Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi dələduzların işinə gizli baxır - Əli Məmmədovun məqsədi nədir?
Tarix: 6-04-2023, 10:22 | Çap et
 Paytaxtda bir mənzili bir neçə nəfərə sataraq dələduzluğa görə həbs edilmiş "Sahil S İnşaat" tikinti şirkətinin rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlayıb. Bu barədə Anaxeber.info-ya məlumat verən tikinti şirkətinin zərər çəkənləri qeyd edirlər ki, indiyə qədər artıq üç məhkəmə prosesi keçirilib. Onların sözlərinə görə, məhkəmə prosesinə hakim Əli Məmmədov sədrlik edir. Sakinlər bildirirlər ki, növbəti məhkəmə prosesi aprelin 10-da keçiriləcək. "Lakin nə keçirilmiş üç məhkəmə prosesində iştirak etməyimiz üçün bizə bildiriş göndərilib, nə də ayın 10-da baxılacaq işlə bağlı hələ də bildiriş almamışıq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov gizli şəkildə prosesi başlayıb və elə çıxır ki, məsələni bizdən xəbərsiz başa vurmaq istəyir. Bu işdə zərər çəkən vətəndaşlar var və hakim Əli Məmmədovun borcudur ki, bildiriş göndərilsin, iştirakımız təmin edilsin, təqsirləndirilən şəxslərin əməlləri ilə bağlı məhkəmə proseslərində ifadə verək. Eyni zamanda, bizim hüquqi nümayəndəmiz, vəkilimiz olmalıdır ki, hüquqlarımızı müdafiə etsin, vəsatətlər qaldırsın. Ancaq hakim Əli Məmmədov tam qanunsuzluq edərək işə birtərəfli qaydada baxır. Biz yaxşı xatırlayırıq ki, bundan əvvəl bir dəfə şirkətdə vəzifə tutan Pənah Kərimovu azad etmişdilər. Sonra bizim protestimiz əsasında yenidən həbs edildi. Hakim Əli Məmmədovun işə zərər çəkən şəxslərin iştirakı olmadan baxması bizdə şübhələr yaradır ki, təqsirləndirilənlərin azad olunması üçün iş gedir" - deyə tikinti şirkətinin aldadılmış sakinləri Ədliyyə naziri Fikrət Məmmədova müraciətdə qeyd ediblər. Onlar ədliyyə naziri Fikrət Məmmədova müraciətdə hakim Əli Məmmədovun bildiriş göndərilmədən oğrun-oğrun, xəlvəti şəkildə məhkəmə proseslərini aparmasına diqqət yetirməsini xahiş ediblər: "Biz cənab nazirin bu işi nəzarətə götürməsini rica edirik. Çünki hakim Əli Məmmədovun həmin dələduz şirkət rəhbərləri olan Taley Alaverdiyev və Pənah Kərimovla hansısa formada sövdələşməyə getmədiyinə bizə kim zəmanət verə bilər? Kim deyə bilər ki, hakim onlarla öz marağının təmin olunması müqabilində anlaşma qurub və yüngül bir cəza kəsəcək, yaxud şərti cəza ilə ev dustaqlığına buraxmayacaq? Yəni üç məhkəmə prosesi gizli keçirilib, bizim xəbərimiz olmayıb, zərər çəkənlərin fikri soruşulmayıb, növbəti prosesə 4 gün qalır və hələ də bildiriş gəlməyib, o zaman hakim Əli Məmmədov necə baxır ? Onun gizli şəkildə məhkəmə-istintaq aparmaqla məqsədi nədir ? Ona görə cənab ədliyyə nazirindən xahiş edirik ki, bu hakimin fəaliyyəti araşdırılsın, eləcə də bizim prosesdə iştirakımız təmin edilsin".

Vətəndaşlar yeni təyin olunan Ali Məhkəmənin sədri İnam Kərimovun da bu məsələyə diqqət yetirməsini xahiş ediblər. Sakinlərin sözlərinə görə, MTK rəhbərliyinin məhkəmə prosesi açıq keçirilməlidir, burada bütün tərəflərin, o cümlədən medianın iştirakı təmin edilməlidir: "Onlar terror törətmiş, yaxud vətənə xəyanət ittihamı ilə həbs edilmiş şəxslər deyil ki, hakim Əli Məmmədov işə qapalı iclasda baxır. Biz görmüşük ki, casusluq və ya terror ittihamı ilə tutulanların işinə qapalı iclasda baxılır. Bizim işimizdə dələduzluq əməlindən söhbət gedir, 165 ailə fırıldağın qurbanı olub və indi hüquqlarını tələb edirlər. Hakim Əli Məmmədov bizim iştirakımızı təmin etməklə yanaşı, həm də Taley Alaverdiyevin şirkət üzərində səlahiyyətlərinə xitam verməlidir. Biz tələb edirik ki, bu haqda məhkəmədə iştirak edəcəyimiz halda vəsatət qaldıraq və onun şirkət üzərində hüquqdan məhrum edilsin. Çünki istintaq altında olanda kreditlərin ödənişi ilə bağlı maliyyə arayışlarını qol çəkirdi, indi məhkəməsi gedir deyə möhür vurmaqdan imtina edir. Nəticədə biz sakinlər binanın yarımçıq qalmış işlərini Taleyin ucbatından tamamlaya bilmirik. Dələduzluq etmiş şəxsin həbsdə ola-ola şirkət üzərində hələ də səlahiyyətinin qalması absurddur və hakim Əli Məmmədov hə şirkətdə rəhbər hüququndan onu məhrum etməli, həm də məhkəmədə iştirakımız təmin olunmalı, vətəndaşların ifadəsi alınmalıdır. Ümidvarıq ki, cənab Fikrət Məmmədov bu faktı dərhal nəzarətə götürəcək". //anaxeber.info//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16 |
|
|
|
|