Gədəbəyin icra başçısı ağbirçək qadını döydürməkdə ittiham olundu - Baş Prokurorluğa şikayət olundu
Tarix: 16-09-2014, 12:48 | Çap et
 Bu gün məmur özbaşınalıqlarının tüğyan etdiyi bölgələrdən birinin də Gədəbəy rayonu olduğu hamıya bəllidir. Lakin obyektivlik naminə etiraf etməliyik ki, əslində bu rayonda baş verənləri başqa heç bir rayonla müzakirə etmək də doğru deyil. Çünki Gədəbəydə gedən proseslər, xüsusən də rayon rəhbərliyinin yerli əhaliyə qarşı nümayiş etdirdiyi yolverilməz münasibət artıq elə bir həddə çatmışdır ki, rayonda yaranmış böhran vəziyyətinin normallaşdırılması ölkə rəhbərliyinin müdaxiləsi olmadan mümkünsüz görünür. Məhz buna görə də Gədəbəydən sadə vətəndaşlar tərəfindən ölkə prezidentinə ünvanlanmış şikayət ərizələrinin sayı getdikcə artır. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun sakinlərə qarşı sərgilədiyi kobud rəftarı, onların problemlərinə etinasızlığı və digər yolverilməz əməlləri isə artıq hətta rayonun qocaman vətəndaşlarına, ağbirçək və ağsaqqallarına da ciddi problemlər yaradır. Redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsi də bir ağbirçək ana, xəstə övladlarının problemləri qarşısında tək-tənha qalmış Rüstəmova Dursun Qasım qızı tərəfindən imzalanmışdır. Öz ərizəsində Dursun ana bildirir ki, onun həyat yoldaşı Yunis Rüstəmov hələ Böyük Vətən Müharibəsi dövründə, 1941-1945-ci illərdə arxa cəbhənin ağırlıqlarını öz çiyinlərində daşıyan həmvətənlərimizdən olmuşdur. O çətin dövrlərdə Azərbaycan övladlarının gələcəyi barədə düşünən Yunis müəllim orta məktəbdə bir neçə fəndən dərs deyib. Öz ailələrində isə Rüstəmovların altı övladları olub. D.Rüstəmova yazır ki, kasıbçılıqla özlərini dolandırmağa öyrənmiş bu ailə heç zaman heç kimə ağız açmamış, minnət götürməmək üçün heç kimdən heç nə istəməmişdir. Lakin 2003-cü ildə ailənin başçısı Yunis Rüstəmovun vəfatından sonra ailənin vəziyyəti kəskin şəkildə pisləşmişdir. Belə ki, övladlarından üçünün, iki oğul və bir qızının əsəb sarsıntıları nəticəsində ruhi xəstəliyə tutulmaları da Dursun ananın vəziyyətini bir qədər də ağırlaşdırır. Maddi imkanlarının olduqca məhdud olması səbəbindən ana öz övladlarını lazımi səviyyədə müalicə də edə bilmir. Son vaxtlar yaşadıqları evin də qəzalı vəziyyətə gəlməsi isə bun ailənin durumunu kritik bir hala çatdırır. Artıq bütün bu problemlərə qarşı əlacsız olduğunu görən Dursun Rüstəmova, məcburiyyət qarşısında qalaraq RİH başçısının qəbuluna yollanır. Ağbirçək ana ərizədə bildirir ki, o, təəccüblü də olsa, Ramiz Yediyarovun qəbuluna düşə bilir. Hətta başçı onun problemlərini dinləyir də. Lakin başçının bundan sonrakı hərəkətləri insanı həqiqətən dəhşətə gətirir. D.Rüstəmova bildirir ki, Ramiz Yediyarov onu dinlədikdən sonra memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyevə göstəriş verir ki, ondan mərhəmət və kömək diləyən bu ağbirçək qadını binadan qovsun. Belə münasibətdən çaşqınlıq içərisinə düşən Dursun Rüstəmova yalvar-yaxar etməyə başlayanda isə, E.Vəliyev onu təhdid edir və hətta yaşlı qadına əl də qaldırır! Dursun ana öz ərizəsində bunu da qeyd edir ki, icra hakimiyyətindən başçının göstərişi ilə Elxan Vəliyev tərəfindən döyülüb-qovulandan sonra o, rayon prokurorluğuna və polis şöbəsinə də müraciət etmişdir. Lakin bu instansiyaların heç birində təbii ki, onun şikayətlərinə məhəl qoyan olmayıb. Buna görə də Dursun Rüstəmova indi baş verənlərin Respublika Prokurorluğu tərəfindən araşdırılması xahişi ilə ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalıb. \\ bizimdovr.az \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
| • İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47 |
|
|
|
| • "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43 |
|
|
|
| • Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40 |
|
|
|
| • Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37 |
|
|
|
| • "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35 |
|
|
|
| • Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28 |
|
|
|
| • Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20 |
|
|
|
| • Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16 |
|
|
|
| • 500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12 |
|
|
|
| • "Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00 |
|
|
|
| • Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58 |
|
|
|
| • Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52 |
|
|
|
| • Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32 |
|
|
|
| • Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30 |
|
|
|
| • Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27 |
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14 |
|
|
|
| • Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
| • Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59 |
|
|
|
| • İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57 |
|
|
|
| • Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53 |
|
|
|
| • Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47 |
|
|
|
| • “Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46 |
|
|
|
| • Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38 |
|
|
|
| • Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32 |
|
|
|
| • Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30 |
|
|
|
| • Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12 |
|
|
|
| • “Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09 |
|
|
|
| • "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
| • "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00 |
|
|
|
|