ZİYA MƏMMƏDOV "HAFKA" İLƏ YOLLARINI AYIRIR?
Tarix: 8-11-2013, 10:02 | Çap et
Nəqliyyat naziri Ziya Məmmədov özünün əsas biznes ortaqlarından biri olan “Baghlan Group”un prezidenti, “Haıfka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovla yollarını ayıra bilər. Bu barədə yayılan məlumatlara görə, nəqliyyat naziri belə bir qərarı hələ bir neçə ay əvvəl verib. Amma həmin vaxt seçkiöncəsi bu addımın özü və biznes imperiyası ətrafında spekulyasiyalara yol açacağını proqnozlaşdıran Ziya Məmmədov prosesi seçkidən sonrakı dövrə ertələyib. İndi isə nəqliyyat nazirinin artıq Hafiz Məmmədovla iş ortaqlıqlarını bitirmək hazırlığı içərisində olduğu və böyük ehtimalla qarşıdakı dövrdə bu istiqamətdə ciddi addımlar atılacağı deyilir. Xatırladaq ki, Azərbaycan mətbuatında yazılanlara görə, Nəqliyyat Nazirliyinin ən böyük partnyoru məhz “Hafka”ya məxsus “Baghlan” şirkətlər qrupudur. KİV qeyd edir ki, Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə Azərbaycan dövlətinin həyata keçirdiyi bir çox önəmli və bahalı layihələrə cəlb olunub. Məsələn, Bakıdakı beynəlxalq avtobus vağzalının tikintisi, London taksilərinin alınıb Azərbaycan paytaxtına gətirilməsi, magistral yolların çəkilişi... Nəqliyyat Nazirliyinin “Baghlan” holdinqinə olan bu sifarişləri və biznes imkanları nəticəsində hər iki tərəf nəhəng gəlirlər əldə etməklə yanaşı, ölkə nəqliyyatında sərnişin və yük daşınmalarında, nəqliyyat tikinti sahəsində inhisarçı mövqe tuta biliblər. Xatırlatma üçün qeyd edək ki, "Baghlan Group FZCO" holdinqini 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Hafiz Məmmədov yaradıb. Soyadları eyni olsa da, Hafiz Məmmədovla Ziya Məmmədovun hər hansı qohumluq əlaqəsinə dair sübut yoxdur. Amma hər iki Məmmədovun sıx biznes bağlantısını göstərən sənədlər var. Onları uzun illər boyu "Bank of Azerbaijan"da şəriklik, nəqliyyatda ortaq layihələr birləşdirir. Hətta idmanda da ortaq maraqları var. Beynəlxalq Bakı Avtovağzalının tikintisini də onlar birgə gerçəkləşdirib - Hafiz Məmmədovun “Bağlan Group”-una daxil olan Arcon MMC və nəqliyyat nazirinin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi o vaxtki “ZQAN holdinq”, indiki adı ilə desək, “Garant Holdinq”. İddialara görə, “Hafka” ilə yolların ayrılması da məhz “Garant Holdinq”in daha da böyüdülməsi məqsədi daşıyır. Məsələ burasındadır ki, bu ilin mayında ölkənin ən iri şirkət qruplarından biri olan “ZQAN Holding” korporativ adını dəyişərək “Garant Holding” olub. Həmin vaxt bununla bağlı keçirilən mətbuat konfransında “Garant Holding” rəhbərliyi yeni korporativ ad olaraq “Garant Holding” ifadəsinin istifadə olunmasını izah edərkən bildirib ki, rebrendinq haqqında düşünəndə bütün işçi heyəti bu məsələyə cəlb olunub: “Hər kəsə fikrini ifadə etmək və yeni ad fikirləşməyi təklif etdik. Ümumi müzakirələr nəticəsində çoxluğun gəldiyi qənaət məhz “Garant” sözü oldu. Əvvəla ona görə ki, bu söz beynəlmiləl olmaqla bir çox dillərdə eyni cür səslənir və eyni məna ifadə edir, istehsal və xidmət keyfiyyətinə bilavasitə zəmanət verdiyimizi və əmin olduğumuzu anladır”. Bundan sonra, holdinqin daha da genişləndirilməsi istiqamətində çalışmalara start verilib, amma yuxarıda da qeyd olunduğu kimi, seçkiöncəsi bunun holdinqin qeyri-rəsmi sahibləri - nəqliyyat naziri və oğlu haqqında mətbuatda müəyyən spekulyasiyalara, onların hakimiyyətdaxili rəqiblərinin nəzarətindəki KİV-lərdə çeşidli manipulyasiyalara yol aça biləcəyi nəzərə alınaraq prosesə seçki sonrası start verilməsi qərarlaşdırılıb. Elə həmin vaxt holdinqin rəsmi idarəetməsindən Anar Məmmədovun uzaqlaşdırılması da bununla bağlı olub. İndi isə qarşıdakı aylardan etibarən Hafiz Məmmədovun şirkətlər qrupuna sifariş edilməli olan iri layihələrin icrasının məhz “Garant Holdinq”ə yönəldiləcəyi iddia edilir. Bu, daha çox Hafiz Məmmədovun ortaqlıq xaricində bir çox addımları ilə izah edilir. Məsələn, onun Fransada tanınmış klublardan birinə sponsorluq etməyə başlayarkən öz şərikləri ilə məsləhətləşmədiyi bildirilir. Hər halda yayılan iddialar bundan ibarətdir. Amma onların nə qədər həqiqətəuyğun olub-olmadığını demək çətindir. Bunu yəqin ki, qarşıdakı dövrdə daha əminliklə söyləmək mümkün olacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33 |
|
|
|
| • Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29 |
|
|
|
| • KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11 |
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
|