Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

ELMAN RÜSTƏMOVA QARŞI ŞOK İDDİA
Tarix: 24-09-2013, 13:50 | Çap et
ELMAN RÜSTƏMOVA QARŞI ŞOK İDDİA
Milli Bankın sədri iki həftədən çoxdur ki, "Təzadlar"ın onun barəsində sensasiyalı şikayət məktubuna və bu məktuba əlavə edilmiş rəsmi sorğusuna cavab verə bilmir. Niyə?

"Təzadlar"ın bu ilin sentyabrın 2-də dərc olunmuş "Milli Bankın sədrini Qobustan RİH-in həbs olunmuş keçmiş başçısı ilə nə bağlayır?" başlıqlı yazıda imzası olan şəxslər yenidən redaksiyamıza məktub göndəriblər. Söhbət yenə də Qobustan RİH-nin bu yaxınlarda həbs olunmuş keçmiş başçısı Rafiq Alışovla Milli Bankın sədri Elman Rüstəmov və daha bir neçə vəzifəli şəxsin bəzi qanuna zidd əməlləri barədədir. Məsələ ondadır ki, şikayətçilər "Niyə Rafiq Alışovla az qala hər gün eyş-işrət məclisində bir olmuş Milli Bankın sədri Elman Rüstəmov, Şamaxının keçmiş icra başçısı, Milli Bankın hazırda Sumqayıt Ehtiyat Mərkəzinin direktoru işləyən Xudaverdi Lazımov indi onun müdafiəsinə qalxmırlar?", deyə sual edir, ardınca isə adı çəkilən şəxslərin həyat və fəaliyyəti ilə bağlı həqiqətən də şok iddialar irəli sürürlər. Bu dəfəki şikayət məktublarında daha çox Xudaverdi Lazımovla Elman Rüstəmovun barəsində iddialara yer ayıran şikayətçilər X.Lazımovun əvvəllər tutduğu vəzifədə qanunsuz fəaliyyət üstündə işdən çıxarıldığını, bunun səbəblərini və s. açıqlayıblar.

Bəs Elman Rüstəmov niyə sorğuya cavab verə bilmir?

Ölkə Prezidenti İlham Əliyevə ünvanlı şikayət məktubunun müəllifləri yenə də bir sıra ciddi ittihamlar səsləndiriblər və onların araşdırılmadan, qarşı tərəfin mövqeyi öyrənilmədən dərci indiki məqamda mümkünsüzdür. Hansı ki, ötən şikayət məktubunda da bu məsələlərə toxunmuşduq. İttihamlar sırasında isə Elman Rüstəmovun Rafiq Alışovla, Xudaverdi Lazımovla əvvəllər olmuş və R.Alışov həbs edilənə kimi davam etmiş bəzi münasibətlər, onların qumar və eyşt-işrət məclisləri və s. vardır.

Onu da deyək ki, şikayət məktubunda yenə də dilə gətiriləsi və ictimailəşdirilməsi qəti mümkün olmayan, adı çəkilənlərin şəxsi-ailə məsələləri, digər faktlarla bağlı elə məqamlar var ki, onların dəqiqləşdirilməsi, ittihamın nə dərəcədə həqiqətə uyğun olmasını müəyyən etmək üçün hələ sentyabrın 9-da "KİV haqqında" və "Məlumat əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq qarşı tərəfə göndərilmişdir. Daha doğrusu, həm həmin şikayət məktubunun surəti, həm də şikayətdəki bəzi korrupsiya və digər ittihamlara bir daha aydınlıq gətirilməsi üçün redaksiyanın rəsmi blankında bir neçə sualdan ibarət məktub da əlavə olunmaqla əməkdaşımız tərəfindən Milli Bankın sədri Elman Rüstəmovun ən çox etibar etdiyi, Milli Bankın Təhlükəsizlik Xidmətinin (Xidmətin Rüstəm adlı növbətçisinin yanında) Gülnarə xanım adlı rəisinə şəxsən təqdim olunub... Hətta Gülnarə xanım əməkdaşımıza bildirib ki, zərf açılmadan şəxsən Elman Rüstəmova təqdim ediləcək (Biz xəbərdarlıq etmişdik ki, şikayət məktubunda ailə və şəxsi həyat sirri ilə bağlı məlumatlar olduğundan qarşı tərəfin şəxsən özünə təqdim olunmalıdır).

Lakin qanunvericiliyin tələbləri baxımından müddət keçəndən sonra belə qarşı tərəfdən, yəni cənab Elman Rüstəmovdan xəbər çıxmadı, sorğuya cavab verilmədi...

Elman Rüstəmovun sürücüsünə verilən sorğu məktubu...

Şikayətçilər isə az qala hər gün redaksiyaya zəng edərək məktublarına cavab istəyirdilər. Biz isə onları arxayın edərək şikayət məktublarında qeyd etdikləri bəzi ittihamları araşdırmadan dərc etməyin mümkün olmadığını bildirmişik. Təbii ki, redaksiyanın həmin məlumatlarla bağlı sorğunu E.Rüstəmovun Təhlükəsizlik Xidmətinin rəhbərliyinə (poçt vasitəsi ilə göndərmək həm uzun vaxt alır, həm də it-bata düşür deyə bəzən bu mümkün variantdan da istifadə praktikası mövcuddur) çatdırıldığını şikayətçi tərəfə bildirilməsini, lakin hələ də qanunun tələb etdiyi müddət ötsə də sorğumuza cavab verilməməsi kimi qəzetin işgüzar nüfuzuna xələl gətirən məqamları da nəzərə almışıq. Hansı ki, belə hallarda şikayətçi artıq üz tutub etibar etdiyi KİV-dən imtina edir, gələcəkdə ona etibar etmir. Həmçinin oxucuda həmin KİV-in nüfuzunun aşağı olması təəssüratı yaranır.

Bütün bunların baş verməməsi, həmçinin oxucuda başqa yalnış təsəvvürlərin olmaması üçün "Təzadlar" olaraq vətəndaşların ittiham dolu şikayətlərinin qarşı tərəfə çatdırılması yolunda yorulmadan səy göstərdik. Təsəvvür edin ki, başqa KİV olsaydı, ən azı qarşı tərəfin laqeydliyini, sorğuya cavab vermək əvəzinə bilərəkdən susmasını nəzərə alıb həmin şikayəti olduğu kimi ictimailəşdirərdi. Lakin biz məsələyə soyuqqanlı yanaşaraq bütün imkanlardan istifadə etməkdəyik.

Onu da xatırladaq ki, bəzən KİV-lərlə bağlı məhkəmə çəkişmələrində qarşı tərəfin bəhanəsi bu olur ki, "Niyə bizim mövqeyi öyrənmədən dərc etmisiniz?". Buyurun, biz iki həftədir ki, Milli Bankın sədri Elman Rüstəmovun mövqeyini öyrənə bilmiriksə, niyə günahlı tərəf də olmalıyıq? Bəli, biz bu dəfə başqa yollar axtararaq həmin sorğunu və məktubu Elman Rüstəmovun sürücüsünə çatdırmalı olduq. Belə ki, E.Rüstəmovla yaxın qohumluq ləaqəsi olan jurnalist həmkarlarımızdan biri vasitəsi ilə həmin məktubu E.Rüstəmovun sürücüsünə çatdırdıq. Hətta bir neçə gün sonra həmkarımız özü zəng edib bildirdi ki, "Sürücü deyir ki, şəxsən Elman müəllimin özünə verdim, alıb baxdı, bir söz demədən kənara qoydu...".

Təsəvvür edirsinizmi, Azərbaycanda məmurlar bəzən KİV-i hansı yollara sürükləyirlər. Biz qanunun tələb etdiyi müddətdən iki dəfə də çox vaxt itiririk ki, bəlkə sorğumuza "hə-yox" cavabı alaq ki, gələcəkdə məhkəmə çəkişməsi ilə üz-üzə qalmayaq, "Niyə bizim mövqeyni öyrənməmisiniz?" kimi süni qınağa tuş gəlməyək... Amma hələ də səbrlə gözləyirik...

Xudaverdi Lazımov məktubu oxuyub şoka düşdü...

Qanunun tələbini nəzərə alaraq şikayət məktubunda adı çəkilən Milli Bankın Sumqayıt Ehtiyat Mərkəzinin direktoru Xudaverdi Lazımovla çətinliklə də olsa danışa bildik. Cənab X.Lazımov Sumqayıtda olduğundan onunla elə orada da görüşəsi olduq.

X.Lazımovu əvvəlcədən xəbərdar edərək onunla bağlı olan ittihamlara və digər dilə gətirilməsi mümkün olmayan faktlara hazır olmasını xatırladıb sonra söhbətə başladıq... Xudaverdi Lazımov şikayət məktubunu oxudu. Hər cümlədə əsəbləşdi, şikayətçilərin ünvanına sərt ifadələr işlətdi... Və nəhayət, imzalar baxdı, onların demək olar hamısını tanıdığını söylədi: "Axı mən onlara neyləmişəm ki, belə şeyləri yazırlar... İkincisi, onların mənimlə bağlı yazdıqlarının əsası yoxdur, gedin özünüz araşdırın... Yazırlar ki, guya mən Elman Rüstəmovun Çuxuryurddakı villasında onunla, həmçinin Rafiq Alışovla eyşt-işrətlə məşğul oluruq, qumar oynayırıq... Məgər mən qumar oynayan adama oxşayıram? Mən ömür boyu tutduğum yüksək vəzifələrdə bir manat da olsun rüşvət almamışam. Mənə şər atırlar. Prezident Heydər Əliyev məni Şamaxıya İcra başçısı təyin etdi... Bir neçə il sonra özüm ərizə yazdım ki, işləyə bilmirəm, yerli adam üçün çətindir. Və işdən çıxdım... Elman Rüstəmovun Çuxuryurddakı villasından yazırlar. Bu villa adi villadır, burda nə var ki... Yazırlar ki, guya mən Elman Rüstəmov və Rafiq Alışov həmin villaya gələndə ora bəzi xanımları gətirirəm... Mən seyid nəslindənəm, onları Allaha tapşırıram, tezliklə Allahın qəzəbinə gələcəklər...".

X.Lazımov daha sonra Rafiq Alışovla bağlı yazılanlara toxundu:

-Nə olsun, vaxtilə dost olmuşuq... İndi həbs olunub, onların duxu çatırsa, çöldə olanda yazaydılar. Özü də mən təxminən bilirəm bu işi kim qurdalayır... Eybi yoxdur, onun da cavabını verəcəyik...

***

-Rafiq Alışov həbsdən buraxılıb?

-Bəs Elman Rüstəmov niyə sorğuya cavab verə bilmir? \ tezadlar \

(Davamı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru