Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

“KURTLAR VADİSİ” İŞİNDƏ ŞOK GƏLİŞMƏ
Tarix: 28-09-2011, 13:10 | Çap et
“KURTLAR VADİSİ” İŞİNDƏ ŞOK GƏLİŞMƏ

HÜQUQ MÜDAFİƏÇİSİNDƏN HAKİMƏ AĞIR İTTİHAMLAR

DİA.AZ: - Ucar rayonunda baş verən özbaşnılalıqlarla, eləcə də bu rayonda peyda olmuş “Kurtlar Vadisi” adlı mafioz qrupla bağlı, habelə bu qrupun törətdiyi cinayət əməlləri ilə bağlı hələ keçənlərdə məlumat vermişdik. Son xəbərlərə görə, Ucar rayon məhkəməsində 26 sentyabr 2011-ci il tarixdə Hüseynov Fuad Oktay oğlu A R Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinirək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

Bu barədə məlumat verən hüquq müdafiəçisi Xasməmmədov Taleh Vidadi oğlu “Dünya” İnformasiya agentliyi redaksiyasına (diaaz.space) bildirib ki, Hüseynov Fuad əslində heç bir cinayət işləməyib və bütünlüklə bu cinayətdən xəbərsiz olub: “Fuad "Kurtlar Vadisi" adlanan mafiyanın qurbanıdır. Məhkəmə iclasında zərrçəkənlər və şahidlər bu cinayətin qondarma olduğunu etiraf etsələr də, həmin cinayətkar dəstənin üzvü olan hakim Çingiz İsgəndərov qərəzli olaraq ədalətsiz hökm çıxardı.

Çünki Fuad Hüseynova böhtan atan şəxsləri hakim vaxtında muzdla tutmuşdur. Həmin etiraflardan sonra biabır olmuş hakim mövqeyini dəyişmədən günahsız insanı həbsə atdı”.

Mənbənin məlumatına görə, hal-hazırda Fuada böhtan atan şəxs Cəfərov Akif Cəmşid oğlu Baş Prokurorluq və ya Ədliyyə Nazirliyi qarşısında intihar edəcəyini söyləyir.

Onu da bildirək ki, hüquq müdafiəçisi Xasməmmədov Taleh Vidadi oğlu Ucar rayon məhkəməsinin müvəqqəti hakimi İsgəndərov Çingizə mətbuat vasitəsilə çağırışda da bulunub. Həmin çağırışın mətnində deyilir:

“Məlumat olaraq bildirirəm ki, sənin icraatında olan “filan” saylı cinayət işi üzrə Fuad Oqtay oğlu Hüseynovun həbsinə maraqlı olmaqla daha çox dəridən-qabıqdan çıxmağına ehtiyac yoxdur. Belə ki, artıq sənin güvəndiyin dağlara qar da yağıb, dolu da! Özlərini “Kurtlar vadisi” adlandıran (əslində qurd mərd olar) mütəşəkkil cinayətkar dəstə bütün məkrli çirkin əməlləri ilə ifşa olunmaqla bu barədə müvafiq orqanlara məlumat verilib. İnşallah nəticəsi uğurlu olar ki, səndən də yan keçməz. Uzun illərdi ki, sən Zərdab və Ucar rayonlarında əsassız ittihamları və böhtanları tanımaqla mülki və cinayət işlərində çoxlu sayda əsassız qərarlar və qətnamələr qəbul etmisən. Başını kola soxmuş dəvəni anlayıram, səni yox, çünki, o heyvandır! Ədalətli olmağı bacarmadın düşünürəm ki, bu gündən etibarən ağıllanmaq üçün düşünəcəksən. Amma yenə də inanmıram, çünki, “qırxında öyrənən zindanda çalar” !

Sual edirəm: Hansı hakim zərəçəkənlərə pul paylayır? Hansı hakim “zərərçəkən”ləri, “şahid”ləri əzizləyib telefonla onlara vaxt ayırır? Hansı hakim “zərərçəkən”ləri və “şahid”ləri təlimatlandırır? Hansı hakim günahsızları həbs etmək naminə pul xərcləyir? Hansı hakim polisin sifarişini qanun bilir və hansı hakimi ittihamçıdan qorxur? Hansı hakim külli miqdarda rüşvət alır? Hansı hakim mafianın quluna çevrilib? Hansı hakim gecə-gündüz mənə təzyiqlər var deyir? Hansı hakim bu qədər vicdanını satıb?

Fuadın son məhkəməsindən əvvəl yalançı zərərçəkən Cəfərov Akif Cəmşid oğlunu xəstəxanada ziyarət edərkən “möhkəm ol, sona qədər belə davam et” deyə üzə durmağa vadar etdiyini və ona 10 (on) AZN manat verərək hələ dalı olacaq deməyini Akif və onun həyat yoldaşı məhkəmə iclasında sənə ünvanlayacaq. Əgər inkar etsən, səs yazın maddi sübutdurmu?

Adları sadalanmayan şahidlərin (hələlik özləri istəmirlər) telefonuna dəfəfələrlə zəng etməklə qiymətli vaxtını itirməyinə səni məcbur edən nədir? Bəs mənə deyirdin ki, “mən hakiməm səninlə görüşsəm, danışsam mənə nə deyərlər?” Sənə cavab vermişdim ki, “mən xoxan deyiləm ,qorxma”. Cavab verirəm: “yaxşı ki, səninlə görüşmək mənə qismət olmadı, axı mən sənin muzdla tutulmuş zərərçəkən və şahidlərindən deyiləm. Həm də ki, sənin gic fikirlərini özün ağılda insanlar dinləyər, mən yox” Etirazın olarsa səsini sənə dinlədərəm. Okeymi?

19.09.2011-ci il tarixinə təyin olunmuş məhkəmə icraatına yalançı zərərçəkəni dəvət etmək üçün al dilə tutaraq təsəlli verməklə həm də təlimatlandırırsan. Onun razılığın aldığın gün gecəni necə yatdın? Maraqdan hakimlər haqqında qanunu təkrar vərəqlədim, amma sən deyənləri anlamadım. Fikirləşdim yəqin həmin dərsi buraxmışam deyə özümdən şübhə etdim. MÖHTƏRƏM hakim! Həmin “zərərçəkən”in adboy verdikdən sonra gülməyini görsəydin ürəyin partlayardı (əgər arın qalıbsa). Bu səs yazısı da məndən sənə hədiyyə!

Eşitdiyimə görə aldığın rüşvətlərin bərəkəti yoxdur. Kimin yanında gözün kölgəlidirsə tutub əlindən alır. Səni bədxərc hesab edim, yoxsa səxavətli? Məncə sən “lox”san əziyyət çəkib alın tərilə qazandığın rüşvəti mafia ilə bölməyə də bilərsən. Çünki sən hakimsən onların “lox”u yox. Amma bir şeyi də bil ki, Ələkbərov Şahlarla (Polad Ələmdar) qazandığınız pullar qan puludur haaa! Ələkbərov Şahlar planı qurub, Əliyev Elçin bıçaq götürüb, Cəfərov Akif və Hüseynov Azadla birlikdə Ramil adli taksi sürücüsü ilə Gəraybəyli kəndinə gedərək Azad və Akif hər ikisi sol qollarını bıçaqla kəsərək daha sonra xəstəxanaya gediblər. Elçin xüsusi təyinatlı dəstəsi olan polislərə zəng edərək qurama hadisə barəsində məlumat verib və sonra bıçağı aparıb poçtun qarşısındakı kanalizasiya quyusuna atıb (burnunu tut). Aldığı tapşırığı “uğurlu” bitirdiyi barəsində böyüklərini xəbərdar edib. Vəssəlam, şüt tamam!

Anlamadınsa o zaman zərərçəkənlərin etiraf etdikləri video çəkilişlərə baxıb, audio səsləri dinləyərsən. Yəni “üç badam bir qoz”! Hüseynov Fuad Oqtay oğlu günahsızdır. Sən “üç badam bir qozla məşğul ol” digər meyvələrin yiyəsi gələcək, okeymi? Meyvə demişkən; prokurorluq-dakı meyvə kal olsa da, polisdə yetişmişlər var. Amma dadına baxmaq sənə qismət olmayacaq. Çünki sənin yorğanına görə deyil. Həm də etibar etməzlər, çünki “ətlərini yesən də, sümüklərini atmazsan” sən sümük toplamaqda qal, mən davam edim.

Bu günə qədər polis rəislərinin eləcə də sabiq poli rəisi Quliyev Ənvərin, rəis müavini Əhmədov İlhamın tapşırdığı və prokurorların ittiham etdikləri hansı şəxslər barədə ədalətli mühakimə aparmısan? Adlarını sənə sadalamaqdansa həmin siyahını sənə ünvanlamaq daha məqsədə uyğundur ki, öz çirkin əməllərini vərəqləməklə bəlkə yatmiş vicdanını oyatdın. Qorxduğun bir şey də olsun ki, vicdan ayılanda qapılar üzünə bağlanmış olar. Odur ki, tələs! Qorxma ki, bu tələsmək təndirə salar. Necə deyərlər gec olar güc olar! Bir də sənə bir şeyi xatırladım ki, sənin iş təcrübən çoxdur, üstündən uzun illər keçdiyi səbəbindən hakim andını unutmuş ola bilərsən , təkrarla. Bəlkə daha tez ayıldin. Məsləhət görürəm tələs! Bu gün tezdir sabah gecdir. Yenə də zənglərinə diqqət et və adamını tanı!

Ucar rayonunda Ələkbərov Şahlar (Qriqoryan İşğanın oğlu) Quliyev Ənvərin köməkliyi ilə mütəşəkkil cinayətkar dəstə yaradıb həmin dəstədə cinayətkar Əliyev Elçin, Hüseynov Azad, Gülarə, Nuranə, Esmira və digər çoxlu sayda insanlıqdan kənar vicdanını namusunu qəpik – quruşa satan şəxsiyyətsizlər də var. Həmin şəxsiyyətsizlərin saysız-hesabsız cinayət işlərini həyata keçirməklə yanaşı sənin hakimliyinlə keçirilən iclaslarda alçaqcasına dəfələrlə üzəduranlıq ediblər ki, bu da sənə gün kimi aydın olan faktdır. Sual edirəm həmin əxlaqsızlar hara? sən hara? Əlbir olmadığını da inkar edə bilməzsən. MÖHTƏRƏM hakim! Uzun sözün qısası “özü yıxılan ağlamaz” sənə Gülarə lazım idi?

Kərimov Sadiqin başına gələnlərə diqqət et: Yaxşı bilirsən Şahlar onu aldadaraq 58 000 (əlli səkkiz min) ABŞ dolları pulunu mənimsəyib artıq uzun müddətdir ki, sənin ədalətli qətnamə və qərarların səbəbindən hələ də pulunu geri ala bilməyib. Üstə gəl 08.iyul 2011-ci il tarixdə növbəti dəfə haqsız olaraq Kərbəlayi Sadiqdən 6900 (altı min doqquz yüz) dollar məbləğdə pul alınaraq Ələkbərov Şahlara verilməsi barədə qətnamə çıxarmısan. Bilirəm ki, Şahlar səndən çox bilmişdir, pulu səninlə bərabər bölməz amma payını da əsirgəməz. Kərbəlayi Sadiqin dindar halal bir insan olduğunu bilərəkdən niyə qərəzli mövqedəsən? Səncə onun ahı Allaha yetmir? Əgər burnundan gəlməzsə həmin haram pulları yeməkdə davam et...

Nuşirəvan və bayquşların söhbətini xatırla və nəticə çıxar. Yuxarıda qeyd etdiyim sualın cavabın mənə deyərsən. Niyyətim səni təhqir etmək deyil, səni özünə xatırlatmaqdır.

Yenə də gəl Allahdan ümidi üzməyək! Çünki, Allah böyükdür, rəhmlidir, ədalətlidir. Heç kim onun hökmündən xəbər tuta bilməz. Səninsə çıxardığın saxta hökmləri “El bilir, aləm bilir””.

REDAKSİYADAN: Yazıda adları keçən bütün şəxsləri dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru