Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

Vasif Talıbovu NİYƏ HƏBS EDƏ BİLMƏDİLƏR... - ASAN MƏSƏLƏ DEYİL...
Tarix: 2-02-2023, 10:56 | Çap et
Vasif Talıbovu NİYƏ HƏBS EDƏ BİLMƏDİLƏR...
Naxçıvanda Vasif Talıbovun kadrlarının həbsləri davam etdirilir. İranla münasibətlərin gərginləşməsi səbəbindən Naxçıvan mövzusu ictimai və mətbu diqqətdən bir qədər kənarda qalsa da, ölkənin hüquq-mühafizə orqanları öz təmizlik işlərini davam etdirirlər. Belə ki, ən son olaraq, Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov 31 yanvar tarixində həbs edilib. APA-nın əldə etdiyi xəbərə görə, general-mayor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb.

Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbayel Rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və Tofiq Həsənov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Beləliklə, Talıbovlar klanının zəiflədilməsi və bu klana aid yüksək rütbəli məmurların həbsi davam etdirilir.

Bir müddətdir mediada Naxçıvanın keçmiş daxili işlər naziri general-leytenant Fazil Ələkbərovun həbs olunması ilə bağlı da xəbərlər yayılıb. Onun əvvəlcə Naxçıvanda baş verən qanunsuzluqlar səbəbindən istintaqa cəlb olunduğu, daha sonra isə həbs olunduğu qeyd edilib.

Manset.az dəfələrlə Fazil Ələkbərova zəng etsə də, o, telefona cavab verməyib.

Daha sonra Manset.az onun bacısı oğlu və ən yaxın adamı sayılan, Naxçıvan MR Şahbuz Rayon Polis şöbəsinin keçmiş rəisi Elnur İsmayılovla əlaqə saxlayıb. O, açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib.

“Elə bir məlumat yoxdur. İstintaqa dəvət olunmuşdu, həbs olunmayıb. Mən bu məsələlərə qarışmaq istəmirəm. Onu deyə bilərəm ki, Fazil müəllim evində oturub”.

Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudasıdır. F. Ələkbərov eyni zamanda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla da qudadır.

Proses daha kimləri əhatə edəcək və DTX Vasif Talıbovun özünü də qandallayacaqmı? DİA.AZ-ın məlumatına görə, bu barədə Naxçıvandakı prosesləri dəqiqliyi ilə bilən ekspert, TNS.az saytının rəhbəri Tural Səfərov “Yeni Müsavat”a deyib ki, general-mayor Tofiq Həsənovun həbsi onun üçün gözlənilməz olmayıb: “Penitensiar Xidmət muxtar respublikada ən çox korrupsiyalaşmış orqan, Tofiq Həsənov da Naxçıvanın ən rüşvətxor məmurlarından biri idi. Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun və onun oğlu Seymur Talıbovun bütün qanunsuz göstərişlərini icra edən Tofiq Həsənov həm də qəddarlığı ilə seçilirdi. O, muxtar respublikadakı cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara dəhşətli işgəncələr verdirib. Vasif Talıbovu tənqid etdiyinə görə qanunsuz şəkildə həbs olunanlara Tofiq Həsənov şəxsən özü işgəncə verib. Bu general muxtar respublikadakı cəzaçəkmə müəssisələrini Vasif Talıbovun şəxsi həbsxanasına çevirmişdi. Tofiq Həsənovun tapşırığı ilə Naxçvanın Böyükdüz kəndi yaxınlığındakı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar xidmət rəisinin həbsxanadan kilometrlərlə aralıda yerləşən plantasiyalarında işlədilib. Tofiq Həsənovun cəzaçəkmə müəssisəsinin yaxınlığında yaratdığı tikinti materialları istehsalı sahəsində də işçi qüvvəsi kimi məhkumlardan istifadə edilib. Beləliklə, o, bütün bu qanunsuz işlər sayəsində Vasif Talıbovun oğlu Seymur Talıbova milyonlar qazandırıb, özü də bundan faydalanıb”.

Tural Səfərov deyib ki, Naxçıvan Muxtar Respublikası Pentitensiar Xidmətində işə qəbul edilən 1 nəfər də tapmaq mümkün deyil ki, desin, mən rüşvət vermədən işə götürülmüşəm: “Görünür, müvafiq dövlət orqanları onun qanunsuz əməllərini ifşa edib və Tofiq Həsənov həbs olunub. Mən hesab edirəm ki, Naxçvanda araşdırmalar dərinləşdirildikcə həbslərin sayı da artacaq. O ki qaldı bütün bu işlərin başında dayanan Vasif Talıbova, gəlin açıq danışaq. Vasif Talıbov kimi qaranlıq əlaqələrə malik, milyardlarla dollar pulu olan bir adamın həbs edilməsi də asan məsələ deyil. Necə ki, bu sərvət ondadır, onu müdafiə edən, həbsinə mane olan qüvvələr tapılacaq. Bu sərvəti o, könüllü şəkildə xalqa qaytarmalıdır ki, bunu da yəqin etməz. Bilirik ki, Vasif Talıbovun övladları indiyədək qanunsuz işlərlə məşğul olub, korrupsiya ilə məşğul olan məmurlar göstərişləri onlardan alıblar. Onların həbs edilməsi üçün ciddi əsaslar var. Fikrimcə, hakimiyyət siyasi iradə nümayiş etdirib, Azərbaycan qanunlarına uyğun Vasif Talıbovun övladlarını həbs etsə, o, Azərbaycan dövlətindən və xalqından oğurlayaraq yığdığı sərvəti könüllü şəkildə qaytaracaq. Onun sərvəti kifayət qədər böyük vəsaitdir və həmin vəsaitlə Naxçıvanı bir neçə il dotasiyasız saxlamaq, Qarabağın işğaldan azad edilmiş bir neçə rayonunu qurmaq mümkündür. Bütün oxlar Vasif Talıbovu göstərir. Bizdə olan məlumata görə, həbs edilənlər onun və oğlanlarının adlarını çəkirlər. Hesab edirəm ki, gec-tez Vasif Talıbovun həbsi qaçılmaz olacaq. Naxçıvan hadisələrinin, Vasif Talıbovun istefasının siyasi tərəflərini də nəzərə alsaq, onun həbsinin reallaşacağına ehtimallar artır. Dövlətimiz ədalətli qərar qəbul etməli, Naxçıvana 27 il dağ çəkən, Azərbaycan dövlətinə çox ciddi zərbələr vuran Vasif Talıbov cəzalandırılmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru