Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                 

PROBLEM: MİKAYIL CABBAR ÜÇÜN DAHA BİR BAŞAĞRISI
Tarix: 31-08-2013, 14:24 | Çap et
PROBLEM: MİKAYIL CABBAR ÜÇÜN DAHA BİR BAŞAĞRISI
KƏLBƏCƏR TƏHSİL SİSTEMİ BAŞDAN-BAŞA KORRUPSİYA MƏNGƏNƏSİNDƏDİR

DİA.AZ: - Bu günlərdə Kəlbəcər rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti barədə yerli KİV-lərdə müəyyən informasiyalar yayıldı. Xəbərdə deyilirdi ki, RTŞ-nin müdiri Məhyəddin Abdürəhmanov öz işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsini belə itirə bilər. Həmçinin sözügedən materialda M.Abdürəhmanovun hələ Kəlbəcər RTŞ-də məsləhətçi vəzifəsində işlədiyi zaman yol verdiyi vəzifə səlahiyyətlərini aşma halları və digər qanun pozuntuları barədə açıqlamalar təqdim olunurdu.

Eyni zamanda da vurğulanırdı ki, himayədarlarının səyi nəticəsində M.Abdürəhmanov RTŞ-yə rəhbərlik etməyə başladıqdan sonra Kəlbəcər təhsili daha ağır duruma düşüb: “Məhyəddin müəllim təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtdan iki aydır müəllimlər əmək haqqılarını ala bilmirlər. Şöbənin işçiləri Şirinov Elçin Təhməz oğlu və İbrahimov Xəqani Nizami oğlu onun yeni rəhbər vəzifəyə gəlməsi münasibətilə məktəb direktorlarından üç-dörd min manat məbləğində hədiyyə pulları yığırlar və hal-hazırda 114 məktəbi olan rayonun 80 məktəbindən belə rüşvət pulları yığılmışdır. Hesabı vermək istəməyən direktorlar hədələnir. Şöbə müdiri bütün bunları özünə yaxın olan adamların əli ilə həyata keçirir ki, əməllərini ört-basdır edə bilsin. Təhsil müəssisəsini rüşvətxorluq yuvasına çevirmiş, hər bir məsələni pul ilə həll edirlər. Məktəb direktorları hesab vermədikləri halda işdən çıxarılma ilə hədələnir, onların vəzifədə qalıb işləmələri üçün hər bir direktordan on min manat hesab istənir. Müqavilə əsasında işə götürülən və iki-üç ildir işləyən müəllimlərin hər birindən işlərində qalmaları üçün iki-üç min manat pul tələb edilir...”

Lakin Kəlbəcər təhsilinin problemləri əslində heç də təkcə RTŞ-nin yarıtmaz fəaliyyəti nəticəsində formalaşmayıb. DİA.AZ-a daxil olan şikayət məktubunda Kəlbəcər Rayon İra Hakimiyyətinin bəzi məmurları tərəfindən yol verilən neqativ hallara, vətəndaşların hüquqlarının mütəmadi olaraq pozulmasına, rüşvətxorluq və digər korrupsiya əməllərinə diqqət yönəldilir. Xüsusi olaraq qeyd olunur ki, rayonun təhsil sisteminin tənəzzülə uğramasında da bu məmurların böyük “xidmətləri” var.

Şikayətçilərin öz naraqzılıqlarını bildirdikləri bu məmurların sirasında ilk olaraq adı çəkilən şəxs məsləhətçi Heydər Bəylərovdur. İlk növbədə məlumatda belə bir fakt diqqəti çəkir ki, müəlliflər H.Bəylərovun orduda xidmətdən yayınmasını iddia edirlər. Daha sonra şikayətçilər ərz edirlər ki, bu məmur vəzifəyə təyin olunmaqdan əvvəl mal-qara ticarəti ilə məşğul olub. Təbii ki, özü-özlüyündə bu peşənin irad tutula biləcək heç bir qüsuru yoxdur. Lakin şikayətçilər vurğulayırlar ki, bu iş H.Bəylərovun bütüm ömrü boyu məşğul olduğu yeganə peşədir. Bu səbəbdən də onun hazırda tutduğu vəzifənin öhdəsindən gələ bilmək üçün nə müvafiq təhsili, nə sərişəsi, nə də iş təcrübəsi yoxdur.

Bildirilir ki, hələ Kəlbəcər RİH-nin sabiq başçısı Vidadi Məhərrəmovun dövründən “icranın pul yığanı” kimi tanınmış Heydər Bəylərov qarşısına çıxan bütün problemləri təhdidlər, hədə-qorxular, zor və şiddət gücünə həll etməkdən fərqli bir üsul tanımır. Daha sonra məktubda qeyd olunur ki, Kəlbəcər rayon məktəblərinin direktorları bu gün də H.Bəylərova hər ay 50 manat “bac” verməkdə davam edirlər. Rayon üzrə 114 məktəbdən hər ay yığılan bu külli-miqdarda vəsaitin hara xərcləndiyindən bixəbər olan direktorlar yalnız onu bilirlər ki, bu pulu bircə dəfə gecikdirməklə, dərhal çağırılacaq şura iclasında əsil açıq hədəfə ceviriləcəklər. Lakin aldığımız məlumatlara əsasən, Kəlbəcərin məktəb direktorlarının aylıq “ödənişləri” heç də H.Bəylərova təhvil verilən 50 manatlarla məhdudlanmır. Mənbələr bildirir ki, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Novruz Çıraqovun direktorlardan aldığı “aylığın” məbləği hətta bundan iki dəfə də artıqdır. Məktubda xüsusi olaraq qeyd olunur ki, RİH-nin fəaliyyətində müşahidə olunan bütün korrupsiya əməlləri bu iki şəxsin nəzarəti və rəhbərliyi altında həyata keçirilir. Xüsusi maraq doğuan daha bir məqam isə N.Çıraqovun və H.Bəylərovun onlardan narazılıq ifadə edən vətəndaşlara qarşı istifadə etdikləri təsir vasitələri ilə bağlıdır. Bu xüsusda məlumatlarda qeyd olunur ki, bu iki məmur Kəlbəcər sakinlərini daima internet səhifələrində onların şərəf və ləyaqətlərinə xələl gətirə biləcək məlumatlar və video görüntülər yerləşdirmək xofu altında saxlayırlar.


Əlbəttə sual oluna bilər ki, bu cür video görüntüləri internetə yerləşdirmək üçün əvvəlcə onları əldə etmək lazımdır. Lakin bizə təqdim olunan məktubda məxsusi olaraq bu məqsədlər üçün N.Çıraqovun və H.Bəylərovun qolu zorlu qoçulardan ibarət kiçik bir dəstə belə saxladıqları vurğulanır. Daha sonra

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, H.Bəylərovun qardaşı Qurban Bəylərov da Gəncə Dövlət Universitetinin qiyabi şöbəsinin dekanı vəzifəsini tutmaqla, artıq sadəcə bir rayonun deyil, ümumilikdə ölkənin təhsil sisteminə “qurşaqdan aşağı” zərbələr vurmaqla məşğuldur. Qeyd olunur ki, qiyabi şöbə dekanı hətta özünə sessiyalarda iştirak etmək əziyyətini belə verməkdən imtina edib. Bununla belə hər imtahan sessiyası dövründə Qurban müəllimə çatacaq 1000 manat vaxtlı-vaxtında tədarük olunaraq sahibinə təhvil verilir. Həmçinin göstərilir ki, saxta diplom alveri də Q.Bəylərovun xüsusi gəlir mənbələrindən biridir. Diqqət edirsinizsə Qurban Bəylərovun, Məhyəddin Abdürəhmanovun, Novruz Çıraqovun və Heydər Bəylərovun fəaliyyətlərində oxşar cəhətlər çoxdur. Bu cəhətləri məlumatlarda təqdim olunan faktlarla tanış olarkən aşkar etmək olar:

“M.Abdürəhmanov həm əvvəlki illərdə attestat və şəhadətnamə ala bilməyən, həm də bu il məktəbi bitirən məzunlara təhsil haqqında sənədləri yaxın adamı olan Xəqani İbrahimovun əli ilə 50-80 manata satdırır. O, qəzet pulu adı altında ümumtəhsil məktəblərin müəllimlərinin hər birinin əmək haqqından 15 manat məbləğində pul tutdurur (xatırladım ki, rayonun məktəblərində 4 minə yaxın müəllim işləyir). İki həftə bundan əvvəl məktəb direktorlarının hər birindən hesablar alınıb, guya yığılan pullar yeni təyin olunmuş təhsil naziri Mikayıl Cabbarova veriləcəkdir. Təhsil işçilərini pul verməyəcəkləri halda işdən çıxaracağı ilə hədələyir.” Göründüyü kimi bütün hallarda rüşvət tələblərinin irəli sürülməsi təhdid və hədələrlə müşayiət olunur. Belə qənaətə gəlmək olar ki, bu gün onsuz da ərazisi düşmən tərəfindən işğal olunmuş Kəlbəcərdə tətbiq olunan idarəçilik üsulları birmənalı şəkildə əhalinin məmurlar tərəfindən məruz qoyulduqları zorakılıq və şantaj əsasında formalaşdırılıb. Bəs görəsən yeni nazirimiz Misir Mərdanov ənənəsini yaşadan bu kadrına necə reaksiya verir? Hər halda maraqlı olanı budur...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru