ELMAN RÜSTƏMOVDAN MÜĞƏNNİYƏ 100 MİN DOLLARLIQ HƏDİYYƏ
Tarix: 11-09-2013, 11:00 | Çap et
Bəzi məmurlarımızın haram yolla qazandığı, əslində xalqdan oğurladığı milyonları sağa-sola səpələməsi, eyş-işrətlə məşğul olması heç kimə sirr deyil. Hətta dövlət başçısı dəfələrlə bu mövzuya toxunaraq məmurlara xəbərdarlıq edib, milli-mənəvi dəyərlərimizə yad olan belə əməllərdən çəkinməyi məmurlardan tələb edib. Ancaq yenə də belə hallar baş verir.
Bu yaxınlarda adını çəkmək istəmədiyimiz iri bir məmur müğənnilərdən birinin evinin təmirinə 80 min manat pulu gözünü qırpmadan verib. Əlbəttə, əliaçıqlıq yaxşı şeydir. Ancaq halal zəhmətlə qazandığın pullardan. Yoxsa, xalqın cibinə gir, cəmiyyətdən oğurla və…hansısa müğənniyə bağışla. Bunun adı əliaçıqlıq deyil, tamam başqa şeydir…
Son vaxtlar müğənni xanımlara yüksək məbləğdə hədiyyə verən məmurlar arasında Azərbaycan Mərkəzi bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun da adı hallanır. Həm də söhbət 70-80 mindən deyil, bir neçə 100 min dollardan gedir.
Xanım müğənnilərin adı bizə məlum olsa da, onu dərc etməyi düzgün hesab eləmədik. Həm də müəyyən dəqiqləşdirməyə ehtiyac var. Bircə şeyi qeyd edək ki, "CIDIR” restoranı tərəflərdə bəzi məmurlarımız "öz atını sulayır”…
Bəs, Elman Rüstəmovda bu qədər pul haradandır..?
Elman Rüstəmov 20 ilə yaxındır ki, ölkənin bank sektoruna rəhbərlik edir.
Mərkəzi Banka rəhbərlik etmək həm kommersiya banklarının kreditləşməsini, həm də maliyyə sektorunda həyata keçirilən əməliyyatlara nəzarət etmək imkanı qazanmaq deməkdir. Baş bankirlik bunun sayəsində oliqarxlar üçün həmişə cəlbedici görünüb.
Qeyri-rəsmi hesablamalara görə, baş bankirin sərvəti dünyanın ən varlı biznesmenlərinin sərvəti ilə müqayisə olunur. Ancaq Elman Rüstəmov unutmamalıdır ki, o dövlət məmurudur və bizneslə məşğul olması qanunla yolverilməzdir. Hətta cinayət xarakterlidir…
Mətbuatda gedən məlumatlara görə, Elman Rüstəmovun sərvətlərinin illik artımı təxminən 20 faizdir. Üstəlik, bu artım faizi təxminən 20 il ərzində ölkənin monetar siyasətinə, başqa sözlə desək, pulun kəmiyyəti, kredit və faiz dərəcələri, mübadilə kursu ilə bağlı dövlət siyasətinə nəzarət edən şəxs üçün Azərbaycan şəraitində demək olar ki, normal sayılır. Məsələyə önəm verən odur ki, Elman Rüstəmov bu müddətdə müşahidəçilərin diqqətindən yayınmağa müvəffəq ola bilib. Mərkəzi Bankın rəhbərinin adı yalnız qalmaqallarda hallandıqdan sonra informasiya kanallarının nəzarət dairəsinə düşüb. Qeyd edək ki, E.Rüstəmov yaxın ətrafının maliyyə-bank sektorundakı strateji postlara yerləşdirilməsi qayğısına da qalır. Milli Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondu Elman Rüstəmovun nəzarətindədir.
Mərkəzi Bank rəhbərinin adının hallandığı qalmaqallardan daha çox diqqət çəkəni bankın əməkdaşlarının həbsinə səbəb olmuş 7 milyonluq mənimsəmə faktı oldu. Elman Rüstəmov özünü təmizə çıxarmaq üçün açıqlama verdi ki, baş verənlərdən onun xəbəri olmayıb. Bildirdi ki, məsələnin üstünü şəxsən özü açıb. Əlbəttə, bu sayaq açıqlamalar inandırıcı səslənmirdi.
Bundan əlavə Mərkəzi Bank rəhbərinin xarici öhdəliyi olan bir çox kommersiya banklarına "şapkalı” kreditlər ötürməsi faktları da mətbuata sızan bilgilər arasında xüsusilə nəzərə çarpır. Maraqlıdır ki, lap bu yaxınlarda milli banknotların çapına dair Avstriya Mərkəzi Bankı ilə bağlanmış müqaviləyə görə rüşvət faktı rəsmən təsdiqləndikdən sonra məsələ ilə bağlı Avstriya Mərkəzi Bankının Baş Şurası bankın vitse-qubernatoru Volfqanq Dukatsek işdən çıxarılsa da, Azərbaycan Mərkəzi Bankının rəhbəri "toxunulmaz” qala bilib.
İndi bildinizmi baş bankir müğənnilərə bəxşeyiş verdiyi 100 minləri haradan qazanır..? \ gundelik bakı \


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16 |
|
|
|
|