ELŞAD ABDULLAYEVİN "ARİSTOKRAT" TƏZAHÜRÜ
Tarix: 16-09-2013, 15:43 | Çap et
Dözülməz durumda, bir sıra çətinliklərlə üz-üzə olan Azərbaycan səhiyyəsinin bəzi özəl tibb mərkəzlərinin qiymətləri sadə azərbaycanlının nəinki aylıq, hətta illik gəlirləri ilə müqayisədə tərs-mütənasiblik təşkil edir. Belə səhiyyə müəssisələrindən biri də Molla Cümə küçəsi 16 ünvanında yerləşən “Aristokrat” Tibb Mərkəzidir. Həm klinikanın rəhbəri Rəhim Əliyev, həm də onun baş həkimi Telman Əmirovun qaçaq rektor, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rəhbəri Elşad Abdullayevlə indi də əlaqədə olması bir yana, bu səhiyyə müəssisəsinin fəaliyyətində ciddi nöqsanlar var. İlk öncə nəzərinizə çatdıraq ki, “Aristokrat” Tibb Mərkəzinin rəhbəri Telman Əmirov keçmiş deputat Səfiyar Musayevin yaxın qohumu – bacısı oğludur. Əvvəllər bu səhiyyə müəssisəsinin keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə məxsus olduğu bildirilirdi. Lakin sonradan məlum oldu ki, tibbi mərkəzi Elşad Abdullayevin qaynatası Hüseyn Əhmədovun klinikasıdır. Onu da əlavə etmək yerinə düşər – Azərbaycan Beynəlxalq Universitetinin stomatologiya fakültəsi vaxtilə bu klinikanın binasında yerləşib. “Aristokrat” Tibb Mərkəzinin fəaliyyətindəki kobud nöqsanlar səhiyyə müəssisəsində fəaliyyət göstərən allerqologiya, dermatologiya, hematologiya, tibbi onkologiya, pulmonologiya və terapiya, ginekologiya, mamaçılıq, ümumi cərrahiyyə, qulaq-burun-boğaz, plastik cərrahiyyə, urologiya, kardiologiya, tibbi laboratoriya, ortopediya, travmatologiya, rentgenologiya, ultrasonoqrafiya, reanimasiya və intensiv terapiya, eyni zamanda təcili tibbi yardım və evdə tibbi xidmət, neonatologiya, uşaq xəstəlikləri və uşaq cərrahiyyəsi şöbələrinin işində özünü göstərir. Belə ki, özəl səhiyyə müəssisəsinin qiymətləri “od püskürür”. Vay bura üz tutan kasıb müştərilərin halına – klinikada göstərilən tibbi xidmətlər fantastik dərəcədə elə şişirdilib ki, buranın müasir görünüşü, gözəl təmiri bəzilərində qorxu, əsəb yaradır. Şübhəsiz, pasiyentlər üçün əsas olanı münasib qiymətli tibbi xidmətdir ki, o da burda yoxdur. Bir sözlə, xidmət digər özəl klinikalardan olduqca bahadır. Digər özəl səhiyyə müəssisələrində mövcud olan 5-7 manatlıq analizlərə görə burada ən azı 25-30 manat ödəməlisən. “Aristokrat” Tibb Mərkəzinə üz tutanlar ciblərini geniş açmalıdırlar – qapını döyüb içəri girən hələ ilk “salam”a görə 30 manat ödəməlidir. Vay o gündən ki, burada cərrahiyyə əməliyyatı keçirəsən, onda 1750-2000 manat ödəməlisən. “Aristokrat”ın digər özəl tibbi müəssisələrdən keyfiyyət fərqi olmasa da, qiymətlərdəki fantastik şişirtmələr hər şeydən xəbər verir. Bahalıq qeydiyyatdan (25 manat) tutmuş, tomoqrafiya (30-200 manat arası), USM (15-50 manat), kardioqram (10-40 manat), qanda hepatit C-nin yoxlanılmasına (25-45 manat) qədər özünü göstərir. Hələ bunlar “ücüz” xidmətlərdir, başqa sahələr üzrə qiymətlər bundan da bahadır. Maraqlıdır, görəsən, səhiyyənin “Aristokrat”ı dövlət büdcəsinin doldurulması – vergilərin qanuni şəkildə ödənilməsi baxımından da aristokratdırmı? – Şübhəli görünür. Azərbaycanın bəzi özəl klinikaları kimi, “Aristokrat”ın da maliyyə şəffaflığı bir sıra sualların ortaya çıxmasına rəvac verir. Bu səbəbdən də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, habelə Vergilər Nazirliyindən xahiş edirik ki, tibb mərkəzi ilə bağlı 1 illik yoxlamalar həyata keçirilsin. Düzdür, Vergilər Nazirliyi yoxlamaları 3 illik həyata keçirir, amma əgər “Aristokrat”ın 1 illik fəaliyyəti ilə bağlı yoxlamalar aparılsa, kliniki mərkəzin necə “aristokrat” olduğu şübhəsiz ki, açıq-aydın üzə çıxacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16 |
|
|
|
|