Ağsuda maliyyə sistemi böhran həddində... - İTTİHAM VAR
Tarix: 17-05-2016, 09:23 | Çap et
 В«Ağsu rayonunda dövlətin maliyyə siyasəti düzgün şəkildə həyata keçirilmir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunmur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparmırlar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət etmir, israfçılığa yol verirlərВ». Bu sözləri gundelik-baku.com-a Ağsu rayon sakinləri bildiriblər. Məlumatlı şəxslər iddia edirlər ki, maliyyə idarəsinin rəisi Vaqif Hüseynov rayon rəhbərliyində təmsil olunan bəzi yetkililərlə, eləcə də icra başçısı Ənvər Seyidəliyevlə müvafiq razılığa gəldikdən sonra dövlət büdcəsindən maliyyələşən müəssisələrə ayrılan pulları qəsdən gecikdirir və bu vaxt ərzində həmin vəsaitdən öz maraqları naminə istifadə edir. Hazırda Ağsu rayonunda az qala bütün idarə və müəssisələrin, habelə büdcə təşkilatlarının Vaqif Hüseynovun əməllərindən təngə gəldiklərini qeyd edən mənbənin bildirdiyinə görə, Ağsu rayon Maliyyə İdarəsinin rəisi vəzifə başına keçdikdən bir qədər sonra bütün idarə və müəssisə rəhbərlərinə onun razılığı olmadan işə adam qəbul etməməyi tapşırıb: В«Vaqif müəllim bütün qurumların rəhbərliyinə xəbərdarlıq edib ki, əgər onun məlumatı olmadan kimisə işə götürsələr, o zaman onların hər birində yoxlama aparıb, bütün yeyinti faktlarını üzə çıxaracaq. Bu gün Ağsuda əksər büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını işə yazdırıb, sonra da onların əmək haqqlarını özlərinə götürürlər. Maliyyə idarəsinin rəisi öz növbəsində bundan xəbər tutduqdan sonra həmin işə götürülənlərə şərik olmağa başlayıb. Yəni o alınan əməkhaqlarının yarısını özünə istəyir. Əks təqdirdə, yoxlama aparacağı ilə qarşı tərəfi hədələyirВ». Mənbə bildirir ki, idarə rəisi icra hakiminə güvənərək özbaşına işlərə imza atır: В«Bu adam əvvəllər İsmayıllı rayon maliyyə idarəsinin rəisi işləyib. Uzun illər rayonun maliyyə sektorunu çökdürüb. İsmayıllı hadisələrindən sonra onu mənimsəmə əməliyyatlarında mahir olduğu üçün Ağsu rayonuna dəyişdilər. Rayonda bütün idarə və müəssisələr üçün ayrılan maliyyə vəsaitlərinə görə Hüseynov müəyyən faizlər tələb edir. Məsələn, rayondakı uşaq bağçalarından nəysə umur. Bundan başqa, Ağsudakı MMC-lərin əksəriyyəti maliyyə idarəsinin rəisinin və icra başçısının yaxın qohumlarının adınadır. Rayonda keçirilən bütün tenderləri məhz bu MMC-lər udur. İdarə rəisinin təhsil şöbəsi və xəstəxana rəhbəri ilə də ortaq qaranlıq işləri varВ». Növbəti yazımızda Vaqif Hüseynovun mülklərinin siyahısını dərc edəcəyik. Ümidvarıq ki, nazir Samir Şərifov bu məlumatlarla tanış olduqdan sonra Vaqif Hüseynovun fəaliyyətini nəzarətə götürüb onun barəsində müvafiq tədbirlər həyata keçirəcək. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12 |
|
|
|
|