Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                 

"SƏNAYE"Sİ ALINSA DA, ENERGETİKA ONDADIR
Tarix: 6-11-2013, 09:33 | Çap et
"SƏNAYE"Sİ ALINSA DA, ENERGETİKA ONDADIR
Prezident seçkilərindən sonra yeni hökumət kabinetinin formalaşdırılması zamanı ən ağır itkilərdən biri ilə heç şübhəsiz, energetika naziri Natiq Əliyev üzləşdi. Belə ki, əvvəllər Sənaye və Energetika Nazirliyinə rəhbərlik edən Natiq Əliyevin rəhbərlik etdiyi qurumdan sənaye sahəsi alındı və bu sahə üzrə səlahiyyətlər yeni yaradılan nazirliyə - Sənaye və İqtisadiyyat Nazirliyinə, bir az da konkretləşdirsək, həmin vaxtadək iqtisadi inkişaf naziri postuna rəhbərlik edən Şahin Mustafayevin nəzarətinə verildi.

Bir çoxları üçün bu, gözlənilən, bəziləri üçün isə gözlənilməz oldu. Məsələ burasındadır ki, son bir ildə Natiq Əliyevə qarşı onunla soyuq münasibətlərdə olan bəzi rəqiblərinin həmlələrini diqqətə alsaq, əslində gözlənilməz heç nə baş vermədi: energetika naziri onsuz da səlahiyyət itkilərinə məruz qalmışdı və son prezident seçkilərindən sonra bu, özünün pik nöqtəsinə çatmış oldu.
Digər tərəfdən, Natiq Əliyev hakimiyyətdaxili məmur qovğalarına qarışmaması, adının korrupsiya ilə bağlı tənqid və ittihamlardan qoruya bilməsi ilə seçilirdi. Buna baxmayaraq, onun son bir il, ilyarım ərzində davamlı şəkildə səlahiyyət itkilərinə məruz qalması gözlənilməz də hesab edilə bilər.
Düzdür, hələ bu ilin mayında Natiq Əliyevə tabe olan Dövlət Enerji Nəzarət İdarəsinin səlahiyyətlərinin genişləndirilməsi bəzi ekspertlərdə belə bir rəy yaratmağa başlamışdı ki, artıq energetika naziri hökumətdaxili rəqibləri ilə mübarizədə müəyyən üstünlüklər qazanmağa başlamaqdadır. Şübhəsiz ki, bundan onun iqtidar içində soyuq münasibətdə olan çevrələr məmnun ola bilməzdilər. Hesab edilirdi ki, sözügedən idarənin səlahiyyətlərinin dəqiqləşməsi və artıq rəsmi şəkildə kifayət qədər genişlənməsi Natiq Əliyevə öz rəqiblərinə qarşı əks-həmlə üçün yeni imkanlar yaradır. Amma sonradan biz tamamilə əks-prosesin şahidi olduq və rəqiblərinin energetika nazirinin zəiflədilməsi istiqamətində səylərinin və bu səylərin nəticəsiz qalmadığının şahidi olduq.
Xatırladaq ki, hələ sentyabr ayında məlum oldu ki, Natiq Əliyev səlahiyyətlərinin bir hissəsini itirib. Bu barədə hökumətin son qərarından görünürdü. Belə ki, Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi barədə qərar verilmişdi. Dəyişikliyə əsasən, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Sənaye və Energetika Nazirliyinin tərkibindən çıxarılmışdı.
Hələ o vaxt “Unikal” olaraq yazmışdıq ki, energetika naziri ilə iqtidar daxilindəki bir sıra iri məmurların çəkişməsi uzun müddətdir davam edir. Məsələ burasındadır ki, bu ilin yazında o vaxtki Sənaye və Energetika Nazirliyi Cənubi Koreyanın mütəxəssisləri ilə birlikdə Azərbaycanın sənayeləşdirilməsi və onun inkişaf yolları proqramı hazırlamağa başlayıb. Çox keçmədən belə bir proqramın hazırlandığını sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında təsdiqləyib. Nazir onu da vurğulamışdı ki, proqram qəbul olunarsa, Azərbaycanda bu sahədə tezliklə daha böyük inkişaf əldə olunacaq. Maraqlı olan isə üstündən xeyli vaxt keçməsinə rəğmən həmin proqramdan əsər-əlamət olmaması idi. Natiq Əliyev haqqında danışılan dövlət proqramı layihəsinin qısa müddətdə təsdiqlənəcəyini gözləsə də, bu, baş verməyib. Gecikmənin isə əslində çox sadə səbəbi vardı. Nazirin iqtidar içindəki rəqibləri həmin proqramın təsdiqlənməsinin Natiq Əliyevin mövqelərini gücləndirəcəyindən çəkinirdilər və buna bütün mümkün yollarla mane olurdular. Sonda isə sənaye sahəsi ümumiyyətlə, Natiq Əliyevdən alındı ki, bu da qəzetimizin vaxtilə yazdıqlarının təsdiqi sayıla bilər.
Amma bir çox müşahidəçilər energetika nazirinin revanş ala biləcəyini, son vaxtlarkı səlahiyyət itkilərinin yerini doldurmaq istəyəcəyini düşünürlər. Bəs bu sırada hansı həmlələr ola bilər? İstisna edilmir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yenidən Energetika Nazirliyinin tərkibinə qaytarılsın.
Bundan başqa, “Azərenerji” Səhmdar Cəmiyyətinin də Natiq Əliyevin nazirliyinin tərkibinə verilməsi və öz fəaliyyətini İstehsalat Birliyi kimi davam etdirməsi mümkün sayılır. Qeyd edək ki, artıq belə təcrübə mövcuddur: vaxtilə “Azəriqaz” Səhmdar Cəmiyyəti ləğv olunmuş, əvəzində eyni adlı İstehsalat Birliyi yaradılmış ARDNŞ-in tərkibinə verilmişdi. Bu təcrübənin Energetika Nazirliyi ilə bağlı da yaşana bilməsi istisna edilmir.
Hər halda bütün bunlar ehtimallardır. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyini zaman göstərəcək. O da mümkündür ki, iqtidariçi nüfuz savaşlarına həvəs göstərməyən və sadəcə, sakit şəkildə öz işi ilə məşğul olmağa çalışan Natiq Əliyev heç bir revanş arzusunda olmasın, beləliklə də onunla soyuq münasibətdə olan iri məmurları “iqnor” etmiş olsun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru