarında olduğu deyilir. Hətta o da bildirilir ki, Cəlil Baxşıyev bir çox hallarda icra başçısı ilə hesablaşmayaraq, özünün bildiyi kimi hərəkət edir. Bəzi məlumatlara görə, tərəflər arasında narazılıqlar da yaranıb.” Yeri gəlmişkən Lerikin ən səfalı guşələrindən birində yerləşən В«RelaxВ» istirahət mərkəzi də məhz şübhəli fəaliyyət növü ilə yerli sakinlərin narazılığını doğuran məkanlardandı. Məlumatlarda bu da bildirilir ki, yerli mənbələr mərkəzin əsil sahibinin İqbal Məmmədov olduğunu iddia edirlər.

Bu arada isə kütləvi informasiya vasitələrində yenidən Lerik RİH-nin başçısı Rövşən Bağırovun vəzifəsindən alınacağı ehtimalını ifadə edən məlumatlar yayımlanmağa başlanıb. Məlumatlarda bildirilir ki, yerli sakinlərin son həddə çatmış narazılıqları da nəzərə alınaraq, yaxın vaxtlarda Lerik rayon icra hakimiyyətinin başçısının vəzifəsindən azad ediləcəyi gözlənilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru