Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                 

Aslan Aslanovun oğlunun ölümünə görə ömürlük cəza alan Vüqar Əliyevə dəhşətli içgəcə verilib - Qapalı həbsxanadan işgəncə sədaları
Tarix: 15-06-2016, 11:01 | Çap et
Aslan Aslanovun oğlunun ölümünə görə ömürlük cəza alan Vüqar Əliyevə dəhşətli içgəcə verilib
Şəmkirin sabiq icra hakimiyyəti başçısının oğlunun qətlində günahkar bilinərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev Qobustan həbsxanasında aclıq akasiyası keçirir. Ona qarşı həbsxanada insanlığa sığmayan işgəncələr verilir. Vüqar Əliyevin anası Məlahət İsmayılova redaksiyamıza müraciət edərək bildirib ki, oğlu haqsız yerə həbsxanada ömürlük cəza çəkdiyi üçün aclıq keçirir: “Həbsxana rəhbərliyi də istəmir ki, oğlum aclıq aksiyası keçirsin. Oğlum aclıq aksiyası keçirəndən sonra kamerasında bir şünür tapırlar və deyirlər ki, kamerada qanunsuz əşya saxlayıb. Bundan sonra Vüqarın saxlanıldığı kameranı dağıdıblar”. Məlahət İsmayılova qeyd edib ki, Vüqarı başqa bir korpuya köçürmək istəyiblər: “Həmin korpusda da vəziyyət çox acınacaqlıdır. Vüqar deyir ki, məni o korpusa aparan kimi özümü öldürəcəm. Oğlum deyir ki, məni karsa salın, orada mən aclıq keçirəcəm. Həbsxanada iki işçi var. Onlara deyib ki, dedikləri korpusa getmiyəcəm, ya məni kamerama aparın, ya da karsa salın. Vüqar dirəşdiyi üçün karsa salıblar. Vüqarı karsda əlini qandalla stola bağlayıblar və sonra da başını keçəl qırxıblar. Sonra yenidən Vüqarın əllərini də, ayaqlarının da kravata qandallayıblar. Bu işgəncə tədbirlərini həbsxananın Namiq adlı əməkdaşı həyata keçirib. Bu əməliyyatda qapalı həbsxananın rejim rəisi Emin adlı şəxs də iştirakçı olub. İki gün karsa da saxlayandan sonra görüblər ki, Vüqarın huşu itib. Vüqar bir damcı su istəyib, ona su da verməyiblər. Sonra əl-ayağını açıblar, amma yenə də 5 gün karsda saxlayıblar. Bu 5 gün ərzində oğlum nə çörək yeyər, nə də su içər. 5-ci günü gələndən görüblər ki, oğlum karsda yıxılıb”. “Dedilər ki, oğlum danışmaq istəmir” Məhkumun anası bildirib ki, həmin vaxt Vüqarın yanına həbsxananın həkimləri gəlib: “Həkimlərə imkan verməyiblər ki, oğlumu müayinə etsin. Həkimlər qorxuya düşüblər və Bakıda Şamil həkim var, onu çağırıblar. Vüqara sistem vurublar, bir müddətdən sonra oğlum özünə gəlib. Vüqarın əsəbləri pozulub, ürəyində problemləri var”. Məlahət İsmayılovanın sözlərinə görə, mayın 31-də Vüqarın karsa salınması barədə xəbər alıblar və bundan sonra həbsxana ilə telefon vasitəsi ilə əlaqə saxlayıblar: “Orada mənə dedilər ki, belə bir şey yoxdur. Onlara oğlumla danışmaq istədiyimi bildirdim. Dedilər ki, oğlum danışmaq istəmir. Onlara bildirdim ki, hər yerə şikayət etmişəm, məni oğlumla danışdırın”. “Vüqar mənə yox, heç nə ilə cavab verirdi” Məhkum anasının bildirdiyinə görə, ertəsi gün Pentensiar Xidmətlə əlaqə saxlayıb: “Baş idarədəndə həbsxanaya göstəriş verilib. Bundan sonra həbsxanadan mənə zəng etdilər və bildirdilər ki, Vüqar özü danışmaq istəmir. Sonra Vüqarla danışdım. Hiss etdim ki, Vüqarın vəziyyəti pisdir və suallarıma cavab verə bilmir. Vüqardan ağrı hissi keçirdiyini soruşdum. Vüqar mənə yox, heç nə ilə cavab verirdi. Mən də israrla soruşurdum ki, niyə belə danışırsan. Sorşdum ki, oğlum əlini qandallayıblar. O da mənə “hə” cavabını verdi. Bu zaman oğlumun yanında dayanan nəzarətçi telefonu aldı. Vüqarın “nə var onu deyəcəm, onsuzda mamam bura gələcək” deməsini eşitdim. Sonra Vüqara dedim ki, oğlum səbirli ol, özüm ora gələcəm”. “Oğlum sifarişlə 13 ildir həbsxanada yatır” Məlahət İsmayılova qeyd edib ki, Vüqarın vəziyyəti daha da pisləşib və onu həbsxanada olan müalicə müəssəsisinə aparıblar: “İki gün oğlum müalicə müəssiəsində qalndan sonra həbsxana rəisi Fikrət Qafarovun qəbuluna getdim. Rəis mənə dedi ki, belə bir şey olmayıb. Ona dedim ki, kamerada nə tapıbsız, onu da əməkdaşlarınız satıb. Oğlumu heç cürə ittiham edə bilməzsiz. Rəis dedi ki, kameradan şunur tapılıb. Həmin şunurda üz qırxan maşının şunurudur. İndi görün, bu şunurun üstündə oğluma problem yaradırlar. Fikrət Qafarova dedim ki, oğlumu karsda əli-qolu qandallı saxlasanız, mən sizi bağışlamaram. Karsın özü elə işgəncə yeridir, daha əlayağını niyə bağlayırsız? Karsda məhkumun əl-ayağı bağlı saxlanılması hansı qanunda yazılıb? Fikrət Qafarov deyib ki, onun karsda Vüqarın karsda əl-ayağının bağlı saxlanılmasından xəbəri yoxdur. Oğluma işgəncə verənlərdən müvafiq qurumlara müraciət edəcəyimi rəisə bildirdim. Dedim ki, oğlum sifarişlə, günahsız yerə 13 ildir həbsxanada yatır, kimdən pul alıb ona belə dəhşətli işgəncə verirlər. Oğlumu ölümlə üz-üzə qoyublar. Kamerada oğlumun bütün əşyalarını da dağıdıblar və yarasız hala salıblar”. “Bu haqsızlığı hara yazmaq olar?” Məlahət İsmayılova əlavə edib ki, bütün bu təzyiq və işgəncələrdən sonra Vüqarın səhhətində ciddi problemlər yaranıb və bunu görən həbsxana rəhbərliyi onu müalicəyə göndərmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, Vüqar Əliyev iyunun 7-də Penitensiar Xidmətin Müalicə Müəsissəsində onlarla görüşüb: “Vüqar iyunun 4-dən müəssisədə müalicə alır, səhhətində ciddi problemlər var. Həkimlərin dediyinə görə, müalicəsi azı, 45 gün davam etməlidir. Mənim sağlam oğlumu hansı vəziyyətə salıblar ki, öz əlləri ilə müalicə müəssisəsinə aparıblar. Bu haqsızlıqdır. Ermənini tutub gətirirlər, başını siğallayıb geri qaytarırlar. Amma mənim oğlumun başına ən pis oyunu açırlar. Bu haqsızlığı hara yazmaq olar?”. “Oğluma 700 manata telefonu satırlar” Məlahət İsmayılova bildirib ki, oğlunun baçına gətirilən işgəncə faktı ilə bağlı prezdent İlham Əliyevə, baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova və ombudsman aparatında müraciət ediblər: “Oğlumun başına gətirilən bu işgəncəni belə özbaşına buraxan deyiləm. ombudsman aparatında qaynar xətt vasitəsi ilə Rəşid müəllimlə də danışmışam. Pentensiar Xidmətin baş idarəsində müvafiq şəxslə danışmışam. Həmin şəxs mənə dedib ki, içəridə telefon söhbəti olub, oğlun içəri də telefonla danışıb. Ona dedim ki, oğluma telefonu həbsxananın Nizam adlı əməkdaşı satıb. Sonra həmin şəxs dedi ki, nəşə satıblar. Dedim ki, sən hardasan, dedi azadlıqdayam. Bəs oölumun harada olduğunu soruşdum, dedim ki, oğlum qapalı müəssisədə saxlanılır, ona telefon keçirməsələr, o da telefonla danışmaz. Dedim ki, telefon içəri keçirmək qanunsuzdur, on da oğluma orada torba tikiblər. Oğluma 700 manata telefonu satırlar. Sonra da oğluma deyirlər ki, telefonu hamamdan tapdığını etiraf elə”. “Buna cavabdeh Aslan Aslanov və onun oğlu Turqay Aslanovdur” Məlahət İsmayılova qeyd edib ki, ömürlük cəza alan oğluna yeni ittihamlar irəli sürmək istəyirlər. Onun sözlərinə görə, istintaqı aparlanrdan oğlunun işini düzgün aparmağı tələb edib: “Müstəntiqlə görüşdük və o bildirdi ki, oğlumu əlavə olaraq 6 ay cəza gözləyir. Müstəntiqə dedim ki, oğlum ömürlük cəza çəkir. Biz indi ömürlük cəza alan oğluma 6 ay cəzanın verilməsi ilə bağlı qərarı gözləyirik. Həmin qərardan şikayət eədəcəyik”. “Aslan Aslanovun oğlu Turqay Aslanov Ədliyyə Nazirliyində çalışır. Qorxuram ki, bu məsələlərin arxasında onun əli olsun. Oğlumu hər hansı yolla aradan götürə bilərlər. Odur ki, mətbuat vasitəsilə, bütün aidiyyəti orqanlara çatdırıram ki, əgər oğlumun başına bir iş gəlsə, buna cavabdeh Aslan Aslanov və onun oğlu Turqay Aslanovdur”, -deyə məhkumun anası bildirib. Azadlıq ümüdü Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı, daha sonra Kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovun ölümünə görə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyevə isə müddətli cəza alıb. Sözügedən ölüm işlə əlaqədar təxminən 13 illik həbsdə saxlanılan Lamiyə Quliyeva azadlığa çıxdıqdan sonra özünü bu cinayətdə günahsız bilən Vüqar da xeyli ümidlənib. Buna görə də keçən ildən başlayaraq, azadlığa çıxmaq uğrunda mübarizəyə başlayıb. Ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanıldığı Qobustan qapalı həbsxanasında etirazın yeganə formasını aclıq aksiyası keçirməkdə görən Vüqar Əliyev həbsxana əməkdaşları tərəfindən təzyiqlərlə üzləşib. Hər gün kars, işgəncə Vüqar Əliyev keçən il oktyabrın 3-də aclıq etdiyi üçün 5 gün, noyabrın 30-da keçirdiyi aksiyaya görə isə 10 gün “kars” cəzası alıb. Bu il mayın 21-də isə Qobustandakı qapalı həbsxanada yenidən aclıq aksiyası keçirdiyi üçün 10 sutka ”kars”a salınıb. Cinayətin tarixçəsi Xatırladaq ki, Vüqar Əliyev o dövrdə nişanlısı olmuş Lamiyə Quliyeva ilə birlikdə yaşadıqları Şəmkir rayonunun icra başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il (hadisə baş verərkən Lamiyənin 16 yaşı tamam olmamışdı və qanun yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq cəza verilməsini qadağan edir) azadlıqdan məhrum edilmişdi. Həbsxanada olduğu müddətdə Lamiyə Quliyevanın cəzası daha iki dəfə artırılmış, 2015-ci ilin əvvəlində o, cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirəndən sonra azadlığa buraxılmışdı. Vüqar Əliyev günahsız olduğunu bildirir və işinə yenidən baxılması, ömürlük cəzanın müddətli həbslə əvəz olunması üçün dəfələrlə aidiyyəti orqanlara müraciət edib. İllərin işgəncələri Xatırladaq ki, son vaxtlar Qobustan Həbsxanasında dözülməz şərait yaranıb. Pentensiar Xidmətə Nazim Ələkbərov rəhbərlik edən dövrdə Qobustan Qapalı Həbsxana əməlli-başlı işgəncə yuvasına çevirilmişdi. Həmin dövrdə həbsxanaya rəhbərlik edən Kazım Abdullayev həbsxanada ömürlük məhkumlara zülm edirdi. Onun zülümündən bezən məhkumlardan özünü asanlar da olmuşdu. Hətta həmin dövrdə ömürlük məhkumlardan biri kamerada diri-diri yandırılmışdı. Amma Mədət Quliyev bu qrumu rəhbər təyin olunandan sonra cəza çəkmə müəssisələrində vəziyyət qisməndə olsa nəzarətə götürüldü. Belə olan halda da qapalı həbsxanalardan şikayətlərin sayı azalmağa başladı. Kadr ishalatları çərçivəsində Mədət Quliyev bir sıra cəza çəkmə müəssisələrinin rəhbərlərini ədliyyə orqanlarından qovdu. Bunlardan biri də Qobustan Həbsxanasının rəisi Kazım Abdullayev olub. Töhmətlə vəzifəsindən kənarlaşdırılan Kazım Abdullayev həmçinin ədliyyə orqanlarından da xaric edildi. Bundan sonra Qobustan Həbsxanasına rəis ədliyyə polkovniki Fikrət Qafarov təyin edilib. Yeni rəis nə vəd edir? Mədət Quliyev Pentensiar Xidmətinin rəisi vəzifəsindən çıxarılandan sonra cəza çəkmə müəssisələrində yenidən özbaşınalıq hökm sürməyə başlayıb. Bu günlərdə Qobustan Həbsxanasından həyəcanlı xəbərlər gəlməyə başlayıb. Həbsxanada cəza çəkən ömürlük məhkumlara işgəncə verdiyi iddia olunur. O da iddia olunur ki, Mədət Quliyevin xidmətdən kənarlaşdırdığı şəxslər yenidən Qobustan Həbsxanasına rəhbər səviyyə gətirilib. Bu da işgəncə faktlarının artması ilə bağlı iddiaları ortaya qoyur. Ötən həftə Pentensiar Xidmətə yeni rəis təyin olunub. Bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib. Ceyhun Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, Penitensiar Xidmətin bundan əvvəlki rəisi Mədət Quliyev olub. Mədət Quliyev Azərbaycan Geri Respublikası Prezidentinin 20 oktyabr 2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru