“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı .....                     Dövlət qurumunun 390 minlik tenderinin .....                     Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər .....                     39 dərəcə isti olacağı gözlənilir .....                     Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi .....                     Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb .....                     Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor .....                     Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir .....                     Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək .....                     Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? .....                     Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” .....                     Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir .....                     Ermənistanda cəmi iki nəfər sülh istəyir: .....                     İranın məqsədi regional prosesləri bloklamaqdır .....                     Qəlp çıxan `QIZIL ZƏMANƏT`... .....                     "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." .....                     Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                     Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı .....                     Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? .....                     Azərbaycan Suriyaya qazın həcmini artıra bilər .....                     Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır .....                     Araz Abdullayev evləndi .....                     Qarabağda göründü, üç ölkəyə göndərildi .....                     SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub .....                     “Tramp dəhlizi” üçün təhlükə .....                     Azərbaycanda bu şirkətə baş direktor seçiləcək .....                     Valideyn övladını məktəbə yola salmaq üçün .....                     “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” .....                     Pulyeyən məmurun DASTANI... .....                     Qobu bələdiyyəsinin “mələkləri” kimdir? .....                     İran, Əməvilərin yolunu gedir .....                     Naxçıvan "canişinliyinin" siyasi reallığı .....                     Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir .....                     “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı .....                     Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər .....                     Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? .....                     Deputatın borc içində üzən şirkəti TENDER UDUR .....                     “Rusiyadan hər cür təxribat gözləmək olar” .....                 

“Adı şəhid ailəsinə köməkdir, amma…” - xəstə heyvanları nə sata, nə də qaytara bilirlər
Tarix: 28-11-2022, 10:14 | Çap et
“Adı şəhid ailəsinə köməkdir, amma…”
Ağdaşın Qarağan Şıxlar kənd sakini, şəhid ailəsi Dəyanət Abdülrəhimov özünəməşğulluq proqramından yararlansa da, problemlərlə üzləşdiyini deyir.

O, Meydan TV-yə deyib ki, bu proqram üzrə gözləntiləri özünü doğrultmayıb.

2022-ci il iyulun 27-də ona Ağdaş Rayon Məşğulluq İdarəsindən 4 min manat dəyərində 3 baş inək verilib, amma bir ay tamam olmamış heyvanlardan biri qəflətən ölüb.

Dəyanət Abdülrəhimov digər iki heyvanın da yaşlı və xəstə olduğunu deyir və düşünür ki, bu heyvanların onun təsərrüfatına töhfə verəcəyinə inanmır.

Ağdaş sakini bu barədə dərhal aidiyyəti qurumlara məlumat versə də, ona belə cavab verilib: “Təhvil almısan, bir il tamamına qədər bax, sonra satarsan”.

“Mənə verilən üç inəyin biri xəstə idi deyə 25 gündən sonra öldü. Ağdaş Rayon Məşğulluq İdarəsinə məlumat verdim. Dedilər ki, şənbə günü olduğu üçün gələ bilmərik, özünüz inəyin orqanlarını çıxarın və aparıb Qida Təhlükəsizliyi Agentliyinə verin. Sonra cavabı gətirin. Mən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “qaynar xətti”nə zəng vurdum. Dedilər ki, bizlik deyil. Rayonda da dedilər ki, onsuz da heç kimə ölmüş heyvanın yerinə yeni heyvan verilməyib, bu, mümkün deyil. Üç inəyin biri nisbətən sağlamdır, digəri isə 4 aydır ki, baytar gətirib müalicə etdirirəm. O da xəstədir, düzəlmir. Bir ay tamam olmamış qaytarmaq istədim. Dedilər ki, müqavilədə elə bir şey yoxdur, azı bir il heyvanlara baxmalısınız. Adı şəhid ailəsinə köməkdir, amma ziyandan başqa bir şey deyil”, – deyə o bildirib.

“Nə sata bilərəm, nə qaytara…”

Ağdaş sakini ona dəymiş ziyanı ötən dörd ayda heyvanlara çəkdiyi müalicə və yem xərcləri ilə əlaqələndirir.

Deyir ki, üç inəklə bərabər ona 65 ədəd ot bağlaması verilməli idi, amma hər bağlamaya görə 2 manat 70 qəpik civarında nəğd pul ödənilib: “Ot bağlaması bundan iki dəfə bahadır, yəni qiyməti 5-6 manatdır. İnəklər də qısırdı, hətta doğuma yararsızdırlar. Yəni 4 aydır ki, balasız, südsüz inəklərə pul xərcləyirəm. Hələ bir il də onlaraməcburi baxmalıyam”.

O, indiyə qədər çəkdiyi və çəkəcəyi xərcin faydasız olacağından narahatdır: “Amma müqaviləyə əsasən, çarəsizəm, heyvanları nə geri qaytara bilirəm, nə də sata”.

Onun sözlərinə görə, heyvanları satmaq da mümkün deyil: “Tanıdığım kasıb bir ailə var. Ona verilən xəstə, yaşlı inəklərdən ikisini məcbur qalıb xəlvətcə satdı: birini 400 manata, digərini 600 manata. Çünki öləcəkdilər. Ona görə də satıb ikisinin yerinə zəif də olsa, sağlam inək aldı. Əslində, bu, doğru addım idi, amma müqaviləyə görə bir il gözləmək məcburidir”.

“İndiyə qədər ota 1000 manatdan çox pul xərcləmişəm. Guya bu üç inək balalarıma, ailəmə aztəminatlı ailə kimi yardım idi, əksinə balalarımın boğazından kəsib ot alıram, müalicə etdirərəm. Gələn ilin iyuluna qədər belə olmalıdır, əlimdə ölən heyvana dair aktım, xəstə heyvanla bağlı şikayətim var. Ancaq baxıb, hüquqi qiymət verən yoxdur”, – deyə o bildirib.

“Xəstə, cılız, yaşlı qoyunları seçib verdilər”

Özünəməşğulluq proqramından yararlanan digər bir Qarabağ qazisi, Göyçay sakini Vüqar İsayev də eyni durumla üzləşdiyini bildirib.

O deyir ki, 2021-ci ilin avqustunda ümumi dəyəri 3600 manat olan 21 baş qoyun alıb. Qoyunları isə mərkəzin əməkdaşları heyvan bazarından özləri seçərək alıblar. Amma bir il tamam olmamış heyvanların üçü xəstəlikdən ölüb, digrlərini şəxi vəsaiti ilə müalicə etdirib:

“Nə ölü, nə də xəstə heyvanlar barədə aidiyyəti orqana müraciət etmədim. Çünki yenisini alacağına ümidim yox idi. Amma 6 ayın tamamında qoyunlara baş çəkməyə gələn əməkdaşa vəziyyəti izah etdim. O da bildirdi ki, müqaviləyə əsasən bir ilə qədər baxmaq və satmamaq öhdəliyiniz var”.

Vüqar İsayev indiyə qədər heyvanların dərmanına 100 manat xərc çəkdiyini deyib: “Baytar gəlib baxdı və dedi ki, bu heyvanların ciyəri sıradan çıxıb. Bunlara güclü müalicə və yem lazımdır. İndiyədək 400 kq yem də veriblər. Onunla birgə heyvanların qiymətini 4 min manat hesablayırlar. 6 ayın tamamında gəlib, baxdılar. Qoyunun biri ondan əvvəl, digər ikisi ondan sonra öldü. Bir il tamam oldu, amma heç kim gəlib baxmadı. Əslində isə yoxlamalı idilər. 18 qoyundan cəmisi dördü bala verib, digərləri bir ildə qısırdı. Amma mən aztəminatlı ailə kimi aldım ki, bir ildə təsərrüfatı artırım, iqtisadi gəlirim olsun. Ancaq belə heyvanlarla çətin ki, gəlir olsun”.

“…1000 manat pul istədilər”

İsmayıllı sakini İlham Mahmudov 4 il öncə Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına müraciət edib.

Deyir ki, ondan rüşvət də istəyiblər. O da vermədiyinə görə növbəsi uzanır. Üç uşaqla işsiz dolanışıq isə onun üçün çətindir: “4 ildir ki, İsmayıllı Rayon Məşğulluq İdarəsində özünüməşğulluq proqramına yazılmışam. İlk 2 il bizə baxış keçirildi və 1000 manat pul istədilər. Pulu verə bilmədiyimizə görə bizə heyvan vermədilər. Məndən sonra kənddə neçə ailəyə verdilər. Hamısından da 800-1000 manat pul alıblar. İki ildir yenidən yazılmışıq və hazırda növbədə 166-cı adamam. Hələ baxış da keçirilməyib. İki oğlum, bir qızım var. Qız ali təhsil alır, oğlanlar 3-cü və 10-cu sinifdə oxuyur. Necə dolanım, kimə müraciət edim, bu üç uşağı işsiz necə saxlayım?”

“Heyvanların zəif, xəstə görünməsi daha çox qaraciyər serrozundandır”

Baytar Renat Mustafayev bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarda xəstəliklər bəzən öncədən bilinmir: “Yerli sort heyvanlar mühitə uyğunlaşdığından xəstəliklərə qarşı dözümlü olur, xarici sortlar isə əksinə. Heyvanlarda isə daha çox yay mövsümündə xəstəlik üzə çıxır və ölüm faktı olur”.

Onun sözlərinə görə, o tip heyvanlarda müxtəlif gənə xəstəlikləri, yəni qan parazitləri daha çox üstünlük təşkil edir: “Beş-altı xəstəlik yaradır. 14 gün səssiz gedir xəstəlik və qanda parçalanma olur. Buna görə yayda heyvanlar arasında ölüm xəstəliyi daha çox olur. Yerli sort heyvanlar bu cür xəstəliklərə hardasa dözümlü olur, xaricdən gətirilmiş heyvanlar dözmür. Bu səssiz gedən xəstəlikdir deyə təsərrüfat sahibi bunu hiss etmir. Dezinfeksiya və müalicəvi profilaktik tədbirlər görülməlidir. İl ərzində 4-5 dəfə heyvana qara və ağ ciyərinə görə dərman verilməlidir. Gənələr əsasən otdan və sudan düşür. Heyvanların zəif, xəstə görünməsi daha çox qaraciyər serrozundandır. Bruselyoz, vərəm xəstəliyi də müşahidə olunur”.

Mütəxəssis deyir ki, əslində, proqram çərçivəsində verilən heyvanlar öncədən yoxlanışdan keçirilməlidir. Əksinə, vətəndaşa verildikdən sonra baytar yoxlanışı olur ki, bu da vətəndaşa problem yaradır:

“Vətəndaşa verilən heyvanlar baytar mütəxəssislərlə yoxlanılıb verilməlidir. Bəzən vətəndaşlar pulsuzdur deyib sevinərək alır, ancaq sonra xəstəliklər aşkarlanda peşman olur. Ancaq vətəndaşa heyvan təhvil verildikdən sonra sahə baytar həkimi tərəfindən qan və nəcis nümunələri götürülür, laboratoriyaya göndərilir. Nəticəsi də müəyyən müddətdən sonra çıxır. Düzü, nə xəstəlik çıxsa da, artıq sonrası vətəndaşa qalır, yəni heyvanı geri qaytara biləcək, ya yox. Amma sağlam çıxarsa, və sonrakı müddətdə ölərsə, artıq vətəndaşın boynunda qalır. Bəzən isə baytarın səhlənkarlığı olur, yoxlamır, nəzərdə tutulan müddətdə – 15 gün ərzində gecikdirilir. Məsələn, təcrübəmdə bir nəfər heyvanları xəstəlik aşkarlandığı üçün dərhal qaytardı”.

Dövlət Məşğulluq Agentliyi: “Heyvanlar təqdim olunmazdan əvvəl müvafiq yoxlamalardan keçirilir”

Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentindən Meydan TV-nin şikayətlərlə bağlı sorğusuna cavab verilib.

Bildirilib ki, indiyə qədər özünüməşğulluq proqramı çərçivəsində dövlətin əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərdən 61,304 nəfər bu proqrama cəlb edilib. Onların da 40,4 mini (67,8 %) kənd təsərrüfatı istiqaməti üzrə olub.

Agentlik qeyd edib ki, özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir:

“Fermalarda heyvanlara Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən kliniki baxış keçirilir və daha sonra heyvanlar karantinə alınırlar. Karantin müddəti bitdikdən sonra Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt təqdim edildiyi təqdirdə heyvanların ölkə üzrə paylanışı həyata keçirilir. Paylanış zamanı isə heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt da tərtib olunur. Paylanan heyvanların bruselyoz, tuberkulyoz və quduzluq xəstəlikləri ilə əlaqədar müayinədən keçməsi ilə bağlı sertifikatları da mövcuddur. Heyvanlar isə həm yerli, həm də xarici sort heyvanlardır”.

Vətəndaşların ziyanla bağlı şikayətinə gəlincə, Agentlik bildirib ki, belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür: “Müraciətin araşdırılması zamanı əmlaka üzrsüz səbəbdən ziyan dəydiyi aşkarlanarsa, həmin şəxs vurulmuş ziyanın əvəzini Mülki Məcəlləyə uyğun olaraq Agentliyin hesabına köçürməli olur. Amma müraciətlərə baxılmaması, proses süründürülməsi, rədd cavabı verilməsi barədə deyilənlər əsassızdır”.

Dövlət Məşğulluq Agentliyi növbəliliklə bağlı iddialara isə belə cavab verib: “Proqramın hər bir mərhələsi növbəli qaydada həyata keçirilir. Növbəlilik sisteminin vətəndaşlar üçün əlçatanlığını təmin etmək məqsədilə özünüməşğulluğa cəlb edilən vətəndaşların növbəlilik reyestri yaradılıb və bu reyestr www.dma.gov.az ünvanına yerləşdirilib. Vətəndaşların müraciətləri reyesterə daxil edildikdən sonra hər bir vətəndaş üçün skorinq balı formalaşır”.

“Növbəlilik isə şəxslərin müraciət etmə tarixi, ünvanlı dövlət sosial yardımı alması, əlilliyi olması, himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olması, bir ildən artıq işsiz kimi qeydiyyatda olması, pensiya yaşına iki ildən az qalmış şəxs olması, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxs olması və şəhid ailəsinin üzvü olması nəzərə alınmaqla təyin edilir. Vətəndaşa hər bir meyara uyğun müvafiq bal verilməklə növbə sırası müəyyən edilir. Şəxsin növbədə qaldığı müddət üzrə topladığı balların üzərinə müvafiq bal əlavə olunur”, – deyə qurum qeyd edib.

Müqaviləyə gəldikdə isə qurumdan bildirilib ki, özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır.

Həmin müqaviləyə əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları əlavə edilir:

“Proqramın icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığı təmin edilib. “E-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb. Sistemdə hər bir iştirakçının proqrama cəlb edilməsindən sonrakı mərhələləri, biznes-planının reallaşdırılması üçün bağlanmış müqavilə, iştirakçıya aktivlərin təhvil verilməsinə dair akt, verilmiş aktivlərin sayı, video və fotomateriallar və s. yerləşdirilir və ictimaiyyətə açıqlanır”.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52
Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49
Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43
Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38
Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34
İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30
Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18
Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56
Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01
“Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58
Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56
Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48
Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46
Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44
Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42
Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40
"Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31
Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28
Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22
İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru